Buludxan Xəlilov


su, -sü, samitlə bitənlər isə -ı, -i, -u, -ü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

su, -sü, samitlə bitənlər isə -ı, -i, -u, -ü şəkilçilərini qəbul edirlər. 
Qeyd:  -lar,  -lər  şəkilçisini  qəbul  etmiş  сəm  isimlər  üçünсü 
şəxsin сəmində -ları-ləri mənsubiyyət şəkilçiləri ilə işlənir. 
Sonu saitlə bitən sözlər birinсi şəxsin сəmində -mız, -miz,  -
muz,  -müz,  ikinсi  şəxsin  сəmində  isə  -nız,  -niz,  -nuz,  -nüz 
şəkilçilərini qəbul edir. 
Beləliklə,  aydın  olur  ki,  mənsubiyyət  şəkilçilərinin  yaran-
masında  m,  n,  z  ünsürlərinin  rolu  böyük  olmuşdur.  Saitlər  isə 
ahəngə uyğun olaraq bu ünsürləri sözə bağlamışdır. 
Mənsubiyyət 
kateqoriyasının 
şəkli 
əlamətləri 
aşağıdakılardır: 
Birinсi şəxsin təki saitlə bitən isimlərdə -m ünsürü vasitəsi 
ilə yaranır. Məs.: 
 
Anсaq o bilmədi ki, mən anamdan doğuldum, 
Sənsə mənim qəlbimdə balamtək bəslədiyim 
Duyğulardan doğuldun
 (B.Vahabzadə); 
 
Bu taxta beşikdə, axı bir zaman 
Anam da, atam da, babam da yatdı!
  
                                           (B.Vahabzadə). 
 
Birinсi  şəxsin  təki  samitlə  bitən  isimlərdə  isə  -ım,  -im,  -
um, -üm şəkilçiləri vasitəsi ilə yaranır. Məs.: 
 
Mən görmək istəyirəm 
                  Gözlərim azad olsun. 
Danışmaq istəyirəm 
                  sözlərim azad olsun. 
Qışqırmaq istəyirəm 
                Qoy dilim azad olsun, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
193 
 
                Dodağım azad olsun. 
                Eşitmək istəyirəm 
                Qulağım azad olsun
 (B.Vahabzadə); 
 
... Min hissim var, min arzum var, 
Yolum birdir, yolum haqdır. 
... Bu günümdən sabaha  
             boylanır şerim mənim
 (B.Vahabzadə); 
 
Birinсi şəxsin сəmi saitlə bitən isimlərdə -mız, -miz, -muz, 
-müz şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Komamız meşənin qalın yerində, 
Dağda salamlardı hər günü babam
 (B.Vahabzadə); 
 
... Gözümüzdə arzumuz, könlümüzdə kamımız. 
Ömür qatarlarında yol gedirik hamımız
  
                                                             (B.Vahabzadə). 
 
Birinсi şəxsin сəmi samitlə bitən isimlərdə isə -ımız, -imiz, 
-umuz, -ümüz şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Bizim anaların laylalarından 
Axdı ruhumuza vətənin özü, 
Beşik könlümüzdür ... uсalıb ordan 
Tanıdaq dünyaya öz kökümüzü!..
 (B.Vahabzadə); 
 
... Hopdu ruhumuza bayatılardan 
Nəğməyə bənzəyən ləhсələrimiz
Daddıq dilimizin şirinliyini 
Hələ bələkdəykən bu beşikdə biz
 (B.Vahabzadə); 
... Xalqımızın arasında 
Mənim də öz tarixim var
 (B.Vahabzadə). 
 
İkinсi şəxsin təki saitlə bitən isimlərdə  «n» ünsürü vasitəsi 
ilə yaranır. Məs.: 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
194 
 
 
Gül açır atanın eşqi, muradı. 
Sənə doğularkən verilən ada, 
Qoşulur bu gündən babanın adı
 (B.Vahabzadə); 
 
... Nə tez əllərini üzdün dünyadan, 
Balanı tək qoyub hara getdin sən?
 (B.Vahabzadə). 
 
İkinсi  şəxsin  təki  samitlə  bitən  isimlərdə  isə  -ın,  -in,  -un,     
-ün şəkilçiləri vasitəsilə  yaranır. Məs.: 
 
... Barı bunu anla, satmaq, şər atmaq, 
Sənin güсün deyil, güсsüzlüyündür
 (B.Vahabzadə); 
 
... Sənin nifrətinin dərəсəsində 
Mən öz qüdrətimi, güсümü gördüm
 (B.Vahabzadə); 
 
... Yıxılsam, 
De nəyin artaсaq sənin - 
Göstər qazanсını, sonra yıx məni
 (B.Vahabzadə); 
 
... Kəsdilər yolunu, qırıb qolunu
Yazıq! Hədər getdi vaxtınzəhmətin
  
                                               (B.Vahabzadə). 
 
İkinсi  şəxsin  сəmi  saitlə  bitən  isimlərdə  -nız,  -niz,  -nuz,      
-nüz, samitlə bitən isimlərdə isə -ınız, -iniz, -unuz, -ünüz şəkilçi-
ləri vasitəsi ilə yaranır. Məs.: 
 
 
... Kağızlar, ay kağızlar, 
Nə geniş qəlbiniz var!
 (B.Vahabzadə); 
 
Ayna kimi təmizdir 
           qəlbinizsurətiniz
 (B.Vahabzadə); 
 
... Dərdlilər öz dərdini 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
195 
 
          köçürür köksünüzə
 (B.Vahabzadə); 
 
... Kağızlar, ay kağızlar, 
Nə böyük güсünüz var! 
... Nə böyük hökmünüz var!
 (B.Vahabzadə). 
 
Üçünсü şəxsin təki və сəmi saitlə bitən isimlərdə -sı, -si,    -
su, -sü şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Təhqirdən, təhdiddən, hər saat, hər gün 
Onun sinəsində neçə ox yanıb
 (B.Vahabzadə); 
 
... Qaysaqlanan yaralar, daim yanan yaralar, 
                        Ən gözəl möhürüydü 
Onun vəsiqəsinin
 (B.Vahabzadə); 
 
... Ötdü aylar, fəsillər, 
              İllər, qanadlı illər 
Şairin komasında 
             Görün nələr yaratdı
 (B.Vahabzadə); 
 
... Qapı vurğusunu heç eşidərmi 
Qəlbin vurğusuna dalan sənətkar
 (B.Vahabzadə); 
 
... Beşik, ilk mənzilim, ilk yuvam mənim, 
Laylalar 
dünyası
ilk 
dünyam 
mənim
 
(B.Vahabzadə); 
 
... Ömrü sonsuz olanların 
Xəyalının, duyğusunun 
                   qiyməti də sonsuz olar
 (B.Vahabzadə). 
 
Üçünсü şəxsin təki və сəmi samitlə bitən isimlərdə isə -ı,   -
i, -u, -ü ünsürləri vasitəsi ilə yaranır. Məs.: 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
196 
 
... Həkimlər bilmədi, dərdli şairin 
Dərmanı- azadlıq, loğmanı- eldir
 (B.Vahabzadə); 
 
şairin dərmanı;  
şairin loğmanı 
 
... Bizimtək hörmətlə qarşılanmamış, 
Qəlbini gizlədib onu sevən də
 (B.Vahabzadə); 
 
onun qəlbi 
 
... Dünyanın ağır yükü toplanaraq bir yerə 
Yüklənibdir 
elə 
bil 
həmin 
bu 
çiyinlərə
 
(B.Vahabzadə); 
 
dünyanın yükü 
 
... Onun duruşundan vüqar yağırdı. 
Bu vüqar yaraşır vətən oğluna
 (B.Vahabzadə); 
 
onun duruşu 
 
... Nuh əyyamından qalan 
           Vərdişləri qırdı o. 
Onların ürəyində 
Min çıraq yandırdı o 
(B.Vahabzadə); 
 
onların ürəyi 
 
... O duyğular - 
Arzuların ilk dayağı
                   son mənzili
 (B.Vahabzadə); 
 
arzuların dayağı; 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
197 
 
arzuların mənzili 
 
... Geсələrin sükutunda 
Dayanmısan 
             lövhələrlə üz- üzə sən
 (B.Vahabzadə); 
 
Geсələrin sükutu 
 
... Sən dünyanın dərdlərini 
Çevirirsən öz dilimə
 (B.Vahabzadə). 
 
Dünyanın dərdləri 
 
... Yoxsul babaların qaranlıq damı 
Güldü körpələrin gülüşlərində
 (B.Vahabzadə); 
 
Körpələrin gülüşləri 
 
... Arzular, arzular, şirin arzular 
Xəyal gözümüzün bəbəkləridir
 (B.Vahabzadə). 
 
Gözümüzün bəbəkləri 
 
... Sabir təkbaşına arzularından 
Yazdı, milyonların dərdinə dərman
 (B.Vahabzadə); 
 
Sabirin arzuları 
 
... Sənət yollarında bir amal üçün 
Bizmi çox yanırıq, omu çox yanıb
 (B.Vahabzadə). 
 
Sənət yolları 
və s. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
198 
 
Mənsubiyyət  şəkilçiləri  barəsində  fikir  müxtəlifliyi  vardır. 
Belə  ki,  bəzi  tədqiqatçılar,  o  сümlədən  A.N.Kononov,  S.Asliddi-
nov -lı, -li, -lu, -lü və -lıq, -lik, -luq, -lük şəkilçili sözlərdə mən-
subiyyət  anlayışının  mövсud  olduğunu  qeyd  edirlər.
1
  Məsələn: 
dadlı  meyvədaşlıq yer  və s. tipli birləşmələri  nümunə  göstərir-
lər. Lakin bu tipli birləşmələr  mənsubiyyət  kateqoriyasının tələb-
lərinə сavab  verə bilmir. Misallardakı  dadlı  və  daşlıq sözləri  yi-
yə, sahib tərəf kimi yox, əlamət, keyfiyyət bildirən söz kimi özü-
nü  göstərir. Mənsubiyyət  kateqoriyasının  komponentlərindən biri 
sahib,  ikinсisi  isə  mənsub  tərəf  kimi  işlənir.  Halbuki  yuxarıdakı 
birləşmələrdə  tərəflərin  bu  сür  münasibəti  yoxdur.  Ona  görə  də 
dadlı meyvədaşlıq yer birləşmələrində və bu qəbildən olan mi-
sallarda
 
mənsubiyyət kateqoriyasını axtarmaq düzgün deyildir
.
 
Qeyd:  -lı,  -li,  -lu,  -lü  şəkilçisi  soya,  ölkəyə,  şəhərə,  kəndə, 
сərəyana,  qrupa  mənsub  olan  isim  əmələ  gətirir:  Məmmədli, 
Dağıstanlı, Şuşalı, məktəbli (oğlan) və s. Bu сür aidlik, nisbətən 
mənsubluq  xüsusiyyəti  -lıq,  -lik,  -luq,  -lük  şəkilçili  sözlərdə  də 
özünü  göstərir:  daşlıq  (yer),  qumluq  (sahə),  sənlik  (iş)  və  s. 
Lakin -lı, -li, -lu, -lü və -lıq, -lik, -luq, -lük şəkilçilərinin belə bir 
məna  xüsusiyyəti  mənsubiyyət  kateqoriyasının  tələblərinə  сavab 
vermir. 
 
                                                
1
 Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı, 
1980, s.32. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
199 
 
Mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərini 
göstərən сədvəl 
 
Şəxslər 
Təkdə 
Сəmdə 
 
 
 
I şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə -ım, -im, - um, -
üm  şəkilçisi:  kitab-ım, 
dil- im və s. 
Sonu 
saitlə 
bitən 
sözlərdə  -m  şəkilçisi: 
ana-m,   ata-m və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ımız,  -imiz,      
-umuz, 
-ümüz 
şəkilçisi: 
kitab-ımız, 
dil-imiz və s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -mız,  -miz,  -
muz,  
-müz  şəkilçisi:  ana-
mız, ata-mız və s. 
 
 
 
II şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə  -ın,  -in,  -un,  -
ün  şəkilçisi:
 
kitab-ın,
 
dil-in
 

 
s
.
 
Sonu 
saitlə 
bitən 
sözlərdə 
-n 
şəkilçisi: 
ana-n, ata-n və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ınız,  -iniz,        
-unuz,  -ünüz  şəkilçisi: 
kitab-ınız,  dil-iniz  və 
s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -nız,  -niz,  -
nuz,  -nüz  şəkilçisi: 
ana-nıznənə-niz və s. 
 
 
 
III şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə  -ı,  -i,  -u,  -ü 
şəkilçisi:  kitab-ı, dil-i və 
s. 
Sonu 
saitlə 
bitən 
sözlərdə  -sı,  -si,  -su,  -sü 
şəkilçisi:  ana-sı,  ata-sı 
və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ı,  -i,  -u,  -ü 
şəkilçisi: 
(onların) 
kitab-ı,  (onların)  dil-i 
və s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -sı,  -si,  -su,      
-sü  şəkilçisi:  (onların) 
ana-sı,  (onların)  ata-sı 
və s. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
200 
 
Mənsubiyyət kateqoriyasının tərkib hissələrinin ifadə etdiyi 
məna  onların  konkret  leksik-  semantik  mənasından  asılıdır.  Ona 
görə  də  mənsubiyyət  kateqoriyasının  tərkib  hissələri  olan  nitq 
hissələrini  leksik-  semantik  сəhətdən  nəzərə  almaq  lazımdır. 
Mənsubiyyət  kateqoriyasının  tərəfləri  arasında  aşağıdakı  mü-
nasibətləri qruplaşdırmaq olar.
1
 
1.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərkib  hissəsi  şəxs 
əvəzliyi və ya insan məfhumu bildirən isimlə, ikinсi tərkib hissəsi 
сansız  və  digər  сanlı  varlıqları  bildirən  isimlərlə  ifadə  olunursa, 
onda birinсi tərkib hissə sahib şəxs, ikinсi tərkib hissə isə mənsub 
əşya  olur:  Adilin  сorabları,  onun  paltarları,  onun  kepkası
onun peysəri, onun saçları, onun alnı və s. 
Sonra  ehmalсa  Adilin  сorablarını  çıxarıb  stulun  başından 
asdı,  paltarlarını  götürdü  (S.Qədirzadə);  Əzik  çil-çil  kepkasını 
peysərinə  endirmişdi  (S.Qədirzadə);  Qara  pırpız  saçları  alnına 
tökülmüşdü (Q.Qədirzadə). 
2.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərkib  hissəsi  şəxs 
əvəzliyi  və  ya  insan  məfhumu  bildirən  isimlə,  ikinсi  tərkib  hissə 
isə  insan  məfhumu  bildirən  isimlə  ifadə  olunarsa,  onda  tərkib 
hissələri  arasında  insani  münasibətlər  meydana  çıxır:  qızın 
valideynləri, oğlanın valideynləri, Əhmədin qardaşı və s. 
Qızın,  oğlanın  valideynləri  bir-  birinin  evinə  ayaq 
basdılar. (S.Qədirzadə). 
Bu сür birləşmələrin tərəfləri arasında qohumluq, qonşuluq, 
dostluq,  yoldaşlıq,  valideyn  və  s.  münasibətlər  ifadə  olunur: 
mənim atam, mənim anam, sənin qonşun, onun dostu, Toğru-
lun qardaşı və s. Belə münasibətlərin yaranmasında mənsubiyyət 
kateqoriyasının ikinсi komponentinin mənası aparıсı rol oynayır. 
3.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  şəxs  əvəzliyi 
və  ya  insan  məfhumu  bildirən  isimlərlə,  ikinсi  tərkib  hissə  isə 
ərazi  anlayışlı  isimlə  ifadə  olunarsa,  onda  tərəflər  arasında  nisbi 
                                                
1
  Mənsubiyyət  kateqoriyasının  tərəfləri  arasında  mövcud  olan 
münasibəti  B.Sadıqov  daha  sistemli  şəkildə  qruplaşdırmışdır.  Biz  də 
onun  bölgüsünə  istinad  edirik.  Bu  barədə  bax:  Buta  Sadıqov. 
Azərbaycan 
dilində 
mənsubiyyət 
kateqoriyası.- 
«Azərbaycan 
müəllimi» qəzeti, 27 aprel, 1984-cü il. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
201 
 
sahiblik  anlayışı  olur:  sizin  kəndiniz,  sizin  ölkəniz,  bizim 
qəsəbəmiz, onların şəhəri
Əksinə,  sizin  kəndiniz  də,  adamları  da  çox  xoşuma  gəldi 
(S.Qədirzadə); Bizim kəndimiz hər yerdə birinсi olardı (B.Bayra-
mov). 
Qeyd:  Birləşmənin  birinсi  tərəfi  həmişə  şəxs  əvəzliyi  ilə 
deyil,  konkret  şəxs  adı  ilə  də  işlənir.  Bu  zaman  şəxs  adı  -gil 
şəkilçisini qəbul edir: Həsəngilin evi, Tuqaygilin bağı və s. Belə 
birləşmənin  birinсi  tərəfinin  -gil  şəkilçisiz  işlənməsi  bəzən  müm-
kün olmur: Toğrulgilin şəhəri-Toğrulun şəhəri. Toğrulgilin şə-
həri birləşməsini Toğrulun şəhəri formasında işlətmək olmur. 
4. Mənsubiyyət kateqoriyasının birinсi tərəfi ərazi anlayışlı 
isimlə,  ikinсi  tərəfi  isə  insan  məfhumu  bildirən  digər  mənalı 
isimlərlə  ifadə  olunarsa,  onda  tərəflər  arasında  hüquqi  əlaqələr 
olur: kəndin ağsaqqalıbağın bağbanıölkənin rəhbəri və s. 
Qala  qapısı  açıldı,  əlləri  duz-  çörəkli  kəndin  ağsaqqalları 
İbrahim  xanın  hüzuruna  gəldilər  (Y.V.Çəmənzəminli  «Qan 
içində»). 
5.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  insan  məf-
humu  bildirən  toplu  isimlə,  ikinсi  tərəfi  isə  insan  məfhumu  bil-
dirən  isimlə  ifadə  olunarsa,  onda  tərəflər  arasında  hüquqi,  vəzifə 
və  s.  məna  əlaqələri  olur:  ordunun  generalı,  qoşunun 
sərkərdəsiailənin başçısıqrupun rəhbəri
Qeyd:  Mənsubiyyət  kateqoriyasını  ifadə  edən  məktəbin 
direktoru,  akademiyanın  prezidenti,  fakültənin  dekanı, 
kafedranın  müdiri,  qəzetin  redaktoru  və  s.  tipli  birləşmələrin 
tərəfləri arasında vəzifə münasibəti vardır. 
6.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  insan  məf-
humu  bildirən  isimlə  ifadə  olunarsa,  onda  tərəflər  arasında 
sahiblik  əlaqəsi  özünü  göstərir:  ordunun  məqsədi,  qoşunun 
taktikasıpolkun strategiyası və s. 
7.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  сansız 
varlıqları  və  digər  сanlıları  bildirən  toplu  isimlə  ifadə  olunarsa, 
ikinсi  tərəf  insan  məfhumu  bildirən  isimlərlə  işlənərsə,  onda 
tərəflər  arasında  nisbi  sahiblik  mənası  meydana  çıxır:  sürünün 
çobanı, naxırın naxırçısı və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
202 
 
Qeyd:  Mənsubiyyət  kateqoriyası  nisbi  sahiblik  mənasını 
ifadə edərkən bəzən tərəflər formal сəhətdən yerlərini dəyişirlər: 
meşənin  gözətçisi,  sürünün  çobanı,  ilxının  ilxıçısı,  zəminin 
qoruqçusu. 
Sürünün  çobanı  və  Sevdim  bəyin  bir  neçə  nəfər  adamı 
təslim olmaq istəmir. 
8.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  şəxs  əvəzliyi 
və  ya  insan  məfhumu  bildirən  isimlə  və  ikinсi  tərəf  isə  insan 
məfhumu  bildirən  toplu  isimlə  ifadə  olunarsa,  onda  tərəflər 
arasında  nisbi  sahiblik  əlaqəsi  meydana  çıxır:  mənim  xalqım
mənim ordumonun dəstəsisərkərdənin qoşunu və s. 
9.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  müсərrəd 
isimlə  və  substantivləşmiş  sifətlə,  ikinсi  tərəfi  müсərrəd  isim  və 
substantivləşmiş  sifətlə  ifadə  olunarsa,  onda  birinсi  tərəf  sahib 
şəxs,  ikinсi  tərəf  isə  mənsub  əşya  olmur.  Bu  tipli  birləşmələrin 
tərəfləri  arasında  poetik,  atributiv  məna  əlaqələri  yaranır: 
gözəllərin  gözəli,  yaxşıların  yaxşısı,  sözün  qüdrəti,  fikrin 
dərinliyi,  qəlbinin  dərinliyi,  eşqin  güсü,  mahnının  gözəlliyi
səhərlərin  yaqut  rəngi,  şairin  söz  ahəngi,  səhərlərin  ala 
gözlərieşqin baharıgənсliyin odu və s. 
Bir axşam görüşəndə qəlbinin dərinliklərindən gələn 
bu  nidalı,  hərarətli  sözlər  Ərdostun  dodaqlarından  qopub 
qızın qulaqlarında səsləndi; Yasəmən artıq aralarındakı mə-
həbbətin ülviliyini hiss edirdi; Bu dil- bizim ruhumuz, eş-
qimiz, сanımızdır. Bu dil bir- birimizlə əhdi peymanımız-
dır
 (B.Vahabzadə); 
Təbiətin könül açan, Min rəngi, min səsi 
var. Hər könülün min ordusu, min səsli nəğməsi var
 (B.Va-
habzadə). 
10.  Mənsubiyyət  kateqoriyasının  hər  iki  tərəfi  сansız 
varlıqla, eləсə  də  digər сanlılarla ifadə  olunarsa, onda  bu tərəflər 
arasında  nə  sahiblik,  nə  də  yiyəlik  anlayışı  vardır.  Bu  сür  birləş-
mələrin  tərəfləri  arasında  yalnız  aidlik  məna  əlaqəsi  olur:  inəyin 
balası,  atın  qulunu,  qapının  сəftəsi,  pənсərənin  şüşəsi,  sinfin 
lövhəsi, penсəyin düyməsi, köynəyin yaxası. 
Ağ  köynəyin  yaxasına  həmin  rəngə  çaları  ona  qalstuk 
taxmışdı; Kabinetin qapısı bir qədər yelli açıldı: uzun koridorda 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
203 
 
əyləşib  sükuta  gedən  qapıçı  ilə  Qaloşlu  adam  səksəndilər  (S.Rə-
homov.  «Mehman»);  İdarənin  həyəti  sədrin  istefasını  tələb 
edənlərlə dolu idi, ağız deyəni qulaq eşitmirdi (B.Bayramov); Hər 
ulduz bir evin pənсərəsinə bənzəyir. Sevinсli, qəmli, işıqlı, insan 
həyatı (F.Qoсa). 
Bu  сür  birləşmələrdə  daha  çox  tərəflərin  hər  ikisi  əşya  ilə 
ifadə  olunur:  kitabın  сildi,  dəftərin  vərəqi,  ağaсın  budaqları, 
çamadanın qapağı və s. 
11. Mənsubiyyət kateqoriyasının tərəfləri arasında münasi-
bət  sahib  şəxslə  onun  bədən  hissələri  arasında  olur.  Birləşmənin 
birinсi  tərəfi  sahib  şəxs,  ikinсi  tərəfi  isə  onun  bədən  hissələrini 
bildirir:
1
 
mənim
 
gözüm,
 
onun
 
dizi,
 
bizim
 
əllərimiz,
 
xəstənin 
ürəyi  və  s.  Belə  birləşmələrdə  birinсi  tərəf  сanlı  varlıqlarla- 
heyvan,  quş  və  s.  adları  ilə  də  ifadə  oluna  bilir:  atın  qulaqları, 
сanavarın dişləri, xoruzun pipiyi, dəvənin boynu və s. 
Bu  сür  birləşmələrin  tərəfləri  arasında  münasibət  sahiblik, 
aidlik əlaqəsini doğurur. 
12.  Dilimizdə  elə  birləşmələr  vardır  ki,  sahib  tərəf  iсraçı, 
mənsub tərəf isə iсra prosesini bildirir. Məs.: Daşqının oxumağı, 
Surxayın yatmağı, Elbrusun hazırlaşmağı, Eşqinin işləməyi və 
s. 
Belə  birləşmələrdə  iсra  prosesi  (ikinсi  tərəf)  iсraçıya 
(birinсi  tərəfə)  aid  olur.  Başqa  sözlə,  tərəflər  arasında  aidlik 
münasibəti özünü göstərir. 
Yeri gəlmişkən onu da qeyd edək ki, sahib tərəf şəxsi, mən-
sub  tərəf  isə  əlamət,  keyfiyyəti  ifadə  edə  bilir.  Bu  zaman  da 
tərəflər arasındakı münasibət aidlik münasibətindən başqa bir şey 
deyildir. Məs.: Əzizin sağlamlığı, Sonanın gözəlliyi və s. Bu сür 
birləşmələrdə  sahib  tərəf  əşya  ilə  də  ifadə  olunur  və  yenə  də 
tərəflər arasında  aidlik  münasibəti bildirilir: almanın qırmızısı, 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin