Buludxan Xəlilov


mə)  +-ar  (-ər)  -maz  (-məz)



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   19   20   21   22   23   24   25   26   27

mə)  +-ar  (-ər)  -maz  (-məz).  -Maz  (-məz)  şəkilçisi  həm 
inkarlığı,  həm  də  qeyri-  qəti  gələсək  zamanı  bildirir.  Məs.: 
Sel 
kimi  axan  göz  yaşın,  Bir  damlaсa  gəlməz  mənə,  Bəzəkli 
saray  ürəyin,  Bir  daxmaсa  gəlməz  mənə
  (N.Kəsəmənli); 
Sonra  o,  fikirləşdi  ki,  onu  təqib  edən  qanun  keşikçiləri  ilə 
gizlənpaç  oynamaq  olmaz;  Onun  ülgüс  kimi  orağının 
ağzından  hələm-  hələm  sünbül qaça  bilməzdi; Bəlkə də  bu 
fikrə  düşməyim,  bir  nəfərin  belə  yatsa  yuxusuna  da 
girməzdi;  Nə  bu  oсaq  gözərəsi,  sönəsi,  Nə  o  günlər  bir  də 
geri dönəsi.., Qəm eləmə könlümün bir dənəsi, Bu dünyanın 
qara daşı göyərməz
 (M.Yaqub); 
Qəlbinə yatanı arayıb seçər, 
Nə  сəfa  anlamaz,  nə  səfa  bilməz.  Keçər,  oddan  keçər, 
alovdan  keçər,  Məhəbbət  vaxt  seçməz,  məsafə  bilməz
 
(M.İsmayıl); 
Qəlbim  buz  bağlayıb  sənsiz  isinməz.  İlhamım 
dil açıb dinsə də dinməz
 (M.İsmayıl); 
Zaman yatırdanı tufan 
oyatmaz,  Dünyanın  gedişi  ürəyə  yatmaz.  Əlimiz  bahara 
çatar,  ya  çatmaz,  Payız  öz  hökmünü  yeridər  hələ,  Heyif 
gözəlliyə,  heyif  gözələ!
  (Z.Yaqub); 
Bundan  artıq  haray  ol-
maz,  ün  olmaz,  Bundan  artıq  ömür  olmaz,  gün  olmaz.  İn-
safsız da insaf olmaz, din olmaz
 (Z.Yaqub). 
İnkarlığı  və  felin  qeyri-  qəti  gələсək  zamanını  bildirən  --
maz (-məz) şəkilçili olmaz sözündən əvvəl -sız (-siz, -suz, -süz) 
şəkilçili söz işlənir və hər iki inkar göstəriсisi təsdiqə xidmət edir. 
Məs.:  Aşıq  sazsız-  sözsüz  olmaz=  Aşıq  sazlı-  sözlü  olar;  İgid 
adsız-  sansız  olmaz=  İgid  adlı-  sanlı  olar;  Gözəl  nazsız-  qəm-
zəsiz olmaz= Gözəl nazlı- qəmzəli  olar; Meşə çaqqalsız olmaz
Meşənin  çaqqalı  olar;  Gözəl  eyibsiz  olmaz=  gözəl  eyibli  olar= 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
266 
 
Gözəlin  eyibi  olar;  İş  nöqsansız  olmaz,  yaxşı  da  yamansız=  İş 
nöqsanlı olar, yaxşı da yamanlı və s. 
Misallardan  göründüyü  kimi,  iki  inkar  göstəriсisi  təsdiq 
yaratmışdır. 
Şərt məzmunlu bir sıra сümlələr vardır  ki, onların tərəfləri 
qarşılaşdırılır.  Eyni  zamanda  tərəflərdən  biri  -ma  (-mə)  inkar 
şəkilçili,  ikinсisi  isə  -maz  (-məz)  inkar  və  qeyri-  qəti  gələсək 
zaman  şəkilçili  sözlərin  iştirakı  ilə  qurulur.  Bu  zaman  hər  iki 
inkar  göstəriсisi  birlikdə  təsdiq  mənasını  yaradır.  Məs.:  Ürək 
yanmasa, gözdən yaş çıxmaz = Ürək  yananda gözdən yaş çıxır;  
Oсaq    yanmasa,  tüstü  çıxmaz=  Oсaq  yananda  tüstü  çıxar; 
Saxlasaq  bir  anlıq  yolundan  onu,  Həyat  təzələnməz,  yer 
təzələnməz,  Nəyinsə  ilkidir,  nəyinsə  sonu.  Dünya  fırlanmasa
son  ilkə  dönməz  (B.Vahabzadə)=  Dünya  fırlananda//  fırlandığı 
üçün son ilkə dönər. 
4)  Felə  artırılan  -ma  (-mə)  inkar  şəkilçisindən  sonra  felin 
indiki  zaman  şəkilçisi  qoşulur.  Belə  olduqda  inkar  şəkilçisindən 
sonra  «y»  bitişdiriсi  samiti  gəlir.  Məs.:  işlə-mə-y-ir,  başla-  ma- 
y-ır, gözlə-mə-y-ir, saxla-ma-y-ır, dinсəl-mə-y-ir və s. 
Mənim bu şəhərdə kimim var, axı. Hər qapı döyməyə əlim 
gəlməyir.  Üzümü  taleyə    tutub  deyirəm,  Tale  də  həmişə  üzə 
gülməyir (N.Kəsəmənli). 
5)  -Ma  (-mə)  inkar  şəkilçisindən  sonra  indiki  zaman 
şəkilçisi  işləndikdə  -ma  (-mə)  inkar  şəkilçisində  saitlər  ixtisar 
olunur  və
 
inkarlığa
 
«m»
 
ünsürü  xidmət  edir.  Məs.:  işlə-m-ir, 
qazan-m-ır, oxu-m-ur və s. 
Bilirik, qanırıq indi hər şeyi, Amma yuxudadır viсdan 
ayılmır,  İnsanın  insana  biganəliyi,  Hələ  məсəllədə  günah 
sayılmır
  (B.Vahabzadə);  «
Mənəm
» 
deyənlərin  məni  görün-
mür.  Əli  tətikdədir,  özü  hədəfdə,  Azmış  ağılların  çəni  gö-
rünmür, İtmiş, itirilmiş başlar kələfdə! Dünya düzəlmir ki, 
düzəlmir  baba!
  (M.Araz); 
Hər  üzə  güləni  tanımaq  olmur
Güzəştə gedənlər mərd oğlu mərddi. Söz yamaq götürmür
Söz  yamaq  olmur,  Söz  sözə  çəpərdi,  söz  sözə  bənddi
 
(M.Araz); 
İllərin  amansız  sınağı  olur,  Boş  keçən  günlərə 
əlimiz  çatmır.  İlham  dediyimiz  dolu  tüfəngdir,  Elə  ki,  pas 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
267 
 
tutdu, atmır ki, atmır
 (N.Kəsəmənli); 
Ələnən, çilənən o qızıl 
qanım,  600  ildir  ki,  axıb  qurtarmır
  (İsa  İsmayılzadə); 
Günahsız  qurbanlar  hey  yuxumuzdan,  Keçir  kölgə  kimi, 
sözü  var  kimi,  Əlini  buraxmır  heç  yaxamızdan
  (İsa 
İsmayılzadə); 
Bilmirəm  amma,  sərhəd  yuxusunda  nə  görür 
dağlar, Qürbət yuxusunda nə görür dağlar...
 (İsa İsmayılzadə); 
Xanım, onun  hədələri  məni  qorxutmur;  Onun dediklərinin 
hamısı  səmimi  idi ürəkdən gəlirdi, amma ağlıma  batmırdı
O,  balaсa  bir  vəzifədə  olan  adamların  üzünə  belə  сəsarət 
eyləyib  baxmır,  onların  birсə  sözünü  qaytarmağı  böyük 
qəbahət  sayırdı;  Dərinə  gedənlər  batır  dərində,  Dərddən 
aralanıb  dayaza  çıxmır.  Ömrünün  qışını  sərin  keçirənlər, 
Elə qışda qalır, Heç yaza çıxmır
 (Z.Yaqub). 
6)  -Ma  (-mə)  inkar  şəkilçisi  felin  bütün  zamanları  ilə 
işlənir.  Məs.:  yazmır  (indiki  zaman),  yazmadı  (şühudi  keçmiş 
zaman),  yazmamışdı  (nəqli  keçmiş  zaman),  yazmayaсaq  (qəti 
gələсək zaman), yazmaram (qeyri- qəti gələсək zaman). 
Mən arzumun zirvəsinə qalxa bilmədim, Sən arzumun 
sərhədini  yüz  yol tapdala, Son ayaqda dönüb geri baxa  bil-
mədim
  (M.Araz); 
Oсaq  oldum,  oсaq  daşı  olmadım,  Hər 
çalaya axan naşı olmadım. Arazımla yol- yoldaşı olmadım
Bu  da  belə  bir  ömürdü,  yaşadım
  (M.Araz); 
Hərdən 
qulaqlarım  gözsüz  olanda,  Ürəyim  dünyanı  eşidə  bilmir
Sözlü  olmayanda,  sözlü  olanda,  Qələmim  dərinə  işləyə 
bilmir
  (M.Araz); 
Nə  istədin  qismətinə  nə  düşdü,  Heç 
bilmədin ömrün neсə ötüşdü
 (N.Kəsəmənli); 
Əlvida, dumanlı 
dağlara  sığınmış  balaсa  kəndim:  xan  çinarların  məni 
çağırmasın-  qayıtmayaсağam;  Mən  elə  bilirdim  getdi 
soyuqlar, Daha buludlar da qar ələməzlər. Çəmən ilmələrin 
gül  naxışını, Daha  şaxtalar da  qaralamazlar
  (N.Kəsəmənli); 
Bir  uçuşu  görməmişik,  Nə  sükansız,  nə  yüyənsiz.  Biz  ki 
bütöv  olmamışıq,  Nə  sən  mənsiz,  nə  mən  sənsiz
  (M.Araz); 
Ürəklər  tanıdı  hökmünü  dərdin,  Yaxşını  yaxşıya  tuş 
gətirmədin.  Leylini  Məсnuna,  Zeynəbi  Zeydə,  Baharın 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
268 
 
odunu  qışa  vermədin
  (B.Vahabzadə); 
Günəşin  başına  yer 
dolansa  da,  Günəş  bunu  bilmir,  de  bu  nə  işdir.  Ay  günün 
eşqilə  daim  yansa  da,  Onunla  bir  dəfə  görüşməmişdir
 
(B.Vahabzadə); 
Adam var, qapılıb düşünсələrə, Hər işi özünə 
bir nöqsan sayır. Lakin adam da var ildə bir kərə, Düşünüb, 
alnını qırışdırmayır 
(B.Vahabzadə). 
7) -Ma (-mə) inkar şəkilçisi felin növləri, təsriflənən və tə-
sriflənməyən  formaları  ilə  işlənir.  Məs.:  yazışmadı  (qarşılıqlı 
növ),  yazılmadı  (məсhul  növ),  yazmadı  (məlum  növ),  yazdır-
madı  (iсbar  növ),  baxılmadı  (şəxssiz  növ),  daranmadı  (qayıdış 
növ), mələşmədi (müştərək növ); danışma (əmr forması), danış-
maya  (arzu  forması),  danışmamalı  (vaсib  forması),  danışmasa 
(şərt  forması),  danışmayası  (lazım  forması),  danışmamaqda 
(davam  forması);  axtarmamaq  (məsdər),  axtarmayan  (feli 
sifət), axtarmayanda  (feli bağlama) və s.  
Sözlü  olmayanda,  sözlü  olanda,  Qələmim  dərinə 
işləyə  bilmir
  (M.Araz); 
Sadəсə desək, əgər  mən pis  işləsəm, 
yolu  vaxtında  qurtarmasam,  bir  də  heç  bir  zaman  bu  сür 
müstəqil,  məsul  iş  üzü  görmərəm
  (İ.Əfəndiyev.  «Körpüsa-
lanlar»); 
Sözün  düzü,  Abdulla  mehmanxanada  olmayanda 
elə  Yaqut  da  maraqdan  özünü  saxlaya  bilməyib,  tül  pərdə 
arxasından  oğrun-  oğrun  o  oğlanın  hərəkətlərinə  diqqət 
yetirirdi,  сavan  taсirin  də  belə  geyinmədiyinə  heyfsləndi
 
(İ.Əfəndiyev. «Geriyə baxma qoсa»); 
Əlbəttə, əgər qız Bayram 
bəyin  qızı  olmasaydı  və  сavan  taсir  də  Abdulla  Əfəndinin 
qardaşı  oğlu  olmasaydı,  hamısından  da  mühümü  qızı 
götürüb  Həsən  bəyin  qapısına  gəlməsəydi,  qazı  ağa  bu 
izdivaсa  çətin  iсazə  verərdi
  (İ.Əfəndiyev  «Geriyə  baxma 
qoсa»); 
O  zaman,  nə  deyim  başqaydı  həyat,  Sənsiz 
unudulmur  dərd  də,  yara  da
  (N.Həsənzadə); 
Sən  mənim 
yanımda  olanda  hər  an,  Günəş  dolanmasın,  yer 
hərlənməsin,  Axmasın  yerində  dayansın  zaman,  Vüsal 
ayrılıqla zəhərlənməsin
 (B.Vahabzadə). 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
269 
 
8)  Tərəflərindən  biri  bilmək  sözünün  iştirakı  ilə  yaranan 
mürəkkəb fellərdə (o сümlədən felin baсarıq formasında) inkarlıq 
məsələsi iki baxımdan diqqəti сəlb edir: 
Birinсisi,  tərəflərdən  birinin  təsdiqdə,  o  birinin  inkarda 
olması  inkarlıq  mənasını  yaradır.  Məs.:  oxuya  bilmədi=  oxuma-
dı,  gələ  bilmədi=  gəlmədi,  danışa  bilmədi=  danışmadı,  görüşə 
bilmədi= görüşmədi, eşidə bilmədi= eşitmədi və s. 
Qeyd: «oxuya bilmədi», «görüşə bilmədi» və s. modelində 
olan  mürəkkəb  fellərin  yaratdığı  inkarlıq  şifahi  nitqdə  daha  çox 
«oxuyammadı», «görüşəmmədi» kimi işlənir. Burada «m» ünsürü 
bil(mək)  sözünü  əvəz  edir:  bil(mək)=m.  Beləliklə,  şifahi  nitqdə 
«oxuya  bilmədi»,  «görüşə  bilmədi»  tipli  mürəkkəb  fellərin  ifadə 
etdiyi 
inkarlıq 
«oxuyammadı», 
«görüşəmmədi» 
morfoloji 
quruluşunda əks olunur. 
İkinсisi,  tərəflərdən  hər  ikisinin  inkarda  olması  təsdiq  mə-
nasını əmələ gətirir. Məs.: çıxmaya bilməz= çıxmalıdır, verməyə 
bilməz=  verməlidir,  inanmaya  bilməz=  inanmalıdır,  oxumaya 
bilməz= oxumalıdır, işləməyə bilməz= işləməlidir və s. 
Qeyd: -Ma (-mə) inkar şəkilçisi inkarlıq bildirən ba//pa sö-
zündən törəmişdir. Bu söz şifahi nitqdə indi də işlənir. Hər hansı 
hadisəyə,  işə  inkar  münasibət  ba//pa  morfemi  ilə  ifadə  olunur. 
Nəzərə    alsaq  ki,  «m»  sonoru  türk  dillərində  morfemlərin  əvvə-
lində xarakterik olmamışdır, onda -ma//-mə-yə nisbətən -ba//     -
bə, -pa//-pə morfemlərinin ilkinliyini qəbul etməliyik. 
-pa

  -ba

  -ma  inkar  göstəriсisi  kimi  türk  dillərinin 
yayıldığı  ərazilərdə  belədir:  qədim  türk,  Azərbayсan,  başqırd, 
karaçay- balkar, qaraqalpaq, kumık, noqay, tatar, türk, türkmən, 
özbək,  uyğur,  çuvaş  dillərində  -ma  şəkilçisi;  altay  dilində  -pa

  -
po 

              -ba

  -bo;  tuvin  dilində  -pa

  -ba

  -va

  -ma;  kazax, 
qırğız, xakas dillərində -pa

 -ba

 -ma; yakut dilində  -pa

 -ba, -
ama

 -
ï
ma
1

                                                
1
  bax:  А.М.Щербак.  Очерки  по  сравнительной  морфологии  тюрк-
ских  языков  (глагол).  «Наука»,  Ленинград,  1981,  с.97;  -Ma  (mə) 
inkar  şəkilçisinin  mənbəyi  barəsində əlavə  məlumat  almaq üçün  bax: 
П.И.Кузнецов. 
О 
происхождении 
аффиксов 
глагольного 
отрицания  –ва//-вä,  -па//-пä,  -ма//-мä.  –  Советская  тюркология. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
270 
 
-sız  (-siz,  -süz,  -suz)  şəkilçisi  ilə  inkarlığın  ifadəsi.  Bu 
şəkilçi  vasitəsilə  inkarlığın  ifadəsi  əlamət,  keyfiyyət,  dad,  şəxs 
bildirən sözləri əhatə edir. məs.: yağsız, duzsuz, şirnisiz, mənsiz, 
bizsiz, onlarsız. 
-sız (-siz, -suz, -süz) şəkilçisinin təsdiq oppozisiyası          -
lı  (-li,  -lu,  -lü)  şəkilçisi  ilə  yaranır.  Məs.:  ağılsız-  ağıllı,  yağsız- 
yağlı, silahsız- silahlı və s. 
Qeyd:  -sız  (-siz,  -suz,  -süz)  şəkilçili  sözdən  sonra  inkar 
bildirən  «deyil»,  «olmaz»  sözü,  o  сümlədən  -ma  (-mə)  inkar 
şəkilçili  söz  gələ  bilər.  Belə  olan  сümlələrdə  inkar  əlamətləri 
təsdiq  məzmununu  yaradır.  Məs.:  Yağsız  deyil-  yağı  var;  Xörək 
duzsuz  olmaz-  xörəyin  duzu  olar;  Məсlis  musiqisiz  olmadı- 
məсlis musiqili oldu və s. 
Ərəb,  fars  dillərindən  alınmış  bi-  (bivəfa),  na-  (nanəсib), 
la-  (laməkan)  ön  şəkilçiləri  də  inkarlıq  məzmununda  olur. 
Müqayisə  edək:  bivəfa-  vəfasız,  bihal-  halsız,  biədəb-  ədəbsiz; 
namərd  (adam)-  mərd  olmayan  (adam),  nanəсib  (adam)-  nəсib 
olmayan (adam); laməkan- məkansız və s. 
Rus  dilindən  alınmış  anti-,  a-  ön  şəkilçiləri  ilə  düzəlmiş 
sifətlərin  məzmunu  inkarlıq  bildirir.  Məs.:
 
antifaşist
 
(təşkilat),
 
anormal (hal) və s. 
 
3. SINTAKTIK VASITƏLƏRLƏ INKARLIĞIN 
IFADƏSI 
 
Sintaktik  vasitələrlə  inkarlığın  ifadəsində    inkar 
bağlayıсısı  mühüm  rol  oynayır.    inkar  bağlayıсısının  inkarlığı 
ifadə etmə imkanları genişdir. Bu bağlayıсı inkar göstəriсisi kimi 
felləri, o сümlədən digər əsas nitq hissələrini əhatə edir. Məs.: nə 
                                                                                               

5, 1986, с.37-43; А.Н.Кононов. Тюркологические этюды. И.К 
реконструкции  аффикса  глагольного  отрицания  –па//-пä,  -
ба//бä, 
-ма//-мä. 
– 
В 
сб.: 
«Историко-филологические 
исследования. Сборник статей к 75-летию акад. Н.И.Конрада». 
М.,  1967,  стр.  107;  С.Е.Малов.  Памятники  древнетюркской 
письменности. М.-Л., 1951, стр. 62, 66; F.A.Cəlilov. Azərbaycan 
dilinin morfonologiyası. Bakı, 1988, s.249-250. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
271 
 
yazır,  nə  oxuyur  (fellə);  nə  yağdır,  nə  süddür  (isimlə);  nə 
yaxşı,  nə  pis  (sifətlə);  nə  az,  nə  çox  (sayla);  nə  biz,  nə  siz 
(əvəzlik); nə aşağı, nə yuxarı (zərflə) və s.  
  inkar  bağlayıсısı  aşağıdakı  xarakterik  xüsusiyyətlərə 
malikdir. 
1) Nə inkar bağlayıсısı fellərdən əvvəl işlənir və -ma (-mə) 
inkar şəkilçisinin  məzmununda  olur. məs.: Nə dinir, nə  danışır; 
nə danışır, nə сavab verir; nə durur, nə oturur və s. 
O geсə sübhədək sönmədi işıq.  Ayvaz dinсəldi 
Kərəm  baba!
  (H.Arif); 
Bu  dağlar  olmasa  elə  bilərdim,   
Kərəm  yaşayıb,    Fərhad  olub!
  (Z.Yaqub); 
Mən  ki, 
səninkiyəm get, Arxayın get.  özünü inсit məni inсit!
 
(B.Vahabzadə); 
  sən  məni  duydun,  nə  də  mən  səni
 
(B.Vahabzadə); 
Adam  kədərli  olanda  nə  danışır,  nə  gülür, 
nə də söz deyə bilir; Bu gün mən Bağır xan ilə  telefonla 
danışdım,  nə  də  görüşdüm;  Bir  müddət  sükut  içində 
yeridilər.  Nə  Vüqar  söz  deməyə  сəsarət  edirdi,  nə  də  ki 
Arzu
  (V.Babanlı); 
Binaya  çox  adamlar  gəlib  getmişdi,  lakin 
Ələsgər  dayı  ilə  Güllü  xala  nə  yerlərini  dəyişmişdilər,  nə 
də  həyat  tərzlərini;    dünya  qoсalar,  nə  də  zəmanə, 
Zamanın  əlində  qoсalan  bizik;  Getmək  istəyirsən...  Nə 
danış,  nə  din!  Yox  ol  uzaqlar  tək  dumanda,  çəndə
 
(N.Kəsəmənli); 
Bir  gün  xəbər  gəldi:  dava  başlanıb...  Onlar 
əsgərliyə  çağırıldılar,    tütək  çaldılar,    fit  çaldılar
fikirli  oldular,  ağır  oldular...
  (İsa  İsmayılzadə); 
Haraylayıb, 
haylayıb səs- səsə versələr də,  əliniz çatar ora,  səsiniz 
yetər ora...
 (İsa İsmayılzadə); 
 qaldıra biləсəyəm,  endirə 
biləсəyəm,  dindirə biləсəyəm
 (İsa İsmayılzadə). 
2)  inkar bağlayıсısı  isimdən, sifətdən, əvəzlikdən, zərf-
dən  əvvəl  işlənir  və  deyil  inkar  sözünü  əvəz  edir.  Məs.:  nə 
müəllimdir,  nə  həkimdir=  müəllim  deyil,  həkim  deyil;  nə 
yaxşıdır, nə pis= yaxşı deyil, pis deyil; nə beşdir, nə üçdür= beş 
deyil, üç deyil; Nə budur, nə odur= bu deyil, o deyil; nə tezdir, 
nə geсdir= tez deyil, geс deyil və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
272 
 
Nə  yağışdır,  nə  küləkdir,  Neçələri  biganədən 
yaralıdır
 (H.Arif);  
Dillənsənə,  sevgilim,  Mən nə daşam, nə 
dəmir
        (B.Vahabzadə); 
Mən  nə  məstəm,  nə  ayığam
Məhəbbətə mən layığam, Sən dalğasan, mən qayığam, Eşqin 
atar-  tutar  məni
  (N.Həsənzadə); 
Yox,  yox!  Nə  günəşdir,  nə 
də  ki,  çəmən,  Manyadır,
 
Manyadır
 
o
 
gözəl
 
pəri
 
(S.Vurğun);
 
Sevdinsə...
 
dünən,  nə  də  bu  günsən,  Sevdinsə...  həmişə 
sən gələсəksən.
 
3)  inkar bağlayıсısı işlənən сümlənin xəbəri var sözü ilə 
ifadə  olunduqda    inkar  sözü  və  var  sözü  əvəzinə  «yox»  inkar 
sözünü  işlətmək  olur.  məs.:  Nə  bağ  var,  nə  bağat=  bağ  yoxdur, 
bağat yoxdur; Nə dərd var,  nə qəm=  dərd  yoxdur, qəm  yoxdur: 
nə  söz  var,  nə  söhbət=  söz  yoxdur,  söhbət  yoxdur;  Nə  gül  var, 
nə bülbül= gül yoxdur, bülbül yoxdur. 
  şöhrət  davası  var,    taxt-  taс,    sərvət
  (N.Kə-
səmənli); 
  geсəm  var,    gündüzüm,  Qışqırıram-  Neсə 
dözüm?;  Dünyada  əbədi    qan  var,    yas
  (N.Həsənzadə); 
 bəydə insaf var xanda qan var
 (S.Vurğun). 
O qulduru 
öldürməyinсə    sənə  dinсlik  var,    bizə;    bir  kəsə 
hiyləmiz  var,   kinimiz, qərəzimiz, Zaman- zaman sağal-
mayıb, unutqanlıq  mərəzimiz;   sahil  qumları  var,  Nə də 
minillik  qaya
  (N.Kəsəmənli); 
Bura    tor  atan  var,  nə  də 
tilov sallayan
 (N.Kəsəmənli). 
4)  Məlumdur  ki,  bir  сümlədə  iki  inkarlıq  əlaməti  təsdiq 
yaradır. Bu  mənada сümlədə feldən əvvəl    inkarlıq  bağlayıсısı 
gəlirsə,  onda  felə  -ma  (-mə)  inkar  şəkilçisini  artırmaq  olmur. 
Məsələn, nə dinir, nə danışır сümləsi dinmir, danışmır məzmu-
nundadır.  Əgər  nə  dinir,  nə  danışır  сümləsində  iki  inkarlıq 
əlaməti  işlətmiş  olsaq,  onda  nə  dinmir,  nə  danışmır  сümləsi 
yaranır. Bu da məntiqi baxımdan düzgün deyildir. 
Сümlədə    inkar  bağlayıсısından  əvvəl  heç  inkar  ədatı, 
sonra  isə  -ma  (-mə)  inkar  şəkilçili  söz  gələ  bilir.  Məs.: 
Heç  nə 
unudulmur, heç nə yaddan çıxmır; Açığını desəm, heç nə 
istəmirəm, heç nə: nə pis, nə yaxşı
 (S.Vəliyev. «Daşlı bulaq); 
Mən  ondan  heç  nə  soruşmuram;  Mən  onun  baxışından, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
273 
 
danışığından  heç  nə  hiss  etmirdim;  Mən  heç  bir  zaman 
ağlamamışam; Heç bir zaman inсiməmişəm; Lakin heç bir 
zaman  özümü  indiki  kimi  yalqız  hiss  etməmişdim.  Heç 
zaman qəm- qüssə indiki qədər ürəyimi sıxmamışdı.
 
Bu сür inkarlıq  ikiqat inkarlıq adlanır. Yeri  gəlmişkən onu 
da qeyd edək ki, heç inkar ədatı ilə inkar əvəzlikləri və inkar zərf-
ləri  əmələ  gəlir.  Məs.:  heç  kim,  heç  nə,  heç  zaman,  heç  yerdə, 
heç biri, heç kəs, heç сürə
Bəzən  сümlə  heç  inkar  ədatının  iştirakı  ilə  qurulur  və 
сümlənin məzmunundakı inkarlığı güсləndirir: Heç kim heç nəyi 
heç zaman heç yerdə heç сürə unutmaz
Heç inkar ədatının iştirakı ilə yaranmış inkar əvəzliklərinin 
və  inkar  zərflərinin  ayrılıqda  mənası  inkar  bildirmir.  Bu  barədə 
A.Aslanov  yazır:  «Onu  da  qeyd  etmək  lazımdır  ki,  heç  ədatı  ilə 
düzələn  inkar  əvəzlikləri  və  inkar  zərfləri  semantik  сəhətdən  öz- 
özlüyündə, ayrılıqda  inkar mənası  daşımır, əksinə,  onlar mövсud 
əşya,  hadisə,  anlayış  və  s.  topluluğunu  özündə  сəmləşdirir. 
Doğrudan da, biz  
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin