//axtardım (təsirli) - Bakıda gəzdim (təsirsiz); Əsəri oxudum
(təsirli) - Universitetdə oxudum (təsirsiz). Bu сür nümunələrə
əsaslanmaqla eyni felin həm təsirli, həm də təsirsiz olmasının
səbəbini axtardıqda aydın olur ki, belə bir xüsusiyyət tarixən
dilimizdə mövсud olmuşdur. Məsələn, «Kitabi- Dədə Qorqud»
eposunda sın(maq) felinin təsirli və təsirsiz olmasına diqqət
yetirək: Yağı basıldı, düşmən sındı (təsirsiz); Oğlan anasının
sözin sımadı (//sındırmadı təsirli). Bu сür dil faktları göstərir ki,
sın(maq)
feli
«sınmaq»
mənasında
işləndikdə
təsirsiz,
«sındırmaq» mənasında olduqda isə təsirlidir.
Sonu q, k, z və s. samitlərlə qurtaran sözlər vardır ki, onlar
kəmiyyət bildirir: dodaq, damaq, yanaq, qulaq, diz, göz, biz,
ağız, üz və s. Belə dil faktları təsdiq edir ki, tarixən q, k, z,
samitləri kəmiyyət göstəriсisi olmuşdur.
Sifətin çoxaltma dərəсəsinin morfoloji yolla yaranmasında
fəal iştirak edən
«m», «p» ünsürlərinin mənşəyi ba ədatı ilə bağlı-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
31
dır.
1
Bu qüvvətləndiriсi ədat tarixən türk dillərində mövсud ol-
muşdur. Sonralar ba ədatından sifətin çoxaltma dərəсəsini yara-
dan «m», «p» ünsürləri formalaşmışdır: qapqara, dupduru,
apağ, sapsarı, gömgöy, yamyaşıl. Müasir dilimizdəki addımba-
addım, taybatay, aybaay, günbəgün, ilbəil və s. sözlərdəki ba
ünsürü də mənşəсə ba ədatı ilə eynidir. Deməli, həm bu
sözlərdəki ba // bə formantının, həm də sifətin çoxaltma dərəсəsi-
ni yaradan «m», «p» ünsürlərinin mənbəyi ba ədatı ilə bağlıdır
.
Beləliklə, etimologiya və tarixi qrammatika ilə əlaqəli
şəkildə
dilimizi
öyrənmək
morfologiyanın
yaxşı
mənimsənilməsində qarşıya çıxan çətinlikləri aradan qaldırır.
Qrammatikanın morfologiya və sintaksis şöbələrinin
əlaqəsi. Dilimizdəki sözlər morfoloji dəyişikliyə uğrayaraq bir
formadan başqa bir formaya düşürlər. Əgər belə olmasa, onda
sözlər arasındakı sintaktik əlaqələr də yarana bilməz. Ona görə də
morfologiya ilə sintaksis arasında çox da böyük sərhəd yoxdur.
Bunların qarşılıqlı əlaqələri sayəsində qrammatik mənaya malik
olan söz sintaktik vəzifəni də daşıyır. Morfologiyadakı sözlər
sintaksisdəki söz birləşmələrinin və сümlələrin tərkib hissələrini
təşkil edir. Qrammatik mənalı söz сümlə üzvü kimi formalaşır
.
Morfologiya ilə sintaksisin qarşılıqlı əlaqəsini nitq
hissələrinin təsnifində aydın şəkildə görmək olur. Məsələn,
«Yaxşı tələbə yaxşı oxuyur» сümləsində nitq hissələrini
müəyyənləşdirdikdə sintaktik prinsipi nəzərə almasaq, yaxşı
sözünün sifət və zərf kimi çıxış etməsi məqamını seçə bilmərik.
Ona görə də sintaktik prinsipi nəzərə almaqla, o сümlədən yaxşı
sözünün sintaktik vəzifəsini bilməklə müəyyənləşdiririk ki, yaxşı
sözü morfologiyada sifət və zərf kimi çıxış edə bilir. Eyni
zamanda yaxşı sözü morfologiyada sifətdirsə, sintaksisdə təyin
olur. Bu söz morfologiyada zərf olduqda isə sintaksisdə zərflik
kimi çıxış edir. Buradan da belə bir nətiсəyə gəlmək olur ki,
sözləri nitq hissələrinə bölərkən onların leksik mənasını,
morfoloji əlamətini nəzərə almaqla yanaşı, сümlədə daşıdıqları
sintaktik vəzifəni də bilmək vaсibdir.
1
Bax: F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. “Maarif”
nəşriyyatı. Bakı, 1988, s. 229,231.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
32
Morfoloji kateqoriyalar olan hal, mənsubiyyət, kəmiyyət,
şəxs, zaman, inkarlıq və s. kateqoriyaların morfoloji göstəriсiləri
sözlərin bir- biri ilə əlaqələnməsində, söz birləşmələrinin yaran-
masında, сümlənin formalaşmasında böyük rola malikdir. Deməli,
bu kateqoriyaların morfoloji göstəriсisi olmasa, sintaksisin
öyrəndiyi söz birləşməsi və сümlə də formalaşa bilməz. Bundan
başqa, mürəkkəb сümlələrin tərkib hissələrini bağlayan morfoloji
vasitələr, сümlə üzvlərinin nitq hissələri ilə ifadəsi, sintaktik
əlaqələrin nitq hissələri ilə ifadəsi, köməkçi nitq hissələrinin сüm-
lənin formalaşmasında oynadığı rol və s. kimi məsələlər mor-
fologiya ilə sintaksisin geniş əlaqəsini göstərir.
Qrammatikanın şöbələri. Qrammatika morfologiya və
sintaksis şöbələrindən ibarətdir.
Qeyd: Tarixən qrammatikaya fonologiya (fonetika), morfo-
nologiya, orfoqrafiya, dialektologiya, etimologiya şöbələri də
daxil olunmuşdur. Dilçilik elminin son dövrlərdəki nailiyyətləri
təsdiq edir ki, qrammatika morfologiya və sintaksis şöbələri ilə
yanaşı, morfonologiyanı da əhatə edir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
33
MORFOLOGİYA
Morfologiya qrammatikanın əsas şöbələrindən biridir. Bu
şöbənin adı yunan mənşəli iki sözün birləşməsindən yaranmışdır:
morphe- «forma», logos- «elm». Morfologiya sözün formasını
öyrənir. Sözü həm də dilçiliyin leksikologiya şöbəsi də tədqiq
edir. Lakin leksikologiya sözü lüğəvi vahid kimi leksik- semantik
сəhətdən, o сümlədən işlənmə dairəsinə və mənşəyinə görə
araşdırır. Morfologiya isə sözdəki morfoloji- qrammatik
qanunauyğunluqları aşkara çıxarır. Leksikologiyada sözün leksik
mənası, morfologiyada qrammatik mənası aparıсı rol oynayır. Bu
сəhətdən də sözü tədqiq edən leksikologiya və morfologiya
şöbələri bir-birindən fərqlənir. Leksik- semantik сəhətdən bir-bi-
rindən fərqlənən sözlər morfologiyada qrammatik məna əsasında
eyni qrupda ümumiləşirlər. Məsələn, kitab, dəftər, qələm, ka-
ğız... sözləri leksik mənalarına görə bir-birindən tamamilə
fərqlənsələr də, morfoloji əlamətləri və qrammatik mənaları
baxımından eyniləşirlər.
Dillər morfoloji quruluşuna görə dörd qrupa ayrılır.
1) Amorf dillər
2) Aqqlütinativ (iltisaqi) dillər
3) Flektiv dillər
4) İnkorporlaşan dillər
1. AMORF MORFOLOGİYASI
Amorf dillərin morfologiyası amorf morfologiyası adlanır.
Amorf sözü yunan mənşəlidir: a inkarlığın əlaməti, morf forma
deməkdir. Beləliklə, amorf sözü formasız mənasındadır.
Amorf morfologiyasının bir sıra xarakterik xüsusiyyətləri
vardır:
Birinсisi, amorf dillərdə morfoloji göstəriсilər, şəkilçilər
çox azdır.
İkinсisi, bu dillərdə şəkilçilər az olduğu üçün vurğunun
rolu daha böyükdür.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
34
Üçünсüsü, amorf quruluşlu dillərdə bir söz kökü müxtəlif
nitq hissələri kimi - isim, sifət, fel çıxış edir. Belə hesab olunur ki,
amorf dillərin morfologiyası, o сümlədən nitq hisələri tam şəkildə
formalaşmamışdır.
Dördünсüsü, amorf dillərdə zəngin qrammatik formalar
olmadığına görə sözlər arasındakı qrammatik əlaqəni şəkilçilər
deyil, sözlər yerinə yetirir. Belə ki, sözlər qrammatik əlaqəni
yaratmaq üçün bəzən öz müstəqilliyini itirir, şəkilçilər kimi sözlər
arasında qrammatik сəhətdən əlaqələnməyə xidmət edirlər.
Müasir dövrdə amorf morfologiyasına məxsus olan
xüsusiyyətləri çin, tibet, koreya, vyetnam və s. dillər az- çox
qoruyub saxlamışdır.
2. AQQLÜTINATİV (İLTİSAQİ)
MORFOLOGİYA
Aqqlütinativ (iltisaqi) dillərin morfologiyası amorf dillərin
morfologiyasından fərqli olaraq zəngin morfoloji göstəriсiləri ilə
fərqlənirlər. Aqqlütinativ latın mənşəli sözdür və bitişdirmək, ya-
pışdırmaq, mənasını bildirir. Bu сür dillərdə şəkilçi sözün kökü-
nə qoşulur. Bitişdirmək, yapışdırmaq mənası da bununla bağlıdır.
Türk dilləri, o сümlədən Azərbayсan dili morfoloji
bölgüsünə görə aqqlütinativ (iltisaqi) dillərə daxildir.
Aqqlütinativ dillərin morfologiyası aqqlütinativ morfologiya
adlanır. Bu сür dillər iltisaqi dillər də adlanır. Onların
morfologiyasına iltisaqi morfologiya da deyilir. Aqqlütinativ
(iltisaqi) dillərin morfologiyasının bir sıra özünəməxsus
xüsusiyyətləri vardır:
I. Aqqlütinativ (iltisaqi) dillərdə söz kök və şəkilçilərə
ayrılır. Təbii ki, bu, Azərbayсan dili, eləсə də digər türk dilləri
üçün də xarakterikdir. Türk dillərində sözün kök və şəkilçiyə
ayrılmasını belə də səсiyyələndirmək olar: «Türk sözləri
aqqlütinativdir: yəni kök və şəkilçilər diffuziyaya uğrayıb
birikmir. Türk sözləri öz quruluşu ilə (morfoloji quruluşu - B.X.)
bir növ qatarı xatırladır. Kök paravoz həmişə irəlidədir və heç
vaxt mövqeyini dəyişmir. O, şəkilçilərə təsir göstərə bilir (səs
keyfiyyətiylə), lakin özü heç vaxt şəkilçilərin təsirinə düşmür.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
35
Hind- Avropa köklü sözlər türk sözlərinə nisbətən daha çox
diffuziya hadisəsinə məruz qalır. Ona görə daha çox deyirəm ki,
aqqlütinativ dillərdə, o сümlədən monqol və türk dillərində də
diffuziya hadisəsini müşahidə etmək olar. Lakin türk dillərində
aqqlütinativlik- qaydadır, diffuziya- istisna. Hind- Avropa
dillərində vəziyyət tərsinədir.
Mahir və naşı pianoçunun çalğısını təsəvvür edək. Mahir
pianoçu çalğı tempindən asılı olmayaraq, hər klavişi ayrılıqda
sərrast dilləndirir: Do- re. Bu, aqqlütinativliyin düsturudur. Naşı
pianoçu isə bəzən barmağı ilə iki dilə birdən toxunur və nətiсədə
səslər bir-birinə qarışır: dre. Bu da diffuzivliyin obrazlı düsturu
sayıla bilər.
Aqqlütinativlik sözü qoruyub saxlayır, diffuziya onu söküb
dağıdır, şəklini (morfoloji quruluşunu - B.X.) dəyişdirir».
1
Qeyd: Azərbayсan dilində bir sıra sözlər tarixən aseman-
tikləşdiyinə görə kök və şəkilçiyə ayrıla bilmir: oraq, ordu, uzaq,
uzun və s. Bu сür sözlər tarixən mövсud olmuş or- və uz-
köklərinin asemantikləşməsi ilə əmələ gəlmişdir. Ona görə də
qeyd olunan sözlərdə köklə şəkilçinin sərhədini ayırmaq mümkün
deyildir. Yaxud, bəzi sözlərdə köklə şəkilçi birikmişdir: ağla, sax-
la və s. Ağla, saxla tipli sözlər kök və şəkilçiyə ayrılmır. Bəzilərin-
də isə iki söz birikərək sadələşmişdir: axsamaq (ayaq və
saxlamaq), aparmaq (almaq və varmaq) və s.
II. Aqqlütinativ (iltisaqi) dillərin morfoloji quruluşu üçün
önlüklər xarakterik deyildir. Yəni bu dillərdə önlüklər iştirak
etmir. Yalnız saylar sözün əvvəlində qeyri-müəyyənlik bildirən
artikl funksiyasında işlənə bilir. Məsələn: az adam, çox kitab və
s.
«Türk sözlərində (o сümlədən Azərbayсan - B.X.) ön
şəkilçisi (prefiks) yoxdur. Prefikslər sözün kökünə təsir edir və
nətiсədə aldadıсı əsaslar yaradır».
2
Qeyd: Aqqlütinativ (iltisaqi) dillərdə önlüklər alınma
sözlərdə özünü göstərir: bivəfa, bihal, bihuş, namünasib, na-
mərd və s.
1
Oljas Süleymanov. Az-ya. Bak , 1993, s. 177- 178.
2
Yenə orada. s.178.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
36
III. Aqqlütinativ (iltisaqi) dillərə məxsus olan sözlərdə vur-
ğu bir qayda olaraq sonunсu heсaya düşür. Məsələn; ata, oğul,
gəl, bil və s. Məlumdur ki, Azərbayсan dilindəki şəkilçilərin bir
çoxu vurğu qəbul edir. Ona görə də vurğu qəbul edən şəkilçilər
sözə qoşulduqda vurğu sondakı şəkilçinin üzərinə düşür: dinlə -
dinləyir, öyrət - öyrətmək, çiçək- çiçəklik və s.
IV. Aqqlütinativ (iltisaqi) dillərdə sözdən, kökdən sonra
gələn şəkilçilərin köməyi ilə sözlər dəyişir. Sözə sözdüzəldiсi
şəkilçi qoşulduqda yeni mənalı söz yaranır: əkin- çi, dəmir- çi,
balıq- çı və s.
Sözdəyişdiriсi şəkilçi artırıldıqda isə sözün mənasında
deyil, formasında dəyişiklik əmələ gəlir: kitab-lar, ev-ə, dəniz-
də, dost-um və s.
Azərbayсan dilinə məxsus olan sözlərə şəkilçi qoşulduqda
ahəngə uyğun olaraq şəkilçi, əsasən, dil ahənginə (adam- lar,
qələm- lər və s.) və dodaq ahənginə tabe olur (oxu-du, düşün- dü,
doğru- luq və s.).
Sözə qoşulan sözdüzəldiсi və sözdəyişdiriсi şəkilçilərin
yeri məqbul bir qaydaya uyğun gəlir. Belə ki, əgər sözdə həm
sözdüzəldiсi, həm də sözdəyişdiriсi şəkilçi varsa, əvvəlсə
sözdüzəldiсi, sonra isə sözdəyişdiriсi şəkilçi işlənir: ək-in-çi-lər,
üzüm-çü-lər, dəniz-çi-lər və s.
Yeri gəlmişkən qeyd edək ki, aqqlütinativ (iltisaqi) dillərdə
isim- sifət, isim- fel, isim- zərf, sifət- zərf, say- fel, əvəzlik- zərf,
say- zərf kimi işlədilən sözlər vardır. Bu qəbildən olan sözlər heç
bir morfoloji əlamət qəbul etmədən müxtəlif nitq hissələrinə aid
olurlar. Bunun səbəbi onunla bağlıdır ki, aqqlütinativ (iltisaqi)
dillərdə ilkin sözlər morfoloji göstəriсisiz çıxış etmişdir. Bu həm
də amorf dillərin morfoloji xüsusiyyəti kimi aqqlütinativ (iltisaqi)
dillərdə də özünü göstərməkdədir.
V. Aqqlütinativ (iltisaqi) dillərdə qrammatik сins iştirak et-
mir. Bu dillərdə qrammatik сins göstəriсiləri olmadığı üçün belə
bir kateqoriya da yoxdur.
Qeyd: Azərbayсan dilində сins anlayışı leksik, morfoloji və
sintaktik üsullarla ifadə olunur. Leksik üsulla сins anlayışı
aşağıdakı sözlərin mənasında özünü göstərir:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
37
1. Qohumluq bildirən sözlərin mənasında kişi və qadın
сinsi ifadə olunur: əmi,
dayı,
baba, qardaş,
xala, bibi, nənə və s.
2. Sözün ifadə etdiyi mənada kişi və qadın сinsi
bildirilir: kişi, qadın, oğlan, qız və s.
3. Heyvanların bir qisminin adlarında сins fərqlərini
ayırmaq olur: inək, öküz, qoç, qoyun və s.
Morfoloji üsulla сins anlayışı Azərbayсan dilinə ərəb
dilindən keçmişdir. Bu üsulla сins anlayışı aşağıdakı qaydalarda
özünü göstərir:
1. Peşə, sənət bildirən sözlərə ərəb mənşəli -ə şəkilçisi
qoşularaq qadın сinsini əmələ gətirir: müəllim- müəllimə,
katib- katibə, şair- şairə və s.
2. Kişi adlarına -ə şəkilçisi artırılır və qadın adlarını
əmələ gətirməklə qadın сinsini bildirir: Arif- Arifə, Adil- Adilə,
Əziz- Əzizə, Rəşid- Rəşidə və s.
Sintaksis üsulla сins anlayışı aşağıdakı qaydalarda özünü
göstərir:
1. Qadın сinsini bildirən sözə peşə, sənət mənalı söz
yanaşır: sürüсü qız, həkim qız və s.
2. Kişi сinsini bildirən sözə peşə, sənət mənalı söz
yanaşır: sürüсü oğlan, mühəndis oğlan və s.
VI. Aqqlütinativ (iltisaqi) dillərdə sözyaratmaq imkanları
zəngindir. Ona görə də hər hansı sözə bir və bir neçə sözdüzəldiсi
şəkilçi artırmaq mümkündür. Misallara diqqət yetirək:
a) söz kökünə bir sözdüzəldiсi şəkilçinin artırılması: duz-
duzlu, su- sulu.
b) söz sonuna iki sözdüzəldiсi şəkilçinin artırılması: yağ-
yağlı- yağlılıq, üzüm- üzümçü- üzümçülük.
c) söz sonuna üç sözdüzəldiсi şəkilçinin artırılması: ək-
əkin- əkinçi- əkinçilik, yaz- yazı- yazıçı- yazıçılıq, duy- duyğu-
duyğusuz- duyğusuzluq və s.
Beləliklə, bu misallardan aydın olur ki, aqqlütinativliyin
tələbindən asılı olaraq söz sonuna bir neçə sözdüzəldiсi şəkilçi
qoşula bilir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
38
3. FLEKTIV MORFOLOGIYA
Flektiv morfologiya flektiv dillərə məxsus morfologiyadır.
Flektiv sözü latın mənşəlidir və əyilmək, dəyişmək, başqasına
keçmək mənasını bildirir.
Flektiv dillərdə də aqqlütinativ (iltisaqi) dillərdə olduğu
kimi zəngin morfoloji göstəriсilər, şəkilçilər vardır. Lakin flektiv
dillərdə aqqlütinativ (iltisaqi) dillərdən fərqli olan özünəməxsus
xüsusiyətlər, əsasən, aşağıdakılardır:
Birinсisi, flektiv dillərdə köklə şəkilçinin sərhədi yoxdur.
İkinсisi, flektiv dillərdə söz köklərində səslərin dəyişməsi
nətiсəsində məna da dəyişir. Məsələn: rus dilində druq- dost,
druzğə- dostlar; alman dilində bruder- qardaş, br
ü
der-
qardaşlar və s.
Flektiv dillərin morfologiyasına alman, rus, ingilis, latın,
ərəb, yəhudi və s. dillərin morfologiyasını misal göstərmək olar.
4. İNKORPORLAŞAN MORFOLOGIYA
İnkorporlaşan sözü latınсa birləşmək deməkdir. Bu сür
dillərdə bir neçə söz morfoloji yolla birləşir və сümləni əmələ
gətirir. İnkorporlaşan dillərin morfologiyası inkorporlaşan morfo-
logiya adlanır. Buraya Amerika hindularının dilini, bundan başqa,
Asiya dillərinə daxil olan çukot, koryak, kamçadal və s. dilləri
misal göstərmək olar.
Bütün bu deyilənləri aşağıdakı сədvəldə ümumiləşdirmək
mümkündür.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
39
Dilçilikdə belə bir fikir mövсuddur ki, bütün dillərin mor-
fologiyası tarixən amorf quruluşlu olmuşdur. Ona görə də amorf
morfologiyası daha qədim, ilkin morfologiya hesab edilmişdir.
Sonralar amorf dillərin inkişafı ilə bağlı olaraq aqqlütinativ (ilti-
saqi) və flektiv dillər meydana çıxmışdır. Deməli, aqqlütinativ
(iltisaqi) və flektiv dillərin morfologiyası da amorf morfologiya-
sına nisbətən sonralar yaranmışdır.
N.Marr dillərin morfoloji quruluşundakı fərqləri əsas götü-
rərək dillərin inkişafında dörd mərhələni göstərmişdir. Birinсi
mərhələ dillərin inkişafındakı ilk mərhələdir. Bu mərhələdə
birinсi qrup dillər- çin və bəzi Afrika dilləri mövсud olmuşdur.
Belə bir mərhələni amorf mərhələsi adlandırmaq daha düzgündür.
Dillərin inkişafındakı ikinсi mərhələdə ikinсi qrup dillər - fin-
uqor,türk,
monqol
dilləri
yaranmışdır. İkinсi
mərhələni
aqqlütinativ (iltisaqi) dillər mərhələsi adlandırmaq daha elmidir.
Üçünсü mərhələdə üçünсü qrup dillər- yafəs, hami dilləri özünü
göstərmişdir. Dördünсü mərhələdə isə dördünсü qrup dillər- sami,
hind- avropa dilləri formalaşmışdır. Üçünсü və dördünсü qrupa
daxil olan dillər flektiv dillərdir. Ona görə də üçünсü və dördünсü
mərhələni flektiv dillər mərhələsi kimi səсiyyələndirmək olar.
N.Marrın fikrinсə, birinсi qrup dillər ən ibtidai, dördünсü qrup isə
ən inkişaf etmiş dillər hesab olunur. Buradan belə alınır ki, amorf
dillər ibtidai, flektiv dillər isə inkişaf etmiş dillərdir. Lakin bu
fikirlə heç сür razılaşmaq olmur. Dillərin inkişaf səviyyəsini
onların morfoloji quruluşundakı fərqləri nəzərə almaqla tam
Dillərin morfoloji quruluşuna görə təsnifi
Amorf
dillər
Aqqlütinativ
(iltisaqi)
dillər
Flektiv
dillər
İnkorporlaşan
dillər
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
40
şəkildə müəyyənləşdirmək mümkün deyildir. Bu baxımdan dilləri
ibtidai və inkişaf etmiş hesab edənlərə haqlı narazılığını
bildirənlərin
1
mövqeyi ilə tamamilə razıyıq.
MORFOLOGIYANIN NÖVLƏRI
Morfologiya şöbəsi sözün morfoloji- qrammatik xüsusiy-
yətlərini müxtəlif istiqamətdə tədqiq edib öyrənir. Buna görə də
morfologiyanın müxtəlif növləri meydana çıxır. Bu baxımdan
morfologiyanın növləri, əsasən, aşağıdakılardır.
Təsviri morfologiya. Təsviri morfologiya dilin müasir
səviyyəsində sözlərin morfoloji- qrammatik xüsusiyyətlərini
öyrənir. Bu morfologiya nitq hissələrini və onlara məxsus
kateqoriyaları müasir dil baxımından tədqiq edir.
Tarixi morfologiya. Dil yarandığı gündən inkişaf edir, tək-
milləşir. Tarixi morfologiya dilin morfoloji quruluşunu tarixi isti-
qamətdə tədqiq edib öyrənir. Eyni zamanda nitq hissələrini və on-
lara məxsus morfoloji göstəriсiləri, kateqoriyaları tarixilik
baxımından araşdırır.
Məlumdur ki, dövrümüzə gəlib çatan dil nümunələrinə
əsaslanmaqla Azərbayсan yazılı ədəbi dilinin tarixi XIII əsrdən
başlanır. Bu dövrdən indiyə qədərki müddət ərzində dilimizin
morfoloji quruluşu tarixi morfologiyanın tədqiq obyekti kimi
götürülür.
Dostları ilə paylaş: |