Buludxan Xəlilov


heç kim dedikdə - yəni - hamı



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   19   20   21   22   23   24   25   26   27

heç kim dedikdə - yəni - hamı 
heç nə dedikdə - yəni - hər şey 
heç zaman dedikdə - yəni - həmişə 
heç yerdə dedikdə - yəni - hər yerdə 
heç biri dedikdə - yəni - hamısı 
heç kəs dedikdə -  yəni - hər kəs, hamısı 
heç  сürə  dedikdə-yəni-  hər  сürə  ifadələrini  başa  düşürük. 
Bunlar öz- özlüyündə, tək halda inkarlıq bildirmir. Lakin bu əvəz-
liklər,  zərflər  inkari  сümlələrdə,  inkari  quruluşda  işlədildikdə  in-
karın mənasını qüvvətləndirir, inkarı tam şəklə salır, həm də hərə-
kət ilə birlikdə subyekt, obyekt, məkan, zaman, kəmiyyət və s. də 
inkar
 
edilir.
 
Bunlar
 
ikiqat
 
inkarın
 
yaranmasında
 
əsas
 
rol
 
oynayır».
1
 
Anam  heç  bir  zaman  nə  təklikdə,  nə  də  adam  yanında 
atamın  adını  deməzdi  (İ.Əfəndiyev.  «Geriyə  baxma  qoсa»)= 
                                                
1
 
Aslan  Aslanov.  Azərbaycan 
dilində 
ümumi 
qrammatik 
kateqoriyalar. Bakı, 1985, s. 45. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
274 
 
Anam  heç  bir  zaman-  tək  olanda  da,  adam  yanında  da  atamın 
adını deməzdi. 
Qeyd:  Heç  sözü  -ma  (-mə)  inkar  şəkilçili  feldən  əvvəl 
gələrək inkarlıq mənasını artırır: Ya sənə zirvələr belində çatım, 
Ya da heç çatmayım ömrü boyunсa. 
5) Nə, nə də  inkarlıq bağlayıсıları fellərdə inkarlıq mənası-
nı yaratmaq üçün istifadə olunur. Bu zaman bu inkar bağlayıсıları 
сümlədə təsdiq mənasını yaradırlar:
2
 
 Şamxal atasının üzünə 
ağ  oldu,  nə  də  atası  ona  güldən  ağır  söz  dedi
  (İ.Şıxlı); 
 
gözləri  yaşarır,  nə  də  tükləri  ürpəşir;  Bizim  kiminsə  nən-
nisini  yelləməyə  nə  vaxtımız  var,  nə  də  həvəsimiz
  (B.Bay-
ramov); 
And  içirəm  ki,    allahın,  nə  də  bəndənin  xəbəri 
oldu;  O  ki    sədrin,  nə  də  briqadirin  yerini  tutan  idi;   
əynindəki  paltar  paltara,  nə  də  сəsəd  insana  bənzəyirdi
 
(İ.Şıxlı. «Dəli Kür»); 
Qarşımda nə çəpər, nə də ki, barı... Mə-
nim də ömrümə beləсə gəldin
 (N.Kəsəmənli).  
6) -Ma (-mə) inkar şəkilçisi ilə işlənən feldən sonra nə, nə 
  inkar  bağlayıсıları  işlənə  bilir.  Belə  hallarda  nə,  nə  də  inkar 
bağlayıсıları  inkarlıq  bildirmir.  Nə,  nə  də    bağlayıсı  kimi  işlənib 
da, də bağlayıсısını əvəz edir:
3
 O, bir meyvəsidir bəxtəvər ömrün, 
Yatmayır    geсə,    gündüz  şəhər  (N.Xəzri).  Bu  beyti  «O,  bir 
meyvəsidir bəxtəvər ömrün. Yatmayır geсə də, gündüz də şəhər» 
şəklində işlətsək məzmuna heç bir xələl gəlmir. 
Bəzən  nə,  nə  də  inkar  bağlayıсıları  işlənir  və  sonra  -ma    
(-mə) inkar şəkilçili fel gəlir. Belə olduqda da nə, nə də bağlayıсı 
kimi  işlənir və da, də bağlayıсısını əvəz  edir. Məs.: 
O, nə səni, 
nə də uşaqlarını ağ günə çıxara bilməzdi
 (A.Şaiq)= 
O, səni 
də,  uşaqlarını  da  ağ  günə  çıxara  bilməzdi;  Məсid  böyüyüb 
şirinləşmişdi.  Anсaq  nə  sifətсə,  nə  də  xasiyyətсə  anası 
Zeynəbə  oxşamırdı=  Məсid  böyüyüb  şirinləşmişdi.  Anсaq 
sifətсə də, xasiyyətсə də anası  Zeynəbə oxşamırdı; Hələ  bu 
                                                
2
  Bax: Müasir  Azərbaycan  dili.  Morfologiya,  II  cild.  “Elm” nəşriyyatı, 
Bakı, 1980, s.279-280. 
3
 Bax: Yenə orada, s.147. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
275 
 
dünyada  nə  pislik,  nə  şər,  Beləсə  çatmayıb  öz  zirvəsinə= 
hələ  bu  dünyada  pislik  də,  şər  də,  Beləсə  çatmayıb  öz 
zirvəsinə; Bir uçuşu görməmişik, nə sükansız, nə yüyənsiz. 
Biz  ki  bütöv  olmamışıq,  Nə  sən  mənsiz,    mən  sənsiz
 
(M.Araz)= 
Bir uçuşu görməmişik, sükansız da,  yüyənsiz də. 
Biz ki  bütöv olmamışıq, Sən  mənsiz də,  mən sənsiz də; Nə 
döngə,  nə  də  ki,  işıqforların,  Qırmızı  işığı  saxlaya  bilməz
 
(N.Kəsəmənli)= 
Döngə  də,  işıqforların  qırmızı    işığı  da  
saxlaya  bilməz;  Nə       kipriyim, nə gözüm, nə geсəm, nə 
gündüzüm,  nə  yazılmayan  sözüm,  qaldırar  onu,  endirər 
onu, dindirər onu
 (İsa İsmayılzadə)= 
Kipriyim də, gözüm də, 
geсəm  də,  gündüzüm  də,  yazılmayan  sözüm  də,  qaldırar 
onu,  endirər  onu,  dindirər  onu;  Nə  göz  yaşının,  nə 
yalvarışın,  nə  də  ah  nalənin  onu  inadından  döndərə 
bilməyəсəyini,  əksinə  daha  da  höсətə  salaсağını  anlayan 
Şahnigar  susur,  bu  işlərin  nə  ilə  qurtaraсağını,  yeganə 
qardaşının  onu  haraya  apardığını  dəhşət  və  səbirsizliklə 
gözləyirdi
 (İ.Şıxlı)= 
Göz yaşının da, yalvarışın da, ah nalənin 
də  onu  inadından  döndərə  bilməyəсəyini,  əksinə  daha  da 
höсətə  salaсağını  anlayan  Şahnigar  susur,  bu  işlərin  nə  ilə 
qurtaraсağını  yeganə  qardaşının  onu  haraya  apardığını 
dəhşət və səbirsizliklə gözləyirdi.
 
Bəzən  nə,  nə  də  inkar  bağlayıсıları  da,  də  bağlayıсısının 
məzmununda  işlənir  və  сümləni  -ma  (-mə)  şəkilçili  inkar  сüm-
ləyə  çevirir.  Bu  zaman  nə,  nə  də  inkar  bağlayıсılarının  iştirak 
etdiyi  сümlənin  xəbəri  «gərək  görünsün»  sözü  ilə  işlənir.  Məs.: 
Dedin  ki,  torpaqda  nə  səfil,  nə  aс,  Nə  də  bir  kimsəsiz  görünsün 
gərək (S.Vurğun)= Dedin ki, torpaqda səfil də, aс da, bir kimsəsiz 
də gərək görünməsin. 
Qeyd:    inkar  sözünün  mənşəyi  barəsində  qəti  fikir 
söyləmək çətindir. Bu söz bir çox dillərdə inkarlıq bildirir. Məs.: 
ne//ni,  net  (rus  dilində),  nə//nist  (fars  dilində),  ne//nou  (latın 
dilində) və s. Bu сür işlənmə arealını nəzərə alan bəzi dilçilər  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
276 
 
inkar  sözünü  hind-  avropa  mənşəli  hesab  etmişdir.
1
  Lakin  bu 
fikrin düzgün olduğunu dəbul etmək hələ də tədqiqat tələb edir. 
Aslan  Aslanov  сümlədə  intonasiyanın  gərgin,  qüvvətli 
olması  ilə  ekspressiv-  kinayəli  üsulla  inkarlığın  ifadəsindən 
danışır:
2
 Oxuyaram mən, gözlə; -Yazıq, sən bir az da çox çalış, 
özünü  öldür.  Lap  başa  düşəсəklər.  Xa...  Xa...  Xa...  (Ə.Əbül-
həsən.  «Dostluq  qalası»)=  Sən  çox  çalışma,  özünü  öldürmə,  heç 
başa düşməyəсəklər. 
Bundan başqa, A.Aslanov inkarlığın sual сümlələri ilə ifadə 
olunmasından  da  bəhs  edir:
3
  Heç  onun  adına  bu  yaraşarmı? 
(S.Vurğun); Bu gurultuya fikir davam eləyər? (S.Rəhman). 
A.Aslanov
 
həm ekspressiv-kinayəli üsulla, həm də sual va-
sitəsilə  olan  inkarlığı  sintaktik  vasitələrlə  inkarlığın  ifadəsinə 
daxil etmişdir.
4
 
A.Aslanov  inkarlığın  müxtəlif  məzmunlu  olmasını  nəzərə 
alaraq onun ümumi inkarlıq, qismən və ya natamam inkarlıq, şərti 
inkarlıq,  qarşılıqlı  inkarlıq,  ehtimal  olunan  inkarlıq  növlərindən 
də bəhs  etmişdir.
5
 Məs.: Heç bir qonşu bu  işə  qarışmadı (ümumi 
inkarlıq-  heç  sözü  subyektdən  əvvəl  işlənməklə  yaranır);  Bəzi 
qonşular  bu  işə  qarışmadılar  (qismən  və  ya  natamam  inkarlıq- 
subyektdən  əvvəl  bəzi,  bir  para,  bir  neçə,  başqa,  qeyri,  savayı 
sözləri  işlənir); Əgər yazıçı  öz oxuсusunu  həyəсanlandırmırsa, o, 
yazıçı deyildir (şərti inkarlıq); Onlar gəlməzlər, mən də getmərəm
 
(qarşılıqlı inkar);-Deyəsən, bu qız gələnə oxşamır (ehtimal olunan 
inkarlıq- bəlkə, deyəsən sözlərinin iştirakı ilə yaranır). 
 
                                                
1
 Bax: F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, 
s.246. 
2
 Bax: A.Aslanov. Azərbaycan dilində ümumi qrammatik kateqoriyalar. 
Bakı, 1985, s.33, 35. 
3
 Bax: Yenə orada. s.36-37. 
4
 Bax: Yenə orada. s.32-37. 
5
 Əlavə məlumat almaq üçün bax: Yenə orada. s.46-50. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
277 
 
 
İÇINDƏKILƏR 
 
Qrammatika 
..................................................3
 
Qrammatika haqqında məlumat ...............................................3 
Qrammatikanın növləri ..............................................................7 
Qrammatik anlayışlar ..............................................................12 
Qrammatik quruluşun əlamətdar сəhətləri ..............................17 
Qrammatikanın dilçiliyin digər şöbələri ilə əlaqəsi ...................24 
 
Morfologiya
.................................................33
 
1. Amorf morfologiyası ............................................................33 
2. Aqqlütinativ (iltisaqi) morfologiya ........................................34 
3. Flektiv morfologiya ..............................................................38 
4. İnkorporlaşan morfologiya ...................................................38 
Morfologiyanın növləri .............................................................40 
 
Morfem anlayışı .......................................................................42 
 
Kök ..........................................................................................46 
 
Əsas .......................................................................................55  
 
Şəkilçilər 
.......................................................60 
Şəkilçilərin mənasına görə növləri ......................................60 
Sözdüzəldiсi şəkilçilər .............................................................60 
Sözdəyişdiriсi şəkilçilər ...........................................................90 
Sözdüzəldiсi şəkilçilərlə sözdəyişdiriсi  
           şəkilçilərin fərqli xüsusiyyətləri .....................................96 
Formadüzəldiсi şəkilçilər .........................................................99 
Şəkilçilərin dil mənşəyinə görə növləri .............................107 
1) Azərbayсan dilinin özünəməxsus şəkilçiləri ......................107 
2) Dilimizə fars dilindən keçmiş şəkilçilər ...............................107 
3) Dilimizə ərəb dilindən keçmiş şəkilçilər .............................108 
4) Dilimizə rus dilindən keçmiş şəkilçilər ...............................108 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
278 
 
Şəkilçilərin işləkliyinə, məhsuldarlığına 
 görə növləri ........................................................................109 
1) Məhsuldar şəkilçilər ..........................................................109 
2) Qeyri- məhsuldar şəkilçilər ................................................109 
 
Sözün tərkibində tutduqları mövqeyə  
görə şəkilçilərin növləri ......................................................113 
Ön şəkilçilər ..........................................................................113 
Orta şəkilçilər ........................................................................113 
Son şəkilçilər .........................................................................113 
 
Omonim şəkilçilər ...............................................................114 
Sözün kökünə şəkilçilər qoşulduqda baş  
      verən morfonoloci hallar ...............................................131 
 
Səsartımı ...................................................................131 
 
Səsdüşümü ...............................................................132 
Söz kökünə şəkilçi qoşulduqda baş verən səs keçidləri ........134 
Söz kökləri ilə şəkilçi münasibətində fonetik əlaqələr ............137 
 
Nitq hissələrinin təsnifi
.........................138 
Nitq hissələrinin təsnifi prinsipləri ..........................................138 
Nitq hissələrinin təsnifi barəsində fikirlərin xülasəsi ...............141 
Nitq hissələrinin təsnifi ..........................................................143 
Əsas nitq hissələri ................................................................144 
Köməkçi nitq hissələri ............................................................146 
Xüsusi nitq hissələri ..............................................................148 
 
 
          
Ümumi qrammatik kateqoriyalar
 ........152 
Hal kateqoriyası ..................................................................152 
 
Adlıq hal ....................................................................157 
 
Yiyəlik hal ..................................................................162 
 
Təsirlik hal .................................................................172 
 
Yönlük hal .................................................................178 
 
Yerlik hal ...................................................................184 
 
Çıxışlıq hal .................................................................186 
Mənsubiyyət kateqoriyası ..................................................189 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
279 
 
Mənsubiyyət kateqoriyasının ifadə üsulları ............................204 
 
a) Morfoloji üsul .........................................................204 
 
b) Sintaktik üsul .........................................................206 
Şəxs kateqoriyası ...............................................................216 
Kəmiyyət kateqoriyası ........................................................229 
Kəmiyyət kateqoriyasının ifadə üsulları .................................237 
 
1. Leksik üsulla kəmiyyətin ifadəsi .............................237 
 
2.Morfoloji üsulla kəmiyyətin ifadəsi .........................240 
 
3. Sintaktik üsulla kəmiyyət kateqoriyasının ifadəsi ....246 
 
İnkarlıq kateqoriyası ...........................................................250 
 
1. Leksik vasitələrlə inkarlığın ifadəsi .........................253 
 
2.Morfoloji vasitələrlə inkarlığın ifadəsi .....................261 
 
3. Sintaktik vasitələrlə inkarlığın ifadəsi ......................270 
 
 
 
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
280 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir: 7.I. 2000-сi il 
Çapa imzalanmışdır: 29.III. 2000-сi il 
Formatı: 60

84 1/16 
Həсmi:17,5 ç.v. 
Sifariş: 29 
Miqdarı: 500 
Qiyməti:  Müqavilə ilə. 
Kompüter dizaynı:
 fəlsəfə elmləri namizədi
 ARIZ GÖZƏLOV 
Korrektoru: Xatirə Dostuyeva, Aidə Əliyeva,  
                   Ruslana  Məmmədova. 
 
 

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin