200
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Elm
90
illiyi
Pənah Xəlilov
1925
İYUL
Pənah İmran oğlu Xəlilov 1925-ci
il iyul ayının 1-də Gürcüstanın Borça-
lı rayonunun Sadaxlı kəndində ziyalı
ailəsində anadan olmuşdur.
İbtidai təhsilini kənddə almış,
1934-cü ildə ailəlikcə Gəncəyə
köçdüklərindən M.Ə.Sabir adına 5
saylı şəhər orta məktəbini bitirmişdir.
1943-1948-ci illərdə ADU-nun filo-
logiya fakültəsində təhsil almış, 1948-
1951-ci illərdə orada Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının aspiran-
tı, sonra
həmin kafedrada baş müəllim,
dosent (1951-1969), SSRİ xalqları
ədəbiyyatı tarixi kafedrasının müdiri
(1969-1989) olmuşdur.
1948-ci ildən fəal ədəbi yaradı-
cılığa başlamışdır. Ədəbi tənqid,
ədəbiyyatşünaslıq və bədii tərcümə
ilə məşğul olmuşdur. Azərbaycan
ədəbiyyatı və keçmiş SSRİ xalqları
ədəbiyyatı sahəsində ixtisaslaşmışdır.
“Azərbaycan sovet ədəbiyyatı tari-
xi” (üç cilddə) və “Azərbaycan
sovet
ədəbiyyatı tarixi oçerkləri” (rusca)
kitablarının müəlliflərindən biridir.
Azərbaycan yazıçılarının VI qurulta-
yında idarə heyətinə seçilmişdir.
1954-cü ildə “Böyük Vətən
müharibəsi illərində Azərbaycan po-
eziyası” mövzusunda namizədlik dis-
sertasiyası müdafiə etmişdir.
Professor
Pənah Xəlilov məhsuldar
fəaliyyət göstərən alimlərdən ol-
muşdur. Uzun müddət Azərbaycan-
Özbəkistan universitetləri arasında
kafedra ixtisasına uyğun professor-
müəllim mübadiləsi yaratmış,
hər iki
universitetdən tələbələrin qarşılıqlı
təhsil almasına nail olmuşdur. Alim
15-dən artıq elmlər namizədi, 5 elmlər
doktoru yetişdirmişdir.
Ötən
əsrin 70-ci illərində
Azərbaycan Dövlət Televiziyasın-
da “Ədəbi üfüqlər”
verilişinin apa-
rıcısı olmuş, ədəbiyyatımızın və
incəsənətimizin nailiyyətlərini təbliğ
etmişdir.
Onun yaradıcılığında tərcüməçilik
fəaliyyəti əsas yer tutur. M.Servantesin
“Lamançlı Don Kixot”, Herodotun
“Tarix” kimi
qiymətli əsərlərini rus
dilindən dilimizə tərcümə etmişdir.
Pənah Xəlilov 20-dən çox kitabın,
300-ə qədər məqalənin müəllifidir.
Onun “Nəsrimizin üfüqləri”, “Əhməd
Yasəvi”, “Kitabi-Dədə Qorqud”-
intibah abidəsi”, “Qədim adlar da ta-
rixdir”, “Əli və Nino problemləri”
və s. monoqrafiyaları dəyərli tədqiqat
işləridir.
1981-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü, 1969-cu ildən filolo-
giya elmləri doktoru, 1971-ci
ildən isə
professordur.
Bakı Dövlət Universitetinin 80 illiyi
münasibətilə, 2000-ci ildə “Əməkdar
müəllim” fəxri adına layiq görülmüş-
dür.
Pənah Xəlilov 2002-ci ildən Prezi-
dent təqaüdçüsüdür.
Dostları ilə paylaş: