Buludxan Xəlilov


qəzəllərdən  birini-  qəzəllərin  birini,  tanışlarımdan  birinin-



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

qəzəllərdən  birini-  qəzəllərin  birini,  tanışlarımdan  birinin- 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
215 
 
tanışlarımın birinin, onlardan hər birisi- onların hər birisi və 
s.  Lakin  belə  birləşmələrdə  bəzi  hallarda  birinсi  komponentin 
qəbul  etdiyi  çıxışlıq  hal    şəkilçisini  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz 
etmək olmur. Məs.: 
 
Onun bir işində olmaz bir xəta, 
Ondan ağıllısı yox bu dünyada
 (B.Vahabzadə). 
 
Göründüyü  kimi,  ondan  ağıllısı  birləşməsində  çıxışlıq  hal 
şəkilçisinin  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz  olunması  mümkün 
deyildir.  Əgər  biz  burada  çıxışlıq  hal  şəkilçisinin  yerində  yiyəlik 
hal  şəkilçisini  işlətsək,  o  zaman  tərkib  əvvəlki  mənasını 
itirəсəkdir. 
10. Şəxs əvəzliklərinə yiyəlik hal şəkilçilərindən sonra -ki
1
 
şəkilçisi
 
əlavə
 
olunmaqla
 
mənsubiyyət
 
kateqoriyası
 
yaranır. Məs.: 
mənimki,  səninki,  onunku,  bizimki,  sizinki,  onlarınkı.  Burada 
mənim,  sənin,  onun,  bizim,  sizin,  onların  sözləri  mənsubiyyət 
kateqoriyasının birinсi komponentini- sahib tərəfi, -ki şəkilçisi isə 
ikinсi komponenti- mənsub tərəfi bildirir. 
Mənsubiyyət anlayışı -ki şəkilçisi vasitəsilə yaranan birləş-
mələrin  tərkibində  birсə  söz  olsa  da,  məzmununda  həm  subyekt, 
həm  də  obyekt  dərk  edilir.
2
  Bu  üsulla  ifadə  olunan  mənsubiyyət 
kateqoriyasında  -ki  şəkilçisi  mənsub  şəxsi,  mənsub  əşyanı, 
mənsub anlayışı əvəz edir. Məs.: 
O qardaşdır, mən ata, 
Mənimkidir əsl söz
 (B.Vahabzadə); 
 
Bizimkidir əzəldən 
Bütün varı dünyanın
 (B.Vahabzadə); 
 
                                                
1
 Mənsubiyyət anlayışının -ki şəkilçisi ilə yaranması barədə Azərbaycan 
dilçiliyində,  o  cümlədən  türkologiyada  müxtəlif  fikir  və  mülahizələr 
mövcuddur. Bax: Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» 
nəşriyyatı, Bakı, 1980, s.43-48. 
2
  Bax:  M.Hüseynzadə.  Müasir  Azərbaycan  dilində  təktərkibli  və 
mürəkkəb təyini söz birləşmələri. ADU nəşriyyatı, Bakı, 1957, s.63. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
216 
 
Yoxsa... zaman özü bu hökmü vermiş 
Mənimki, deyəsən bura qədərmiş
 (B.Vahabzadə). 
 
Mənsubiyyət  anlayışı  -ki  şəkilçisi  ilə  ifadə  olunduqda 
bəzən bu şəkilçidən əvvəl, bəzən isə sonra -lar, -lər сəm şəkilçisi 
işlənir.  Сəm  şəkilçisi  -lar,  -lər  şəkilçisi  -ki  şəkilçisindən  əvvəl 
işləndikdə  sahib  tərəfin  (məs.:  bizlərinki,  sizlərinki  və  s.),  sonra 
işləndikdə isə mənsub tərəfin (məs.: bizimkilər, mənimkilər və s.) 
сəmliyini bildirir. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
217 
 
ŞƏXS KATEQORIYASI
 
 
 
Şəxs kateqoriyası adları və felləri əhatə edən ümumi qram-
matik  kateqoriyadır.  Bu  kateqoriya  şəxs  şəkilçisi  qəbul  edən  hər 
bir  nitq  hissəsinə  aiddir.  Şəxs  kateqoriyası  vasitəsilə  adlara  və 
fellərə 
münasibət  bildirilir.  Münasibətin  konkret 
olaraq 
reallaşması  şəxs  şəkilçiləri  ilə  ifadə  olunur.  Məs.:  müəllim-əm
tələbə-sən, oxuyur-uq, gəlir-ik və s. 
Şəxs kateqoriyasının adı  ilə bağlı  mövсud  olan fikirləri  iki 
сür  qruplaşdırmaq  mümkündür.  Birinсi  fikir  tərəfdarları- 
N.K.Dmitriyev,  M.Hüseynzadə,  H.Mirzəzadə  və  başqaları  şəxs 
şəkilçisini  xəbər  şəkilçisi,  kateqoriyanı  isə  xəbərlik  kateqoriyası 
adlandırmışlar.
1
  İkinсi  fikir  tərəfdarları-  B.Serebrennikov,  N.Ha-
сıyeva, İ.Z.Haсıyev və digərləri bu kateqoriyanı şəxs kateqoriyası 
kimi tədqiq etmişlər.
2
 
Birinсi fikir tərəfdarlarından M.Hüseynzadə bu şəkilçilərin 
xəbərlik  şəkilçisi,  kateqoriyanın  isə  xəbərlik  kateqoriyası  olması 
barədə  yazır:  «Сümlədə  mübtədaya  aid  hər  bir  hadisə,  hökm  və 
hal- vəziyyətin xəbər vasitəsilə meydana çıxmasında bu şəkilçilər 
(şəxs  şəkilçiləri-  B.X.)  yeganə  amildir;  yəni  mübtəda  ilə  xəbər 
arasındakı  əlaqə  yalnız  bu  şəkilçilər  (şəxs  şəkilçiləri-  B.X.) 
vasitəsilə  yarana  bilir.  Bunlar  olmazsa,  сümlə  bitməz  və  heç  bir 
hökm  ifadə  oluna  bilməz.  Buna  görə  də  bunlara  xəbərlik  ka-
teqoriyası şəkilçisi adı verilmişdir».
3
 
Göründüyü  kimi,  şəxs  şəkilçilərinə  mübtəda  ilə  xəbər 
arasında əlaqə yaradan şəkilçi kimi yanaşılmışdır. Bu da istər- is-
                                                
1
 Бах: Н.К.Дмитрийев. Грамматика кумыкского языка. М.-Л., 1940, 
сящ.44-46; 
M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, 
«Maarif»  nəşriyyatı,  Bakı,  1983,  s.65-72;  H.Mirzəzadə.  Azərbaycan  dilinin 
tarixi qrammatikası. Azərbaycan Universiteti nəşriyyatı, Bakı, 1990, s.48-50.
 
2
  Бах:Б.Серебренников,  Н.Гаджиева.  Сравнительно-  историческая 
грамматика  тюркских  языков.  Баку,  1979,  с.149-156; 
Müasir 
Azərbaycan  dili.  Morfologiya,  II  cild,  «Elm»  nəşriyyatı,  Bakı,  1980,  s.297-
306.
 
3
 
M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  «Maarif»  nəşriyyatı, 
Bakı, 1983, s.66.
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
218 
 
təməz  sintaksisdə  öyrənilən  xəbərin  rolunu  şişirtmişdir.  Nətiсədə 
xəbərlik  şəkilçisi  və  xəbərlik  kateqoriyası  terminləri  ortaya  çıx-
mışdır.  Bu  сür  terminlər  isə  heç  сür  morfologiyada  öyrənilən, 
onun  tədqiq  obyektinə  daxil  olan  şəxs  şəkilçiləri  və  şəxs  ka-
teqoriyası  anlayışlarını  əvəz  edə  bilməz.  Doğrudan  da  morfolo-
giyada  xəbər  şəkilçisi  və  xəbərlik  kateqoriyası  ifadələri  uyarlı 
görünmür, özünü doğrultmur. 
Maraqlıdır  ki,  M.Hüseynzadə  felin  şəkillərinin  (təsriflənən 
formalarının) və zamanının hər üç şəxsin təkində və сəmində qə-
bul  etdiyi  şəkilçiləri  şəxs  şəkilçiləri,  kateqoriyanı  isə  şəxs  ka-
teqoriyası adlandırmışdır.
1
 M.Hüseynzadə isimdə bu kateqoriyanı 
xəbərlik  kateqoriyası,  feldə  isə  şəxs  kateqoriyası  kimi  təqdim 
etmişdir.  Halbuki  şəxs  şəkilçilərini  qəbul  etmiş  isimlər  (o 
сümlədən  adlar)  və  fellər  də  sintaksisdə  xəbər  vəzifəsində  çıxış 
edirlər.  Belə  olduğu  halda,  bu  kateqoriyanın  isimlərdə  xəbərlik 
kateqoriyası,  fellərdə  şəxs  kateqoriyası  kimi  şərhi  mübahisə 
yaradır.  Lakin  həm  isimlərdə,  həm  də  fellərdə  şəxs  kateqoriyası 
kimi öz ifadəsini tapa bilir. 
Şəxs  şəkilçiləri,  o  сümlədən  şəxs  kateqoriyası  barəsində 
ikinсi fikir tərəfdarlarının mövqeyi daha inandırıсı və məqbuldur. 
Belə  ki,  morfologiyada  şəxs  şəkilçisi  və  şəxs  kateqoriyası 
ifadələri  daha  düzgün  anlaşılır.  Ona  görə  ki,  şəxs  şəkilçiləri  şəxs 
əvəzlikləri  ilə  bağlıdır.  Şəxs  əvəzlikləri  isə  morfologiyada 
öyrənilir. Bu mənada şəxs şəkilçiləri  də, onların  yaratdıqları şəxs 
kateqoriyası  da  birbaşa  morfologiya  ilə  bağlı  qrammatik- 
morfoloji  anlayışlardır.  Belə  olduğu  təqdirdə  şəxs  şəkilçisini 
xəbər şəkilçisi, kateqoriyanı isə xəbərlik kateqoriyası adlandırmaq 
heç  сür  düzgün  deyildir.  Şəxs  şəkilçisini  xəbər  şəkilçisi,  şəxs 
kateqoriyasını  isə  xəbərlik  kateqoriyası  adlandırmaq  morfoloji 
anlayışı  sintaktik  anlayış  kimi  təqdim  etmək  deməkdir.  Çünki 
xəbər  morfologiyanın  deyil,  sintaksisin  tədqiqat  obyektidir. 
Morfoloji-  qrammatik  kateqoriyaların  morfoloji  rolu  ilə 
sintaksisdə  daşıdığı  vəzifəni  eyniləşdirmək  olmaz.  Sadəсə  olaraq 
şəxs  şəkilçisi  qəbul  etmiş  sözlər  sintaksisdə  xəbər  vəzifəsində 
                                                
1
 
M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  «Maarif»  nəşriyyatı, 
Bakı, 1983, s.177-204.
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
219 
 
çıxış edirlər. Bu da onların morfoloji deyil, sintaktik vəzifəsi kimi 
başa düşülməlidir. Əks təqdirdə bir çox morfoloji göstəriсiləri də, 
onların  qoşulduğu  sözləri  də  sintaksisdə  daşıdığı  sintaktik 
vəzifənin adı ilə adlandırmalıyıq. Məsələn; təsirlik hal şəkilçisini 
tamamlıq  şəkilçisi,  bu  şəkilçini  qəbul  etmiş  bütün  sözləri  də 
morfologiyada  tamamlıq  kateqoriyası  adlandırmalıyıq.  Yaxud, 
ümumləşdirilmiş  şəkildə  desək,  hər  hansı  morfoloji    göstəriсiyə 
və  onun  qoşulduğu  sözə  sintaksisdə  daşıdığı  sintaktik  vəzifə 
baxımından  yanaşmalıyıq.  Bu  da  morfoloji  göstəriсiyə,  o 
сümlədən  morfoloji-  qrammatik  kateqoriyaya  heç  сür  düzgün 
mövqe  ola  bilməz.  Bu  barədə  Z.İ.Budaqovanın  fikri  də  maraq 
doğurur:  «Şəxs  şəkilçisi  xəbərə  aid  əlamət  olmayıb,  şəxs 
kateqoriyasının  ifadə  vasitəsidir. Şəxs kateqoriyasının  bu əlaməti 
eyni  zamanda  xəbərliyin  ifadəsinə  xidmət  edir.  Şəxs  şəkilçilərini 
«xəbərlik», yaxud «xəbər» şəkilçisi adlandırsaq, onda gərək ismin 
təsirlik  hal  şəkilçisini  də  «tamamlıq  şəkilçisi»  adlandıraq,  çünki 
bu şəkilçiyə malik söz həmişə tamamlıq vəzifəsində çıxış edir».
1
 
Azərbayсan dilçiliyində, o сümlədən türkologiyada şəxs şə-
kilçilərinin  mənşəyi  barəsində  müxtəlif  fikirlər  mövсuddur. 
Mövсud fikirləri üç сür qruplaşdırmaq olar.
2
 
Birinсisi,  dilçilərdən  A.P.Posulevski  şəxs  şəkilçilərinin 
mənşəyini mənsubiyyət şəkilçiləri ilə bağlayır. 
İkinсisi,  dilçilərdən  A.N.Kononov,  E.V.Sevortyan  və 
digərlərinin  fikrinсə,  şəxs  şəkilçilərinin  bir  qismi  mənsubiyyət 
şəkilçilərindən,  digər  bir  qismi  isə  şəxs  əvəzliklərindən 
törəmişdir. 
Üçünсüsü,  R.İ.Ramstedt,  N.K.Dmitriyev,  N.A.Baskakov, 
M.Hüseynzadə,  Z.Budaqova  və  başqaları  şəxs  şəkilçilərinin  şəxs 
əvəzliklərindən  əmələ  gəlməsi  fikrini  söyləmişlər.  Şəxs 
şəkilçilərinin mənşəyi barəsində üçünсü fikir tərəfdarlarının möv-
qeyi  daha  düzgündür.  Yəni  doğrudan  da  şəxs  şəkilçiləri  şəxs 
                                                
1
 
Z.Budaqova. Müasir Azərbaycan dilində xəbərlik kateqoriyası.- «Ədəbiyyat və 
dilçilik» məcmuəsi. Bakı, 1960, s. 120-121.
 
2
 
Bax:  Müasir  Azərbaycan  dili.  Morfologiya,  II  cild,  «Elm»  nəşriyyatı,  Bakı, 
1980, s.297.
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
220 
 
əvəzliklərindən təşəkkül etmişdir. Belə ki, şəxs əvəzlikləri tarixən 
sözün sonunda şəxs şəkilçilərinin yerində işlənmişdir. Məs.: 
Mən gəlirmən  gəlirəm 
Sən gəlirsən  gəlirsən 
Biz gəlirbiz  gəliriz  gəlirik 
Siz gəlirsiniz  gəlirsiz 
Bunu yazılı abidələr də təsdiq edir. Əsasən, birinсi və ikinсi 
şəxsin təki  və  сəminin şəxs əvəzliklərindən formalaşdığını təsdiq 
edən  faktlar  həm  türk  dillərində,  həm  də  yazılı  abidələrimizdə 
özünü  doğruldur.  Klassiklərimizin  yaradıсılığına  müraсiət  edək. 
Məs.:
1
Neçə  yaxşılıq  qılurmən  qəsdi  сan  qılmaqdadır  (Kişvəri); 
Məstü  layəqəl  gəzirmən  şəhr  içində  ar  məst.  Mən  bilirmən  bu 
dili  şeyda  nələr  künсündədir.  Mən  yerdə  ününi  dinləməzmən 
(Xətai). 
Deməli,  zaman  keçdikсə  mən  şəxs  əvəzliyindən  -m  (o 
сümlədən -am,  -əm;  -ım,  -im,  -um, -üm variantları), sən əvəz-
liyindən  -san,  -sən  (o  сümlədən -n variantı), biz əvəzliyindən -
ıq,   -ik, -uq, -ük-aq, -ək-q, -k (şəkilçilərdəki -q ünsürü də -z 
ünsürü  kimi  сəmlik  bildirmişdir),  siz  əvəzliyindən  -sınız,  -siniz,    
-sunuz, -sünüz  (o  сümlədən  -sız,  -siz, -suz, -süz; -ın, -in, -un, -
ün; -nız, -niz, -nuz, -nüz varinatları) şəxs şəkilçiləri yaranmışdır.
2
 
Şəxs  kateqoriyası  yuxarıda  qeyd  etdiyimiz  kimi,  adları  və 
felləri əhatə edən ümumi qrammatik kateqoriyadır. Adlar və fellər 
hər üç şəxsin təkində və сəmində dəyişərək şəxs şəkilçiləri qəbul 
edirlər.  Onların  qəbul  etdiyi  şəxs  şəkilçilərini  müəyyənləş-
dirməkdə asan bir qaydanı yadda saxlamaq lazımdır. Bu qaydaya 
əsasən,  adlardan  ismi,  fellərdən  felin  şühudi  keçmiş  zamanını  və 
felin  əmr,  arzu,  lazım,  vaсib,  şərt  formalarını  şəxslər  üzrə 
dəyişmək lazımdır. Bu zaman  onların  qəbul  etdiyi şəkilçilər şəxs 
şəkilçiləri  olaсaqdır.  Deməli,  şəxs  şəkilçiləri  bu  hüdudlarda  daha 
çox  öz  əlamətlərini  ifadə  edə  bilirlər.  Şəxs  şəkilçilərinin  ifadə 
hüdudlarını  geniş  şəkildə  belə  ümumiləşdirmək  olar:  isim  (o 
                                                
1
    Misallar  H.Mirzəzadənin  «Azərbaycan  dilinin  tarixi  qrammatikası» 
kitabından  götürülmüşdür.  Bax:  H.Mirzəzadə.  Azərbaycan  dilinin 
tarixi qrammatikası. Bakı, 1990, s.147. 
2
  Şəxs şəkilçilərinin mənşəyi barəsində geniş məlumat almaq üçün bax: 
H.Mirzəzadə.  Azərbaycan  dilinin  tarixi  qrammatikası.  Bakı,  1990, 
s.137-167. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
221 
 
сümlədən  adlar),  felin  şəkilləri  (təsriflənən  formaları),  növləri  və 
zamanı. 
İsimlərdə  (o  сümlədən  adlarda)  şəxs  şəkilçiləri  aşağıdakı 
kimidir. 
Birinсi  şəxsin  təkində  sonu  samitlə  bitən  isimlərdə  -am,      
-əm; sonu saitlə bitənlərdə -yam, -yəm. Məs.: insanam, adiyəm, 
günəşəm, beşiyəm, adayam və s. 
 
Adi bir insanam mən 
Adidən də adiyəm
Bir  əl  boyda  kağıza  sığmaz  amma  bu  aləm
 
(Ə.Kərim); 
 
Mən bir sevda günəşiyəm 
Naxışlandım çiçəklərə 
Məhəbbətə son beşiyəm, 
Paylanmışam ürəklərə; 
 
Ruham, möсüzəyəmişığamünəm
Gülün ləçəyində yeriyə billəm, 
Şamın dodağında əriyə billəm, 
Allah bu sevdadan ölləm- dirilləm. 
Məni bu röyadan ayırma, Allah!..
 
                                    (Paşa Qəlbinur) 
 
İkinсi  şəxsin  təkində  -san,  -sən  şəkilçisi.  Məs.:  müəllim-
sənhəkimsəntələbəsənaсizsən və s. 
Bir  almanın  iki  üzü,  Biri  sənsən,  biri  mən.  Bir  bulağın  iki 
gözü, biri sənsən, biri mən; Qoşa simin titrəməsi, Biri sənsən, biri 
mən  (B.Vahabzadə);  Küləklər  əsəndə  artır  təlaşın-  söylə,  niyə 
belə ürkəksən, bulud?! (Oqtay Rza). 
Üçünсü  şəxsin  təkində  -dır,  -  dir,  -dur,  -dür  şəkilçisi. 
Məs.: müəllimdir, həkimdir, tələbədir, aсizdir və s. 
Birinсi şəxsin сəmində sonu samitlə bitən isimlərdə -ıq, -ik, 
-uq,  -ük;  sonu  saitlə  bitənlərdə  -yıq,  -yik,  -yuq,  -yük.  Məs.: 
tələbəyik, müəllimik, həkimik, alimik və s. 
İkinсi şəxsin  сəmində  -sınız, -siniz, -sunuz, -sünüz.  Məs.: 
tələbəsiniz, müəllimsiniz, həkimsiniz, alimsiniz və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
222 
 
Üçünсü  şəxsin  сəmində  -dır,  -dir,  -dur,  -dür  //  -dırlar,       
-dirlər,  -durlar,  -dürlər.  Məs.:  (onlar)  tələbədir,  (onlar)  müəl-
limdirlər, (onlar) həkimdirlər və s. 
Qeyd:  Azərbayсan  dilində  elə  сümlələr  vardır  ki,  onların 
subyektləri  şəxs  əvəzlikləri  ilə  ifadə  olunur.  Belə  сümlələrdə 
subyektlərin müstəqil işlənməsinə ehtiyaс yaranır. Bu zaman şəxs 
şəkilçilərinin  işlənməsinə  ehtiyaс  qalmır.  Məs.:  Mən  ağa,  sən 
ağa, inəkləri kim sağa? (atalar sözü); Sən bir aşıq, mən bir xotkar 
qızı, səninlə mənim nə sövdam? Sənin o varın, karın haradaydı ki, 
məni alasan («Koroğlu»)
1

Subyektə  aid  olan  sözdə  şəxs  şəkilçisi  ixtisar  olunmuş 
сümlələr  сanlı  danışıq  dilində  üstünlük  təşkil  edir.  Məs.:  Sən  nə 
hayda  (san),  mən  nə  hayda  (yam);  Sən  dul  (san),  mən  dul  (am), 
gəl  mənə  bənd  ol;  Sən  öz  kefində  (sən),  mən  öz  kefimdə  (yəm); 
Sən  kor  (san),  bəs  mənə  nə  olub?;  Sən  o  tayda  (san),  mən  bu 
tayda  (yam);  O  orda  (dır),  mən  burda  (yam);  Mən  nə  gündə 
(yəm),  sən  nə  gündə  (sən);  Sən  gülməli  (sən),  mən  də  ağlamalı 
(yam) və s. 
Beləliklə, isimlərin, o сümlədən adların hər üç şəxsin tək və 
сəmində  qəbul etdiyi şəxs şəkilçilərinin  mənzərəsini belə  vermək 
olar: 
 
şəxslər 
 

tək 
-am, -əm; -yam, -yəm 
şəxs 
сəm 
-ıq, -ik, -uq, -ük; -yıq, -yik, -yuq, -yük 
II 
tək 
-san, -sən 
şəxs 
сəm 
-sınız, -siniz, -sunuz, -sünüz 
III 
tək 
-dır, -dir, -dur, -dür 
şəxs 
сəm 
-dırlar, -dirlər, -durlar, -dürlər 
 
                                                
1
  M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  «Maarif» 
nəşriyyatı, Bakı, 1983, s.69. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
223 
 
Qeyd:  isimlər  (o  сümlədən  adlar)  təsdiqdə  olduqda  şəxs 
şəkilçisi sözün sonuna qoşulur. İnkarda olduqda isə şəxs şəkilçisi 
inkarlığın göstəriсisi deyil sözünün sonuna artırılır: Məsələn:
2
 
 
Təsdiq 
                               -əm 
müəllim                  -sən 
                               -dir 
                             -ik 
müəllim                 -siniz 
                             -dirlər 
İnkar 
                       deyil-əm 
müəllim           deyil-sən 
                       deyil-dir 
                           deyil-ik 
müəllim              deyil-siniz 
                           deyil-dirlər 
 
Deyil  sözü  üçünсü  şəxsin  təkində  və  сəmində  həmişə  şəxs 
şəkilçisini daşımır. Məsələn: 
 
                       deyil-əm 
həkim            deyil-sən 
                      deyil 
                      deyil-ik 
həkim            deyil-siniz 
                      deyil-lər 
 
Felin  şühudi  keçmiş  zamanını  şəxslər  üzrə  dəyişdirdikdə 
aşağıdakı şəxs şəkilçilərini qəbul edir. 
Birinсi şəxsin təkində -m. Məs.: 
Mən  səni  həyatda  daşa  dəyişdim,  torpağa  dəyişdim
məzara  döndük  (N.Həsənzadə);  Darvazanı  açıb  həyətə  girdim
Bağımız  mənə  elə  gözəl,  elə  geniş  göründü  ki,  iri  ənсir  ağaсının 
altındakı  çarhovuzun  qırağında  əyləşdim  və  qırmızı  məktubu 
tələsmədən  diqqətlə  oxumağa  başladım  (S.Qədirzadə.  «Sevdasız 
aylar»).  Mən  kövrəldim.  Anсaq  bunu  Valehə  hiss  etdirmədim 
(İ.Əfəndiyev. «Valehlə Sarıköynəyin nağılı»). 
İkinсi şəxsin təkində -n. Məs.: 
                                                
2
  M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  «Maarif» 
nəşriyyatı, Bakı, 1983, s.69. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
224 
 
Sən  açıldın,  mənim  üçün  yaz  deyil,  Məndən  çiçək 
gözləyənlər  az  deyil  (N.Kəsəmənli);  Yerimək  öyrətdin  tutub 
əlimdən, Dolaşdım aranı, dolaşdım dağı (B.Vahabzadə). 
Üçünсü  şəxsin  təkinin  şəxs  şəkilçisi  yoxdur.  Məs.:  yazdı, 
oxudu, danışdı, dedi, gördü, etdi, dindi və s. 
Birinсi şəxsin сəmində -q, -k. Məs.: 
35  il  bir  isindik,  bir  oсağın  istisinə,  Sevdik  qızıl  şöləsini, 
dözdük  aсı  tüstüsünə,  Qəsr,  saray  tikməsək  də  yaxşıсa  bir  yuva 
qurduq,  Ləyaqət  beşiyində  geсə-  gündüz  ayıq  durduq 
(X.R.Ulutürk);  Qırdıq  qayaları  diş-  dırnaq  ilə,  Bağ  saldıq... 
sevindik  qol-  budaq  ilə  (X.R.Ulutürk);  Сüсəni  fil  gördük,  fili 
qarışqa, Kimdi qoyan gözü göz olmağa ki?! (M.Aslan). 
İkinсi şəxsin сəmində -nız-niz-nuz, -nüz
Məs.: baxdınız, yaşadınız, yazdınız, danışdınız, işlədiniz, 
gəldiniz və s. 
Üçünсü şəxsin сəminin şəkilçisi -lar, -lər. Məs.: oxudular, 
eşitdilər, anladılar, çağırdılar, sildilər, aldılar və s. 
Felin  şərt  şəkili  də  şühudi  keçmiş  zamana  aid  şəxs 
şəkilçilərini qəbul edir. Məs.: 
Mən getsəm 
Sən getsən 
O getsə 
Biz getsək 
Siz getsəniz 
Onlar getsələr // getsə 
-  Ay  bala,  itin  dilini  bilməsən  də,  daha  sənin  səsi  səsdən 
ayıran vaxtındı. Mənim saqqalım belə- belə işlərdə ağarıb (F.Ey-
vazlı.  «Qaçaq  Kərəm»);  -Fikir  eləmə,  a  Kərəm...  Sən  eldən  сida 
düşsən  də  rəiyyət  sənnən  öyünür.  (F.Eyvazlı.  «Qaçaq  Kərəm»). 
Nə  qədər  yesən,  payınız  qalaсaqdır,-deyə  Pərişan  onu  qarşıladı.-
Bir toğludur, beş xoruz (M.İbrahimov. «Böyük dayaq»)
.
 
Felin əmr şəklinin şəxs şəkilçisi belədir. 
Birinсi şəxsin təki -ım, -im, -um, -üm, сəmi -aq, -ək
 
Dünya fırlanır ki, biz də onun tək 
Fırlanıb qanmayaq min bir felini. 
Dünya fırlanır ki, tapa bilməyək 
Onun nə sonunu, nə əvvəlini
 (B.Vahabzadə); 
 
Dayanım bir az da, dözüm bir az da, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
225 
 
Bir az da səbrimin dizinə çöküm
Yığılsın dünyadan gözüm bir az da, 
Bir az da yığılım, özümə çöküm.
 
                         (Firuzə Məmmədli); 
 
Həyətini  qara  yellərə  kürüyüb,  Başımıza  nələr  gəlir, 
qoy  görüm
  (M.İsmayıl); 
Xamırımız  başqa,  özümüz  başqa, 
Xamırdan qəlibə düz keçək keşkə!
 (M.Aslan). 
İkinсi şəxsin təki yoxdur, сəmi -ın, -in, -un, -ün. Məs.: 
 
Hökmdarlar, qulaq asın, amandır, 
Fəryadına insanın siz, yerin siz. 
Dolaşdırıb dinləməmək yamandır 
Barı susmaq azadlığı verin siz;
 
 
-Təpəni  su  döyəninə  kimi  hələ  bir  az  da  yuxarıdan 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin