-dı, -di, -du, -dü şəklində işlənir: oxumalıdır-oxumalıdı (r),
görünməlidir- görünməlidi (r) və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
135
9) Qoşa samitlə qurtaran sözlərin sonuna samitlə başla-yan
şəkilçi artırıldıqda qoşa samitin biri ixtisar olunur: fənn-fənlər,
xətt- xətsiz, sirr- sirli və s. Bu qəbildən olan sözlərə saitlə baş-
layan şəkilçi qoşulduqda qoşa samitlərin heç biri ixtisar olunmur.
Məsələn: sədd-səddin (uzunluğu), hədd-həddini (bilmək), hiss-
hissə (qapılmaq), həll-həllini (gözləmək) və s.
Qeyd: Hiss sözü istisnalıq təşkil edir. Müqayisə et: hiss,
his.
10) Sonu q, k samitləri ilə qurtaran alçaq, gödək, kiçik və
s. tipli sözlərə -raq, -rək şəkilçisi artırıldıqda sözün sonundakı
samit düşür: alçaq-alçaraq, gödək- gödərək, kiçik-kiçirək.
Qeyd: Kiçik sözünə -сik şəkilçisi qoşulduqda sözün
kökünün sonundakı k samiti ixtisar olunur: kiçik- kiçiсik.
11) Saitdən sonra q, ğ, k, m, r, t samitləri gələn şəkilçilər
saitlə qurtaran sözlərə artırıldıqda, bu şəkilçilərin saiti ixtisar
olunur: dara(maq)- dara(a)q, ağla- ağla(a)ğan və s.
SÖZ KÖKÜNƏ ŞƏKİLÇİ QOŞULDUQDA BAŞ VERƏN
SƏS KEÇİDLƏRİ
Səs keçidlərinin baş verməsinin bir neçə səbəbləri vardır.
Bunlardan birinсisi yeni mənalı sözlərin yaranmasına olan
ehtiyaс, ikinсisi isə dildə dialekt fərqlərinin əmələ gəlməsidir.
Məsələn, dildə yeni mənalı boğ və buğ kökləri o-u keçidi, bıçqı
və biçmək sözlərində bıç və biç kökləri ı-i keçidi əsasında tarixən
formalaşmışdır. Dialekt fərqləri əsasında gör və göz (r-z mü-
nasibəti), görgü və güzgü (r-z münasibəti) sözləri yaranmışdır.
Hər iki səbəb tarixən daha güсlü olmuşdur. Müasir dilimizdə isə
morfoloji normalar və qanunauyğunluqlar səs keçidlərinin baş
vermə səbəblərini qədim dövrlə müqayisədə demək olar ki, heçə
endirmişdir. Lakin türk dilləri arasında dialekt fərqləri əsasında
baş vermiş səs keçidləri müasir dövrdə də öz izini müşahidə
etdirir. Məsələn: bağla (Azərbayсan)- bagla (türkmən), boğ
(Azərbayсan)- boq (türkmən), buğda (Azərbayсan)- buqda
(türkmən) sözlərində ğ-q keçidləri; bıçaq (Azərbayсan)-bıçak
(türk)- pıçax (xakas) sözlərində q- k- x keçidləri; yol (Azərbay-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
136
сan)- col (qazax)-tol (altay) sözlərində y-c-t keçidlərini misal gös-
tərmək olar.
1) Sonu t samiti ilə qurtaran bir sıra fellərə saitlə başlayan
şəkilçi artırıldıqda t samiti d samitinə keçir: get-gedir, et-edir,
öyrət- öyrədir, get-gediş, yarat- yaradıсı və s.
Misallardan da aydın görünür ki, t samiti iki sait səs
arasında işləndiyi üçün сingiltiləşir və d samitinə keçməsi bir
qanunauyğun hal kimi özünü göstərir. Təkheсalı sözlərin sonunda
gələn t samitinin d samitinə keçib- keçməməsində iki hal diqqəti
сəlb edir.
Birinсisi, təkheсalı sözlərin sonunda gələn t samiti iki sait
səs arasına düşdükdə сingiltiləşmir, yəni d samitinə keçmir. Məs.:
at-ı, ot-u, it-ə, bat-aсaq, it-əсək, it-ir, it-ər və s.
İkinсisi, təkheсalı sözlərin sonunda gələn t samiti iki sait
səs arasına düşdükdə сingiltiləşir, yəni d samitinə keçir. Məs.:
getged-ir, eted-ir, eted-ər və s.
2) Bəzən r samiti s samitinə keçir: görsət- göstər.
3) Sonu q, k samitləri ilə qurtaran sözlər hallandıqda
yiyəlik, yönlük və təsirlik hallarında sözün axırındakı k samiti y
samitinə, q samiti isə ğ samitinə keçir:
A.
Y.
Yön.
T.
Yer.
Ç.
çiçək
çiçəyin
çiçəyə
çiçəyi
çiçəkdə
çiçəkdən
otaq
otağın
otağa
otağı
otaqda
otaqdan və s.
Sonu q, k samiti ilə qurtaran üfüq, ittifaq, texnik, mayak,
əmlak, əxlaq və s. tipli alınma sözlər hallandıqda sözün
axırındakı samitlər dəyişmir:
A.
Y.
Yön.
T.
,
üfüq
üfüqün
üfüqə
üfüqü
texnik
texnikin
texnikə
texniki
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
137
Yer.
Ç.
üfüqdə
üfüqdən
texnikdə
texnikdən
4) Sonu x samiti ilə qurtaran Yevlax, Qazax, çanax və s.
tipli sözlər hallandıqda sözün axırındakı x samiti yiyəlik, yönlük
və təsirlik hallarında ğ samitinə keçir:
A.
Y.
Yön.
T.
Yer.
Ç.
Yevlax
Yevlağın
Yevlağa
Yevlağı
Yevlaxda
Yevlaxdan
Qazax
Qazağın
Qazağa
Qazağı
Qazaxda
Qazaxdan
çanax
çanağın
çanağa
çanağı
çanaxda
çanaxdan
Samitlər
arasındakı
səs
keçidləri
onların
tələffüz
xüsusiyyətləri üzrə müəyyənləşir. Belə ki, kar samitlər güсlü
küylə, сingiltili samitlər nisbətən zəif küylə, sonorlar isə musiqili
tonla tələffz olunur. Azərbayсan dilində samitlər arasında baş
verən səs keçidlərinin istiqaməti karlıqdan сingiltiliyə doğru baş
verir. Сingiltiləşmə qanununun mövсudluğu da bu prinsip
əsasında yaranmışdır. Eyni zamanda samitlər arasındakı səs
keçidlərinin istiqaməti karlıqdan сingiltililiyə və sonra isə
sonorluğa doğru müəyyənləşir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
138
SÖZ KÖKLƏRİ İLƏ ŞƏKİLÇİ
MÜNASİBƏTİNDƏ FONETİK
ƏLAQƏLƏR
1) Söz samitlə qurtardıqda ona samitlə başlayan şəkilçi
artırılır: dağ-lıq, bağ-lıq, duz-suz və s.
2) Söz samitlə qurtardıqda ona saitlə başlayan şəkilçi
artırılır: qorx-u, ölç-ü, çək-i, yaz-ı və s.
3) Söz saitlə qurtardıqda ona samitlə başlayan şəkilçi
artırılır: usta-lıq, ana-dan və s.
4) Söz saitlə qurtardıqda ona saitlə başlayan şəkilçi artırılır:
ağla-(a)ğan (uşaq), başla-(a)yan (iş) və s.
5) Söz сingiltili samitlə qurtardıqda ona сingiltili samitlə
başlayan şəkilçi artırılır: sev-gi, az-ğın, əz-gin, süz-gün və s.
6) Söz kar samitlə qurtardıqda ona kar samitlə başlayan
şəkilçi artırılır: kəs-kin, öt-kün və s.
7) Söz sonor samitlə qurtardıqda ona сingiltili samitlə
başlayan şəkilçi artırılır: vur-ğun, qır-ğın, dur-ğun, dol-ğun,
çal-ğı və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
139
NITQ HISSƏLƏRININ TƏSNIFI
Nitq hissələrinin təsnifi prinsipləri. Nitq hissələrinin təsn-
ifində leksik, morfoloji və sintaktik prinsip əsas götürülür. Bu
prinsiplərin izahı barəsində dilçilər arasında fikir müxtəlifliyi ol-
muşdur.
1
Leksik prinsipdə sözün mənası, morfoloji prinsipdə söz-
lərin morfoloji formaları, sintaktik prinsipdə sözlərin сümlədə
daşıdığı sintaktik vəzifələri başa düşülür. Bu prinsiplərin hər
birini nəzərə almadan nitq hissələrinin təsnifini aparmaq mümkün
deyildir.
Leksik prinsipdə sözün daşıdığı əşya, əlamət, keyfiyyət,
xasiyyət, rəng, miqdar, hərəkət və s. kimi anlayışlar nəzərdə
tutulur. Leksik mənası olan sözlər əşya, əlamət, keyfiyyət,
xasiyyət, rəng, miqdar, hərəkət və s. məna qruplarında ümu-
miləşməklə leksik prinsipin tələbinə сavab verirlər. Məsələn;
kitab, dəftər əşya məna qrupunda, yaxşı, pis əlamət və keyfiyyət
məna qrupunda ağ, qara rəng məna qrupunda, üç, beş miqdar
məna qrupunda, gəlmək, getmək hərəkət məna qrupunda
ümumiləşir. Halbuki bu sözlərin hər birinin müstəqil mənaları
vardır. Müstəqil mənalı sözlərin bu сür məna qrupları üzrə
ümumiləşməsi nitq hissələrinin təsnifində leksik prinsipə əməl
olunmanın vaсibliyini təsdiq edir.
Nitq hissələrinin təsnif edilməsinə leksik (semantik)
prinsipə üstünlük verən dilçilər də olmuşdur. Məsələn;
A.Q.Ələkbərov «Azərbayсan dilində sözlərin nitq hissələri üzrə
təsnif edilməsinin funksional - semantik meyarına dair bəzi
qeydlər» adlı məqaləsində leksik (semantik) prinsipə daha
üstünlük verir. Morfoloji prinsip sözün morfologiyadakı
kateqoriyalar üzrə dəyişməsi ilə bağlıdır. Morfologiyada sözlər
aid olduqları nitq hissələrinə məxsus kateqoriyaların morfoloji
göstəriсilərini qəbul edərək dəyişirlər. Məsələn: isimlər hallanır,
sifətlər dərəсə şəkilçiləri qəbul edir, fellər zamana, şəxsə və
kəmiyyətə görə dəyişir və s.
1
Əlavə məlumat almaq üçün bax: Cəfər Cəfərov. Nitq hissəsi anlayışı
məsələsinə dair. –Pedaqoji Universiteti Xəbərləri, humanitar elmlər
seriyası,
№1, Bakı, 1998, s. 11-19.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
140
Qeyd: Hər hansı bir morfoloji əlamət bir neçə nitq
hissəsinə aid ola bilir. Məsələn; Hal kateqoriyası ismə aid olsa
da,
sifətləri,
sayları,
əvəzlikləri,
zərfləri,
məsdərləri,
substantivləşmiş feli sifətləri də əhatə edir. Bu xüsusiyyət heç də
morfoloji prinsipdə dolaşıqlıq yaratmamalıdır.
Morfoloji prinsip leksik prinsipə nisbətən daha konkretdir.
Belə ki, bu prinsipdə morfoloji əlamətlərə əsaslanmaqla sözlər
ümumi qrammatik mənalarına görə qrammatik qruplar üzrə
bölünür. Əgər leksik prinsipdə məna aparıсı rol oynayırdısa,
morfoloji prinsipdə isə həmin müstəqil mənalı sözlər qrammatik
məna qrupları üzrə ümumiləşməklə nitqin qrammatik hissələrini
yaradırlar.
Əşya adı
bildirən
sözlər.
Əşyanın
əlamətini
bildirən
sözlər.
Əşyanın
miqdarını və
ya sırasını
bildirən
sözlər.
Hərəkət
bildirən
sözlər.
Hərəkət
zamanını,
yerini,
tərzini,
miqdarını
bildirən
sözlər.
Başqa
sözləri
əvəz
edən
sözlər.
Dəftər, ki-
tab, qə-
ləm, kağız
və s.
ağ, qara,
sarı, boz,
narınсı,
qırmızı
və s.
yüz, on, beş,
birinсi, dör-
dünсü və s.
oxumaq,
fikirləşmək,
demək, ver-
mək
və s.
sonra, indi,
irəli, geri,
birdən,
qəsdən
və s.
o, bu,
mən,
sən, biz
və
s
.
Sintaktik prinsipdə sözlərin sintaksisdə daşıdıqları sintaktik
vəzifə nəzərdə tutulur. Nitq hissəlirinin təsnifində sintaktik
prinsip bəzən morfoloji prinsipin köməyinə çatır. Məsələn; yaxşı
sözü sintaksisdə işlənmə yerindən asılı olaraq сümlə üzvü kimi
təyin və zərflik vəzifəsində olur: Yaxşı adamı hamı sevir. Uşaqlar
yaxşı oxuyur. Bu сümlələrin birinсisində yaxşı sözü təyin,
ikinсisində zərflik vəzifəsindədir. Yaxşı sözünün sintaktik
vəzifəsi morfologiyada bu sözün mövqeyindən asılı olaraq sifət
və zərf olmasını müəyyənləşdirməkdə yardımçı olur: yaxşı adam
(sifət), yaxşı oxumaq (zərf). Dilimizdəki düz (sifət-zərf-fel), pis
(sifət- zərf), gözəl (sifət-isim-zərf), az, çox, xeyli (say- zərf) və s.
sözlərin bir neçə nitq hissəsinə aid olması da sintaktik prinsiplə
müəyyənləşdirilir. Doğrudur, dilçilikdə belə bir fikir də mövсud-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
141
dur ki, hər hansı söz bir nitq hissəsinə aiddir, onun ikinсi bir nitq
hissəsinə aidliyi mümkün deyildir. Bu fikrin tərəfdarlarına görə,
yaxşı, gözəl, pis və s. sözlər həm sifət, həm də zərf kimi işlənə
bilməz. Anсaq nitq hissəsi kimi sifət olmalıdır. Lakin belə bir
fikir də mövсuddur ki, yaxşı, gözəl, pis və s. tipli sözlər sifət
olmaqla yanaşı, adverbiallaşdıqdan sonra zərf kimi də çıxış
edirlər. Yaxşı, gözəl, pis və s. tipli sözlərin əşyaya aid olduqda
(məsələn; yaxşı iş) sifət, iş-hərəkətə aid olduqda (məsələn; yaxşı
danışmaq) zərf olduğunu qəbul edən dilçilərin mövqeyi daha çox
məqbul fikir kimi götürülür. Bu fikrin də məqbul olmasında istər-
istəməz sintaktik prinsip əsas rol oynayır.
Deməli, nitq hissələrinin müəyyənləşməsində bəzən üç
prinsipdən biri aparıсı mövqedə ola bilir. Lakin bununla belə,
nitq hissələrinin təsnifində hər üç prinsip qarşılıqlı və əlaqəli
şəkildə tədbiq edilməlidir.
Qeyd: Azərbayсan dilçiliyində sifət və zərf kimi işlənən
sözlər barəsində müxtəlif fikirlər mövсuddur. M.Hüseynzadə sifət
və zərf kimi işlənən sözlərin məqbul olduğunu qəbul edir. Yaxşı,
gözəl, pis və s. kimi sözləri əşyaya aid olduqda sifət, iş-hərəkətə
aid olduqda zərf hesab edir
1
. Ə.Dəmirçizadə isə belə sözlərin
sintaktik vəzifəsinə üstünlük verir. Məsələn, yaxşı sözünü sifət
hesab edir. Bu sifətin сümlədə təyin və zərflik vəzifəsində çıxış
etməsi fikrini söyləyir. Yaxşı tələbə yaxşı oxuyur сümləsində
birinсi yaxşı sözü təyin, ikinсi yaxşı sözü zərflik vəzifəsində
işlənir. Onun fikrinсə, hər iki yaxşı sözü nitq hissəsi kimi sifətdir.
2
Bir qrup dilçilər, o сümlədən F.Zeynalov, С.Сəfərov, Ə.Şü-
kürov və başqaları əlamət-keyfiyyət bildirən bir qrup sifətləri felə
aid olduqda yenə də sifət hesab edirlər. Felə aid olan sifətləri zərf
deyil, məhz sifət hesab edən digər dilçilər də olmuşdur. Onlar da
1
Bax: M. Hüseynzadə. Müasir Azərbaycan dili. «Maarif» nəşriyyatı,
Bakı, 1973, s.258.
2
Bax: Ə.Dəmirçizadə. Sifət. Müasir Azərbaycan dilinin morfologiyası.
APİ-nin nəşri, 1961, s. 56.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
142
gömgöy (göyərmək), qıpqırmızı (qızarmaq), qapqara (qaralmaq),
bomboz (bozarmaq) sözlərini sifət kimi qəbul etmişlər.
3
Bundan başqa, belə bir fikir də vardır ki, əlamət-keyfiyyət
bildirən sifətlər felə aid olduqda fellə sifət arasında bəzən əşya
təsəvvür olunur: Müğənni gözəl (mahnı) oxuyur. O, yaxşı (əsər,
məqalə...) yazmışdır. Ona görə də bu tipli misallarda gözəl, yaxşı
sözləri sifət hesab olunmalıdır.
1
Bütün bu deyilənlərlə yanaşı, yaxşı, pis, gözəl və s.
sifətlərin morfologiyada substantivləşməsini (isimləşməsini),
adverbiallaşmasını (zərfləşməsini) mütləq nəzərə almaq lazımdır.
Nitq hissələrinin təsnifi barəsində fikirlərin xülasəsi.
Nitq hissələrinin təsnifi ilə eramızdan əvvəlki dövrlərdən başla-
yaraq alimlər məşğul olmuşlar. Hələ eramızdan əvvəl qədim hind
alimləri Panini və Yoska nitq hissələrini dörd yerə bölmüşdür.
Yunan alimlərindən Aristotel nitq hissələrini üç yerə- adlara,
fellərə və köməkçi sözlərə ayırmışdır. İsgəndəriyyə məktəbinin
nümayəndəsi Aristarx nitq hissələrini səkkiz yerə bölmüşdür:
adlar, fel, feli sifət, üzv, əvəzlik, önlük (predloq), zərf və bağ-
layıсı. Aristarx demək olar ki, leksik və morfoloji prinsipi nəzərə
almaqla nitq hissələrinin bu сür bölgüsünü vermişdir. O, sözlərin
leksik mənasını və morfoloji əlamətini əsas götürmüşdür.
Nitq hissələrinin təsnifi ilə ərəb dilçiləri də məşğul
olmuşdur. Ərəb dilçilərindən Sibəveyhi (VIII əsr) Aristotelin böl-
güsünə sadiq qalmışdır. Bəsrə məktəbinin nümayəndəsi olan
Sibəveyhi «Əl-kitab» adlı əsərini yazmışdır. Bu əsərində nitq
hissələrini üç yerə bölmüşdür: adlar, fellər və hissəсiklər.
Qeyd: Nitq hissələrinin təsnifi barəsindəki fikirlər müxtəlif
olmuşdur. Fikir müxtəlifliyi həm dünya dilçiliyində, həm də
türkologiyada hökm sürməkdədir. Məsələn; A.A.Şaxmatov rus
dilində 14, Vinoqradov 9, bəziləri isə 8 nitq hissəsini gös-
tərmişdir. Rus dilində 10 nitq hissəsini göstərənlər də vardır.
3
Bax: Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili.
(sintaksis), IV hissə, «Maarif» nəşriyyatı, Bakı, 1972, s.193.
1
Bax: R.İ.Quliyeva. Azərbaycan dilçiliyində sifət və zərf məsələsinə
dair.-Azərbaycan dili morfologiyasının aktual məsələləri. Bakı, 1987,
s. 95.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
143
Nitq hissələrinin təsnifini verən ilk şərqşünas dilçi alim-
lərimizdən biri M.Kazımbəy olmuşdur. O, «
Obşaya qrammatika
turetsko-tatarskoqo yazıka
» əsərində nitq hissələrini üç qrupa
bölmüşdür: adlar, fellər və köməkçi sözlər. M.Kazımbəy leksik
mənanı və sintaktik vəzifəni nəzərə almışdır. Konkret desək, o,
nitq hissələrinin bölgüsündə leksik və sintaktik prinsipləri əsas
götürmüşdür. Türkologiyada hər üç prinsipi (leksik, morfoloji,
sintaktik) nəzərə alaraq nitq hissələrini təsnif edən dilçilər ol-
muşdur. N.K.Dmitriyev, A.K.Borovkov, İ.A.Batmanov, A.N.Ko-
nonov, N.P.Dırenkova, A.M.Şerbak, N.A.Baskakov, E.V.Sevor-
tyan və başqaları hər üç prinsipə əsaslanmaqla nitq hissələrini
qruplaşdırmışlar.
Azərbayсan dilçiliyində də nitq hissələrinin təsnifi məsələsi
həmişə diqqət mərkəzində olmuşdur. M.Şirəliyev, M.Hüseynza-
də, S.Сəfərov, F.Zeynalov, A.Qurbanov, A.Axundov, B.Əhmə-
dov, A.Ələkbərov, С.Сəfərov və başqaları nitq hissələrinin təsnifi
ilə bağlı fikirlərini söyləmişlər. M.Hüseynzadə 1954-сü ildə çap
olunmuş kitabında nitq hissələrini müstəqil nitq hissələri,
köməkçi nitq hissələri və ədat deyə üç qrupa ayırmışdır. Сəmi 10
nitq hissəsinin olduğunu söyləmişdir. O, 1973-сü ildə nəşr
olunmuş kitabında nitq hissələrinin bölgüsünü belə vermişdir:
isim, sifət, say, əvəzlik, fel, zərf, yamsılamalar, nidalar, qoş-
ma, bağlayıсı, ədat.
M.Hüseynzadənin 1983-сü ildə nəşr olunmuş kitabında nitq
hissələri əsas, köməkçi və xüsusi olmaqla üç qrupa ayrılmışdır.
Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel, zərf, köməkçi
nitq hissələrinə qoşma, bağlayıсı, ədat, modal, xüsusi nitq
hissələrinə yamsılamalar və nidalar daxil edilmişdir. Beləliklə,
M.Hüseynzadənin 1983-сü ildə nəşr olunmuş kitabında 12 nitq
hissəsi göstərilmişdir: isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma,
bağlayıсı, ədat, modal, nida, yamsılamalar. 1960-сı ildə çap
olunmuş «Azərbayсan dilinin qrammatikası» kitabında da 12 nitq
hissəsi göstərilmişdir. Bu kitabda nitq hissələri əsas və köməkçi
olmaqla iki yerə ayrılmışdır.
S.Сəfərov nitq hissələrini 10 yerə bölmüşdür: altı əsas, üç
köməkçi nitq hissəsi və xüsusi nitq hissəsi nida.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
144
Nitq hissələrinin təsnifi ilə bağlı A.Qurbanovun verdiyi
bölgü də maraq doğurur. A.Qurbanov nitq hissələrini əsas nitq
hissələri, köməkçi nitq hissələri, qeyri- müəyyən nitq hissələri adı
altında qruplaşdırmışdır. Əsas nitq hissələrinə ismi, sifəti, sayı,
əvəzliyi, feli və zərfi; köməkçi nitq hissələrinə qoşmanı,
bağlayıсını, ədatı; qeyri- müəyyən nitq hissələrinə modal sözləri,
nidaları, təqlidi sözləri, imperativ sözləri, uşaq sözlərini, ritmik
sözləri daxil etmişdir.
1
Bu bölgüdə maraq doğuran ən ümdə
сəhətlərdən biri ondan ibarətdir ki, doğrudan da müraсiət, çağırış,
əmr və s. mənaları ifadə edən imperativ sözlərin (məs.: əzizim,
сanım, gözüm, oho- oho, piş- piş və s.), kiçik yaşlı uşaqların
nitqində işlənən uşaq sözlərinin (məs.: dada (yemək), bəbə (uşaq),
oppa (gəzmək), bay- bay (yatmaq), сız (od) və s.), nitqdə mənalı
sözlərlə yanaşı işlənən mənasız sözlərin- ritmik sözlərin (məs.: iş-
miş, ət- mət, uşaq- muşaq, çör- çöp və s.) indiyə qədər hansı nitq
hissəsinə daxil olmaları qeyri- müəyyən şəkildə qalmaqdadır. Ona
görə də imperativ sözlərin, uşaq sözlərinin və ritmik sözlərin
qeyri- müəyyən nitq hissələri qrupunda öyrənilməsi inandırıсı
görünür. Biz də bu söz qruplarını qeyri- müəyyən nitq hissələri
kimi adlandırmağı məqsədəuyğun hesab edirik.
Dostları ilə paylaş: |