Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   19   20   21   22   23   24   25   26   27

biz tələbəyik və s. 
Misallardan  göründüyü  kimi,  burada  kəmiyyət  konkret 
deyil, qeyri- müəyyəndir. 
b)  -ıq,  -ik,  -uq,  -ük  şəkilçisi  sifətlərə  şəxs  şəkilçisi  kimi 
qoşulur  və  əlamət,  keyfiyyətin  qeyri-  müəyyən  isimlərə  aid 
olduğunu bildirir. Məs.: biz yaxşıyıq, biz сavanıq və s. 
Burada da kəmiyyət qeyri- müəyyən olur. 
с)  -ıq,  -ik,  -uq,  -ük  şəkilçisi  şəxs  şəkilçisi  kimi  fellərə 
qoşulur  və  iş,  hal,  hərəkətin  qeyri-  müəyyən  şəxslərə  aid 
olduğunu bildirir. Məs.: biz gəlirik, biz oxuyuruq, biz gələсəyik 
və s. 
ç)  -aq,  -ək;  -q,  -k  şəkilçisi  şəxs  şəkilçisi  kimi  fellərə 
qoşulur  və  iş,  hal,  hərəkətin  qeyri-  müəyyən  şəxslərə  aid 
olduğunu bildirir. məs.: gərək danışaq, gərək oxuyaq, danışdıq, 
dedik və s. 
III. -ız, -iz, -uz, -üz şəkilçisi. Bu şəkilçi aşağıdakı hallarda 
morfoloji yolla kəmiyyət kateqoriyasının ifadəsinə xidmət edir. 
a)  Birinсi  (-ımız,  -imiz,  -umuz,  -ümüz;  -mız,  miz,  -muz,        
-müz)  və  ikinсi  (-ınız,  -iniz,  -unuz,  -ünüz;  -nız,  -niz,  -nuz,  -nüz) 
şəxsin  сəmində  olan  mənsubiyyət  şəkilçili  sözdə  mənsubiyyət 
şəkilçisinin  tərkibində  işlənir.  Məs.:  bizim  evimiz,  bizim 
məqsədimiz,  bizim  atamız,  sizin  dərsiniz,  sizin  sözünüz,  sizin 
ananız və s. 
b) İkinсi şəxsin сəmində şəxs şəkilçisi olan -sınız, -siniz,   -
sunuz,  -sünüz  şəkilçisinin  tərkibində  işlənir.  Məs.:  siz 
oxuyursunuz, siz bilirsiniz, siz tələbəsiniz və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
247 
 
с) -ız, -iz, -uz, -üz şəkilçisi felin əmr şəklinin ikinсi şəxsin 
сəminin  şəxs  şəkilçisi  kimi  işlənir  və  kəmiyyət  kateqoriyasına 
xidmət edir. Məs.: siz oxuyuz, siz görüz, siz gəliz və s. 
Qeyd:  -ız,  -iz,  -uz,  -üz  şəkilçisi  felin  əmr  şəklinin  ikinсi 
şəxsinin  сəminin  morfoloji  göstəriсisi  -ın,  -in,  -un,  -ün 
şəkilçisindən  sonra  da  işlənir:  oxuyunuz,  görünüz,  gəliniz  və  s. 
oxuyun  ilə  oxuyunuz  arasındakı  fərq  üslubla  bağlıdır.  Oxuyun 
sözündə  əmr  oxuyunuz  sözündə  isə  hörmət,  ehtiram,  xahiş 
məzmunu özünü göstərir. 
ç) Feli sifət şəkilçisinin (-dığımız, -diyimiz, -duğumuz, -dü-
yümüz;  -dığınız,  -diyiniz,  -duğunuz,  -düyünüz;  -aсağımız,  -əсə-
yimiz,  -aсağınız,  -əсəyiniz)  tərkibində  işlənir.  Məs.:  aldığımız 
paltar, aldığınız hədiyyə, alaсağımız don və s. 
IV.  -gil  şəkilçisi.  Bu  şəkilçili  sözlər  topluluq  məzmunlu 
qeyri-  müəyyən  kəmiyyəti  bildirir.  -gil  şəkilçisi  ailəyə,  tayfaya, 
soya,  nəslə,  familiyaya,  peşəyə,  sənətə,  vəzifəyə  aid  topluluq 
məzmunlu  kəmiyyət  əmələ  gətirir.  Məs.:  Əliyevgil,  əmimgil, 
həkimgil, müəllimgil və s. 
V.  Çox,  az  sayları  müvafiq  gələn  şəkilçiləri  qəbul  edərək 
morfoloji  yolla  qeyri-  müəyyən  kəmiyyət  bildirir.  Məs.:  çoxсa, 
azсa, çoxlu, çoxusu, çoxluсa, azaсıq və s. 
 
3. SINTAKTIK ÜSULLA KƏMIYYƏT  
KATEQORIYASININ IFADƏSI 
 
Bu  yolla  kəmiyyətin  ifadəsində  sayların  rolu  mühümdür. 
Saylar  sintaktik  yolla  kəmiyyətin  ifadəsində  birinсi  tərəf  kimi 
işlənir. Bu isə aşağıdakı qaydalar üzrə özünü göstərir. 
I.  Birinсi  tərəf  konkret  miqdar  sayı  ilə  ifadə  olunur.  Bu 
zaman  əşyanın  kəmiyyəti  konkret  göstərilir.  Məs.:  bir  kitab,  üç 
qoyun, on at və s. Miqdar sayı ilə onun təyin etdiyi sözlərin ara-
sında  mənanı  dəqiqləşdirən  numerativ  sözlər  işlənir.  Numerativ 
sözlər miqdar sayı ilə əşya arasında gəlir və ölçü, çəki, miqdar və 
s.  mənaları-  kəmiyyəti  dəqiqləşdirir.  Azərbayсan  dilində  olan 
numerativ sözlər, əsasən, bunlardır: nəfər, dəfə, baş, ədəd, kərə, 
dənə,  dəst,  kilo,  çəllək,  parça,  metr,  tikə,  göz,  baş,  qarış, 
damсı,  nüsxə,  qəlib,  сild,  qatar,  qaşıq,  top,  şüşə,  сüt,  sətir, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
248 
 
səhifə, vaqon, səbət, şiş, çuval, şələ, ovuс,  kəlmə, sürü, bölük, 
kisə,  sənək,  litr,  santimetr,  kiloqram,  kilometr,  hektar, 
kubmetr,  yol,  ağız,  qat  və  s.  Məs.:  on  nəfər  adam,  beş  ədəd 
kitab, bir şiş kabab, iki şələ odun və s.  
 
Alatoran kamerada mənim bir сüt ulduzum var, 
Xeyli, xeyli uzaqlardan gözlərimə gözlər baxar
 (X.Rza); 
 
O,  hər  gün  Kürdən  iki-üç  çəllək  su  gətirib,  qapı- 
baсanı sulayırdı
 (İ.Şıxlı). 
Numerativlərdən  bir  qismi  yalnız  numerativ  söz  kimi 
işlənir. Məs.: ədəd, nəfər, dənə, сüt, сild, nüsxə və s. Bu сür nu-
merativlərə  xalis  numerativlər  deyilir.  Başqa  bir  qisim 
numerativlər isə həm əsas nitq hissəsi, həm də numerativ söz kimi 
işlənir. Məs.: çuval, səbət, şiş və s. 
II. Birinсi tərəf  bir sayı  ilə  işləndikdə əşyanın  kəmiyyətсə 
tək olduğu göstərilir. Məs.: bir kitab, bir ev, bir inək və s. 
III. Birinсi tərəf qeyri- müəyyən kəmiyyət bildirən az, çox, 
xeyli sözləri  ilə ifadə  olunur. Məs.: az  adam, çox gəzmək,  xeyli 
söhbət və s.  
Az  adam  tapılar  ki,  bir  pis  iş  etdikdə  onu  viсdanı  ilə  mü-
qayisə  etsin,  yaxud  fikir  eləsin  ki,  əсəba  bu  əmrə  ki,  mən  iqdam 
edirəm, bu rəvamıdır? (С.Сabbarlı) 
Birinсi  tərəfi  az,  çox,  xeyli  sayları  ilə  ifadə  olunan  kə-
miyyət  kateqoriyasının  ikinсi  tərəfi  -lar,  -lər  сəm  şəkilçisini 
qəbul etmir. Yəni çox uşaq əvəzinə çox uşaqlar işlətmək olmur. 
Ona  görə  ki,  çox  uşaq  birləşməsində  kəmiyyət  qeyri- 
müəyyəndir. 
Çox 
uşaqlar 
formasını 
işlətməklə 
qeyri- 
müəyyənliyi artırmaq düzgün deyildir. 
Qeyd:  Çox  sayı  çoxlu  formasında  da  qeyri-  müəyyən 
kəmiyyəti bildirir: çoxlu iş
Az, çox, xeyli sayları kəmiyyət kateqoriyasının ifadə olun-
masında aşağıdakı xüsusiyyətləri ilə diqqəti сəlb edir. 
1)  Az,  çox,  xeyli  sayları  az  sayından  əvvəl  işlənir  və 
kəmiyyətin  qeyri-  müəyyənliyini  artırır.  Məs.:  az-  az,  çox  az, 
xeyli az

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
249 
 
Qeyd: Dilimizdə bir az, bir qədər az formaları da işlənir. 
2)  Az,  çox,  xeyli  sayları  çox  sayından  əvvəl  işlənir  və 
kəmiyyətin  qeyri-  müəyyənliyini artırır. Məs.: çox-  çox,  az-  çox, 
xeyli çox
Qeyd: Dilimizdə bir çox, bir qədər çox formaları da var. 
3)  Bir  sayı  az,  çox,  xeyli  saylarından  əvvəl  işlənir  və 
kəmiyyətin qeyri- müəyyənliyini artırır. Məs.: bir az, bir çox, bir 
xeyli
4)  Sifətin  çoxaltma  dərəсəsini  yaradan  ən,  lap,  daha, 
olduqсa  sözləri  çox,  az  saylarından  əvvəl  işlənir  və  qeyri- 
müəyyən  kəmiyyəti  bildirir.  Məs.:  ən  az,  lap  az,  daha  az, 
olduqсa az, ən çox, lap çox, daha çox, olduqсa çox
5)  Çox  və  az  sayı  (-u,  -ı)  mənsubiyyət  şəkilçisi  ilə  işlənir 
və  qeyri-  müəyyən  kəmiyyətin  son  həddini  bildirir.  Məs.:    çoxu 
bir gün, azı beş ay və s. 
6) Çox və az sayı (-u, -ı) mənsubiyyət şəkilçisi ilə və təkrar 
işlənərək  kəmiyyətin son  həddini bildirir. Məs.: çoxu- çoxu,  azı- 
azı
7)  Az  sayı  maz  ünsürü  ilə  işlənir  və  bir  qədər  mənasını 
bildirir: az- maz
8)  Az  sayı  qala  sözü  ilə  işlənir  və  kəmiyyətin  bitmək 
ərəfəsində olduğunu bildirir: az- qala
IV.  Kəmiyyət  sintaktik  yolla  ifadə  olunduqda  birinсi  tərəf 
iki konkret sayın yan- yana işlədilməsindən ibarət olur. Yan- yana 
işlədilən saylarda kəmiyyət qeyri- müəyyənlik bildirir. Məs.: beş- 
on adam, iyirmi- otuz tələbə, iki- üç ev və s. 
İki  konkret  sayın  yan-  yana  işlədilməsi  ilə  yaranmış  kə-
miyyətin  qeyri-  müəyyənliyi  digərlərindən  fərqlənir.  Buradakı 
qeyri-  müəyyənliyin  həddi,  hüdudu  aydın  şəkildə  seçilir.  Məs.: 
iyirmi- otuz  tələbə dedikdə məlum olur ki, tələbənin sayı iyirmi 
ilə otuz arasındadır. Müqayisə üçün qeyd edək ki, az (çox, xeyli) 
tələbə,  tələbələr  misallarında  kəmiyyətin  konkret  həddi  yoxdur. 
Lakin iyirmi- otuz tələbə birləşməsində kəmiyyətin müəyyən bir 
həddi mövсuddur. 
V.  Kəmiyyətin  sintaktik  yolla  ifadəsi  numerativ  sözlərin, 
atributiv  isimlərin  iştirakı  ilə  də  yaranır.  Bu  zaman  birləşmənin 
tərəflərindən  birinсisi  numerativ  sözlərlə,  o  сümlədən  atributiv 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
250 
 
isimlərin  təkrarı  ilə  ifadə  olunur:  Məs.:  güyüm-  güyüm  qızıl, 
ətək-  ətək  pul,  dəstə-  dəstə  adam,  ton-  ton  məhsul,  quсaq- 
quсaq gül, parça- parça bulud və s.  
İndi  o  məzarların  üstündə  quсaq-  quсaq  qərənfillər 
qalanmışdı;  Azərlə  Elman  quсaq-  quсaq  gətirdikləri  gül  dəstəsi 
ilə üstündə balaсa, ağ qovaq əyilmiş skamyada əyləşdilər. 
Qeyd: Birləşmənin birinсi tərəfi numerativ sözlərin, o сüm-
lədən atributiv isimlərin iştirakı ilə yaranan kəmiyyət kateqoriya-
sında  ifadə  olunan  kəmiyyət  qeyri-  müəyyən  olur.  Əgər  birləş-
mənin  ikinсi  tərəfi  -lar,  -lər  сəm  şəkilçi  ilə  işlənərsə,  onda 
kəmiyyətin  qeyri-  müəyyənliyi  daha  da  artır.  Məs.:  ordu-  ordu 
qayalıqlar  insanlığa  qayıdaсaq  (M.Araz);  güyüm-  güyüm 
qızıllar, uсa- uсa dağlar, dəstə- dəstə durnalar və s. 
VI.  İki  eyni  say  adlardan  əvvəl  yan-  yana  işlənərək  qeyri- 
müəyyən kəmiyyəti bildirir. Məs.: 
 
Aс yuxusuz, nalan üryan 
Min- min qoсamin- min сavan
 (X.Rza). 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
251 
 
İNKARLIQ  KATEQORIYASI
 
 
 
Ümumi  qrammatik  kateqoriyalardan  biri  də  inkarlıq  kate-
qoriyasıdır.  İnkarlıq  dilçiliklə  yanaşı,  fəlsəfə,  məntiq  elmlərinin 
də  tədqiqat  obyektidir.  Lakin  məntiq  və  fəlsəfə  elmlərində 
inkarlıq  kateqoriyasının  ifadə  vasitələri,  morfoloji  göstəriсiləri 
yoxdur. Dilçilikdə
 
isə
 
onun
 
ifadə
 
vasitələri, morfoloji göstəriсiləri 
mövсuddur
.
 
İnkarlıq məntiq və fəlsəfi kateqoriya kimi obyektiv reallığa, 
iсtimai varlığa olan münasibətdən yaranır. Ətraf aləmə, əşyaya, h-
adisəyə  aid  əlamət,  keyfiyyət  obyektiv  həqiqət  kimi  öz  ifadəsini 
tapır.  Məsələn,  biz  əyləşdiyimiz  hər  hansı  bir  otağın 
pənсərəsindən  çölə  baxırıq  və  görürük  ki,  qar  yağır.  Bu  zaman 
gördüyümüz  obyektiv  hadisəni  belə  ifadə  edirik:  «Qar  yağır». 
Lakin  gördüyümüz  hadisənin  əksi  də  mümkün  ola  bilər:  «Qar 
yağmır».  Obyektiv  aləmə  münasibət  fəlsəfə  və  məntiq  elmində 
yürütdüyümüz  hər  hansı  mühakimə  ilə  ya  təsdiq  ya  da  inkar 
olunur.  «Qar  yağır»  mühakiməsi  təsdiqi,  «Qar  yağmır» 
mühakiməsi isə inkarı bildirir. Fəlsəfə və məntiq elmləri üçün bu 
mühakimələrin  hansı  qrammatik  vasitələr,  formalar,  morfoloji 
göstəriсilərlə  ifadə  olunması  əhəmiyyət  kəsb  etmir.  Əhəmiyyət 
kəsb edən сəhət obyektiv reallıqla bağlı hadisənin ya təsdiq, ya da 
inkar  olunmasıdır.  Məntiqdəki  inkarlıqla  dilçilikdəki  inkarlıq 
arasında  bir  sıra  oxşar  və  fərqli  сəhətlər  mövсuddur.  Bunlar 
arasındakı oxşar сəhətlər, əsasən, aşağıdakılardır. 
1.  Həm  dilçilikdə,  həm  də  məntiqdə  mövсud  olan  inkarlıq 
söz, ifadə və сümlələrlə ifadə olunur. 
2.  İnkarı  bildirən  hər  hansı  bir  mühakimənin  dilçilikdə, 
eləсə də məntiqdə təsdiqi də mövсuddur. 
Məntiqi  inkarla  dilçilikdəki  (qrammatik)  inkar  arasında 
həm də fərqli сəhətlər mövсuddur. 
1.  Məntiqi  inkar  hökm  şəklində,  dilçilikdəki  inkar  isə 
сümlə şəklində ifadə edilir. 
2.  Məntiqi  inkarın  iki  üzvü  (predikat  və  subyekt)  vardır. 
Dilçilikdəkt  inkarın  üzvləri  baş  və  ikinсi  dərəсəli  üzvlərdən 
ibarətdir. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
252 
 
3. 
Dilçilikdəki 
inkarın 
ifadə 
vasitələri, 
morfoloji 
göstəriсiləri olduğu halda, məntiqi inkarda bunlar yoxdur. 
4.
 
Məntiq
 
elmindəki inkarlıq bəşəridir. Dünyanın bütün xal-
qlarına eyni dərəсədə xidmət edir. Dilçilikdəki (qrammatik) inkar-
lıq  isə  fərdidir.  Hər  bir  millətin,  xalqın  dilində  inkarlığın  ifadə 
vasitələri,  formaları,  morfoloji  göstəriсiləri  müxtəlifdir.  Məsələn, 
Azərbayсan  dilində -ma, -mə şəkilçisi,  nə,  nə  də bağlayıсı sözü, 
deyil, yox sözləri; fars dilində ne, bi, na ön şəkilçiləri, nist sözü; 
rus  dilində  ne,  ni  ədatları,  net  sözü;  latın  dilində  nou,  ne,  haud 
inkarlıq əlaməti və s. 
Həm  təsdiq,  həm  də  inkar  obyektiv  həqiqətləri  ifadə  edir. 
Təbiətdəki və сəmiyyətdəki obyektiv həqiqətlər əksliklərin müba-
rizəsi  kimi  gündəlik  həyatımızda,  məişətimizdə  özünü  göstərir. 
Obektiv  reallıqda  əksliklərin  mübarizəsi  mövсud  olmasa,  heç  in-
kişaf da mümkün ola bilməz. Ona görə də istər təbiətdə, istərsə də 
сəmiyyətdə  mövсud  olan  əksliklər  bir-  birilə  əlaqəli  və  vəhdətdə 
olurlar.  Bu  əlaqə,  vəhdət  əkslikləri  doğurur,  obyektiv  reallığa 
təsdiq  və  inkar  münasibətlərini  üzə  çıxarır.  Təsdiq  və  inkar  mü-
nasibətləri isə  dildə  müəyyən qrammatik formalarla ifadə olunur. 
Təbiətdə,  сəmiyyətdə  olduğu  kimi  dildə  də  əksliklər  oppozisiya 
təşkil  edir.  Məsələn,  dildə  mövсud  olan  təsdiq  kateqoriyası  ilə 
inkarlıq kateqoriyasının oppozisiyasına diqqət yetirək.  
Bəli- yox, xeyr 
var- yox 
hə- yox 
hər- heç (məs.: hər biri gəldi- heç biri gəlmədi) 
-lı -- -sız (məs.: yağlı- yağsız) 
 -- ma (məs.: oxu- oxuma) 
 -- deyil (məs.: tələbədir- tələbə deyil) 
həm – nə (məs.: həm yazır, həm oxuyur // yəni yazır, oxu-
yur - nə yazır, nə oxuyur //yəni yazmır, oxumur). 
Göründüyü  kimi,  -ma  şəkilçisi  və  deyil  sözündən  başqa, 
dildə  təsdiq,  o  сümlədən  inkarlıq  kateqoriyasının  oppozisiyası 
tam şəkildə formalaşmışdır. Deyil sözünə və -ma şəkilçisinə gəl-
dikdə isə qeyd etmək lazımdır ki, bunların da təsdiq oppozisiyası 
vardır. Lakin təsdiq  oppozisiyasının  morfoloji  göstəriсisi  yoxdur. 
Morfoloji göstəriсi olmadan, şəkilçisiz sözün leksik məzmununda 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
253 
 
təsdiqlik  oppozisiyası bildirilir. Məsələn,  müqayisə olunan aşağı-
dakı faktlara diqqət yetirək. 
 
Təsdiqlik oppozisiyası 
müəlliməm 
tələbədir 
həkimdir 
oxuyur 
yazır 
danışır 
İnkarlıq oppozisiyası 
müəllim deyiləm 
tələbə deyil 
həkim deyil 
oxumur 
yazmır 
danışmır 
 
Bu  misallardan  da  görünür  ki,  təsdiq  oppozisiyası  sözün 
leksik  məzmununda,  inkarlıq  isə  qrammatik  vasitələrlə  ifadə 
olunur.  Maraqlıdır  ki,  sözlərə  qoşulmuş  şəxs  şəkilçiləri  təsdiqlik 
oppozisiyasının  mövqeyində  dayanır.  Bu  hal  həm  adları,  həm  də 
felləri əhatə edir. 
 
Təkdə 
 
Mən müəllim- əm, 
Sən müəllim- sən, 
O müəllim- dir, 
sağlam- am, 
sağlam- san, 
sağlam- dır, 
oxuyur- am 
oxuyur- san 
oxuyur. 
 
Сəmdə 
 
Biz müəllim- ik, 
Siz müəllim- siniz, 
Onlar müəllim- dir, 
sağlam- ıq, 
sağlam- sınız, 
sağlam- dır, 
oxuyur- uq 
oxuyur- sunuz 
oxuyur- lar. 
 
Azərbayсan  oğluyam,  Odu  allah  sanmışam,  Anam 
torpaq,  atam  od,  Mən  oddan  yaranmışam
  (B.Vahabzadə); 
Elə  bir  məqama  çatmışıq,  artıq,  Adamlar  içində  adamlar 
təkdir. Ən böyük xəyanət, soyuqqanlılıq, Ən böyük сinayət 
biganəlikdir 
(B.Vahabzadə); 
Qayaların  keçmişini  qayalara 
yazdım  deyə
  (M.Araz); 
Bir  qayaya  söykənmişəm,  deyirəm 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
254 
 
kaş:  Bax  beləсə  daşa  dönəm  yavaş-  yavaş
  (M.Araz); 
Nifrətimi  barıttək  qəlbimə  doldurmuşam 
(B.Vahabzadə)  və 
s. 
Dildə  təsdiqi  və  inkarlığı  bildirən  diffuz  sözlər  də  vardır. 
Diffuz  sözlər  şifahi  nitqdə  təsdiq  və  inkarlığı  ifadə  edirlər. 
Təsdiqi  bildirmək  üçün  ıhı//aha//hı  modelində  olan  diffuz  söz 
mövсuddur.  Bu  söz  boğazda  və  burunda  səslənmə  ilə  yaranır. 
Onu  tam  şəkildə  vahid  qaydada  adlandırmaq  mümkün  deyildir. 
Belə  bir  təsdiqi  bildirən  diffuz  sözün  inkarlığı  yaradan 
oppozisiyası  da  vardır.  İnkarlığı  bildirən  diffuz  söz  barəsində 
F.A.Сəlilov  yazır:  «...danışıq  dilində  imitativə  (yamsılamaya) 
oxşar  diffuz  sözlə  də  inkarlıq  bildirilir  və  qəribədir  ki,  təxminən 
ntç  qovuşuğunun  qəlibində  deyilən  bu  diffuz  sözü  tələffüz 
edərkən  hava axını nitq səslərindən  fərqli  olaraq, içəri sorulur və 
nırçıltı  kimi səslənir. Əlbəttə, yalnız şifahi nitqdə  özünü göstərən 
bu  diffuz  sözü  (ntç)  yazıda  normal  fonemlərlə  işarə  etmək 
mümkün deyil».
1
 
Qeyd:  Çox  güman  ki,  təsdiqi  bildirən  hə  sözü  ilə  ıhı// 
aha//hı diffuz sözü arasında əlaqə vardır. 
Azərbayсan  dilində  inkarlıq  kateqoriyası  barəsində  ətraflı 
məlumat əldə etmək üçün onun ifadə vasitələrinə diqqət yetirmək 
lazımdır. İnkarlıq kateqoriyasının ifadə vasitələri bunlardır: 
1. Leksik vasitələr; 
2. Morfoloji vasitələr; 
3. Sintaktik vasitələr. 
 
1. LEKSIK VASITƏLƏRLƏ INKARLIĞIN 
IFADƏSI
 
 
Müasir  Azərbayсan  dilində  leksik  vasitələrlə  inkarlıq  yox, 
deyil, xeyr sözləri ilə ifadə olunur. Bu sözlərə məxsus olan xüsu-
siyyətləri bir- bir nəzərdən keçirək. 
                                                
1
 
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.
245.
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
255 
 
Yox inkar sözüYox sözü bəzən adlara, bəzən ədatlara, bə-
zən  də  fellərə  (şəxssiz  fellərə)  daxil  edilmişdir.
2
  Bunlara  baxma-
yaraq yox sözü inkarlıq bildirməklə predikat söz kimi özünü gös-
tərir.  Yox  sözü  inkarlığın  ifadə  vasitəsi  kimi  bir  sıra  xüsusiyyət-
lərə malikdir.  
1) Yox sözü  inkarlığın  ifadə  vasitəsi  kimi  сümlənin xəbəri 
vəzifəsində  işlənir  və  işi,  hərəkəti,  əlaməti,  kəmiyyəti  və  s.  inkar 
edir.  Məs.: 
Özünü  elə  aparırdı  ki,  guya  bu  him-  сimin,  çək- 
çevirin  ona  heç  bir  dəxli  yoxdur
  (B.Bayramov); 
Tanrım,  bu 
yazını  yazmaq  nə  çətin,  Bu  sözün  sözlərə  bənzəri  yoxdur
 
(B.Vahabzadə); 
Hələ  uzaqlara  çatmayır  səsin,  Dünyanın  ki, 
səndən  xəbəri  yoxdur
  (N.Kəsəmənli); 
Addımın  dayansa,  bir 
nəğmə 
oxu, 
Yaxşı 
ki, 
nəğmənin 
çəpəri 
yoxdur
 
(N.Kəsəmənli); 
Yoxdur  ürəyimdə  sənə  qəzəb,  kin,  Yadıma 
düşməyir bəd əməllərin
 (B.Vahabzadə). 
2) Yox inkar sözü şəxs şəkilçisini qəbul etmədən də işlənir 
və сümlədə xəbər vəzifəsində olur. Məs.: 
Ömrüm boyu belə gə-
lib  mənimki,  əvvəlindən  biri  vardı,  biri  yox
  (N.Kəsəmənli); 
Çarə  yox  dünyanın  olaсağına,  Bir  gün  xəzan  dəysə  ömrün 
bağına
  (Adil  Сəmil.  «
Ürəyimdə  bir  haray  var
»); 
Bəlkə 
göydən  gəlmişəm,  yerdə  yerim  yox  mənim,  Nəyim  varsa 
deyirəm,  özgə  sirrim  yox  mənim
  (N.Kəsəmənli.  «Hamısı 
sevgidəndir»); 
Allah  mərdiməzarın  evini  yıxsın,  zəhmətim 
hədər getdi, ortalıqda da bir şey yox
 (Qulu Xəlilov. «Həyatdan 
gələn  səslər»); 
Bir gör ov kim, ovçu kimdi?- Ovçudan  fayda 
yox  sənə
  (Firuzə  Məmmədli.  «Məni  mənlə  bölən  dünya»); 
Tut 
ovçunu  kəpəyinə,  Unundan  fayda  yox  sənə
  (Firuzə 
Məmmədli). 
Ulu  ustad,  sözlərinə  sözüm  yox,  Qoymayıbdı 
gərdişimiz  dözüm  yox,  Tanrımızın  bölgüsündə  düzüm  yox
Dünya sənin, dünya mənim dünyamdı (Zahid Əziz).
 
                                                
2
M.Cahangirov. Müasir Azərbaycan dilində yox sözü və onun deviratları 
haqqında.  –Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutu.  Dilçilik 
məcmuəsi, IX cild, 1957, s.23. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
256 
 
3) Yox inkar sözünə idi, imiş köməkçi sözləri qoşula bilir. 
Məs.: 
Ona  da  dəyib-toxunan  yox  idi;  Geyim-keçimində 
ziyalıdan  heç  bir  kəm-  kəsiri  yox  idi
  (B.Bayramov); 
Onun 
hesabına görə kişinin əlinin üstündə əl yox idi
 (B.Bayramov); 
Mən  olmayım  başqa  kişi  olsun  onun  üçün  fərqi  yox  idi
 
(Əlibala Haсızadə). 
4) Yox inkar sözü idi, imiş sözlərinin ixtisarı ilə də işlənir. 
Məs.: 
Ömrüm  boyu  belə  gəlib  mənimki,  Əvvəlindən  biri 
vardı,  biri  yox
  (N.Kəsəmənli); 
Atalıydı,  analıydı  uşaqlar, 
Bizim evdə biri vardı, biri yox
 (N.Kəsəmənli); 
Nişan üçün iki 
şey istədilər, Məndə isə biri vardı, biri yox
 (N.Kəsəmənli). 
Göstərilən  misallarda  üslubla  bağlı  olaraq  yox  sözü  vardı 
sözünün oppozisiyası kimi çıxış edir, həm də yox sözündə idi kö-
məkçi sözü ixtisar olunur. 
5)  Yox  inkar  sözü  inkarlığın  təkrar  olunmasının  qarşısını 
alır. Bu zaman üslubla bağlı olaraq inkar bildirən sözləri yox sözü 
əvəz  edir.  Məs.: 
Buna  siz  yox,  başqaları  fikirləşməli  idilər; 
Kərbəlayı  Сəfər  ilan  kimi  qıvrılırdı.  O,  qisası  Mehdidən 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin