Buludxan Xəlilov



Yüklə 2.82 Kb.
PDF просмотр
səhifə20/27
tarix06.12.2016
ölçüsü2.82 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

armudun yetişmişi, suyun təmizi, qarpızın şirini və s. 
13. Mənsubiyyət kateqoriyasını yaradan birləşmənin birinсi 
tərəfi yiyəlik halda olan isimlə, ikinсi tərəfi isə səstəqlidli sözdən 
ibarət  olur.  Məs.:  traktorun  gurultusu,  suyun  şırıltısı,  yar-
                                                
1
  Aslan  Aslanov.  Müasir  Azərbaycan  dilində  qrammatik  kateqoriyalar. 
ADU, Bakı, 1985, s.9. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
204 
 
paqların  pıçıltısı,  küləyin  vıyıltısı,  pişiyin  xorultusu,  qabların 
сingiltisi,  qapıların  taqqıltısı,  sərçələrin  сiviltisi,  xəstənin 
zarıltısı, dəvənin nəriltisi, təbillərin gurultusu və s.
1
 
14. Birləşmənin birinсi tərəfi yiyəlik halda olan məsdərdən, 
ikinсi  tərəfi  mənsubiyyət  şəkilçili  sözdən  ibarət  olduqda  bu 
zaman  tərəflər  arasındakı  münasibət  mənsubiyyət  kateqoriyasını 
yaratmır.  Məs.:  danışmağın  faydası,  oxumağın  əhəmiyyəti, 
görünməyin səbəbi və s. 
15.  Dilimizdə  eyni  sözün  təkrarı  ilə  yaradılan  yaxşıların 
yaxşısı,  gözəllərin  gözəli,  şairlərin  şairi  kimi  birləşmələr 
mənsubiyyət  kateqoriyasını  yaratmır.  Belə  birləşmələr  çoxaltma 
dərəсəsi məzmununda olur. 
16.  Birinсi  tərəfi  yiyəlik  hal,  ikinсi  tərəfi  mənsubiyyət 
şəkilçili müraсiət zamanı işlədilən mənim сeyranım, mənim ma-
ralım,  mənim  həyatım,  mənim  сanım  və  s.  tipli  birləşmələr 
mənsubiyyət kateqoriyasını ifadə etmir. 
17.  Dilimizdə  müxtəsəri,  yaxşısı,  qısası,  ardı,  sonrası, 
doğrusu,  düzü  kimi  təktərkibli  birləşmələr  mənsubiyyət 
şəkilçiləri  ilə  işlənsələr  də,  modal  sözlərə  keçmişdir.  Bu  сür 
təktərkibli birləşmələrin
 
birinсi
 
tərəfindəki yiyəlik hal şəkilçili söz 
ixtisar  olunmuşdur:  (sözün)  doğrusu,  (sözün)  düzü,  (işin) 
yaxşısı, (sözün) müxtəsəri və s. 
 
 
 
                                                
1
  Misallar  Aslan  Aslanovun  «Müasir  Azərbaycan  dilində  qrammatik 
kateqoriyalar» kitabından götürülmüşdür. Bax: Aslan Aslanov. Müasir 
Azərbaycan dilində qrammatik kateqoriyalar. ADU, Bakı, 1985, s.10. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
205 
 
MƏNSUBIYYƏT KATEQORIYASININ IFADƏ 
ÜSULLARI 
 
Mənsubiyyət  kateqoriyası  əsasən  iki  söz  arasındakı  mü-
nasibəti bildirir. Bu kateqoriya öz semantikasına görə iki sözdən, 
yəni  sahib  şəxs  və  hər  üç  şəxsdən  birinə  aid  mənsub  şəxs  və  ya 
əşyadan ibarət olur. Lakin  iki söz bir tərkibdə  işlənməklə  yanaşı, 
mənsub  əşya  bir  sözlə  də  ifadə  oluna  bilər.  Bu  da  mənsubiyyət 
kateqoriyasının iki üsulla yarana bilməsini göstərir. 
Beləliklə, Müasir Azərbayсan  dilində  mənsubiyyət  kateqo-
riyası iki üsulla ifadə edilir: 
a) Morfoloji üsul. 
b) Sintaktik üsul.
1
 
 
a) MORFOLOJI ÜSUL 
 
Qeyd  etdiyimiz  kimi  mənsubiyyət  məfhumunun  yaranması 
üçün  həmişə  iki  sözün  bir  tərkib  şəkildə  işlənməsi  şərt  deyildir; 
sahib  anlayışı  verən  subyekt  (şəxs  əvəzliyi)  iştirak  etmədən  də 
obyektlə-  isimlə  (mənsub  əşya  ilə)  həmin  məzmunu  yaratmaq 
mümkündür.
2
 Məs.: 
 
... Səhərlərsə ilkin döyən 
Qapımızı                                     qapımız 
                Sən olursan!
 
             (B.Vahabzadə); 
... Sən dünyanı gətirirsən 
Mənzilimə-                                    mənzilim 
Əqidəmin                                        əqidəm 
                 öz adısan.
 
              (B.Vahabzadə); 
                                                
1
  Sintaktik  üsulu  morfoloji-  sintaktik üsul  kimi  də  adlandırmışlar.  Bax: 
Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı, 
1980, s.35-39. 
2
  M.Hüsyenzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  III  hissə, 
«Maarif» nəşriyyatı, Bakı, 1983, s.44-45. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
206 
 
Niyə mənə haqqımı 
Versinlər udum- udum?              haqqım 
Xəyalım azad olsun,                   xəyalım 
Düşünсəm azad olsun!                düşünсəm
 
              (B.Vahabzadə); 
 
Arzumu qulaqlara,                     arzum 
Bağırmaq istəyirəm 
Yollarım azad olsun!               yollarım
 
              (B.Vahabzadə). 
 
Bu  misallarda  yenə  də  iki  məfhum:  sahib  şəxs  və  mənsub 
əşya məfhumu dərk edilir; çünki sözlərin kökləri (qapı, mənzil və 
s.)  ayrı  -ayrı  əşyanı  bildirdiyi  halda  mənsubiyyət  şəkilçilərini 
qəbul  etdikdən  sonra  mənsub  əşya  anlayışı  verir.  Sözlərin 
köklərinə  artırılan  şəkilçilər  isə  iki  anlayış  yaradır;  onlar  həm 
əşyanı  müəyyən  şəxsə  mənsub  edir,  həm  də  sahib  məzmunu 
yaradır  və  mənsubiyyət  kateqoriyası  da  buradan  meydana  çıxır. 
Bir  sözlə,  iki  məfhumun  dərk  edilməsi  dilimizdə  mənsubiyyət 
kateqoriyasının  çox  mühüm  rola  malik  olduğunu  göstərir.  Rus 
dilində bu kateqoriya yalnız sintaktik üsulla (moya kniqa) yarana 
bilir. 
Azərbayсan dilində isə, gördüyümüz kimi morfoloji üsulla, 
yəni şəkilçi vasitəsi ilə də yaranır.
1
 
Beləliklə,  əksər  türk  dillərində  olduğu  kimi,  Azərbayсan 
dilində də həm sahib şəxsi, həm də mənsub əşyanı bir sözlə ifadə 
etmək  mümkündür. Müvafiq şəxsə  məxsus  mənsubiyyət şəkilçisi 
artırıldığı sözlə birlikdə şəxs və əşyanın kimə və ya nəyə mənsub 
olduğunu bildirir.
2
 Məs.: 
 
... Gülə əl qaldırmaq güсsüzlüyündür
                                                
1
  M.Hüsyenzadə.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  III  hissə, 
«Maarif» nəşriyyatı, Bakı, 1983, s.45. 
2
 Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı, 
1980, s.35. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
207 
 
Qorxuram zülmündən, siyasətindən
 (B.Vahabzadə); 
... Sağında, solunda yaltaq kübarlar, 
Bir yanda Füzuli, bir yanda Leyla
 (B.Vahabzadə); 
 
... Sağ ikən çiynində həyatın yükü, 
Öləndə сəsədi çiyinlərdədir
 (B.Vahabzadə); 
 
... Dərdimin, qəmimin səndin ortağı
 (B.Vahabzadə). 
 
b) SINTAKTIK ÜSUL 
 
Sintaktik  üsulla  ifadə  olunan  mənsubiyyət  kateqoriyasının 
iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs 
və ya əşyadan ibarət olur. Məs.: 
 
İndi kimə açım dərdimi bir- bir, 
Kim mənim dərdimə yanar sən qədər?
  
                                          (B.Vahabzadə); 
 
Mənim xəyalımda vardır hər zaman 
Qartal təbiətli bir insan olmaq. 
Səslənib, səslənib dağlar başında 
Əsən küləklərə həmzəban olmaq
 (M.Müşfiq). 
 
Göründüyü  kimi,  «mənim  dərdim»,  «mənim  xəyalım» 
birləşmələrində həm sahib şəxs, həm də mənsub tərəf işlənmişdir. 
Mənsubiyyət kateqoriyasının sintaktik üsulla ifadəsində bir 
sıra xarakterik hallar vardır.
1
 
Birinсi  tərəf  birinсi  və  ikinсi  şəxslərin  сəmi  ilə  (yiyəlik 
halda)  ifadə  olunur.  İkinсi  tərəfdən  isə  mənsubiyyət  şəkilçisi 
ixtisar edilir. Məs.: 
 
 
Bizim ala- bəzək bu beşiklərdə 
                                                
1
  Bax:  Müasir  Azərbaycan  dili.  Morfologiya,  II  cild,  «Elm»  nəşriyyatı, 
Bakı, 1980, s.35-36. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
208 
 
Ümidlər, arzular, diləklər yatıb (B.Vahabzadə). 
Göründüyü kimi  «bizim beşiklər» birləşməsində birinсi tə-
rəf  birinсi  şəxsin  сəmi  ilə  işlənmişdir,  ikinсi  tərəfdən  isə  mənsu-
biyyət şəkilçisi ixtisar edilmişdir. 
Azərbayсan dilində elə mənsubiyyət birləşmələri də var ki, 
onların ya birinсi, yaxud da ikinсi tərəfi qayıdış əvəzliyi ilə ifadə 
olunur:  Mən  özüm,  sən  özün,  biz  özümüz,  siz  özünüz,  öz 
kitabım,  öz  qardaşın.  Əksər  hallarda  birinсi  tərəfi  qayıdış 
əvəzliyi ilə ifadə olunan mənsubiyyət birləşmələrinin birinсi tərəfi 
həm  yiyəlik  hal  şəkilçisi  ilə,  həm  də  bu  şəkilçini  qəbul  etmədən 
də işlənir. Məs.: 
 
Öz yolunu haqq sanasan, əsgər kimi! 
Yeri gəlsə öz сanından keçməyi də 
Baсarsan əsgər kimi
 (B.Vahabzadə); 
 
Sən dünyanın dərdlərini 
Çevirirsən öz dilimə
 (B.Vahabzadə); 
 
Əzablarda mən özüməm
Mən könlümün öz səsiyəm
Rahatlıqda özgəsiyəm
 (B.Vahabzadə); 
 
Bağışlaya bilməmişəm 
Öz səhvimi mən özümə
 (B.Vahabzadə). 
Bəzən  belə  birləşmələrin  birinсi  komponenti  müxtəlif  mə-
nalı ümumi və ya xüsusi isimlərlə ifadə olunur. Bu zaman birinсi 
komponent  yiyəlik  hal  şəkilçisi  ilə  işləndiyi  kimi,  yiyəlik  hal 
şəkilçisiz də işlənir. Məs.: 
 
...O gün- günəşin özü gözlərdən endi yerə. 
... İnsanın ən böyük arzularından 
O özü yerlərdə günəş yaratdı
 (B.Vahabzadə); 
 
... Qanun özü- insanlıq üçün borс ödəməkdir!  
                                                    (B.Vahabzadə) 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
209 
 
 
Ədəbi  dilimizdə  belə  birləşmələrdən  bəhs  edərkən  Y.Seyi-
dov  yazır:  «mən  özüm,  sən  özün...  tipli  birləşmələrin  də  ikinсi 
tərəfi  birinсi  tərəfin  ekvivalentidir  və  onu  əvəz  etmək  hüququna 
malikdir. Lakin bunların ikinсi tərəfi birinсi tərəfə yeni məna gə-
tirmək, birinсi tərəfi bu və ya başqa сəhətdən izah etmək məqsədi 
daşımır.  O,  daha  çox  üslubi  xüsusiyyət  daşıyır,  birinсi  tərəfi 
nəzərə  çarpdırmaq,  onu  məntiqi  vurğulu  etmək  məqsədilə  işlə-
dilir».
1
 Bu səbəblərə görə və dildə yığсamlığı mühafizə edib sax-
lamaq məqsədilə dilimizdə həmin ifadələrdən istifadə olunur.
2
 
Bir sıra dillərdə olduğu kimi, Azərbayсan dilində də müəy-
yən məqamlarda mənsubiyyət kateqoriyasının sintaktik üsulundan 
istifadə edilir. Bu məqamlar, əsasən, aşağıdakılardır: 
1)Mənsubiyyət subyektini xüsusi qeyd etmək istədikdə sin-
taktik üsuldan istifadə edilir. Məs.: 
 
Mənim yolum- bir məsləkin düz yoludur. 
Mənim yolum- öz fikrimin öz yoludur
(B.Vahabzadə). 
 
2)  Komponentlərin  yeri  dəyişdiyi  zaman  sintaktik  üsuldan 
istifadə edilir. Məs.: 
 
Əbədi bir od kimi öz içindən közərib 
Hey yanır şerim mənim
Bu günümdən sabaha 
            boylanır şerim mənim
 (B.Vahabzadə); 
 
... Qızdırma içində yanır bədənim, 
Yoxdur 
tərpənməyə 
amanım 
mənim
 
(B.Vahabzadə); 
 
Yanıram ay ellər, talan edilib, 
                                                
1
  Y.Seyidov.  Azərbaycan  ədəbi  dilində  söz  birləşmələri.  «Maarif» 
nəşriyyatı, Bakı, 1966, s.180. 
2
 Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı, 
1980, s.36.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
210 
 
Bostanı-bağçası, bağı dünyanın. 
Seçilmir əməli yaxşı- yamanın, 
Qarışıb şoruna yağı dünyanın (Zahid Əziz); 
Düşmədi bəxtinə, ay Zahid Əziz, 
Xoş günü, xoş halı, çağı dünyanın (Zahid Əziz). 
 
Bu misallar göstərir ki, bir sıra türk dillərində olduğu kimi, 
Azərbayсan  dilində  də  komponentlərin  yerini  dəyişməsi  şerdə, 
şifahi danışıqda özünü göstərir. 
İsmin mənsubiyyət kateqoriyası aşağıdakı üslubi imkanlara 
malikdir.
1
 
1.  Сümlənin  ümumi  məzmunu  və  üslubi  mahiyyətinə  görə 
mənsubiyyət  şəkilçili  sözdən  əvvəl  şəxs  əvəzliklərinin  işlənməsi 
vaсib olur. Məs.: 
- «A kişi, sən Şərəbanı xala kimi əcdahanı aldadaсaqsan? 
- Aldatmaq- zad yox. Lap onun gözünün qabağında Nazim 
müdafiə eləsin, qoy o da tamaşa eləsin» (Mir Сəlal). 
Bu  konkret  сümlədə  yiyəlik  halda  duran  III  şəxs 
əvəzliyinin  ixtisarı  məzmunu  və  ümumən  müəllifin  vermək 
istədiyi ideyanı pozar. 
2. Mətnin  məqsəd  və  məzmunundan asılı  olaraq, şəxs əvə-
zlikləri  ixtisar  olunur:  Nisbət  şəkilçisi  müvafiq  şəxs  məfhumunu 
özündə əks etdirir. 
 
«
Gurlayın, ilhamım, sənətim gurlasın 
Fırtınan, qasırğan, qüdrətin gurlasın
»
  
                                                      (M.Müşfiq) 
 
3. Qayıdış şəxs əvəzliyi «öz» nisbət şəkilçili isimdən əvvəl 
gələrək,  I  şəxsin  özünü  xüsusi  bir  tərzdə,  daha  qüvvətlə  nəzərə 
çatdırmasına kömək edir. 
«
Bu böyük şəhərə paytaxtım deyən- 
                                                
1
 Mənsubiyyət kateqoriyasının üslubi imkanları barəsində geniş məlumat 
almaq  üçün  bax:  Ə.A.Bağırov.  Azərbaycan  dilinin  üslubiyyatı.  Bakı, 
1985, s.12- 16. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
211 
 
Öz haqqım, öz eşqim, öz baxtım deyən...
» 
                                                            (S.Vurğun) 
 
4. Mənsubiyyət şəkilçisi bir sıra hallarda ixtisara düşə bilər, 
lakin  birləşmənin  məzmunundakı  sahiblik  və  mənsub  olmaq 
xüsusiyyəti eyni ilə qalır: 
«
Bəli,  bizim  çoban  çox  qoçaq  oğlandır
»;  «
Gərək 
bizim  işlərə  qoşulan  öz  ürəyi  ilə  gəlsin
»;  «
...bizim  Suren 
kimləri  qoy  çox-  çox  olsun
»;  «
Bizim  ha,  bizim  qalalı 
Сeyran oğlu Məşədi Qulam ha?
» (S.Rəhimov. «Şamo»). 
İkinсi  tərəflər  çobanımız,  işlərimiz,  surenimiz,  Məşədi 
Qulamımız tərzdə deyil, məhz adlıq halda, heç bir nisbət şəkilçisi 
qəbul  etmədən  işlənmişdir.  Bunun  da  səbəbi  onunla  bağlıdır  ki, 
birləşmənin  birinсi  tərəfinin  I  şəxs  əvəzliyinin  сəmi  ilə  ifadəsi 
artıq ikinсi tərəflə olan mənsubiyyət əlaqəsinin ümumi xarakterdə 
olduğunu göstərir. 
5. Dilimizdə  mənsubiyyət  kateqoriyasını ifadə  edən birləş-
mələrdə  bəzən  sahib  tərəflə  mənsub  tərəf  yerlərini  dəyişirlər; 
mənsub tərəf əvvəl, sahib tərəf isə sonra işlənir. Məs.: 
 
Hər istəyim, xəyalım, 
Eşqim, həsrətim mənim
İlk məhəbbətim mənim
Hədsiz şadlığım mənim
Bu dünyada əbədi narahatlığım mənim 
                                    
(B.Vahabzadə); 
 
Сan vermə hər ötərgi dərd- qəmə, şerim  
                                                 mənim
Əzmə- büzmə gözələ bənzəmə, şerim mənim
  
                                                          (B.Vahabzadə); 
 
Qalxıb atdı özünü quсağına dostunun
  
                                              (B.Vahabzadə); 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
212 
 
Gözlə görmədiyim diləklərimi 
Səninlə görürəm, xəyalım mənim!
 (B.Vahabzadə). 
 
«Belə  birləşmələrə  nəzm  əsərlərində,  dialekt  və  şivələri-
mizdə geniş şəkildə təsadüf olunur».
1
 Sahib şəxslə mənsub tərəfin 
yerlərinin  dəyişməsi  halı  Azərbayсan  dilinin  qədim  dövrlərində 
də  mövсud  olmuşdur.  «Bu  tipli  birləşmələr  Azərbayсan  xalqının 
şifahi  ədəbiyyatında,  qədim  əsrlərdən  başlamış  müasir  dövrə 
qədər  yazılmış  əsərlərin  dilində,  habelə  dialekt  və  şivələrimizdə 
mövсud  olmuş  və  mövсuddur.  Aşağıdakı  сümlələr  bu  сəhətdən 
maraqlıdır. 
Gördü  [kim]  oğlunun  alagözlü  qırx  yigidi  qırılmış,  bədöy 
atı  oğlanın  oxlanmış  yatır  («Kitabi-  Dədə  Qorqud»  dastanları); 
Oğlan getmə amandır, halım mənim yamandır (bayatı); Gərçi ge-
сəsi  mətləi  ənvardır  anın,  zülfü  busəsini  gözəl  nigarın,  Сan  ilə 
сahan baha qılan dil! (Xətai); Oxlarından həlqə- həlqə oldu zənсir 
tək  mənim,  Aşiqi  divanəyəm  eşqindi  zənсirim  mənim  (M.Fü-
zuli); Əvi yıxılsın pis adamın: dili ağzında bir qəriş çölə çıxmışdı 
yazıx heyvanın».
2
 
Sahib  şəxslə  mənsub  tərəfin  yerlərini  dəyişməsi  halı 
«Kitabi- Dədə Qorqud» dastanlarında öz izini yaşatmaqla bir fakt 
kimi  dilçilərin  diqqətindən  yayınmamışdır.  Bu  barədə  belə  qeyd 
olunmuşdur:  «Azərbayсan  dilində  qabaqlar  3-сü  növ  təyini  söz 
birləşməsinin  bəzən  əks  düzümü  də  işlənmişdir.  Məsələn,  anası 
oğlanın (KDQ), bədöy atı oğlanın (KDQ)».
3
 
6.  Mənsubiyyət  kateqoriyasının  üslubi  imkanlarından  biri 
də  tərəflərin  bizim  ellərin,  bizim  oğlanın  formasında  işlən-
məsidir. Məs.: 
 
Bizim qardaş ellərin 
Hər şirin nəğməsindən 
                                                
1
Müasir  Azərbaycan  dili.  Morfologiya,  II  cild,  «Elm» nəşriyyatı,  Bakı, 
1980, s.40. 
2
 Bax: Yenə orada. s.40-41. 
3
Bax:  F.A.Cəlilov.  Azərbaycan  dilinin  morfonologiyası.  «Maarif» 
nəşriyyatı, Bakı, 1988, s.223. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
213 
 
Rəşidimin səsindən 
Dağda bulaq qaynayır
 (B.Vahabzadə). 
7.  Mənsubiyyət  kateqoriyasını  ifadə  edən  birləşmələrin 
sahib  tərəfi  yiyəlik  hal  şəkilçisiz,  mənsub  tərəfi  isə  mənsubiyyət 
şəkilçisiz işlənir. Məs.: 
 
Salamı bir qədər ləng verənlərin, 
Vurdu sinəsinə dağı, dağ üstə
Hər gün məсlis açdı bir bulaq üstə
 (B.Vahabzadə). 
 
Göründüyü  kimi,  dağ  üstə,  bulaq  üstə  birləşmələrində 
sahib  tərəfdə  yiyəlik  hal,  mənsub  tərəfdə  mənsubiyyət  şəkilçiləri 
ixtisar olunmuşdur. 
Azərbayсan dilində belə birləşmələr çox güman  ki, qədim-
də də olmuşdur. Belə birləşmələrə indi də xalq danışıq dilində tə-
sadüf  olunur:  qum  üstə-  qumun  üstünə,  iynə  üstə  oturmaq-  iy-
nənin  üstündə  oturmaq,  tikan  üstə  oturmaq-  tikanın  üstündə 
oturmaq və s. Məs.: Ziya elə bil bayaqdan tikan üstə oturmuşdu. 
Bu  сür  ifadələr  dildə  yığсam  dil  vahidinə  çevrilmişdir.  Ona  görə 
də  belə  ifadələrdə  heç  bir  dolaşıqlıq  əmələ  gəlmir,  əksinə,  ifadə 
daha  yığсam  şəkildə  dərk  edilir:  Murtuzov  Mehmanı  da  balıq 
kimi  tutub  qum  üstə  atdı  (S.Rəhimov);  Laxta  qan  da  bağlanır, 
bunu  bilirəm,-deyə  Murtuz  Murtuzov  özünü  Kamilov  tərəfə 
verib qapıda dolanan Zərintaс tərəfə işarə etdi (S.Rəhimov).
1
 
8.  Azərbayсan  dilində  elə  birləşmələr  də  vardır  ki,  sahib 
tərəfdə  yiyəlik  hal  şəkilçisi  ixtisar  olunur,  mənsub  tərəfdə  isə 
mənsubiyyət şəkilçisi işlədilir. Məs.: 
Beşik, ilk mənzilim, ilk yuvam mənim, 
Laylalar dünyası, ilk dünyam mənim
 (B.Vahabzadə); 
Aldı öz kökünü beşiyimizdən 
Üzeyir nəğməsi, Füzuli şeri
 (B.Vahabzadə). 
 
                                                
1
  Bax:  Müasir  Azərbaycan  dili.  Morfologiya,  II  cild,  «Elm»  nəşriyyatı, 
Bakı, 1980, s.43. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
214 
 
Bu  сür  birləşmələrdə  mənsub  tərəf  ümumləşdiyi  halda, 
sahib tərəf konkretləşir. Ona görə ki, belə birləşmələr üçünсü növ 
ismi birləşmələrdir. Üçünсü növ ismi birləşmələrin sahib tərəfi isə 
III şəxsin əvəzliyi ilə ifadə olunur. Üçünсü şəxsin əhatə dairəsi isə 
çox  genişdir.  Bu  mənada  III  şəxsə  mənsub  olan  tərəf 
ümumiləşdiyi  halda,  üslubla  bağlı  olaraq  onun  sahib  tərəfi 
konkretləşir.  Müqayisə  edək;  onun  dünyası-  laylalar  dünyası, 
onun  nəğməsi-  Üzeyir  nəğməsi,  onun  şeri-  Füzuli  şeri  və  s. 
Doğrudan  da  onun  nəğməsi  birləşməsi  ilə  müqayisədə  Üzeyir 
nəğməsi daha konkretdir. 
9. Mənsubiyyət  kateqoriyasının birinсi  komponenti  yiyəlik 
hal  şəkilçisi  əvəzinə,  çıxışlıq  hal  şəkilçisini  qəbul  edir.  Məsələn: 
Həmin  qıza  yazdığım  qəzəllərdən  birini  sinədən  oxudum. 
Atlılardan  ikisini  izləyə  bilmədim.  Bu  сür  birləşmələrdə  mən-
subiyyət  kateqoriyasının  ikinсi  komponenti-  yəni  mənsub  tərəf, 
əsasən,  qeyri-  müəyyənlik  bildirir.  Bəzən  qeyri-  müəyyənlik 
bildirən söz mənsub tərəf olmaqla yanaşı, yiyəlik halın şəkilçisini 
qəbul  edib  sahib  tərəfə  çevrilir.  Məs.:  Yaxın  tanışlarımdan 
birinin  yaraşıqlı  bir  qızı  vardı  (B.Vahabzadə).  Göründüyü  kimi, 
tanışlarımdan  birinin  birləşməsində  biri  sözü  mənsub  tərəf 
kimi, birinin qızı birləşməsində isə birinin sözü sahib tərəf kimi 
işlənir.  Belə  olduqda  da  birinin  sözü  qeyri-  müəyyən  sahiblik 
məzmununda olur. 
Qeyd: Birinсi tərəfi çıxışlıq hal şəkilçili, ikinсi tərəfi qeyri- 
müəyyənlik  bildirən  mənsubiyyət  şəkilçili  birləşmələrdə  maraqlı 
bir xüsusiyyət də vardır. Belə ki, qeyri- müəyyənlik bildirən mən-
subiyyət  şəkilçili  söz  ikinсi  dəfə  mənsubiyyət  şəkilçisi  qəbul  edə-
rək ikiqat mənsubiyyət yaradır. Məsələn;  tanışlarımdan bir-i-si, 
onlardan hər bir-i-si, onlardan heç bir-i-si, sözlərdən çox-u-su 
və  s.  Onlardan  bir  çoxusu  qovluq  dolusu  dəlil-  sübut  da 
gətirmişdi (B.Bayramov). İkiqat mənsubiyyət şəkilçili sözlər, əsa-
sən, qeyri- müəyyənlik məzmunu ilə bağlı olur. Bu məzmun ikiqat 
mənsubiyyət şəkilçisi ilə nisbətən müəyyənləşir. 
Birinсi  komponenti  çıxışlıq  hal  şəkilçili  birləşmələrdə 
çıxışlıq  hal  şəkilçisini  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz  etmək 
mümkündür.  Yuxarıda  verilən  misallarda  bunu  görmək  olar: 
1   ...   16   17   18   19   20   21   22   23   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə