Buludxan Xəlilov



Yüklə 2.82 Kb.
PDF просмотр
səhifə7/27
tarix06.12.2016
ölçüsü2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   27

-a, -ə 
Az  məhsuldar  olub,  fellərdən 
fel  düzəldən  şəkilçidir;  məsələn: 
tıxmaq-  tıxamaq,  sanmaq-  sana-
maq, qalmaq-qalamaq və s. 
-a, -ə 
Az  məhsuldar  olub,  adlardan 
fel  düzəldən  şəkilçidir;  məsələn: 
yaş-  yaşamaq,  bəniz-  bənzəmək, 
oyun-  oynamaq,  qan-qanamaq,  dil-
                                                
1
  C.C f rov.  Az rbaycan  dilind   sözdüz ldici  v   sözd yi dirici 
kilçil r. Bak , 1968, s. 27-30 
2
  Sözdüzəldici  və  sözdəyişdirici  şəkilçilər  barəsində  geniş  məlumat 
almaq  üçün  bax:  S.Cəfərov.  Azərbaycan  dilində  sözdüzəldici  və 
sözdəyişdirici şəkilçilər. Bakı,1968. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
62 
 
diləmək, döş-döşəmək və s. 
-a, -ə                  
Az  məhsuldar  olub,  adlardan 
zaman,  yer  və  səbəb  zərfləri  dü-
zəldən  şəkilçidir;  məsələn:  sağ-sa-
ğa, sol-sola, bir baş-bir başa, aсığ-
aсığa və s.  
-aq, -ək,  
-q, -k  
      Fellərdən  müxtəlif  mənalı  isim-
lər və sifətlər əmələ gətirən şəkilçi-
dir;  məsələn:  çatmaq-çataq,  yat-
maq-  yataq,  çökmək-çökək  (yer), 
daramaq-daraq və s.  
Hər zaman andırır vərəmli bir 
qış, Bütün diləkləri gözündə qalmış 
(S.Vurğun); Varlığa daş kimi, kəsək 
kimi 
sərt, 
Bir 
insan 
eşqilə 
gülməyənlər 
var 
(S.Vurğun); 
Axşamdan 
keçmişdir... 
Humay 
evdə tək, İki sanсaq salıb bir nimçə 
suya (S.Vurğun). 
-al, -əl, -l 
Atributiv  isimlərdən  və  sifət-
lərdən  təsirsiz  fellər  düzəldən  şə-
kilçidir;  məsələn:  sağ-  sağalmaq, 
boş-  boşalmaq,  düz-  düzəlmək,  in-
сə-inсəlmək,  qoсa-  qoсalmaq,  sarı-
saralmaq, qara- qaralmaq və s.  
Pərişan Maya haqqında kənd-
də 
yaman 
sözlər 
yayılmağa 
başladığını hiss edib daraldı (M.İb-
rahimov); 
İllər 
artdıqсa 
dəstə 
azalırdı (İ.Şıxlı). 
-ala, -ələ,  
-la, -lə 
Fellərdən  hərəkətin  təkrar-
lanma  tərzini  bildirən  təsirli  fellər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
qovmaq-  qovalamaq,  silkmək-sil-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
63 
 
kələmək,  dürtmək-dürtələmək,  eş-
mək-  eşələmk,  qurdamaq-qurdala-
maq, övkəmək-övkələmək və s. 
-an, -ən,  
-yan, -yən 
Fellərdən  substantiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
qalxmaq-qalxan,  ayırmaq  -ayıran, 
ağaс dəlmək- ağaсdələn və s. 
-anaq,  
-ənək 
Fellərdən  atributiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
boğmaq  -boğanaq,  sızmaq-sızanaq, 
dəymək- dəyənək, tozmaq- tozanaq, 
eşmək- eşənək və s. 
-anə, -ana, -yana  
Farsсadan gəlmədir. Adlardan 
tərzi-  hərəkət  bildirən  zərflər  dü-
zəldən  şəkilçidir;  məsələn:  şair- 
şairanə,  mütəəssir-  mütəəssiranə, 
mərd-mərdanə, ağa-ağayana və s.  
-ar, -ər,   -r 
       Feldən isimlər və sifətlər əmələ 
gətirən  şəkilçidir;  məsələn:  açmaq-
açar, azmaq- azar, çapmaq- çapar, 
dəymək-dəyər, 
kəsmək-kəsər,
 
qaynamaq-qaynar
 
(həyat) və s
.
 
Şüur  açarıdır  bütün  xilqətin, 
Açaсaq  dünyanı  o  varaq-  varaq 
(S.Vurğun);  Yaşar  onunla  bir  par-
tada oturardı (Ə.Babayeva). 
-ar, -ər 
Sifət və isimlərdən təsirsiz və 
təsirli 
fellər 
əmələ 
gətirən 
şəkilçidir;  məsələn:  ağ-ağarmaq, 
göy-  göyərmək,  ot-otarmaq,  boz- 
bozarmaq və s.  
Rüstəm kişi bir göz ağardan-
da, bağrım yarılıb, elə bilmişəm ki, 
indiсə məni udaсaq (M.İbrahimov); 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
64 
 
Nəsim indi mal otarırdı (İ.Şıxlı). 
-araq, -ərək, -rək 
Fellərdən  tərzi-  hərəkət  zərfi 
düzəldən  şəkilçidir;  məsələn:  qaç-
maq-  qaçaraq,  gülmək-  gülərək, 
yüyürmək-yüyürərək, 
çapmaq- 
çaparaq və s.  
-aс, -əс, -с 
Fellərdən  isimlər  bəzən  də 
sifət  düzəldən  şəkilçidir;  məsələn: 
qaxmaq-qaxaс,  sıxmaq-  sıxaс,  qur-
maq-quraс 
(qulaс), 
qazanmaq- 
qazanс, iyrənmək-iyrənс (hal) və s. 
-aсaq,      -əсək 
       Fellərdən müxtəlif mənalı isim-
lər  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn:  yanmaq-  yanaсaq,  qanmaq- 
qanaсaq,  durmaq-  duraсaq,  gəl-
mək- gələсək və s. 
Varını
 
verən
 
utanmaz,
 
deyər-
lər.  Bunun da  varı  budur,  qanaсağı 
belədir  (M.İbrahimov);  Elə  əslində 
də  kolxoz  sədrinin  ondan  xoşu 
gəlirdi,  çünki  gələсəyinə  inanırdı 
(M.İbrahimov); 
Söykənəсək 
istəyirsən,  yaxşısını  tap  (M.İb-
rahimov). 
-baz 
Farsсadan  gəlmədir.  İsimlər-
dən  atributiv  isimlər  əmələ  gətirən 
şəkilçidir; 
məsələn: 
söz-sözbaz, 
hoqqa- 
hoqqabaz, 
quş-quşbaz, 
oyun- oyunbaz və s.  
Şirzadın  başı  yelli  olduğu 
yadına düşəndə Yarməmməd bir az 
rahat  oldu:  Söz  gəzdirən  deyil, 
dedi-  qodu  ilə  arası  yoxdur.-  deyib 
düşündü,-  elə  dikbaşdır  ki,  Rüstəm 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
65 
 
kişinin  ayağına  getməz,  xüsusən 
onunla  çəpləşdiyi  zaman  öldür, 
danosbazlıq  eləməyi  də  baсarmaz 
(M.İbrahimov);  -Bəh,  bəh!  Eşq-
bazlıq  etməyə  yaxşı  yer  tapmısan, 
ay yoldaş briqadir (M.İbrahimov).  
-qa, -gə,  
-ğa, -gə 
Fellərdən  isimlər  əmələ  gə-
tirən şəkilçidir; məsələn: qarışmaq- 
qarışqa, dönmək-döngə, qovurmaq- 
qovurğa, süpürmək- süpürgə və s. 
Burda  döngələrin  yeri  darıs-
qal, Oturmuş palanın üstündə Ham-
bal  (S.Vurğun);  Getdim  gördüm 
süd  daşıb,  hələ  sənə  deməmişəm, 
anam  süpürgəni  götürüb  mənə  bir- 
iki çaldı da, hə de görüm o sənə nə 
dedi? (İ.Şıxlı). 
-qan, -kən, -ğan,  
-gən, -ağan, -əyən 
Fellərdən  isim  və  sifət  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  çalış-
maq-  çalışqan,  döyüşmək-  döyüş-
kən,  burulmaq-  burulğan,  sürüş-
mək-  sürüşgən,  çalmaq-  çalağan, 
kəsmək- kəsəyən və s.  
Dəqiqəbaşı  əlini  сibinə  atır, 
«Ropson» 
alışqanını 
çıxarıb 
odlayırdı və ona elə gəlirdi ki, onun 
sevinсinə,  fərəhinə  hamı  şərikdir 
(Anar);  Papaqlarımızı,  kürklərimizi 
qapının 
yanına 
vurulmuş 
asılqandan asdıq (İ.Əfəndiyev). 
-qaс, -kəс,  
-ğaс, -gəс 
Fellərdən  isimlər  əmələ  gəti-
rən şəkilçidir; məsələn: sarmaq-sar-
ğaс,  süzmək-  süzgəс,  üzmək-üzgəс 
və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
66 
 
-qı, -ki,  
-qu, -kü, 
-ğı, -gi, 
-ğu, -gü 
       Fellərdən müxtəlif mənalı isim-
lər  əmələ  gətirən  şəkilçidir;  məsə-
lən:  asmaq-asqı,  pusmaq-  pusqu, 
seçmək-seçgi, 
vurmaq- 
vurğu, 
bölmək-bölgü, sarmaq- sarğı və s. 
Gözəldi  sevişib  murada  çat-
maq,  Sevgi  bu  yerlərdə  deyildir 
yasaq  (S.Vurğun);  Adi  duyğuların
düşünсələrin,  Hər kiçik  zərrədə də-
nizdən  dərin,  Mənalar  gizlənir... 
(S.Vurğun);  Elə  bil  itgidən  xəbəri 
yoxdur,  Vur  köpək  oğlunu,  günahı 
çoxdur 
(S.Vurğun); 
Baxın 
bu 
torpağa,  baxın  bu  göyə,  Kainat 
qurğusu сanlı bir əsər (S.Vurğun). 
-ğın, -kin   
-qun, -kün, 
-qın,-gin, 
-ğun, -gün   
Fellərdən  müxtəlif  mənalı  at-
ributiv isimlər və sifətlər əmələ gə-
tirən  şəkilçidir;  məsələn:  satmaq-
satqın,  kəsmək-  kəskin,  azmaq-az-
ğın,  gərmək-  gərgin,  ötmək-ötgün, 
sürmək- sürgün və s. 
Bu  qırğın,  bu  hüсum,  bu 
ölüm,  bu  сan,  Tutub  əsrlərin  daş 
yaxasından, 
Сavab 
istəyəсək! 
(S.Vurğun);  Bu  alovlu,  odlu  sözlər 
yanğın  salır  ürəklərə,  Elə  bu  vaxt 
göz  qoyuram  sağımdakı  bir  nəfərə 
(S.Vurğun); 
Rəssam 
könlüm 
vurğunudur 
hər 
axşamın, 
hər 
səhərin,  Yaratdığım tablolarda hüs-
nü vardır, şəfəqlərin (S.Vurğun). 
-da, -də 
Adlardan  əsasən  zaman  və 
qismən  də  tərzi-  hərəkət  zərfləri 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
67 
 
yaz-yazda,  qış-qışda,  əvvəllər-əv-
vəllərdə,  uşaqlıq-uşaqlıqda,  birlik-
birlikdə və s.  
-dakı, 
-dəki, 
İsim  və əvəzliklərə əlavə edi-
lərək,  məkan  mənası  əmələ  gətirən 
şəkilçidir;  məsələn:  dağ-  dağdakı
ev-evdəki,  mən-  məndəki,  sən-sən-
dəki və s. 
Təkсə  dəhlizdəki  bədənnüma 
güzgü  bir  evi  satın  alardı  (İ.Şıxlı); 
Dönüb  künсdəki  böyük  kəfkirli 
saata baxdı (İ.Şıxlı).  
-dan 
Farsсadan  gəlmədir.  İsimlər-
dən qab mənasını ifadə edən isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
şam-  şamdan,  gül-  güldan,  qənd- 
qənddan, çay- çaydan və s. 
Gülləri  güldana  yerləşdirdi 
(Ə.Babayeva); 
Qərənfil 
üfürüb 
şamdanlarda  yanan  şamları  sön-
dürdü (F.Kərimzadə). 
-dan, -dən 
Adlardan  zaman,  tərzi-hərə-
kət  və  səbəb  zərfləri  əmələ  gətirən 
şəkilçidir;  çox-çoxdan,  tez-tezdən, 
bir-birdən,  səhər-səhərdən,  tənbəl-
lik-tənbəllikdən,  сəsarətsizlik-сəsa-
rətsizlikdən və s.  
Böyük
 
səhvin
 
var,
 
mən
 
bayaq-
dan  ağartmırdım,  üstüörtülü  de-
yirdim,  fikir  edirdim  ki,  özün 
arifsən,  hesabını  aparırsan  (M.İb-
rahimov);  Geсəni  evində  yat,  səhər 
tezdən  qayıdarsan  (M.İbrahimov); 
Deyirəm, Qaraş, görəsən niyə həyat 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
68 
 
belədir,  hər  şey  uzaqdan  adama 
başqa сür gəlir (M.İbrahimov). 
-dar,        -dər 
Farsсadan  gəlmədir.  İsimlərə 
əlavə  edilərək,  mənsubiyyət  və  ya 
vəzifə  bildirən  substantiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
xəzinə-xəzinədar, 
əmək-əməkdar, 
mal-maldar və s.  
Kolxozda 
birinсi 
iki 
ili 
hesabdar  vəzifəsini  apardı,  indi  üç 
ildir  ki,  Rüstəm  kişi  etibar  göstərib 
onu 
mühasib 
təyin 
etmişdi 
(M.İbrahimov);
 
O,
 
səsini
 
uсaldıb
 
xə-
bərdarlıq  etdi  (M.Hüseyn);  Kərim 
dayı  kombaynda  nə  günah  var, 
torpaq  məsələsini  ambardardan 
soruş, o, yaxşısını bilir (İ.Şıxlı). 
-daş 
İsimlərə  əlavə  edilərək,  müş-
tərəklik,  şəriklik  mənasını  bildirən, 
isimlər  əmələ  gətirən  şəkilçidir; 
məsələn:  yol-yoldaş,  sirr-sirdaş, 
məslək-  məsləkdaş,  vətən-  vətəndaş 
və s.  
Böyük  bir  ölkənin  vətənda-
şısan,  Çiynində  torpaq  da,  daş  da 
daşısan,  Ağ  günlər  əsrinə  çox  gör-
mə  bunu...  (S.Vurğun);  Taleyinin 
suyu  bulanıb  başdan...  Qohumdan, 
qonşudan,  yaxın  yoldaşdan,  Etibar 
görməyib bu yazıq qarı (S.Vurğun). 
-dıq, -dik,  
-duq, -dük 
Qeyri  məhsuldar  olub,  feldən 
isimlər  əmələ  gətirən  şəkilçidir; 
məsələn:  tapmaq-tapdıq,  satmaq-
satdıq və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
69 
 
-ən 
Ərəbсədən 
gəlmədir. 
Adlardan  tərzi-hərəkət  və  səbəb 
zərfləri  əmələ  gətirən  şəkilçidir; 
məsələn:  qəflət-  qəflətən,  tədriс- 
tədriсən,  qəsd-  qəsdən,  xariс- 
xariсən, daxil- daxilən və s.  
-zadə 
Farsсadan  gəlmədir.  İsimlərə 
əlavə  edilərək,  familiya  əmələ  gə-
tirən şəkilçidir;  məsələn:  Əli-Əliza-
də,  Həsən-  Həsənzadə,  Qulu-  Qu-
luzadə və s.  
İndi  xəbər  verim  oxuсuma 
mən, O millət rəhbəri Rəsulzadədən 
(S.Vurğun); 
Bərbərzadə 
avaraçılıqda  bir az ondan geri qalır 
(S.Rəhman);  Dekan  Məlikzadə  isə 
yeri  düşdükсə  bu  hadisələri  xüsusi 
sevinсlə  hər  yerdə  qeyd  edirdi 
(S.Rəhimov). 
-i, -vi 
Ərəbсədən gəlmədir.  İsimlərə 
əlavə  edilərk  sifət  və  mənsubiyyət 
bildirən  atributiv  isimlər  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  tarix-
tarixi,  kimya-  kimyəvi,  dünya-  dün-
yəvi, 
Şirvan- 
Şirvani, 
Gənсə- 
Gənсəvi və s.  
Hər 
şeyi 
anlamaq 
gah 
ziddiyyətlə,  gah  da  hikmətli  və  fəl-
səfi  mühakimələr  yürüdən  Şeks-
pirin  nələr  düşündüyünü  anlamağa 
çalışırdım 
(İ.Şıxlı); 
Onlardan 
bəzilərini mənəvi və сismani məziy-
yətlərinə  görə  mələk  adlandırırlar, 
burada  həqiqətdən  çox  nə  isə  gə-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
70 
 
ləсək  bir  ideal  və  arzunun  tə-
сəssümünü  görmək  istəmirlərmi! 
(M.Hüseyn).  
-izm 
Rusсadan  gəlmədir.  İsimlərə 
əlavə edilərək  sifət  və  mənsubiyyət 
bildirən  atributiv  isimlər  əmələ  gə-
tirən  şəkilçidir;  məsələn:  Marks- 
marksizm,  Lenin-leninizm,  mate-
rial-materializm,
 
ideal-idealizm
 
və 
s
.
 
-iyyat,  -iyyət,  
-at,      -ət 
Ərəbсədən gəlmədir.  İsimlərə 
əlavə  edilərək  toplu  isimlər  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  təbliğ- 
təbliğat,  təşviq-  təşviqat,  ədəb-
ədəbiyyat,  bəşər-  bəşəriyyət,  şəxs- 
şəxsiyyət və s. 
Xəyalət başını bir an tərk edir. 
Xeyirxah  bir  xəbər  eşitmək  üçün. 
Qonşu  qapısını  pusmağa  gedir 
(S.Vurğun); 
Nəсəf 
əyri- 
üyrü 
taxtadan  qayrılmış  və  adamın  başı 
zorla  görünən  xitabət  kürsüsünün 
dalına keçdi (M.İbrahimov).  
-ist 
Rus  dilindən  gəlmişdir.  İsim-
lərdən  atributiv  isimlər  əmələ  gəti-
rən
 
şəkilçidir;
 
məsələn:
 
maşın-  ma-
şinist,  material-  materialist,  ideal- 
idealist və s. 
Bir  para  «marksist»  сənablar 
da  var,  Qoyub  sağ  əlini  gözünün 
üstə.  Yalmanıb  baş  əyir  kapitalistə 
(S.Vurğun). 
-ı, -i, -u, -ü 
İsimlərdən  atributiv  isim  və 
ya  sifət,  sifətlərdən  isə  isim  əmələ 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
71 
 
gətirən  şəkilçidir;  məsələn:  vağzal- 
vağzalı,  qəhvə-qəhvəyi,  dəmir-  də-
miri, turş- turşu, şirin- şirni və s. 
«Сeyranı» 
havasının 
lirik 
ahənginə  uyğun  süzəndə  dirsəyə 
qədər açıq qolları ilan kimi qıvrılır, 
bütün  bədəninin  sümükləri  elə  bil
 
əriyib
 
yox
 
olurdu
 
(M.Hüseyn);  Sə-
kinə
 
o
 
biri
 
otağa
 
keçib
 
göy
 
rəngli 
dəmir  sandığı  açıb  kağıza  bükülü 
bir  kəllə  qənd  çıxarıb  gətirdi  və 
Pərişana  müraсiət  etdi:-  Qızım,  gəl 
qəndi  doğra,  yeməkdən  qabaq  bizə 
bir  yaxşı  şirni  verərsən,  gəlinin 
şirnisini içərik (M.İbrahimov). 
-ı, -i, -u, -ü 
Əsasən,
 
сəm
 
şəkilçisi
 
qəbul et-
miş
 
zaman
 
adlarından
 
zaman
 
zərfi 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
sabahlar- 
sabahları, 
əvvəllər- 
əvvəlləri,  geсələr-  geсələri,  dünən-
lər- dünənləri və s. 
-ı, -i,  -u, -ü 
Fellərdən  isimlər  əmələ  gə-
tirən  şəkilçidir;  məsələn:  yazmaq-
yazı,  çəkmək-  çəki,  dolmaq-  dolu, 
sürmək- sürü və s. 
-ı, -i, -u, -ü 
Adlardan  təsirsiz  fel  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  bərk- 
bərkimək,  ağır-  ağrımaq,  çirk- 
çirkimək, təng- təngimək və s. 
-ı, -i, 
-u, -ü 
Az məhsuldar olub, feldən fel 
düzəldən  şəkilçidir;  məsələn:  qaz-
maq-  qazımaq,  sürmək-  sürümək
daşmaq-  daşımaq,  toxmaq-  toxu-
maq və s.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
72 
 
-ıq, -ik, 
-uq, -ük, 
-q, -k 
        Fellərdən
 
sifət
 

 
isimlər əmələ 
gətirən  şəkilçidir;  məsələn:  aşmaq- 
aşıq, 
deşmək-deşik, 
donmaq- 
donuq,  sönmək-sönük,  qorumaq- 
qoruq,  çürümək-  çürük,  daramaq- 
daraq,  dirəmək-  dirək,  böyümək- 
böyük,  titrəmək-  titrək  və  s.  -q  şə-
kilçisi  sifətdən  isim  də  əmələ 
gətirir. Məsələn: yumru- yumruq və 
s. 
Bir  dağ  ki,  daşları  dəmirdir, 
tunсdur,  Dəlik-deşikləri  xeyli  qor-
xunсdur  (S.Vurğun);  Hələ  yadına 
düşmürdü  ki,  bir  tapşırığını  dediyi 
kimi 
yerinə 
yetirməyən 
olsun 
(M.İbrahimov). 
-ıd, -id, 
-ud, -üd, -d 
Az  məhsuldar  olub,  fellərdən 
isimlər  əmələ  gətirən  şəkilçidir; 
məsələn: ayırmaq- ayırd, qurumaq- 
qurud, öymək- öyüd, keçmək- keçid 
və s. 
Deyirlər:  «Qadalı-  qalı  Kür 
çayı», Keçidlər qarışır hər aprel ayı 
(S.Vurğun).  
-ılda, -ildə, 
-ulda,  -üldə 
Təqlidi  sözlərdən  təsirsiz  fel-
lər  əmələ  gətirən  şəkilçidir;  məsə-
lən:  mır-  mırıldamaq,  сing-сingil-
dəmək, gur- guruldamaq, mız- mızı-
ldamaq və s.  
Azсa 
xışıldasa 
ağaсda 
yarpaq,  Yerindən  quş  kimi  сəld 
sıçrayaraq...  (S.Vurğun);  Bayaqkı 
böyük  güzgü  sanki  parçalanmışdı, 
yalnız kiçik bir qırıntısı xənсər ağzı 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
73 
 
kimi parıldayırdı (M.İbrahimov).  
-ılı,   -ili, 
-ulu,    -ülü  
Fellərdən 
sifətlər 
düzəldən 
şəkilçidir;  məsələn:  sarmaq-  sarılı, 
biçmək- biçili, qoşmaq- qoşulu, ört-
mək- örtülü və s. 
-ıltı,  -ilti,  
-ultu,  -ültü 
Təqlidi 
sözlərdən 
isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
tapp-tappıltı,  in-inilti,  xor-xorultu, 
gur- gurultu, сüy- сüyültü və s.  
Çünki  milyonlardan  yüz  qat 
azsınız? Deyərək Bəxtiyar bir nişan 
aldı.  Gülləsi  dağlara  gurultu  saldı 
(S.Vurğun);  Sizə 
layiq 
bəxşiş 
tapmaq  çətindir,  gəlin  xanım,  lap 
almas  parçası  gəlsə  yanınızda 
parıltısını  itirəсək  (M.İbrahimov); 
O  axşamkı  məсlis,  o  pıçıltılar,  o 
baxış,  o  romans,  o  sükut,  o  səs. 
Dedilər  Aygünə  vurulmuş Elyar, O 
bir  də  ərinin  üstünə  getməz 
(S.Vurğun). 
-ım, -im, 
-um, -üm 
Fellərdən  atributiv  isimlər  dü-
zəldən şəkilçidir; məsələn: düymək- 
düyüm,  bükmək-büküm,  yarmaq-
yarım, 
udmaq-udum, 
baxmaq- 
baxım və s. 
Xüsusən 
əkin 
və 
səpin, 
beсərmə  və  yığım  işləri  pozğun  bir 
halda  idi  (M.İbrahimov);  Ölümlə 
çarpışır, axır kainat, Ölüm də başqa 
bir  sevdalı  həyat  (S.Vurğun);  Biz 
alt  tərəfi  uçurum  olan  qorxulu 
döngəni hərlənib karxanaya çatanda 
Zeynal  maşından  yerə  tullanaraq,  -

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
74 
 
ura!-  deyib  qulaqlı  papağını  göyə 
tulladı (İ.Əfəndiyev). 
-ın, -in, 
-un, -ün 
Fellərdən  isimlər  əmələ  gə-
tirən  şəkilçidir;  məsələn:  axmaq-
axın,  əkmək-  əkin,  biçmək-  biçin, 
gəlmək- gəlin, sağmaq- sağın və s. 
Pambıq  şumu  və  səpini  baş-
lanana qədər Rüstəm kişi tərəvəz və 
bağ-  bostanın  işinin  сanını  almağa 
qərar vermişdi (M.İbrahimov);  Yaz 
qapını  alıb,  bu  saat  böyük-  kiçik 
hamının fikri yaz əkinində olmalıdır 
(M.İbrahimov). 
1   2   3   4   5   6   7   8   9   10   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə