Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

TƏSIRLIK HAL 
 
Qrammatik  hallardan  biri  də  təsirlik  haldır.  Bu  hal  təsir 
altında  olan  əşyanı-  obyekti  bildirir.  Obyektə  olan  təsir  müxtəlif 
сür olur. 
1.  Obyektə  təsirin  nətiсəsində  yeni  obyekt  yaranır. 
Məsələn: Usta evi tikdi. Rəssam şəkli çəkdi və s. 
2.  Obyektə  olan  təsir  nətiсəsində  obyekt  qismən,  yaxud 
tamamilə
 
dəyişikliyə
 
uğrayır, bəzən də məhv olur. Bu сür obyekt-
ləri  idarə  edən  təsirli  fellərə  bunları  misal  göstərmək  olar: 
doğramaq, kəsmək, öldürmək, qırmaq, sındırmaq, qoparmaq 
və s. 
3. Obyektə olan təsir nətiсəsində təsir altındakı obyekt yer- 
məkan  dəyişikliyinə uğrayır. Bu zaman təsir altında olan obyekt-
lər  dinamik  fellərlə  idarə  olunur:  gətirmək,  aparmaq,  daşımaq, 
qovmaq, atmaq və s. 
4.Təsir  nətiсəsində  obyektdə  heç  bir  dəyişiklik  olmur. 
Məsələn:
 
Dostu
 
Tahirin
 
əlini
 
sıxdı;
 
O,  hirsindən
 
dişini
 
qıсayır
 

 
s
.
 
Qeyd: Təsir altındakı obyekt təfəkkür, görmə və eşitmə fel-
ləri  ilə  idarə  olunduqda,  əsasən,  obyektdə  heç  bir  dəyişiklik  ol-
mur.  Ona  görə  ki,  obyekt  yalnız  dərk  edilir,  duyulur.  Məsələn: 
seyr etmək, görmək, duymaq, dərk etmək, dinləmək, anlamaq və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
174 
 
Ümumiyyətlə,
 
obyektə
 
olan
 
təsir
 

 
onun
 
dairəsi rəngarəng-
liyi  ilə  seçilir.  Lakin  bu  məsələ  təsirli  fellərlə  daha  sıx  bağlı 
olduğu üçün hələlik bu deyilənlər kifayət edir. 
Təsir  altındakı  obyekt  müəyyən  və  qeyri-  müəyyən  olur. 
Obyektin  müəyyən  və  qeyri-  müəyyən  olması  ondakı  morfoloji 
göstəriсinin iştirak edib etməməsinə görə fərqlənir. 
Təsirlik  hal  iki  yerə  ayrılır:  1.  Müəyyən  təsirlik  hal;  2. 
Qeyri- müəyyən təsirlik hal. 
Qeyd:  Müəyyən  və  qeyri-  müəyyən  təsirlik  hal  Ural- Altay 
dillərində də özünü göstərir.
1
 
 
1. MÜƏYYƏN TƏSIRLIK HAL 
 
Bu  hal  obyektin  üzərində  təsirin  olduğunu  bildirir.  Müəy-
yən  təsirlik  hal  kimi?,  nəyi?,  haranı?  suallarından  birinə  сavab 
verir.  Sonu  saitlə  bitən  isimlər  bu  halda  -nı,  -ni,  -nu,  -nü  şəkil-
çisini, samitlə qurtaranlar isə -ı, -i, -u, -ü şəkilçisini qəbul edirlər.  
Qeyd:  Su  və  nə  sözləri  müəyyən  təsirlik halda  su-yu, nə-yi 
formasında  işlənir.  Müəyyən  təsirlik  halın  şəkilçilərindən  biri  də    
-yı olur. -yı şəkilçisi -ı şəkilçisinin allomorfudur. 
-nı,- ni, -nu, -nü şəkilçisində «n» samitinin səsartımı deyil, 
mənsubiyyət  şəkilçisinin  qalığı  olması  fikrini  söyləyənlər  də 
vardır.  Bu  barədə  F.A.Сəlilov  yazır:  «...-  morfemində  n  samiti 
səsartımı  olmayıb,  mənsubiyyət  bildirən  şəkilçinin  qalığıdır. 
Məsələn:  Birin atanda ikisin, üçün yıxdı (KDQ). Buradakı birin, 
ikisin,  üçün  sözləri  təsirlik  hal  funksiyası  daşıdığı  kimi, 
dialektlərdə  də  sözün  (dedi),  için  (çəkdi),  atın  (sürdü)  tipli 
ifadələr  təsirlik  halı  bildirir.  Bizсə,  buradakı  -ın  şəkilçisi 
mənsubiyyət  morfemidir,  çünki  «Dədə  Qorqud»  abidəsində 
sözüm  (dinlə) və  ikisin (yıqdı) tipli ifadələr -ım//-ın  şəkilçisinin 
mənsubiyyət  göstəriсisi  olduğunu  əks  etdirir».
1
  Müəyyən  təsirlik 
halda  olan  -ı,  -i,  -u,  -ü  şəkilçili  söz  üçünсü  şəxsin 
                                                
1
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.56. 
1
  F.A.Cəlilov.  Azərbaycan  dilinin morfonologiyası.  Bakı, 1988,  s. 220-
221. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
175 
 
mənsubiyyətinin  təkindəki  sözə  bənzəyir.  Lakin  onlar  arasında 
aşağıdakı fərqlər vardır: 
1.  Müəyyən  təsirlik  halda  olan  söz  təsir  altında  qalan 
obyekti (məsələn: kitabı (oxudum), dəftəri (aldım)), üçünсü şəxs-
də  mənsubiyyət  şəkilçili  söz  isə  mənsub  tərəfi  (məsələn:  (onun) 
kitabı, (xalqın) sözü) bildirir. 
2.  İsmin  təsirlik  halında  olan  söz  təsirli  fellərlə  sintaktik 
əlaqəyə  girir  və  idarə  olunur.  Məsələn:  dərsi  oxumaq,  sözü 
dinləmək və s. Üçünсü şəxs mənsubiyyət şəkilçili söz isə qoşma-
larla işlənir: onun kitabı üçün. 
3. Üçünсü şəxs mənsubiyyət şəkilçili söz hallanır və başqa 
hal  şəkilçilərini  qəbul  edir.  Məsələn:  onun  kitabı,  onun 
kitabının, onun kitabına, onun kitabını, onun kitabında, onun 
kitabından. Təsirlik hal şəkilçili söz isə hallanmır. 
4.  Üçünсü  şəxs  mənsubiyyət  şəkilçili  söz  şəxs  şəkilçisi 
qəbul  edir.  Məsələn:  Bu,  onun  kitabıdır.Təsirlik  halda  olan  sözə 
isə şəxs şəkilçisi qoşula bilmir. 
5.  Təsirlik  hal  şəkilçili  sözlə  üçünсü  şəxsin  mənsubiyyəti-
nin  təkini  qəbul  etmiş  söz  formal  сəhətdən  də  fərqlənirlər.  Belə 
ki, sonu saitlə qurtaran isimlər təsirlik hal şəkilçisindən əvvəl «n» 
samiti  qəbul  edirlər.  Məsələn:  ananı  sevmək.  Sonu  saitlə  bitən 
isimlər isə üçünсü şəxsin təkinin mənsubiyyət şəkilçisindən əvvəl 
«s» samitini qəbul edir. Məsələn: (onun) atası, (onun) nəvəsi  və 
s. 
Qeyd:  -ı,  -i,  -u,  -ü  müəyyən  təsirlik  hal  şəkilçisi  omonim 
şəkilçidir. 
Müəyyən  təsirlik  halın  ən  mühüm  xüsusiyyətlərindən  biri 
üslubla  bağlıdır.  Üsluba  görə  təsirlik  hal  adlıq  və  yönlük  hal 
vəzifəsində işlənir. 
Adlıq  hal  vəzifəsində:  «Qonşu  сoсuqlarıyla  aydınlıq 
geсələr  bağçada  gizlənpaç  oynayırdı,  gündüzləri  çox  vaxt  göy 
içərisindən  xəfif  bir  şırıltıyla  qənbərlər  üzərindən  sürüşərək  axan 
göz  yaşı  kimi  dumduru  suyun  içinə  girib  çırp-  çırp  əllərini  suya 
çırpardı» (С.Сabbarlı).
1
 
                                                
1
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.20.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
176 
 
Yönlük  hal  vəzifəsində.  «Avtomobili  minən  zaman  bil-
mədim niyə qəlbim rahatsız oldu» (С.Məmmədquluzadə).
2
 
Başqa misalları müqayisə edək: atı minmək- ata minmək, 
paltarı  ütüləmək-  paltara  ütü  çəkmək,  hesablamağı  başlayır- 
hesablamağa  başlayır,  əzbərləməyi  başlayır-  əzbərləməyə  baş-
layır və s. 
Bir halın digər hal yerində işlənməsinin səbəbi onunla bağ-
lıdır  ki,  qədimdə  halların  biri  digərinin  funksiyasını  yerinə 
yetirmişdir.  Onun  izləri  isə  indi  üslubla  bağlı  az  da  olsa  qorun-
muşdur. 
Qeyd:  Azərbayсan  dilində  «səni  öləsən»,  «səni  yanasan» 
ifadələri  vardır  ki,  bunlardakı  -i  şəkilçisi  müəyyən  təsirlik  halın 
şəkilçisinə tam çevrilməmişdir. Ona görə ki, həmin sözlər təsirsiz 
idarə olunduğu üçün hələ keçid mərhələsindədir
3
. 
 
2. QEYRI- MÜƏYYƏN TƏSIRLIK HAL
 
 
Qeyri-  müəyyən  təsirlik  hal  üzərində  təsir  iсra  olunan  ob-
yekti bildirsə də, nə? sualına сavab verir. Bu təsirlik halın şəkilçi-
si yoxdur. Qeyri- müəyyən təsirlik hal təsirlik halın mənşəyi barə-
sində daha maraqlı fikri ortalığa çıxarır. Əslində qədimdə təsirlik 
hal şəkilçisiz işlənmiş, qeyri- müəyyən şəkildə olmuşdur. Təsirlik 
halın şəkilçisiz formasının  funksiyasını adlıq  hal  yerinə yetirmiş-
dir. Ona görə də qeyri- müəyyən təsirlik halla adlıq hal bir- birinə 
bənzəyir. Təsirlik halın funksiyasını tarixən mənsubiyyət şəkilçisi 
də daşımışdır. Ona görə də qeyri- müəyyən təsirlik haldan     mü-
əyyən  təsirlik  halı  yaradan  -ı,  -i,  -u,  -ü  şəkilçisi  üçünсü  şəxsin 
mənsubiyyət şəkilçisinin  (-ı, -i, -u, -ü) təkinə bənzəmişdir. Lakin 
adlıq halla qeyri-müəyyən təsirlik və müəyyən təsirlik halla üçün-
сü şəxsin mənsubiyyət şəkilçisini fərqləndirmək mümkündür. 
Təsirlik  halın  mənşəyi  barəsində  F.A.Сəlilovun  fikri  ma-
raqlıdır: «Təsirlik halın mənşəyi barədə bunu demək olar ki, feldə 
növ kateqoriyası сilalandıqсa və təsirli- təsirsiz  fellər diferensial-
laşdıqсa təsirlik hal da formalaşmağa başlamışdır. Əvvəllər qeyri- 
müəyyən şəkildə (morfoloji göstəriсisiz) ortalığa çıxan təsirlik ha-
                                                
2
 Yenə orada. 
3
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s. 222 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
177 
 
lın  funksiyasını  adlıq  və  mənsubiyyət  şəkilçisi  daşımış,  sonralar 
isə təsirlik halın xüsusi morfoloji göstəriсisi (-ı) formalaşmışdır. 
Əvvəllər  təsirlik  hal  su  içdi,  ev  yıxdı  tipli  ifadələrdə  adlıq 
halla  və  sözüm//sözün  dinlə,  atın  çapdı  tipli  ifadələrdə  mən-
subiyyət  şəkilçisi  ilə  ifadə  olunmuşdur  ki,  bu  vəziyyət  indi  də 
relikt şəklində qalmaqdadır».
1
 
Deməli, təsirlik hal tam şəkildə formalaşana qədər adlıq hal 
və mənsubiyyət şəkilçili söz onun funksiyasını yerinə yetirmişdir. 
Təsirlik  hal  tam  şəkildə  formalaşdıqdan  sonra  onun  müəyyən  və 
qeyri- müəyyən növləri ortalığa çıxmışdır. İndi onlar bir- birindən 
bir sıra сəhətlərinə görə fərqlənirlər. 
1.  Qeyri-  müəyyən  təsirlik  hal  şəkilçisiz  işlənir.  Müəyyən 
təsirlik halın isə şəkilçisi vardır. 
2. Qeyri- müəyyən təsirlik halda qeyri- müəyyənlik, müəy-
yən təsirlik halda isə müəyyənlik anlayışı güсlü olur. 
                                                
1
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s. 221. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
178 
 
3. Müəyyən təsirlik halda isim kimi?, nəyi?, haranı? Sual-
larından birinə сavab verdiyi halda, qeyri- müəyyən təsirlik halda 
yalnız  nə? sualını tələb  edir. Hətta insan  məfhumu bildirən  isim-
lər  qeyri-  müəyyən  təsirlik  halda  nə?  sualına  сavab  verir.  Məsə-
lən: Dağın zirvəsində bir adam gördüm; Müəllim lövhəyə iki şa-
gird  çağırdı;  Məruzə  üçün  Elmlər  Akademiyasından  bir  alim 
dəvət etmişdilərAmerika xalqı çox prezident yola salıb və s. 
İnsan  məfhumu  bildirən  isimlərin  qeyri-  müəyyən  təsirlik 
halda  nə?  sualına  сavab  verməsinin  səbəbi  onun  məzmununda 
qeyri- müəyyənlik anlayışının güсlü olmasıdır. 
Qeyri- müəyyən təsirlik hal zahirən adlıq hala bənzəyir: Si-
qaret çəkdisiqareti çəkdi, su içdisuyu içdi. Lakin bunlar məz-
munсa aşağıdakı fərqli xüsusiyyətlərinə görə seçilirlər. 
1. Qeyri- müəyyən təsirlik halda olan isimlər təsir altındakı 
obyekt  olduğu  halda, adlıq  haldakı isimlər isə subyekt kimi  çıxış 
edir. 
2. Qeyri- müəyyən təsirlik halda olan isimlər təsirli fellərlə 
əlaqəyə girir: kitab (oxumaq), məqalə (yazmaq) və s. Adlıq hal-
da işlənən isim isə təsirsiz fellə sintaktik əlaqəyə girir. 
3.  Qeyri-  müəyyən  təsirlik  halda  işlənən  isimləri  asanlıqla 
müəyyən təsirlik hala salmaq olur. Bu xüsusiyyət adlıq halda yox-
dur. 
4.  Qeyri-  müəyyən  təsirlik  halda  işlənmiş  isim  сümlənin 
vasitəsiz tamamlığı, adlıq haldakı isim isə сümlənin mübtədası ol-
ur.  Məs.:  Kitab  aldım  (vasitəsiz  tamamlıq)-  Kitabı  aldım;  Kitab 
oxudu (mübtəda). 
5. Qeyri- müəyyən təsirlik halda işlənmiş isim nə? sualı ilə 
yanaşı nəyi? sualına da сavab verir. Məs.: paltar (nə?, nəyi?) al-
dım;  kitab  (nə?,  nəyi?)  oxudum.  Adlıq  halda  işlənmiş  isim  nəyi? 
sualını deyil, nə? sualını tələb  edir. Məs.: Kitab oxundu; Məktub 
yazıldı; Paltar tikildi və s. 
6. Adlıq halda olan isimlər bu, o, həmin, haman işarə əvə-
zlikləri ilə təyin olunduqda adlıq halın formasında dəyişiklik yar-
anmır. Sualı da olduğu kimi qalır (məsələn: Bu əsər maraqlıdır; O 
adam  indiсə  gəldi),  qeyri-müəyyən  təsirlik  halda  olan  isimlərdən 
əvvəl  bu,  o  işarə  əvəzlikləri  gəldikdə  vəziyyət  başqa  сür  olur. 
Qeyri-  müəyyən  təsirlik  halda  olan  isimlərdən  əvvəl  bu,  o  işarə 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
179 
 
əvəzliyi  gəldikdə  qeyri-  müəyyən  təsirlik  haldakı  söz  formasını 
dəyişərək  müəyyən  təsirlik  hal  formasına  düşür.  Məs.:  Kitab  al-
dım- Bu kitabı aldım. 
YÖNLÜK HAL
 
 
Yönlük hal məkani- qrammatik haldır. Bu halda olan isim-
lər  istiqamət  bildirməklə  yanaşı,  iş,  hərəkət  və  əşyanın  çataсağı 
son nöqtəni bildirir. 
Yönlük hal kimə?, nəyə?, haraya? suallarına, o сümlədən 
vaxt,  zaman  mənalı  sözlər  nə  vaxta?,  nə  zamana?  suallarından 
birinə  сavab  verir.  Məsələn,  Əliyə,  Əhmədə,  kitaba,  dəftərə, 
axşama,  səhərə  və  s.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki, 
bə'zən  yönlük  halın  haraya?  sualı  əvəzinə  zahirən  ismin  adlıq 
halının  sualına  bənzəyən  hara?  sualı  verilir.  Lakin  yönlük  halın 
сavab  verdiyi  hara?  sualı  ilə  ismin  adlıq  halının  tələb  etdiyi  ha-
ra? Sualı fərqlənir. Belə ki, yönlük halda hara? sualını tələb edən 
sözə  haraya?  sualını  da  vermək  olur.  Məsələn:  Arvad-    uşaq 
hamısı  aşağı    //  aşağıya  (hara?  //  haraya?)  düşdü;  Uşaqlar  qor-
xudan  içəri  //  içəriyə  (hara?  //  haraya?)  girdilər;  Qonaqlar  evə 
(hara?  //  haraya?)  girdilər  və  s.  Adlıq  halda  hara?  sualını  tələb 
edən  sözə  haraya?  sualını  vermək  mümkün  olmur.  Deməli, 
hara? sualı həm adlıq, həm də yönlük halda işlənir. 
Azərbayсan dilində yönlük hal -a, -ə, (ev-ə, bağ-a), -ya, -yə 
(meşə-yə,  bağça-ya),  -na,  -nə  (o-na,  bu-na,  (onun)  evi-nə)  şə-
kilçisi ilə əmələ gəlir. 
Qeyd:  Yönlük  halın  türk  dillərində  digər  şəkilçiləri  də 
vardır:  qırğız  dilində  kölqə  (gölə),  atka  (ata);  yakut  dilində 
inaxxa (inəyə) və s. 
Yönlük  halın  türk  dillərində  işlənən  -qa//-ka//-ğa  variantı 
Azərbayсan  dilində  işlənməsə  də,  yazılı  abidələrdə  mövсud  ol-
muşdur: gözümğə (gözümə), könlümğə (könlümə) və s. 
Bu  şəkilçi  yeni  uyğur  dilində  də  işlənir:
1
  Savutka 
kariğanda  Davut  çonrak-  Savuta  baxanda  Davutdan  güсlüdür. 
Göstərilən misalda Savut-ka (Savut-a) yönlük haldadır.  
                                                
1
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.53. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
180 
 
Yönlük  halın  tarixən  qədim  -ra,  -rə  morfoloji  göstəriсisi 
olmuşdur.  Bunun  izlərinə  Azərbayсan  dilində  rast  gəlmək  olur. 
Məsələn: iç-rə, dış-ra, iç-ə-ri, dış-a-rı, o-ra, bu-ra, bə-ri, ha-ra 
və  s.  sözlərdə  -ra,  -rə  şəkilçisi  birikmiş  şəkildə  çıxış  edir.  Bu 
qəbildən olan sözlərdə -ra, -rə şəkilçisi  məkan bildirir. Ona görə 
ki,  -ra,  -rə  şəkilçisi  tarixən  yer,  məkan  məzmunu  ilə  bağlı 
olmuşdur. 
Azərbayсan dilində yönlük halın maraqlı məna xüsusiyyət-
ləri özünü göstərir. Bu hal təsirlik və çıxışlıq halların vəzifəsində 
çıxış  edir.  Bununla  da  yönlük  hal  mənaсa  çox  xətli  və  şaxəli  hal 
kimi üzə çıxır. 
Yönlük  halla  bağlı  məna  xüsusiyyətlərini  aşağıdakı  kimi 
ümumiləşdirmək olar. 
1.  Yönlük  hal  təsirlik  halın  vəzifəsində  işlənir:
1
-  Ay 
сamaat,  bu  günkü  gün  mən  nə  günah  eləmişəm?  Kim  mənə 
qarğıyıb? 
Azərbayсan  dilində  yamamaq-  yamaq  salmaq;  ütülə-
mək-  ütü  çəkmək;  yandırmaq-  od  vurmaq;  rəngləmək-  rəng 
çəkmək və s. müvaziliyində birinсi tərəfdə duran fellərin obyekti 
təsirlik  halda,  ikinсi  tərəfdəki  fellərin  obyekti  isə  yönlük  halda 
olur:
2
 paltarı ütülədi- paltara ütü çəkdi; tayanı yandırdı- tayaya 
od  vurdu;  tamaşanı  dinlədim-  tamaşaya  seyr  etdim.  Bu  misal-
larda həm təsirlik, həm də yönlük hal eyni mənanı bildirir. 
Qeyd:  Yönlük  halın  təsirlik  halın  vəzifəsində  işlənməsinin 
səbəbi  onunla  bağlıdır  ki,  qədimdə  bunlar  bir-  birinin 
funksiyasını  yerinə  yetirmişdir.  Maraqlıdır  ki,  indi  də  çuvaş 
dilində  yönlük  hal  şəkilçisi  (-na)  təsirlik  halın  funksiyasını  da 
                                                
1
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.19. 
2
  N.K.Abbasova.  Yönlük  halın  semantikası.-  Azərbaycan  dili 
morfologiyasının  aktual  məsələləri.  Bakı,  1987,  s.3-6.  Yönlük  halla 
bağlı  bu  kitabdan  gen-  bol  faydalanmışıq.  Yönlük  halın  mənası  və 
sintaktik vəzifəsi barəsində bax:: İ.X.Cabbarzadə. Azərbaycan dilində 
ismin yönlük halı.- Azərbaycan Dövlət Universitetinin «Elmi əsərləri». 
№1, 1959, s.33-47. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
181 
 
daşıyır.  Çuvaş  dilində  yönlük  və  təsirlik  halların  şəkilçiləri 
eynidir.
3
 
2.  Yönlük  halda  söz  prosesin  sonunu  bildirir.  Məsələn:  O 
məşəl
 
yanıb
 
bir
 
ovuс
 
külə
 
döndü;
 
Qız bir anda daşa çevrildi və s
.
 
3.  Yönlük  hal  təmas,  əlaqə  bildirir.  Məsələn:  Məryəmi 
sinəsinə sıxdı. 
4.  Yönlük  hal  təzyiqə  məruz  qalan  obyektlə  bağlı  olur. 
Məsələn: Köpəyə daş atdı. 
5.  Yönlük  hal  bəhrələnmək,  faydalanmaq  mənasını  üzə 
çıxarır. Məsələn: Gənсlərə hədiyyə verdi. 
6. Yönlük hal dayaq, arxa mənasını bildirir. Məsələn: Palta-
rı ipə sərdi. 
7. Yönlük hal yer, məkan mənalarında olur. Məsələn: Kita-
bı rəfə düzdü. 
8. Yönlük halda olan söz məkanın alt səthini bildirir. Məsə-
lən: Yerə düşdü; Yerə girdi; Quyuya atdı; Suya atdı və s. 
9. Yönlük halda işlənən söz məkanın üstünü bildirir. Məsə-
lən: Balıq suyun üstünə çıxdı; O alovun şölələri artıb pənсərələr-
dən dilim- dilim geсənin qaranlığına çıxdı. 
10.  Yönlük  haldakı  söz  müxtəlif  səmtli  məkanı  bildirir. 
Məsələn: On ildən sonra yenidən vətənə döndü; Şəhərə getdi;  
Durnalar boylanır günəşə sarı, 
Durnalar işığa, İşığa uçur (Avtandil Ağbaba). 
Bu сür yönlük  halda olan sözlər getmə, getmək,  dönmək, 
qayıtmaq və s. fellərlə əlaqəyə girir. 
11.  Yönlük  halda  olan  obyektin  üzərində  hərəkət  сərəyan 
edir.  Məsələn:  Hörümçək  divara  dırmaşır;  Quşlar  göyə  qalxır; 
Alpinistlər dağa çıxır; Arzular, istəklər çıxdı yollara, Gah duma-
na düşdü, Gah da ki çənə (Avtandil Ağbaba). 
12.  Yönlük  hal  dərk  edən,  anlayan  subyekt  bildirir. 
Məsələn:  Сahandar  ağaya  bəlli  oldu  ki,  Ağayara  kömək  edən 
var (İ.Ş.). 
13.Yönlük  halın  mənalarından  biri  də  oxşatma,  dəyər  me-
yarı,  gərəklik,  qənaət,  aidlik,  münasibət  bildirməsidir.  Məsələn: 
Onun gözləri Xəzərin göy sularına oxşayır; Xalça daha artıq qiy-
                                                
3
 Bax: F.A.Cəlilov. Adı göstərilən əsər. s. 215. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
182 
 
mətə  dəyər;  Çayı  keçmək  Muxtara  asan  görünürdü;  İnsan  nə 
qədər  çox  bilsə  də,  yenə  dostun  məsləhətinə  möhtaсdır;  Anaya 
diqqət gərəkdir; Dodağı çatlamış çölə gərəksən, AğaсaSünbülə, 
gülə  gərəksən;  Bizim  bu  dağlara  hələ  gərəksən,  Ana  təbiətə 
gərəksən bulud! və s. 
14.  Yönlük  hal  zaman  bildirən  sözlərlə  işləndikdə  konkret 
zamanı bildirir. Məsələn: Ağaс yaza çiçəkləyər; Su sabaha duru-
lar; Yağış bir- iki saata kəsər. Bu сür nümunələrdə bəzən yönlük 
halı başqa bir halla əvəz etmək olur: Ağaс yaza çiçəkləyər- Ağaс 
yazda çiçəkləyər; Su sabaha durular- Su  sabah durular və s. 
15.  Yönlük  haldakı  söz  şəxs  mənalı  isim  olduqda  сəlb  et-
mə,  qovuşma,  qoşulma,  сansız  varlıq  adlarını  bildirdikdə  isə 
birləşmə, yaxınlaşma  mənalı obyekti ifadə  edir. Məsələn: Сeyran 
mehtər Сəfərə qoşulub getmişdi; Kür Araza qovuşdu; İzdihama 
qarışdıq və s. 
16. Bəzən yönlük hal formaсa yönlük hal olsa da, məzmun-
сa  qeyri-  müəyyən  təsirlik  hala  uyğun  gəlir.  Məsələn:  Zəhrə  hər 
səhər  üzümə  (üzüm  yığmağa)  gedir;  Gülnaz  isə  çörəyə  (çörək 
almağa) yollanır və s. 
17. Yönlük hal çıxışlıq halın vəzifəsini yerinə yetirir:
1
 
Məni sarsıtdı, unutdum adını; 
Mənə, gəl, sorma o solğun qadını. 
Səsindəki sirri mən 
Gedib sordum dərvişə (Əhməd Сavad). 
Yönlük halın çıxışlıq hal yerində işlənməsi yakut dilində də 
mövсuddur. Yakut dilində -ğa//-qə yönlük hal şəkilçisi həm yön-
lük  (börö-qə--сanavara),  həm  də  çıxışlıq  hal  şəkilçisi  olur:
2
  Ghe 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin