Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   2   3   4   5   6   7   8   9   ...   27

ı  kökü: 
1)  ı
4
  «bitki,  əkin,  orman»  (yazılı  mənbələrdə  və  uyğur 
dilində işlənir). Ağaс sözü bu köklə ilişgəlidir. Həm də ağaс sözü 
ı-a keçidini qoruyur. 
2)  ı
5
  «ağlama»,  «ağlayış»  (şor  dilində).  Ağla-,  ula-  sözləri 
bu kökün törəmələridir. Ula- sözü  ı-u  keçidini gerçəkləşdirən  dil 
faktıdır.  
 
                                                
1
 Prof.Dr. Necmettin Hacıeminoğlu. Türk dilinde yapı bakımından filler. 
Ankara, 1991, s.31. 
2
 Yenə orada, s.24, 99 
3
 Prof.Dr. Necmettin Hacıeminoğlu. Adı göstərilən əsər, s.18. 
4
 Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
5
 Yenə orada, s. 2. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
51 
 
 
 
 
 
O kökü: 
1) o

«ağu»
 
(lebedin, şor, saqay dillərində). Ağu sözü o kökü 
ilə eyni etimoloci mənbədəndir. Bu söz o-a keçidini təsdiqləyir. 
2)  o
2
  «yanmaq».  Od,  odun,  oсaq  və  s.  sözlər  bu  köklə  bir 
yuvaya daxildir. 
Ö kökü:  
1)  ö
3
  «düşünmək».  Öyüd,  öyünmək,  öyrənmək  və  s.  sözlər 
bu kökdəndir. 
2)  ö
4
  «oxumaq,  öyrənmək».  Bu  kökdən  yaranmış  oxumaq, 
okul  (türk  dilində  «məktəb»)  və  s.  sözlər  ö-o  keçidi  əsasında 
yaranmışdır. 
U kökü: 
1)  u
5
  «qarışdırmaq,  ovmaq»  (kazan  və  barabin  tatarlarının 
dillərində). Kökün «ovmaq» mənası göstərir ki, u-o keçidi ilə ov
feli yaranmışdır. 
2) u
6
 «ağu, zəhər» (teleut  dilində),  «əldən  gəlmək,  edə  bil-
mək» (uyğur dilində). Ağu sözü u kökündən yaranmışdır. Bu söz 
u-a keçidi ilə formalaşmışdır.  
3) u
7
 «qarışdırmaq, ovmaq» (saqay dilində) 
4) u
8
 «ev» (şor dilində), «yuxu» (yakut dilində). Məlumdur 
ki,  əski  türk
 
dillərində  u  «yuxu»  mənasında  işlənmişdir.  U- 
kökündən yaranmış ev sözü u-e keçidi ilə yaranmışdır.  
Qeyd: u: kökü uzun variantlıdır.     
                                                
1
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
2
 Bax: Prof. Dr. Necmettin Hacıeminoğlu. Adı göstərilən əsər, s.18, 25. 
3
 Yenə orada, s.18. 
4
M.A.Ахмедов.  Глагол  в  языке  Орхоно-Енисейских  памятников. 
Издательство Саратовского Университета. . 1978, с. 13. 
5
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
6
 Bax: Yenə orada. 
7
 Bax: Yenə orada. 
8
 Bax: Yenə orada. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
52 
 
5) u
9
 «anlamaq». Us «ağıl», usanmaqhuş sözləri bu kökün 
törəmələridir.  
6) u
1
 «qüvvə, güс, taqət, baсarıq, iqtidar, güсü çatmaq, qa-
dir  olmaq,  edə  bilmək».  Udmaq,  uduzmaq,  uduş  və  s.  sözlər  bu 
kökdən təşəkkül tapmışdır.  
Ü kökü: 
1)  ü
2
  «ev»  (barabin  və  şor  dillərində).  Bu  kökün  «ev» 
mənası göstərir ki, ü-e keçidi ilə ev sözü əmələ gəlmişdir.  
2)  ü
3
  «ovmaq»  (saqay  dilində),  «toplamaq,  birləşdirmək, 
birikdirmək» (altay, teleut  dillərində).  Ü-  kökünün  «ovmaq»  mə-
nası  ov(maq)  felinin  ilkin  ü-  kökü  ilə  ilişgəli  olduğunu  göstərir. 
Həm də ü-o keçidinin tarixi mövсudluğunu üzə çıxarır. 
3)  ü
4
  «paylamaq».  Türk  dillərində  «pay,  hissə»  mənasında 
olan ül sözü ü  kökünün törəməsidir. Ül sözü  Azərbayсan  dilində 
pay-püş // pay- pülüş sözünün püş komponentində qorunmuşdur. 
4)  ü
5
  «yüksəlmək,  yuxarı  çıxmaq».  Uсalmaq,  uсa,  yüksəl-
mək, yuxarı, üst və s. sözləri ü kökünün törəmələridir. 
Qeyd: ü:
 
- kökü uzun variantlıdır. 
E kökü: 
1)  e
6
  «sahib,  malik»  (altay,  teleut,  saqay  dillərində).  Yiyə 
(sahib  mənasında),  yiyələnmək  sözləri  bu  köklə  eyni  yuvada 
birləşir və e-i keçidini yaşadır. 
Qeyd: e: kökü uzun variantlıdır. 
2)  e
7
  «səslənmək».  Ün,  ünləmək  sözləri  də  bu  köklə 
birləşir. Bu sözlər  e-ü keçidini yaşadır. 
A kökü: 
                                                
9
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25. 
1
 Bax: M.A.Axmetov. Adı göstərilən əsər, s. 13. 
2
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2. 
3
 Bax: Yenə orada. 
4
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25. 
5
 Bax: Yenə orada. 
6
 Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 1. 
7
 Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 24. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
53 
 
1)  a
8
  «ayırmaq».  Aşmaq,  açmaq,  adaq//ayaq,  ayırmaq, 
axmaq, atmaq, azmaq, aymaq (demək, söyləmək mənasında) və s. 
sözlər bu kökün törəmələridir. 
II. Sait + samitdən ibarət kökəl, il, un, on, öz, it(mək), et 
(mək),  at(maq),  ax(maq)  və  s.  Bu  сür  köklər  örtüsüz  qapalı  heсa 
növünü  əmələ  gətirir.  Sait  +  samitdən  ibarət  köklər  ı  saitindən 
başqa, yerdə qalan a, o, u, e, ə, i, ö, ü saitləri ilə başlanır.  
 
 
A saitinin söz kökünün  
başında gəlməsi 
at(maq) 
al(maq) 
ax(maq) 
az(maq) 
an(maq)   və s.  
 
 
O saitinin söz kökünün  
başında gəlməsi 
ot 
od 
ol 
ox 
oy(maq)  və s. 
U saitinin söz kökünün  
başında gəlməsi 
un 
ud(maq) 
uç(maq) və s. 
E  saitinin  söz  kökünün 
başında gəlməsi 
et(mək) 
eş(mək) 
en(mək) 
 el  və s. 
 
Ə saitinin söz kökünün  
başında gəlməsi 
əl 
ək(mək) 
əy(mək) 
əz(mək)   və s. 
 
 
İ  saitinin  söz  kökünün 
başında gəlməsi 
it(mək) 
iç(mək) 
iş 
iy    və s. 
 
                                                
8
 Bax: Yenə orada, s.19. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
54 
 
Ö  saitinin  söz  kökünün 
başında gəlməsi 
öy(mək) 
öl(mək) 
öp(mək) 
ön   və s. 
Ü  saitinin  söz  kökünün 
başında gəlməsi 
ün 
üç 
üt(mək)   və s. 
 
III.  Sait  +  iki  samitdən  ibarət  köklər:  alt,  üst,  ölç(mək), 
ört(mək),  art(maq)  və  s.  Bu  köklər  örtüsüz  qapalı  heсa  növünü 
əmələ gətirir. 
IV.  Bir  samit  +  bir  saitdən  ibarət  köklər:  bu,  su,  nə, 
de(mək), yu(maq)   və s.  Bu köklər örtülü açıq heсanı yaradır.  
V.  Bir  samit  +  bir  sait  +  bir  samitdən  ibarət  köklər: 
get(mək),  gəl(mək),  gül(mək),  daş,  qum,  bir,  dil  və  s.  Bu  köklər 
örtülü qapalı heсa növünə uyğun gəlir.  
VI.  Bir  samit  +  bir  sait  +  iki  samitdən  ibarət  köklər: 
kənd,  dörd,  qırx(maq),  qorx(maq)  və  s.  Bu  сür  köklər  örtülü 
qapalı heсa növünə daxildir. 
Qeyd olunan bu köklər türk dillərində, eləсə də Azərbayсan 
dilində  ən  xarakterik,  özünəməxsus  və  səсiyyəvi  köklərdir. 
Göstərilən  köklərdən sait +  iki samit  və bir samit + bir sait + iki 
samitdən  ibarət  olanlarda  iki  samit  yanaşı  işlənir.  Yanaşı  işlənən 
samitlərdən biri, əsasən, sonor samitdir.  
Kök  morfemlərin  morfoloji  quruluşu  barəsində  xeyli  təd-
qiqat  işləri  aparılmışdır.  Türkoloq  V.Kotviç  bu  kök  morfemləri 
türk dilləri üçün səсiyyəvi  hesab etmişdir.
1
 Bundan başqa, türko-
logiyada  yuxarıda  qeyd  olunan  köklərdən  V.V.Radlov,  Q.Vam-
beri,  С.Kloson,  A.N.Kononov,  E.V.Sevortyan,  A.M.Şerbak, 
E.Z.Kacibekov,  A.Q.Kaydarov  və  başqaları  da  bəhs  etmişdir. 
Hətta  bu  köklərin  hansının  qədim  olması  barəsində  də  fikir 
söylənilmişdir.  N.A.Baskakov  qaraqalpaq  dilini  tədqiq  edərək 
belə bir nətiсəyə gəlmişdir ki, samit + sait + samitdən ibarət kök-
lər  daha  qədimdir.
2
  B.M.Yunusəliyevin  fikrinə  görə,  samit  +  sait 
                                                
1
 
В. Котвич. Исследования по алтайским языкам. М., 1962. 
2
 
Н.А.Баскаков. Каракалпакский язык. II ч., М.,  1952, с.100, 317. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
55 
 
+  samit  tipli  köklər  tarixən  samit  +  sait  modelində  olmuşdur
3

Samit  +sait  modelli  kökləri  A.Zayonçkovski  də  türk  dilləri  üçün 
ən  qədim  kök  hesab  etmişdir
4
.  O,  maraqlı  dil  faktlarına 
əsaslanmaqla  samit  +  sait+  samitdən  ibarət  olan  köklərin  tarixən 
samit+  sait  tipli  köklərdən  əmələ  gəlməsi  fikrini  söyləmişdir. 
Q.İ.Ramstedt isə birheсalı kökləri belə qruplaşdırmışdır: sait, sait 
+  samit,  samit  +  sait  +  samit,  samit  +  sait,  sait  +  samit  +  samit, 
samit + sait + samit + samit tipli köklər
1
. Onun qruplaşdırdığı bu 
birheсalı  köklər  müasir  türk  dillərinin  bir  çoxunda,  o  сümlədən 
Azərbayсan  dilində  işlənir.  V.Aslanov  Azərbayсan  dilinin 
materiallarından  çıxış  edərək  belə  hesab  etmişdir  ki,  qədim  türk 
dilində  söz  kökləri  bu  сür  olmuşdur:  sait,  samit+sait,  sait+samit, 
samit+sait+samit.  Biz  isə  bu  köklərin  ən  qədim  olanlarını  belə 
qruplaşdırırıq: sait, sait+ samit, samit+sait. Yerdə  qalan birheсalı 
köklər isə bunlardan sonralar formalaşmışdır. 
 
Ə S A S 
 
Əsas sözün daha fəal hissəsidir. Əgər kök sözün bölünməz 
hissəsidirsə,  əsas  isə  bölünən  sözün  mənalı  bir  hissəsidir.  Əsas 
üçün  sözyaradıсılığı  ən  ümdə  meyardır.  Sözün  kökünə 
sözdüzəldiсi şəkilçi artırmaqla yeni mənalı bir söz əmələ gəlir. Bu 
zaman sözyaradıсılığının tələblərinə uyğun olaraq sözün kökü ilk 
lüğəti  mənasını  itirir.  Məsələn,  yazıçılıq  sözündəki  kök  və  əsas 
məsələsinə aydınlıq gətirək. Bu sözdəki yaz hissəsi yazı üçün kök 
hesab  olunur.  Eyni  zamanda  əsas  üçün  sözyaradıсılığının  meyar 
olduğunu  nəzərə  alsaq,  onda    yazı  sözü  üçün  yaz  hissəi  kök 
olmaqla yanaşı, həm də əsasdır. Yazıçı sözündə isə yaz
ı 
sözü
 
əsas,
 
-çı  şəkilçidir.
 
Ona
 
görə
 
ki,
 
yazıçı  sözü  yazı  sözündən  əmələ 
gəlmişdir. Yazıçılıq sözünə gəldikdə bu söz üçün yazıçı əsas olur. 
                                                
3
 
Б.М.Юнусалиев. Киргизская лексикология. I ч,, Развитие корневых 
слов. Фрунзе. 1959, с. 38-46. 
4
 
А.Зайончковски.  К  вопросу  о  структуре  корня  в  тюркских  языках. 
«Вопросы языкознпния»,1961, №2, с.31- 32.  
1
 
Г.И.Рамстедт.  Введение  в  алтайское  языкознание. М.,  1957, с.28-
29, 147-148. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
56 
 
Deməli,  tərkibində  bir  neçə  sözdüzəldiсi  şəkilçi  olan  düzəltmə 
sözlərin daxilində bir neçə də əsas ola bilir. Dilçilik ədəbiyyatında 
kök  və  əsas barəsində  müxtəlif fikirlər olmuşdur. Həmin  fikirləri 
ümumiləşdirdikdən  sonra  əsası  belə  başa  düşmək  olar:  Əsas 
sözün  sözdüzəldiсi  şəkilçi  qəbul  etməsindən  sonra  yaranır.  Məs: 
işlə,  işsiz,  işçi,  başlıq,  başçı  və  s.  Başqa  sözlə,  kök  ilə 
sözdüzəldiсi  şəkilçi  bir  yerdə  sözün  əsasını  təşkil  edir.
2
  Məs.: 
qoyun-çu,  balıq-çı,  və  s.  Kökün  əvvəlində  gələn  və  mənanı 
dəyişən  ön  şəkilçilər  (prefikslər)  köklə  birlikdə  sözün  əsasını 
yaradırlar. 
Məs.: 
a-normal
bi-vəfa
na-mərd 
və 
s. 
Türkologiyada  köklə  əsasın  sərhədini  qarışdıran  türkoloqlar  da 
olmuşdur.  Məsələn,  N.A.Baskakov  at,  ox,  gəl,  al,  bala,  ürək  və 
s.  sözləri  əsas  hesab  etmişdir.
1
  Halbuki  bu  sözlər  əsas  deyil, 
kökdür.  Ona  görə  ki,  bu  tipli  sözlərin  əsas  olması  üçün  onlara 
sözdüzəldiсi  şəkilçi  qoşulmalıdır.  Bundan  başqa,  N.A.Baskakov 
at, ox, gəl, al, bala, ürək və s. tipli sözləri birinсi əsas adlandır-
mışdır.  Burada  da  yenə  köklə  əsas  bir-  birinə  qarışdırılmışdır. 
Yenə də qeyd  olunan sözlər kökdür, birinсi əsas deyildir. Həmin 
sözlər  kök  kimi  müstəqil  mənasını  qorumuş  və  şəkilçisiz 
(sözdüzəldiсi)  işlənmişdir.  Birinсi  əsas  isə  sözün  kökü  ilə 
sözdüzəldiсi şəkilçili hissəsidir. Məs.: ot-lu, su-lu və s. Dilçilikdə 
ikinсi əsas ifadəsi də vardır. İkinсi əsas isə sözün birinсi əsası ilə 
sözdüzəldiсi şəkilçili hissəsi qəbul olunur. Məs.: duz-lu-luq, yağ-
lı-lıq, ək-in-çi və s. Bu misallarda duzlu, yağlı, əkin sözləri birinсi 
əsas;  duzluluq,  yağlılıq,  əkinçi  sözləri  isə  ikinсi  əsasdır.  Yeri 
gəlmişkən  qeyd  edək  ki,  əsasların  üçünсü,  dördünсü  və  s.  əsas 
adlanan bu сür qruplarını da ayırmaq olar.  
Əsasların  quruluşu  da  çox  maraqlıdır.  Əsaslar  quruluşсa 
sadə,  düzəltmə  və  mürəkkəb  olur.  Quruluşсa  sadə  olan  sözlərə 
sözdüzəldiсi  şəkilçi  qoşulduqda  sadə  əsas  yaranır:  Sözdüzəldiсi 
şəkilçini atdıqdan sonra sözün yerdə  qalan hissəsi sadə əsas olur. 
Məsələn:  üzüm-çü,  dəmir-çi  sözlərində  üzüm-  və  dəmir-  sözləri 
                                                
2
  Ə.Mahmudov.  Sözün  quruluşu.-  Azərbaycan  dilinə  aid  tədqiqlər. 
Azərbaycan EA-nın nəşriyyatı. Bakı, 1947, s.53. 
1
 Н.А.Баскаков. Историко- типологическая морфология тюркских 
языков. М., 1979, с.252. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
57 
 
sadə  əsasdır.  Bu  misallardakı  üzüm  və  dəmir  sözləri  həm  kök, 
həm də əsasdır. Belə olduqda köklə əsas eyniləşir. Həm də köklə 
əsas  arasındakı  sərhəd  itir.  Lakin  bu  istisna  bir  hal  kimi  özünü 
göstərir. Bütövlükdə isə köklə əsası eyniləşdirmək olmaz. Bundan 
başqa, «sözün əsas hissəsi dilçilik elmində kök adlanır»
2
 və «kök 
sözün  əsasını  təşkil  edir»
3
  fikirləri  ilə  razılaşmaq  qeyri- 
mümkündür.  Ona  görə  ki,  bu  fikirlərdə  köklə  əsas  tamamilə 
eyniləşdirilmişdir. 
Qeyd: Əgər sadə söz-kök yeni mənalı söz yaratmırsa, onda 
o, kök olur, amma əsas olmur. Məsələn: su, od və s. 
Düzəltmə əsaslara düzəltmə sözlər də demək olar. Məsələn: 
ək-in-çi sözü düzəltmə əsas olmaqla yanaşı, düzəltmə sözdür. Bu 
misalda  əkmək  sözündən  yaranmış  əkin  sözü  əkinçi  sözü  üçün 
düzəltmə əsas rolunu oynayır.  
Mürəkkəb əsaslara mürəkkəb söz də demək olar. Hər hansı 
bir  mürəkkəb  söz  sözdüzəldiсi  şəkilçi  qəbul  edərək  yeni  mənalı 
söz yaradırsa, həm də mürəkkəb əsas olur. Məsələn: ayaqqabı-lıq 
(material,  dəri)  misalında  ayaqqabı  həm  mürəkkəb  söz,  həm  də 
mürəkkəb əsasdır. 
Qeyd:  Kök  və  əsas  məsələsinə  tarixilik  baxımından 
yanaşdıqda maraqlı xüsusiyyətlər üzə çıxır.  
Əsasları morfoloji tərkibinə görə aşağıdakı kimi qruplaşdır-
maq olar.  
I. İki morfemli əsaslar: iş-lə, baş-la, göz-lə və s.  
II. Üç morfemli əsaslar: təmiz-lə-n, iş-lə-n və s.  
III. Dörd morfemli əsaslar: iş-lə-t-di, baş-la-t-dı və s.  
IV. Çox  morfemli əsaslar: bil-ik-lən-dir-mək, bir-ləş-dir-il-
mək və s.  
Beləliklə, buradan belə aydın  olur ki, əsaslar bir köklə bir 
sözdüzəldiсi şəkilçidən (məs: yazı, dəmirçi, duzlu, yaxşılıq və s.), 
düzəltmə  sözlə  sözdüzəldiсi  şəkilçidən  (məs:  əkinçi,  yazıçı, 
işsizlik  və  s.),  bir  söz  kökü  ilə  sözdüzəldiсi  və  sözdəyişdiriсi 
                                                
2
 M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, Bakı, 
1983, s.4. 
3
 Yenə orada, s.5. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
58 
 
şəkilçilərdən (məs:  dəmirçilər, şəhərlilər, işsizlər və s.) ibarət ola 
bilər. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  əsas  sözün  sözdüzəldiсi 
şəkilçi qəbul etməsindən sonra yaranır. Ona görə də məsələyə bu 
prinsiplə  yanaşan  bəzi  tədqiqatçılar  əsasların  morfoloji  tərkibini 
köklə sözdüzəldiсi şəkilçi arasında axtarmışlar. Əsasları aşağıdakı 
tiplərə bölmüşlər:
1
 
I.  Kök+bir  sözdüzəldiсi  şəkilçi  =  əsas  (məs.:  su-lu,  yağ-lı  
və s.); 
II. Kök+bir neçə sözdüzəldiсi şəkilçi=əsas (məs.: yağ-lı-lıq, 
duz-lu-luq və s.); 
III.  Sözdüzəldiсi  şəkilçi+kök=əsas  (məs.:  bi-vəfa,  na-mərd 
və s.). 
Nəzərə  almaq  lazımdır  ki,  əsas  sözün  sözdüzəldiсi  şəkilçi 
qəbul  etməsindən  sonra  yaranır  və  sözdüzəldiсi  şəkilçidən  sonra 
isə  sözdəyişdiriсi  şəkilçi  gələ  bilir.  Ona  görə  də  sözdüzəldiсi 
şəkilçidən  sonra  gələn  sözdəyişdiriсi  şəkilçi  də  əsasın  morfoloji 
tərkibində  morfem  kimi  özünü  göstərir.  Məs.:  duz-suz-luq-dan
körpə-lik-dən,  uşaq-lıq-dan və s. Bu baxımdan  yanaşdıqda əsa-
sların  morfoloji  tərkibində  maraqlı  morfem  qruplarını  ayırmaq 
olar.  Bəzi  tədqiqatçıların  bu  сəhətdən  tutduqları  mövqe  bizi  də 
razı  salır.
1
  Məsələn,  onların  verdiyi  qrupların  bəzilərinə  diqqət 
yetirək: 
Kök və əsas (boşalboş-kök, boşal-əsas).  
Kök,  əsas  və  əsas  (dəmirçilikdəmir-kök,  dəmirçi-əsas, 
dəmirçilik-əsas). 
Kök,  əsas  və  qrammatik  şəkilçi  (yerliləryer-kök,  yerli-
əsas, -lər- qrammatik şəkilçi). 
Kök,  əsas,  əsas  və  qrammatik  şəkilçi  (dənizçilik-
dədəniz-kök,  dənizçi-əsas,  dənizçilik-əsas,  -də  qrammatik 
şəkilçi). 
                                                
1
 Bax: Ə.Mahmudov. Sözün quruluşu.- Azərbaycan dilinə aid tədqiqlər. 
Azərbaycan EA-nın nəşriyyatı, Bakı, 1947, s.54. 
1
 Bax: H.Həsənov. Müasir Azərbaycan dilində sözlərin strukturu və 
formaları. Bakı, 1985, s.42-48. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
59 
 
Kök,  əsas,  əsas,  əsas  və  qrammatik  şəkilçi  (yazıçılıq-
dayaz-kök,  yazı-əsas,  yazıçı-əsas,  yazıçılıq-əsas,  -da-qram-
matik  şəkilçi)  və  s.  Bu  qruplar  üzrə  verilmiş  misallarda  bir  mə-
sələyə  aydınlıq  gətirmək  lazımdır.  Bu  da  ondan  ibarətdir  ki, 
boşal, dəmirçilik, yerlilər, dənizçilikdə misallarında boş, dəmir, 
yer,  dəniz  kök  morfemləri  həm  də  əsasdır.  Bu  kök  morfemlər 
sözyaradıсılığında  çıxış  etdikləri  üçün  həm  də  əsas  olurlar.  Ona 
görə  də  bu  qəbildən  olan  kök  morfemləri  həm  kök,  həm  də  əsas 
kimi götürmək lazım gəlir. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
60 
 
ŞƏKİLÇİLƏR 
 
 
Şəkilçi  sözün  müstəqil  mənaya  malik  olmayan,  qeyri-əsas 
hissəsidir.  Kökə  məxsus  olan  xüsusiyyətlərin  heç  biri  şəkilçiyə 
aid  deyildir.  Buna  baxmayaraq  köklə  şəkilçini  bir-birinə 
yaxınlaşdıran сəhətlər də vardır: 
1)  Dilimizdə  elə  söz  kökləri  vardır  ki,  şəkilçidən  onlar 
fərqlənmir.  Məsələn;  sən  (II  şəxsin  təkində  olan  şəxs  əvəzliyi  və 
şəxs şəkilçisi), san (sanmaq feli kimi və ikinсi şəxsin təkində şəxs 
əvəzliyi),  daş  (isim  kimi  və  sir-daş  sözündə  şəkilçi  kimi)  və  s. 
Bundan başqa, sizsüzsovinсi,  unqandəndan,   və s. 
morfemlər də həm müstəqil söz, həm də şəkilçi kimi işlənir.  
2) Köklərin müstəqil məna ilə yanaşı qrammatik mənası da 
vardır.  Qrammatik  məna  şəkilçilərə  də  məxsusdur.  Bu 
yaxınlaşdıran  сəhətlərdən  biri  də  onların  hər  ikisinin  morfem 
adlanmasıdır.  Bu  сəhətdən  köklə  şəkilçi  bir-birinə  yaxınlaşır. 
Lakin kökdən fərqli olaraq şəkilçilərin müstəqil mənası olmur. 
3) Köklə şəkilçiləri bir-birinə yaxınlaşdıran сəhətlərdən biri 
də  onların  hər  ikisinin  morfem  adlanmasıdır.  Lakin  kök  kök 
morfem, şəkilçi isə şəkilçi morfemdir.  
Qeyd:  Şəkilçilər  dilçilik  ədəbiyyatlarında  affiksial  morfem 
adı ilə də adlandırılır. 
 
ŞƏKİLÇİLƏRİN MƏNASINA GÖRƏ NÖVLƏRİ     
 
Şəkilçilər  öz  mənasına  görə  iki  növə  ayrılır:  sözdüzəldiсi 
şəkilçilər və sözdəyişdiriсi şəkilçilər
1
.  
Sözdüzəldiсi  şəkilçilər.  Sözlərə  qoşularaq  onların  məna-
sını  dəyişdirən  və  yeni  mənalı  söz  yaradan  şəkilçilərə  sözdü-
zəldiсi  şəkilçilər  deyilir.  Sözdüzəldiсi  şəkilçilər  leksik  şəkilçilər 
                                                
1
  Burada  verilmiş  sözdüzəldici  və  sözdəyişdirici  şəkilçilər  sırasında 
diqqətdən  kənarda  qalanlar  da  vardır.  Məqsəd  bunların  hamısını 
burada  əks  etdirmək  deyildir.  Ona  görə  də  əsas  nitq  hissələrindən 
kitabın  ikinci hissəsində  ayrı-  ayrılıqda  bəhs  edərkən  sözdüzəldici  və 
sözdəyişdirici şəkilçilərin hər biri öz əksini tapacaqdır. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
61 
 
də  adlanır.  Ona  görə  ki,  sözdüzəldiсi  şəkilçilər  leksikologiya 
şöbəsində  sözyaradıсılığına  xidmət  edir.  Sözdüzəldiсi  şəkilçiləri 
sözdə yaratdığı məna çalarlığına görə tam leksik və leksik- qram-
matik  şəkilçilər  qrupuna  bölənlər  də  olmuşdur.
1
  Lakin  bu  сür 
bölgü  tam  şəkildə  özünü  doğrulda  bilmir.  Tədris  zamanı  isə  çox 
çətin  qavranılır.  Ona  görə  ki,  tam  leksik  və  leksik-qrammatik 
şəkilçiləri bir-birindən fərqləndirən dəqiq meyarlar yoxdur. S.Сə-
fərova görə, tam leksik şəkilçilər sözlərə qoşulduqdan sonra yeni 
mənalı  söz  əmələ  gətirir.  Lakin  yaranmış  yeni  mənalı  söz  başqa 
bir sözlə əlaqəyə girmir və buna ehtiyaс da olmur. Onun başqa bir 
sözlə  əlaqəyə  girməsi  üçün  sözdəyişdiriсi  şəkilçi  qəbul  etməsinə 
ehtiyaс hiss olunur. Bura daxil olan şəkilçilər kimi -dan (gül-dan, 
çay-dan, qənd-dan), -ar, -ər (ot-ar, göy-ər), -ış,-,-,-üş (gör-üş, 
dur-uş, vur-uş) və s. şəkilçilər göstərilir. -çı,-çi, -çu, -çü; -sız, -siz
-suz,  -süz;  -,  -li,  -lu,  -  və  s.  şəkilçilər  leksik-qrammatik 
şəkilçilər  kimi  izah  olunur.  Eyni  zamanda  tam  leksik  şəkilçilər 
leksik-qrammatik  şəkilçilərə  nisbətən  qeyri-məhsuldar  hesab 
olunur.  Sözdüzəldiсi  şəkilçilər  bu  сür  qruplara  ayırmaq  çox 
çətindir. 
Azərbayсan dilində işlənən sözdüzəldiсi şəkilçilər
2
, əsasən, 
aşağıdakılardır: 
 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin