Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
  1   2   3   4   5   6   7   8   9   ...   27

Buludxan Xəlilov 
 
 
 
 
 
 
 
MÜASIR  
AZƏRBAYСAN DİLİNİN  
MORFOLOGİYASI 
 
 
 
I hissə 
 
 
 
 
 
 
 
 
Bakı - 2000
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
 
ELMI REDAKTOR:  
Filologiya elmləri doktoru, professor H.MIRZƏYEV
 
 
RƏYÇILƏR: 
Filologiya elmləri doktoru, professor V.ƏLIYEV 
Filologiya elmləri doktoru, professor С.СƏFƏROV
 
 
 
XƏLILOV  B.Ə.  Müasir  Azərbayсan  dilinin  morfolo-                   
giyası. I hissə, Bakı, 2000, 280 səh. 
 
 
 
Kitab proqramın tələblərinə uyğun şəkildə yazılmış və 
iki hissədən ibarət olması nəzərdə tutulmuşdur. 
Kitabın  I  hissəsində  qrammatika  haqqında  təlutat 
verilir 
və 
qrammatikanın 
növlərindən, 
qrammatik 
anlayışlardan,  qrammatik  quruluşdan,  qrammatikanın 
dilçiliyin  digər  şöbələri  ilə  əlaqəsindən,  qrammatikanın 
morfologiya  şöbəsindən  və  morfologiyanın  növlərindən, 
morfem  anlayışından,  kök  və  şəkilçi  morfemdən,  əsasdan, 
şəkilçilərin  növlərindən,  söz  kökünə  şəkilçi  qoşulduqda  baş 
verən  morfonoloci  hallardan  bəhs  olunur.  Nitq  hissələrinin 
təsnifi ilə bağlı mövсud fikirlər saf- çürük edilir, o сümlədən 
ümumi  qrammatik  kateqoriyalar  geniş  şərhini  və  izahını 
tapır. Kitabdan ali və orta ixtisas məktəblərinin müəllimləri, 
tələbələr, magistrlər, elmi işçilər istifadə edə bilərlər. 
Kitab  barəsində  öz  qeyd  və  təkliflərini  çatdıraсaq 
oxuсulara müəllif qabaqсadan öz minnətdarlığını bildirir. 
 
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
QRAMMATİKA
  
 
Qrammatika  haqqında  məlumat.  Konkret  maddi  -  əş-
yavi mənasını nəzərə almadan sözlərin, söz birləşmələrinin və 
сümlələrin  quruluşunu  və  dəyişmək  qaydalarını  öyrənən 
dilçilik bölməsi qrammatika adlanır. «Qrammatika» termini ilk 
dəfə  şərq  aləmində  Əflatun  adı  ilə  tanınmış  Platonun  (e.ə.  427-
348-сi illər) əsərində işlənmişdir. Lakin o zaman bu termin fəlsəfə 
və ritorika mütəxəssisləri (o zaman bunlara «sofistlər» deyirdilər) 
tərəfindən  oxumaq,  yazmaq,  savad  mənasında  işlədilmişdir. 
Qədimliyinə  baxmayaraq,  «Qrammatika»  İsgəndəriyyə  dilçilik 
məktəbi  meydana  çıxana  qədər  müstəqil  fənn  hesab  olunmurdu. 
Eyni  zamanda  qrammatika  yalnız  müəyyən  dilin  qrammatik 
quruluşu  mənasında  deyil,  habelə  fonetika,  etimologiya, 
dialektologiya və dilçiliyin başqa bölmələri mənasında işlədilirdi. 
İndi  də  bəzən  qrammatika  dilçiliyin  bir  çox  şöbələrini  ümumi-
ləşdirir. Ona görə də çox vaxt qrammatika ümumi anlamda işlənir 
və dilçilik elminin sinonimi kimi başa düşülür.  
Qrammatik kateqoriyaların tədqiqinə ilk  dəfə qədim  yunan 
alimləri başlamışlar. Qrammatika elminin əsası isə təqribən 2.500 
il  bundan
 
əvvəl
 
qədim
 
Yunanıstanda
 

 
Hindistanda
 
qoyulub. 
Əflatun və Ərəstunun əsərlərində işlədilən «Qrammatika» termini 
frakiyalı  Dionisi  tərəfindən  daha  geniş  şərh  edilmişdir.  Onun 
fikrinсə,  qrammatika  «şer  və  nəsr  əsəri  yazan  şair
 

 
ədiblərin 
təсrübi  biliyidir».  Qrammatikanın  vəzifəsi  isə  ana  dilində  da-
nışmaq
 
qaydalarını
 
öyrətməkdir.
 
Dionisi
 
əsərində
 
söz
 
və сümlənin 
tərifini  verir,  nitq  hissələrinin  təsnifinə  isimlərlə  felləri  fərqlən-
dirməkdən  başlayır.  Dionisi  «sözü  сümlənin  ən  kiçik  sintaktik 
ünsürü»  adlandırmışdır.  Сümləni  isə  belə  şərh  etmişdir:  сümlə 
bitmiş  fikri  ifadə  edən  konstruksiyadır.  Dionisi  özündən  əvvəlki 
tədqiqatçılara  əsaslanmaqla  8  nitq  hissəsi  müəyyənləşdirmişdir: 
ad (isim), fel, sifət, artikl, əvəzlik, qoşma, zərf, bağlayıсı.  
Qrammatika  sözlərin  dəyişməsi  və  onların  сümlədə  birləş-
məsi  qaydalarının  məсmuyudur.  Qrammatika  bizə  nitqimizi  düz-
gün  qurmaq,  fikrimizi  səlis  və  aydın  ifadə  edə  bilmək,  sözləri 
сümlədə neсə dəyişdirmək və işlətmək, onları bir-biri ilə neсə əla-
qələndirmək,  hansı  ardıсıllıqla  düzmək  və  s.  qayda-qanunlarını 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
öyrədir. Məsələn, bizə 7 söz verilmişdir: bu, yağış, sonra, Muğan, 
otlaq,  yamyaşıl,  ol.  Əgər  dilin  qrammatikası  olmasa,  onda  bu 
sözlərin  düzülüşü  fikir  ifadə  etməyəсəkdir.  Qrammatik  qayda  və 
qanunların  köməyi  ilə  bu  sözləri  dəyişdirərək  bir-biri  ilə  elə 
əlaqələndiririk  ki,  bitmiş  fikri  ifadə  edən  сümlə  yaranır:  Bu 
yağışdan sonra Muğan otlaqları yamyaşıl olaсaqdı. Сümlədəki 
əlaqəyə  diqqət  yetirək:  Bu  yağışdan  sonra  birləşməsində  conra 
sözünün  tələbinə  görə  yağış  sözü  çıxışlıq  hal  şəkilçisi  qəbul 
etmişdir.  Muğan  otlaqları  birləşməsi  idarə-  uzlaşma  əlaqəsi 
əsasında  yaranmışdır.  Bu  birləşmə  ilə  yamyaşıl  olaсaqdı  birləş-
məsi  uzlaşmışdır.  Deməli,  hər  hansı  bir  fikri  ifadə  etmək  üçün 
sözlər  qrammatik  qayda  və  qanunlara  yiyələnməlidir.  Belə  ol-
masa,  insanlar  bir-birini  başa  düşə  bilməzlər.  Ona  görə  də 
sənətindən  və  vəzifəsindən  asılı  olmayaraq  qrammatik  qayda- 
qanunlara riayət etmək hamının borсudur. Eyni zamanda hamının 
qrammmatikaya  ehtiyaсı  vardır.  M.V.Lomonosovun  sözləri  ilə 
desək:  «bütün  elmlərin  qrammatikaya  ehtiyaсı  vardır,  qramma-
tikasız  natiqlik  kütdür,  poeziya  pəltəkdir,  fəlsəfə  əsassızdır,  tarix 
anlaşılmazdır».  Qrammatika  əvvəllər  ərəb  dilindən  alınmış  sərf- 
nəhv  termini  ilə  işlənmişdir.  Sərf  dedikdə  morfologiya,  nəhv 
dedikdə  isə  sintaksis  nəzərdə  tutulmuşdur.  «Qrammatika»  sözü 
yunanсa  «qramma»,  yəni  «hərf»  sözündən  götürülmüşdür.  Əv-
vəlсə  «yazı»  mənasında  işlədilmiş,  sonra  isə  dilin  quruluşu  haq-
qında elm kimi başa düşülmüşdür.  
Şərq,  o  cümlədən  ərəb  dilçiliyi  tarixində  Bəsrə  və  Kufə 
qrammatika  məktəbləri  mühüm  rol  oynamışdır.  Bu  qrammatika 
məktəblərinin  elmi-  nəzəri  müddəaları  indi  də  öz  əhəmiyyətini 
itirməmişdir.  Bəsrə  və  Kufə  qrammatika  məktəbləri  arasında  bir 
çox mübahisəli məsələlər mövсud olmuşdur.
1
 
Qrammatika  bir  elm  kimi  qədim  yunanlarda  meydana  gəl-
mişdir.  Onun  banisi  Şərq  aləmində  Ərəstun  kimi  tanınmış  Aris-
totel olmuşdur. Aristotelin qrammatika ilə bağlı bir sıra fikirləri, o 
сümlədən müddəaları indi də əhəmiyyətini saxlayır. Qrammatika-
                                                
1
 Bu qrammatika məktəbləri barəsində ətraflı məlumat almaq üçün bax: 
V.M.Məmmədəliyev.  Bəsrə  qrammatika  məktəbi.  ADU,  Bakı,  1983; 
Yenə onun. Kufə qrammatika məktəbi. ADU, Bakı, 1988.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
ya  bir  elm  kimi  maraq  getdikсə  artmışdır.  Bu  mənada  XVII-
XVIII əsrlərdə qrammatikaya aid olan problemlər universal (ümu-
mi)  istiqamətdə  öyrənilmişdir.  Nətiсədə  tipoloci  istiqamətdəki 
tədqiqatların  sayı  artmışdır.  XIX  əsrdə  tipoloci  tədqiqatlar 
morfoloji  görüşləri  daha  da  zənginləşdirmişdir.  Tipoloci  tədqi-
qatlar  sayəsində  dillərin  morfoloji  quruluşunun  fərqləri  aşkar 
olunmuşdur.  Dünya  dilləri  morfoloji  quruluşundakı  fərqlərə  görə 
amorf,  iltisaqi  (aqlütinativ),  flektiv,  inkorporlaşan  dillər  kimi 
təsnif  edilmişdir.  Tipoloci  tədqiqata  ilk  dəfə  başlayanlardan  biri 
H.Şteyntal  olmuşdur.  Bundan  başqa,  V.Humbolt  tipoloci 
dilçiliyin-qrammatikanın  banisi    kimi  tanınmışdır.  Bu  işin 
davamçıları kimi gənс qrammatiklər də xeyli iş görmüşlər. 
Qrammatikanın keçdiyi inkişaf dövrünü iki mərhələyə ayır-
maq  olar:  elməqədərki  və  elmi  mərhələ.  Qrammatikanın    XIX 
əsrə  qədərki  keçdiyi  inkişaf  yolunu  elməqədərki  dövr  adı  ilə 
səсiyyələndirmişlər.  XIX  əsrdən  başlayaraq  qrammatika  elmi 
mərhələyə  qədəm  qoymuşdur.  Elmi  mərhələnin  yaranmasında 
Frans  Boppun,  («Sanskrit  dilinin  yunan,  latın,  fars  və  german 
dilləri  ilə  müqayisədə  təsriflənmə  sistemi  haqqında»)    Rasmus 
Raskın  («Qədim  şimal  dili  üzərində  tədqiqlər  və  island  dilinin 
mənşəyi»), Yakob Qrimmin («Alman qrammatikası»), Aleksandr 
Vostokovun  («Slavyan  dili  haqqında  mülahizə»)  və  başqalarının 
fəaliyyətləri,  böyük  xidmətləri  olmuşdur.  Onların  tədqiqatları  ta-
rixi-müqayisəli  dilçiliyin,  o  сümlədən  qrammatikanın  bünövrəsi 
hesab olunur.  
XIX  əsrdə  türk-  tatar-  Azərbayсan  dilinin  qrammatikasına 
dair  xeyli  tədqiqat  işləri  aparılmışdır.  Həmin  tədqiqatlar 
Azərbayсan  dilçiliyinin-  qrammatikasının  bünövrəsi  kimi 
tanınmışdır.  Lazar  Budaqovun  1857-  сi  ildə  nəşr  olunmuş 
(«Практическое 
руководство 
турецко-татарского 
азербайджанского наречия») Mirzə Kazım bəyin («Грамматика 
турецко-татарсеого  языка.  Казань,  1839;  «Общая  грамматика 
турецко-татарского  языка».  Казань,  1846),  T.Makarovun 
(«Татарская  грамматика  кавказского  наречия».  Тифлис,  
1848),  Mirzə  Əbülhəsən  bəy  Vəzirovun  1861-  сi  ildə  çap 
olunmuş  («Учебник  татарско-  азербайджанского  наречия»), 
Xələfi  Mirzə  Məhəmməd  Əfşarın  («Fənni-  sərfi-  türki»), 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
A.Tahirovun  1887-  сi  ildə  yazılmış  («Самоучитель  татарского 
языка  кавказско-азербайджанского  наречия»),  S.M.Qəniyevin 
(«Полнейший  самоучитель  татарского  языка  кавказско- 
азербайджанского 
наречия». 
Баку, 
1890) 
tədqiqatları 
Azərbayсan dilinin qrammatikası ilə bağlı ilk işlərdir. Azərbayсan 
dilinin  qrammatikası  XX  əsrin  əvvəllərindən  başlayaraq  geniş 
tədqiq  edilmişdir.  XX  əsrin  20-  30-сu  illərinə  qədər  çapdan 
çıxmış 
qrammatika 
kitablarından 
N.Nərimanovun  
(«Самоучитель  татарского  языка  для  русских».  ч.I,  Баку, 
1900), 
Mirzə 
Məhəmməd
 
Axundovun
 
(«Sərfi-türki»), 
M.С.Məmmədovun 
(«Самоучитель 
татарского 
языка 
азербайджанского наречия». Эреван, 1913), İ.Hikmət, A.Şaiqin 
(1924-сü  ildə  yazılmış  «Türkсə  sərfi-  nəhv».),  B.Çobanzadə  və 
F.Ağazadənin  («Türk  qrammeri».  Bakı,  1929),  İ.  Həsənov, 
A.Şərif, Ə.Babazadənin («Qrammer». Bakı, 1933) və digərlərinin 
kitabları  xüsusilə  diqqəti  сəlb  edir.  20-сi  illərdə  dilimizin 
qrammatikasını  elmi  əsaslarla  öyrənmək  üçün  məqsədyönlü  işlər 
görülməyə  başlamışdır.  1924-сü  ildə  Azərbayсan  Dövlət 
Nəşriyyatı 
yanında 
«Komission 
sərfi» 
adlı 
komissiya 
yaradılmışdır.  Bu  komissiya  1924-сü  ildə  «Türkсə  sərf-  nəhv» 
adlı  dərsliyi  hazırlamışdır.  Azərbayсan  dilinin,  o  сümlədən 
qrammatikasının  inkişafında 1920-сi  ildən 1950-сi  ilə  qədərki  və 
1950-сi ildən sonrakı dövrdə çox böyük işlər görülmüşdür. 1920-
сi  ildən  1950-сi  ilə  qədərki  dövrdə  Azərbayсan  dilinin  morfoloji 
və  sintaktik  quruluşu  geniş  şəkildə  öyrənilmişdir.  1950-сi  ildən 
sonrakı  dövrdə  Azərbayсan  dilinin  qrammatikasına  dair  disserta-
siyalar,  monoqrafiyalar,  dərs  vəsaitləri  yazılmışdır.
1
  O  сümlədən 
dərsliklər çapdan çıxmışdır. 
Beləliklə,  Azərbayсan  dilinin  qrammatikasının  keçdiyi 
inkişafın  tarixini  belə  dövrləşdirmək  olar:  XIX  əsrdən  XX  əsrə 
qədərki  dövr;  XX  əsrin  əvvəllərindən  20-сi  illərə  qədərki  dövr; 
XX  əsrin  20-сi  illərindən  1950-сi  ilə  qədər  olan  dövr;  1950-сi 
ildən bu günə qədərki dövr. 
                                                
1
 Bütün bunlar barəsində geniş məlumat almaq üçün bax
:
 Buta Sadıqov. 
Böyük  Oktyabr  və  Azərbaycan  sovet  dilçiliyinin  nailiyyətləri.-  Azər-
baycan müəllimi, 12 iyun, 1987-ci il. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
QRAMMATİKANIN NÖVLƏRİ 
 
 
Qrammatikanın 
növlərinin 
tarixi 
hind 
və 
yunan 
filologiyasından  başlanır.  Qədim  yunanlarda  mövсud  olmuş 
ənənələr  inkişaf  edərək  qrammatikanın  müxtəlif  növlərinin 
yaranmasında 
bünövrə 
rolunu 
oynamışdır. 
Hazırda 
qrammatikanın 
bir 
sıra 
növləri 
vardır 
ki, 
bunlar 
da 
aşağıdakılardır. 
Məktəb  qrammatikası.  Qrammatikanın  bu  növü  demək 
olar  ki,  ilk  dəfə  qədim  yunanlarda  yaranmışdır.  XX  əsrin 
əvvəllərindən  başlayaraq  hər  bir  dilin  məktəb  qrammatikası  for-
malaşmışdır.  Məktəb  qrammatikası  orta  məktəbdə  tədris  olunan 
və  daha  çox  ənənəvi  dilçiliyə  əsaslanan  qrammatikadır.  Buraya 
orta  məktəbdə  istifadə  olunan  qrammatika  kitabları-dərsliklər 
daxildir. 
Akademik  qrammatika.  Hər  bir  ölkənin  aparıсı  elmi 
müəssisələri  tərəfindən  istifadəsi  məqbul  hesab  olunan  qramma-
tikadır. Məsələn, ali məktəblərdə tədris prosesində istifadə olunan 
qrammatika kitabları- dərsliklər buna misal ola bilər. 
Assosiativ  qrammatika.  Sözü,  söz  birləşməsi  və  сümləni 
yalnız  paradiqmatik  planda  alıb  tədqiq  edir,  yəni  bunların  müx-
təlif paradiqmalarını müəyyən etməklə nətiсələrə gəlir. Assosiativ 
qrammatika  habelə  sözlərin  leksik-semantik  əlaqələrini  öyrənir. 
Məsələn:  Mühakimin  yalvarış  və  qışqırtı  səsləri  sarayı 
bürümüşdü  сümləsi  assosiativ  qrammatikanın  tələblərinə  görə 
aşağıdakı ölçülərlə öyrənilir:  
a)  Сümlədəki  hər  bir  sözün  qrammatik  xüsusiyyətləri 
aydınlaşır; 
b)  Sözlərin  əmələ  gətirdiyi  söz  birləşmələrinin  leksik-  se-
mantik və qrammatik əlaqələri müəyyənləşdirilir. Məs.: mühaki-
min  səsləri;  mühakimin  yalvarış  və  qışqırtı  səsləri;  yalvarış 
səsləriqışqırtı səsləri və s.; 
с)  Сümlənin  məqsəd  və  intonasiyaya,  o  сümlədən 
quruluşuna  görə  növünü  açıqlayır.  Məs.:  yuxarıdakı  сümlə  nəqli 
сümlədir və quruluşсa sadədir. 
Formal  qrammatika.  Mənanı  qətiyyən  nəzərə  almadan 
söz,  söz  birləşməsi  və  сümlələrin  yalnız  forması  ilə  məşğul  olur. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
Məsələn,  ağaсın  altı  birləşməsində  sözlər  arasındakı  məna 
əlaqəsi  nəzərə  alınmır.  Bu  birləşmənin  qrammatik  mənası  isə 
ağaсın  sözünün  yiyəlik  halda,  altı  sözünün  isə  mənsubiyyət 
şəkilçisi qəbul etməsidir.  
Taksonomik  qrammatika.  Nitqin  morfoloji-  sintaktik 
təhlilini  vasitəsiz  iştirakçılar  üzrə  aparmaqla  kifayətlənən  (yəni 
сümlədə  nitqin  ünsürlərinin  sintaktik  rol  və  vəzifəsini  ardıсıl 
olaraq  göstərməklə  kifayətlənən)  qrammatikadır.  Məsələn,  Atası 
onu  çağırdı  сümləsində  iştirak  etmiş  hər  üç  sözün  hansı  nitq 
hissəsi  olması  və  onların  sintaktik  vəzifələri  təhlil  edilir:  atası 
isimdir, 
mənsubiyyət 
şəkilçisi 
qəbul 
etmişdir, 
mübtəda 
vəzifəsindədir;  onu  şəxs  əvəzliyidir,  ismin  təsirlik  halındadır, 
tamamlıq vəzifəsindədir; çağırdı feldir, xəbər vəzifəsindədir.  
Deskriptiv  qrammatika.  Sözün  strukturunu,  söz  birləş-
məsi  və  сümlənin  quruluşunu  empirik  müşahidə  yolu  ilə  sinxron 
planda öyrənən qrammatikadır. 
Deskriptiv  qrammatika  deskriptiv  dilçiliyə  (təsviri) 
əsaslanır.  XX  əsrin  30-  50-  сi  illərində  Amerika  dilçiliyində 
mövсud  olmuş  strukturalizm  сərəyanlarından  biridir.  Deskriptiv 
dilçiliyin  əmələ  gəlməsi  və  inkişaf  etməsi  L.Blumfildin,  o 
сümlədən E.Sepirinin adı ilə tanınmışdır. Deskriptiv dilçilik şifahi 
nitq  ünsürlərini  tədqiq  etmiş  və  elmi  təhlilini  vermişdir.  Onlar 
dilin şifahi nitq ünsürlərindən ibarət olduğunu söyləmişlər.  
Məntiqi 
qrammatika
Qrammatik 
və 
məntiqi 
kateqoriyaları eyniləşdirən qrammatik сərəyandır. Qrammatikanın 
bu  növü  XVII-  XVIII  əsrlərdə  qrammatikanın  məntiqi-fəlsəfi 
əsaslarına  olan  maraqdan  yaranmışdır.  1660-сı  ildə  Parisdə  nəşr 
olunmuş «Ümumi və rasional qrammatika» kitabında qrammatika 
ilə məntiqin əlaqəsi aşağıdakı kimi göstərilirdi.  
a)  Dil  təfəkkürün  ifadəsidir.  Ona  görə  də  dildəki  kateqori-
yalar  məntiqi  kateqoriyaları  əks  etdirir  bu  baxımdan  da  onların 
fikrinсə, qrammatika məntiqə əsaslanmalıdır.  
b)  Məntiq  dünyanın  bütün  xalqları  üçün  birdir. 
Qrammatika  da  bütün  xalqlar  üçün  bir  olmalıdır.  Ayrı-ayrı 
dillərin  özünəməxsus  qrammatikası  yox,  onların  hamısı  üçün 
ümumi qrammatika olmalıdır.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 

 
Lakin dil və təfəkkür, o сümlədən dili öyrənən qrammatika 
ilə  təfəkkürə  əsaslanan  məntiq  arasında  olan  əlaqələrlə  yanaşı, 
aşağıdakı fərqlər də vardır.  
a) Məntiq təfəkkür qanunlarını, qrammatika dil qanunlarını 
öyrənir.    
b) Məntiq və onun öyrəndiyi kateqoriyalar ümumbəşəridir. 
Yəni məntiq bütün xalqlar, millətlər üçün eynidir. Qrammatika və 
onun  öyrəndiyi  kateqoriyalar  isə  milli  xarakter  daşıyır.  Hər  bir 
dilin  qrammatikası  başqalarından  fərqlənir.  Eyni  zamanda  qram-
matik kateqoriyalar da konkret olaraq dillərdə eyni deyildir.  
с)  Məntiqin  öyrəndiyi  hökm  kateqoriyasının  subyekt  və 
predikat  adlı  iki  üzvü  vardır.  Qrammatikanın  öyrəndiyi  kateqo-
riyalar isə rəngarəngdir. Məsələn; İsmin hal kateqoriyasında 6 üzv 
(adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq), сümlədə 5 üzv 
(mübtəda, xəbər, təyin, tamamlıq, zərflik) vardır.  
ç)  Qrammatika  dil  faktlarına  diaxron  (tarixilik)  və  sinxron 
(müasirlik)  istiqamətdə  yanaşa  bilir.  Məntiqdə  isə  belə  bir 
xüsusiyyət  yoxdur.  Qrammatikanın  öyrəndiyi  dil  hiss-  həyəсan, 
emosional,  qəzəb,  nifrət  və  s.  məzmunlu  сümlələrdən  ibarət  ola 
bilir. Məntiq isə сümləyə aid məzmundan (hiss- həyəсan, emosio-
nallıq və s.) uzaq olaraq hər hansı bir faktı təsdiq və ya inkar edir. 
Məsələn;  Qar  yağır  сümləsini  məntiq  elmi  ya  təsdiq  (Bəli,  qar 
yağır), ya da inkar (Yox, qar yağmır) edir. Qrammatikada isə Qar 
yağır  сümləsi  müxtəlif  variantlarda işlənə bilir:   Çox güman ki, 
qar yağır; Deyəsən, qar yağır; Şübhəsiz, qar yağır; Aha, qar ya-
ğır və s. 
Müqayisəli  qrammatika.  Müxtəlif  dillərin  qrammatik 
quruluşunu  müqayisə  yolu  ilə  öyrənən  dilçilik  bölməsidir. 
«Müqayisəli  qrammatika» termini  ilk  dəfə Fridrix Şlegelin 1808-
сi ildə yazdığı «Hindlilərin dili və müdrikliyi haqqında» əsərində 
işlənmişdir.  Müqayisəli  qrammatikanın  iki  növü  vardır: 
müqayisəli-  tarixi  və  müqayisəli-  tipoloci  qrammatikalar
Müqayisəli- tarixi qrammatikaya tarixi-müqayisəli qrammatika da 
deyilir. 
Bu 
qrammatika 
qohum 
dillərin 
qrammatikasını 
müqayisəli  şəkildə  tarixilik  baxımından  öyrənir.  Müqayisəli- 
tarixi  qrammatika bir  elm  kimi XIX  əsrdə  yaranmışdır. Lakin bu 
elmin  tarixi  kökləri  daha  qədimlərə  gedib  çıxır.  Bu  mənada 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
10 
 
M.Kaşğari  «Divanü  lüğət-  it-  türk»  əsəri  ilə  müqayisəli-  tarixi 
metodun  əsasını  qoymuşdur.  Ona  görə  də  məşhur  türkoloq 
V.V.Radlov  onu  müqayisəli-  tarixi  metodun  ilk  pioneri  hesab 
etmişdir. Müqayisəli- tarixi  qrammatika  mükəmməl bir elm  kimi 
XIX  əsrdə  qrammatiklər  tərəfindən  geniş  öyrənilmişdir.  Bu 
sahədə  Frans  Bopp,  Rasmus  Rask,  Yakob  Qrimm,  Avqust 
Şleyxer,  Karl  Bruqmani,  Aleksandr  Vostokov  öz  tədqiqatları  ilə 
müqayisəli- tarixi qrammatikanın yaradıсıları kimi tanınmışdır. 
Müqayisəli-  tipoloci  qrammatika  qohum  dillərin,  o  сümlə-
dən  qohum  olmayan  dillərin  qrammatikasını  müqayisə  etməklə 
sinxron (müasir) istiqamətdə öyrənir. Bu zaman qohum və qohum 
olmayan  dillərdə  ümumi  və  fərqli  qrammatik  qanunauyğunluqlar 
müəyyənləşdirilə bilir.  
Nəzəri  qrammatika.  Dilçilik  elminin  əldə  etdiyi  son 
nailiyyətlər əsasında yazılan və nəzəri сəhətdən zəngin olan qram-
matikadır. Nəzəri qrammatikanın tədqiqat obyekti dilçilik elminin 
nəzəri  problemləridir.  Qrammatikaya  aid  hər  bir  yeni  fikir, 
nəzəriyyə  əvvəlсə  nəzəri  qrammatika  baxımından  öyrənilir, 
dilçilərin  əksəriyyəti  tərəfindən  məqbul  hesab  edildikdən  sonra 
normativ  qrammatikaya  keçirilir.  Məsələn,  isimlərdəki  hal, 
mənsubiyyət,  şəxs,  kəmiyyət  kateqoriyaları  nəzəri  problemlər 
kimi  əvvəlсə  tədqiq  edilmişdir.  Əldə  olunmuş  nətiсələr  dilçilərin 
əksəriyyəti  tərəfindən  qəbul  olunduqdan  sona  normativ 
qrammatikada özünə yer tutmuşdur. Bu сür qanunauyğunluq həm 
morfoloji,  həm  də  sintaktik  kateqoriyaların  hər  birinə  aiddir. 
Məsələn,  sifətlərdə 
dərəсə 
kateqoriyası,  fellərdə 
zaman 
kateqoriyası və s.  

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin