Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

-ınki,  
-inki,  
-unku, 
-ünkü 
Bütün  adlara  əlavə  edilərək 
onlarda  mənsubiyyət,  təkid  mənası 
əmələ  gətirir;  məsələn:  zavod- 
zavodunku,  artel-  artelinki,  yaxşı- 
yaxşınınkı,  beş-beşinki,  siz-sizinki 
və s.  
-ıntı, 
-inti, 
-untu, 
-üntü 
Fellərdən  isim  əmələ  gətirən 
şəkilçidir; məsələn: qırmaq- qırıntı, 
gəzmək-  gəzinti,  ovmaq-  ovuntu, 
çökmək- çöküntü və s.  
Bu  сür  böyük  tikintini  başa 
çatdırırıq,  heç  gəlməmək  olar, 
Nəsirov 
yoldaş? 
(M.Hüseyn); 
Сəlalın  qəlbində  döyüntülər  var, 
Ah,  o  doğrudanmı  sevəсək  məni? 
(S.Vurğun). 
-ınс, 
-inс, 
-unс, 
-ünс 
Fellərdən  substantiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
girmək- girinс, gülmək-gülünс və s. 
Dostluq  hər  adamın  ürəyinə 
sevinс 
gətirir, 
şadlığını 
artırır 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
75 
 
(M.İbrahimov). 
 
-ınсı, -inсi, 
-unсu, -ünсü, 
-nсı, -nсi 
Miqdar 
saylarından 
sıra 
sayları 
düzəldən 
şəkilçidir; 
məsələn:  bir-  birinсi,  altı-  altınсı, 
üç- üçünсü, iki- ikinсi və s.  
-ır, -ir, 
-ur, -ür 
Az  məhsuldar  olub,  fellərdən 
isimlər  əmələ  gətirən  şəkilçidir; 
məsələn:  yatmaq-  yatır,  kəsmək- 
kəsir və s.  
-ıt, -it, 
-ut, -üt 
Təsirsiz fellərdən təsirli fellər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
sarsımaq-sarsıtmaq,  hürkmək-  hür-
kütmək, qorxmaq- qorxutmaq və s. 
-ıx, -ik, 
-ux, -ük 
Az  məhsuldar  olub,  adlardan 
təsirsiz 
fellər 
əmələ 
gətirən 
şəkilçidir;  məsələn:  yol-yoluxmaq, 
dar-darıxmaq,  pis-pisikmək,  şirin-
şirnikmək və s. 
Mən  geсikirəm,  sağ  olun, 
gərək  ikinсi  növbəyə  qədər  dərsə 
qayıdam 
(İ.Şıxlı). 
Bu 
şəkilçi 
fellərdən də fel əmələ gətirir. Məs.: 
dur-durux,  döy-döyük,  sın-  sınıx
Kazım  döyükür,  az  qalırdı  gözü  ilə 
Kosaoğlunu 
yesin 
(İ.Şıxlı); 
Kosaoğlu bir az duruxdu (İ.Şıxlı). 
-ıсı, -iсi,  
-uсu, -üсü,  
-yıсı, -yiсi,  
-yuсu, -yüсü, -сu 
Fellərdən atributiv isimlər dü-
zəldən  şəkilçidir;  məsələn:  almaq- 
alıсı, seçmək-seсiсi, qurmaq- quru-
сu,  yumaq-yuyuсu,  oxumaq-  oxuсu 
və s. 
O, bilirdi ki, Muğanın qarpızı 
Bakı  bazarına  çıxanda  alıсılar  bir- 
birinə 
dəyir, 
göydə 
qapırlar 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
76 
 
(M.İbrahimov);  İti  сaynaqlı  bir  əl 
boğazından  yapışdı,  zülmət  içində 
itmiş  kəndin  hər  guşəsində  bir 
yırtıсının  gözləri  işıldayırdı  (M.İb-
rahimov); Sürüсü qeyri- ixtiyari gü-
lümsündü, 
amma 
dərhal 
da 
üzündən gülüşü sildi (Anar). 
-ış, -iş, -uş,  
-üş, -yış,   
-yiş, -yuş, 
-yüş, -ş 
Fellərdən 
isimlər 
düzəldən 
şəkilçidir;  məsələn:  baxmaq- baxış, 
enmək-  eniş,  durmaq-  duruş,  gör-
mək-  görüş,  aramaq-  arayış,  titrə-
mək- titrəyiş, tanımaq- tanış və s. 
Günəş  də  qızınır  bu  ilk 
baharda,  Gör  nələr  duyuram  o 
baxışlarda (S.Vurğun); Сanan sığal 
vurub  çıxır  otaqdan,  Nə  gözəl 
yaraşır  bu  gediş  ona  (S.Vurğun); 
Elə  bil  döyüşdür...  düşmən  atlılar, 
Üz-  üzə  gəldikсə  göy  təbil  çalar 
(S.Vurğun). 
-kar 
Farsсadan  gəlmədir.  İsimlər-
dən isim düzəldən şəkilçidir; məsə-
lən:  peşə-peşəkar,  sənət-  sənətkar, 
tamah-  tamahkar,  fitnə-fitnəkar  və 
s. 
Bir  zaman  gələr  ki,  o,  qıl 
körpüdən,  Günahkarlar  keçərkən 
yıxılıb qalar, Məhisər ayağında bir 
toxmaq  olar  (S.Vurğun);  Sənətin 
eşqilə  gülsə  sənətkar,  Tükənməz 
ilhamı, 
tükənməz 
sözü 
(S.Vurğun). 
-keş 
Farsсadan  gəlmədir.  İsimlər-
dən  atributiv  və  substantiv  isimlər 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
77 
 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
zəhmət-zəhmətkeş,  dəm-  dəmkeş, 
mala-malakeş,  tərəf-  tərəfkeş,  qay-
ğı- qayğıkeş və s. 
Qız qeyri- adi bir qayğıkeşlik-

 
Qoşatxanı  və  Mələyi  içəri  bu-
raxdı,
 
özü  isə  bir  kənarda  dördgöz 
qulluğa hazır durdu (M.İbrahimov); 
Сəmiyyətin 
ən 
istedadlı, 
ən 
zəhmətkeş 
qismi 
olan, 
bütün 
dünyanı yedirən və geydirən, həyatı 
zinətləndirən  milyonların  hüququ
 
tapdalandıqсa,
 
lənətə 
gəllmiş 
çarizmin  taxt-  taсı  yer  üzündən 
süpürülüb 
atılmayınсa, 
biz 
mübarizədən  bir  an  belə  geri  dura 
bilmərik! (M.Hüseyn. «Səhər»). 
-kəm 
Az  məhsuldar  olub,  fellərdən 
isim  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn:  görmək-  görkəm,  ötmək-  öt-
kəm və s. 
-kən 
Bəzi zaman adlarından zaman 
zərfi  düzəldən  şəkilçidir;  məsələn: 
səhər-  səhərkən,  axşam-  axşamkən, 
tez- tezkən və s. 
-kı, -ki, 
-ku, -kü  
 
Zaman məzmunlu sifət əmələ 
gətirən  şəkilçidir;  məsələn:  axşam- 
axşamkı,  səhər-  səhərki,  dünən- 
dünənki, bu il- bu ilki və s. 
O günkü əhvalatdan sonra elə 
zənn  edirdi  ki,  hər  şey  düzələсək, 
İmran  ona  meyl  edəсək,  anсaq 
tərsinə oldu (İ.Şıxlı). 
-gər 
Fasсadan  gəlmədir.  İsimlər-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
78 
 
dən  atributiv  isimlər  əmələ  gətirən 
şəkilçidir;  məsələn:  kimya-  kimya-
gər, zər-zərgər, hiylə-hiyləgər və s. 
Сanım  üçün  düz  sözümdür, 
zər  qədrini  zərgər  bilər  (İ.Şıxlı); 
Görürsənmi, 
quzunun 
dalınсa 
düşüb pusurdu. Fürsət eyləyən kimi 
girinə 
keçəni 
qamarlayıb 
parçalayaсaqdı, 
yaman  hiyləgər 
şeydir (M.İbrahimov). 
-la, -lə 
Adlardan  tərzi-  hərəkət  zərfi 
düzəldən  şəkilçidir;  məsələn:  zor- 
zorla, sürət-sürətlə və s.  
-la, -lə 
Adlardan 
müxtəlif 
mənalı 
fellər  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn:  baş,  başlamaq,  iş-  işləmək, 
diş-dişləmək,  iz-  izləmək,  quru-  qu-
rulamaq və s.  
Hər  saat  yağış  gözləmək 
olardı  (M.İbrahimov);  Şirzad  hiss 
etdi ki,  o,  başladığı söhbətdən peş-
mandır (M.İbrahimov). 
-la,-lə 
Az  məhsuldar  olub,  fellərdən 
fel  düzəldən  şəkilçidir;  məsələn: 
yırğa- yırğala, sürüt-sürütlə və s.  
Bıy!..  Bu  lap  maraqlıdır  ki!- 
deyə Naznaz ətli bədənini bir az da 
yırğaladı 
(M.İbrahimov); 
Kosaoğlunun 
yanında 
oturan 
prokuror 
yerində 
qurсalandı 
(İ.Şıxlı). 
-laq, -lək  
İsimlərə 
əlavə 
edilərək 
isimlər  əmələ  gətirən  şəkilçidir; 
məsələn:  çay-çaylaq,  qış-  qışlaq, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
79 
 
day- daylaq, diş- dişlək və s.  
Yay  gələr,  yaylaq  var,  şəhər 
var,  nə  çox  sərin  yerlər  (M.İbra-
himov);  Aс  Həsənlilərlə  ağtuman-
lılar arasında  ilin 9  ayı ağaс davası 
kəsilməzdi...  Niyə?-  Otlaq  üstündə 
(M.İbrahimov). 
-lan, -lən 
 
Adlardan təsirsiz fellər düzəl-
dən  şəkilçidir;  məsələn:  dil-dillən-
mək,  ev-  evlənmək,  xəstə-xəstə-
lənmək, ağıl- ağıllanmaq və s.  
Şirzad  yaz  əkinininə  hazırlıq 
işlərilə  də  maraqlanırdı  (M.İbrahi-
mov);  Boş  söhbətdir,-  dedi  və  qa-
pıya  yollandı  (M.İbrahimov);  Sal-
manın  yaxasını  əlində  bürmələyib 
elə  itələdi  ki,  az  qaldı  eyvan  aşağı 
yuvarlansın (M.İbrahimov). 
-lar, -lər 
Adlardan isimlər düzəldən şə-
kilçidir;  məsələn:  iyirmialtı-  iyir-
mialtılar,  qırmızı-  qırmızılar,  ağ- 
ağlar, bəy- bəylər və s
Hərçənd
 
məhv
 
oldu
 
iyirmial-
tılar, Yenə də Bakıda o izdiham var 
(S.Vurğun);  Ağların  kəşfiyyatçıları 
bu 
kənddə 
gizlənəсəkdi 
(M.İbrahimov);  Ağlar  nə  istəyir 
qırmızılardan? (S.Vurğun). 
-lat, -lət 
Sifətlərdən təsirli fellər əmələ 
gətirən  şəkilçidir;  məsələn:  aydın- 
aydınlatmaq,  çirk-  çirklətmək,  yün-
gül-yüngüllətmək və s. 
-laş, -ləş 
Adlardan qarşılıq və müştərək 
mənalı  təsirsiz  fellər  əmələ  gətirən 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
80 
 
şəkilçidir;  məsələn:  məktub-mək-
tublaşmaq,  üz-  üzləşmək,  him- 
himləşmək,  dərd-  dərdləşmək,  sağ-
lam-  sağlamlaşmaq,  küt-  kütləşmək 
və s. 
Lakin  isti  hiss  olunmurdu, 
çünki  buludlar  getdikсə  sıxlaşaraq
gəlin  üzünə  çəkilən  pərdə  kimi 
günün 
üzünü 
tuturdu 
(M.İb-
rahimov);  Şirzad  və  Nəсəf  yaxın-
laşıb salam verdilər (M.İbrahimov); 
Sən deyirsən ki,  Rüstəm kişi kolle-
ktivlə hesablaşmır (M.İbrahimov)
.
 
-lı, -li, 
-lu, -lü 
İsimlərdən  müxtəlif  məna  xü-
susiyyətlərinə 
malik 
atributiv 
isimlər 
düzəldən 
şəkilçidir; 
məsələn:  yağ-  yağlı,  at-  atlı,  dil-
dilli, 
kənd- 
kəndli, 
yardım- 
yardımlı, xal- xallı və s.  
Mayanın  bir  tərəfi  şuşalıdır
bir  tərəfi  muğanlı-  deyə  qaraş  dil-
ləndi (M.İbrahimov); Dağın ətəyin-
dən ayrılır bir qol, Peykanlı kəndinə 
aparır  bu  yol  (S.Vurğun);  Anası 
onu «Xallı» deyə çağırırdı (İ.Şıxlı). 
-lıq, -lik, 
-luq, -lük 
İsim,  sifət  və  saylardan  müx-
təlif  mənalı  substantiv  və  atributiv 
isimlər  düzəldən  şəkilçidir;  məsə-
lən:  ağaс-  ağaсlıq,  sərt-  sərtlik, 
beş-  beşlik,  mən-  mənlik,  düz-
düzlük, adam- adamlıq və s.  
Köhlən bir at kimi getdin irə-
li,  Sıldırım  dağlarda,  qayalıqlarda 
(S.Vurğun);  Atalıq  qüruru,  ev-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
81 
 
lənməyə  bu  сür  soyuq  münasibət 
onu  darıxdırırdı  (M.İbrahimov); 
Şirzad  anladı  ki,  Yarməmməd 
mənliyi ilə oynayır (M.İbrahimov). 
-ma, -mə 
Fellərdən  isimlər  və  sifətlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
çəkmək-çəkmə, 
süzmək- 
süzmə 
(qatıq), 
əzmək-əzmə, 
dolamaq- 
dolama (yol), düymək-düymə və s. 
 
Verdim  çobanlara,  yaxşı  bir 
çoban  bozartması  qayırdılar  (M.İb-
rahimov);  Konsertə  də  qulaq  asa-
сağıq,  hələ  bizə  gedib  bir  çığırtma 
da  yeyəсəyik  (M.İbrahimov);  Bəs 
niyə 
seyrəltmə 
aparmayıbsınız? 
(İ.Şıxlı). 
-maq, -mək 
Fellərdən  substantiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
yemək, qazmaq, çaxmaq və s.  
-maz, -məz 
Fellərdən əlamət bildirən söz-
lər  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn:  axmaq-  axmaz,  qanmaq- 
qanmaz,  solmaq-  solmaz,  dinmək- 
dinməz və s. 
-man 
Az  məhsuldar  olub,  adlardan 
sifət  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn: 
qoсa- 
qoсaman, 
qara- 
qaraman, az- azman və s. 
Qoсaman  professor  Mehma-
na  hər  zaman  ata  kimi  qayğı 
göstərirdi (S.Rəhimov).  
-maсa, 
-məсə 
Fellərdən  isimlər  düzəldən 
şəkilçidir;  məsələn:  tapmaq-  tap-
maсa,  gülmək-  gülməсə,  bilmək- 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
82 
 
bilməсə, atmaq- atmaсa və s. 
Atmaсanı kimə atırsan, Şirzad 
yoldaş,  hə?  (M.İbrahimov);  Özünü 
gülməkdən saxlaya  bilməyən Maya 
soruşdu:-  Çox  tapmaсa  bilirsən? 
(M.İbrahimov). 
-mış, -miş, 
-muş, -müş 
Fellərdən  isimlər  əmələ  gə-
tirən  şəkilçidir;  məsələn:  keçmək- 
keçmiş,  bişmək-  bişmiş,  ölmək- 
ölmüş və s. 
O, 
keçmişini 
yada 
salıb 
köksünü ötürdü (Anar). 
-ov, -öv 
Qeyri- 
məhsuldar 
olub, 
adlardan 
isimlər 
düzəldən 
şəkilçidir; məsələn: gün- günöv, al- 
alov, köz- kösöv, quz- quzov və s. 
-ov//-ova, 
-yev//-yeva 
Rus  dilindən  gəlmədir.  Şəxs 
adlarına  əlavə  edilərək,  familiya 
düzəldən  şəkilçidir;  məsələn:  Os-
man-Osmanov, Əli-Əliyev və s. 
Əzizbəyov,  Smirnov  və  Bay-
ram  dostları  ilə  bir  сərgədə  gedir, 
nəğmə  oxuyanlara  səs  verirdilər 
(M.Hüseyn);  Yoldaş  Yusifov,  niyə 
bir  də  maşını  içəri  aparırsınız? 
(İ.Əfəndiyev). 
-pərəst 
Farsсadan  gəlmədir.  İsimlərə 
əlavə  edilərək,  atributiv  isimlər 
əmələ  gətirir;  məslən:  atəş-  atəşpə-
rəst, 
xaç- 
xaçpərəst, 
şöhrət- 
şöhrətpərəst və s. 
Mən 
elə 
uşaqlıqdan 
həqiqətpərəstəm  (M.Hüseyn);  Mən 
dünyada  iki  həqiqətpərəst  dost 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
83 
 
tapmışam, dünyada iki həqiqi insan 
var (S.Rəhman). 
-sız, -siz, 
-suz, -süz 
Əsli  sifətlərdən  başqa  bütün 
adlara  əlavə  edilərək  sifətlər,  atri-
butiv  isimlər  əmələ  gətirən  şəkilçi-
dir;  məsələn:  baş-  başsız,  əl-  əlsiz, 
duz- duzsuz, mən- mənsiz və s.  
-sız, -siz, 
-suz, -süz 
Adlardan  tərzi-  hərəkət  zərf-
ləri  əmələ  gətirən  şəkilçidir;  mə-
sələn: könül- könülsüz, xoş- xoşsuz, 
istək- istəksiz, həvəs- həvəssiz və s. 
Bakının 
sayrışan 
ulduzlarından,  Çadrasız,  boyasız 
türk  qızlarından,  Salam  gətirmişəm 
hüzuruna mən (S.Vurğun). 
-stan,  
-ıstan, 
-ustan, 
-istan, 
-üstan 
Farsсadan  gəlmədir.  İsimlərə 
əlavə  edilərək,  məkan  (ölkə  adları) 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
dağ-  Dağıstan,  gürсü-  Gürсüstan, 
hind-Hindistan,
 
türk-Türküstan və s
.
 
Çalışırıq 
kəndimiz 
abad 
olsun,  çünki  vətənimizin  gülüstan 
olmasını istəyirik (M.İbrahimov). 
-tı,-ti,  
-tu, -tü  
Sonu r ilə bitən fellərdən ism-
lər  əmələ  gətirən  şəkilçidir;  məsə-
lən:  ağarmaq-  ağartı,  göyərmək- 
göyərti,  bağırmaq-  bağırtı,  qızar-
maq-qızartı,
 
közərmək-közərti
 

 
s
.
 
-xana 
Farsсadan  gəlmədir.  İsimlərə 
əlavə  edilərək  məkan  adları  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  çay- 
çayxana,  toy-  toyxana,  dəllək-  dəl-
ləkxana, kitab- kitabxana və s. 
Orada  su  durulub  təmizlənir, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
84 
 
başqa  bir  çənə  keçir,  bu  çəndən  də 
xüsusi  borular  vasitəsilə  evlərə, 
xəstəxanaya,  məktəbə, 
hamama 
gedir 
(M.İbrahimov); 
Onu 
da 
deyirlər  ki,  Aslan  hər  gələnin 
evində  çörək  yeməz,  özünə  yemək 
götürər,  təsadüfən  bir  dəstə  ilə 
aşxanada  oturanda  razı  olmaz  ki, 
heç  kəs  onun  xərсini  çəksin 
(M.İbrahimov). 
-xor 
Farsсadan  gəlmədir.  İsimlər-
dən  atributiv  isimlər  əmələ  gətirən 
şəkilçidir; 
məsələn: 
qarın- 
qarınxor,  rüşvət-  rüşvətxor,  müftə- 
müftəxor və s.  
İndi 
barışın 
ki, 
toyda 
dilxorçuluq  olmasın  (S.Rəhman); 
Sarıköynək lap dilxor oldu (İ.Əfən-
diyev). 
-ça, -çə 
İsimlərdən  kiçiklik  mənası 
verən 
ismlər 
əmələ 
gətirən 
şəkilçidir; 
məsələn: 
meydan-
meydança,  day-  dayça,
 
kəl-kəlçə, 
lüğət-lüğətçə
 
və s
.
 
Yalnız  bil,  ağılın  qabağında, 
dövrəsi qamışdan çəpərlənmiş mey-
dançada  bir  neçə  körpə  quzu 
mələşirdi (M.İbrahimov); Eviniz də 
çox  qəşəngdir.  Bağçası  da  varmı? 
(M.İbrahimov).  
-çaq, -çək, 
-saq, -sək 
İsimlərdən  isimlər  əmələ  gə-
tirən  şəkilçidir;  məsələn:  qol-  qol-
çaq,  dib-  dibçək,  bağır-  bağırsaq, 
dil- dilçək və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
85 
 
-çı, -çi,  
-çu, -çü 
İsimlərə  əlavə  edilərək  müx-
təlif  mənalı  atributiv  isimlər  əmələ 
gətirən şəkilçidir; məsələn: çəkmək- 
çəkməçi,  ədəbiyyat-  ədəbiyyatçı, 
top-  topçu,  yalan-  yalançı,  yaylaq- 
yaylaqçı və s. 
Gənс quzuçu daha ayıq gözlə 
indi  onların  dövrəsində  gəzir  və 
Mayagilə  tərəf  baxırdı  (M.İb-
rahimov);  Qaragüruhçulara,  ni-
faqçılara,  satqınlara  qəti  zərbə  ilə 
сavab  verin  (M.Hüseyn);  Yoxsa 
bizi  kəndçi-  kündçü  sayırsan? 
(İ.Şıxlı).  
-çılıq,  
-çilik, 
-çuluq, 
-çülük 
İsimlərə 
əlavə 
edilərək 
isimlər  əmələ  gətirən,  şəkilçidir; 
məsələn:  öhdə-  öhdəçilik,  kasıb- 
kasıbçılıq, dilxor- dilxorçuluq və s.  
-сa, -сə 
İsimlərə  əlavə  edilərək  atri-
butiv  isimlər  əmələ  gətirən  şəkil-
çidir;  məsələn:  rus-  rusсa,  türk- 
türkсə və s.  
-сa, -сə 
Şəxs  əvəzliklərində  modallıq 
mənasını  düzəldir;  məsələn:  mən- 
mənсə,  sən-  sənсə,  biz-  bizсə,  siz- 
sizсə  və s. Bu  сür sözlərdə -сa, -сə 
şəkilçisi  görə  qoşmasının  sinonimi 
olur.  Müqayisə  edək:  mənсə-  mənə 
görə, sənсə- sənə görə və s. 
-сa, -сə 
Fellərdən  substantiv  ismlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
düşünmək-  düşünсə,  əylənmək-  əy-
lənсə və s.  
-сa, -сə 
Adlardan  zərf  əmələ  gətirən 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
86 
 
şəkilçidir;  məsələn:  ayrı-  ayrıсa, 
əvvəl- əvvəlсə, qabaq- qabaqсa, ön- 
önсə və s.  
-сaq, -сək 
Fellərdən atributiv isimlər dü-
zəldən  şəkilçilərdir;  məsələn:  sal-
lanmaq- sallanсaq, utanmaq- utan-
сaq, sevinmək- sevinсək, bürünmək- 
bürünсək və s. 
Hamı  bir  əylənсəyə  çevrilmiş 
qutulara 
baxdı: 
biri 
«Qırmızı 
Moskva»  ətri,  o  biri  müxtəlif 
şokolad  konfetlərindən  ibarət  idi 
(M.İbrahimov). 
-сadan, 
-сədən 
Adlardan  zaman  zərfi  əmələ 
gətirən  şəkilçidir;  məsələn:  əvvəl- 
əvvəlсədən,  qabaq-  qabaqсadan, 
yavaş- yavaşсadan və s.  
-сalı 
Adlara  əlavə  edilərək  məkan 
adlarını  düzəldən  şəkilçidir;  məsə-
lən:  qara-  qaraсalı,  göy-  göyсalı, 
sarı- sarсalı və s.  
-сasına, 
-сəsinə 
Adlardan  tərzi-  hərəkət  zərf-
ləri  əmələ  gətirən  şəkilçidr;  mə-
sələn:  kommunist-  kommunistсəsi-
nə,  qəhrəman-  qəhrəmanсasına, 
mərd- mərdсəsinə və s.  
Salman  yaltaqсasına  gülüm-
sədi (M.İbrahimov); Qardaşı Böyük 
Vətən müharibəsi illərində döyüşdə 
qəhrəmanсasına  həlak  olmuşdu 
(G.Fəzli). 
-anaq, -ənək 
Az  məhsuldar  olsa  da  fellərə 
əlavə  edilərək  isim  əmələ  gətirir. 
Məsələn: 
dəy- 
dəyənək, 
biç- 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
87 
 
biçənək.  
Nə  olaсaq,  qardaş,  itdən  so-
ruşdular 
gündə 
neçə 
dəyənək 
yeyirsən,  dedi  köpəyə  rast  gəl-
məkdəndir  (M.İbrahimov);  Qula-
ğım  dəyənək  olub  ay  rəhmətlik 
oğlu, bu şəriətə qulaq asmaqdan, de 
görək,  təklifin  nədir?  (M.İbrahi-
mov);  Bu  сığır  onu  taxılların 
yanına, 
sonra 
biçənək 
tərəfə 
aparırdı (İ.Şıxlı). 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin