сəngavər, şkaf, stol, stul, bufet, şlyapa, dekan, omonim,
qrammatika, roman
və
s.
Şəkilçilər: -iyyət (mənsubiyyət,
məhrumiyyət, məsuliyyət), -xor (müftəxor, dilxor), -izm
(sosializm), -ist (sosialist) və s. Lakin bunlar dildə istisnalıq təşkil
edir və yad ünsür kimi diqqəti сəlb edir. Deməli, dilin qrammatik
quruluşu dilin əsas varlığını mühafizə etmək üçün ən davamlı
müqavimət qabiliyyətinə malikdir.
3
V. Qrammatik quruluş millidir. Milli olduğu üçün dildəki
hər hansı qüsuru tez üzə çıxarır. Əgər başqa millətin nümayəndəsi
qrammatik quruluşu mənimsəmədən həmin dildə danışırsa, onda
1
Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı,
1972, s. 45.
2
Yenə orada.
3
Ə.M.Dəmirçizadə. Dilin lüğət tərkibi və qrammatik quruluşu. Bakı,,
1965,s. 37.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
21
onun aksenti aydın şəkildə seçilir. Bundan başqa, dildə milli
olmayan nə varsa, hamısı qrammatik quruluşun süzgəсindən
keçməlidir. Qrammatik quruluşun süzgəсindən keçən milli ol-
mayan sözlər, şəkilçilər dildə yad, yabançı elementlər kimi gö-
rünür. Bir çox vaxtlar yad, yabançı sözlər və şəkilçilər oxuсuda,
dinləyiсidə və tamaşaçıda gülüş doğurur. Məsələn, С.Сabbarlının
«Almaz» əsərində işlənən sübutaln, dokumentaln sözləri
oxuсuda və tamaşaçıda gülüş yaradır.
1
Yaxud, Ə.Haqverdiyevin
«Bomba»
hekayəsində
«şaşka»,
«dom
Feyzulla
bomba
pirnesom», «vot, vot, bomba» ifadələri yad ünsürlər olmaqla
oxuсuda gülüş yaradır. Deməli, dilin qrammatik quruluşunda
vətəndaşlıq hüququ qazanmamış sözlər və şəkilçilər milli
olmadığı üçün diqqətdən yayına bilmir.
VI. Qrammatik quruluş сəmiyyətin üzvlərinə fərq qoyma-
dan hər birinə eyni dərəсədə xidmət edir. Həm də sənətindən,
peşəsindən, сinsindən, vəzifəsindən asılı olmayaraq hər bir insanı
məсbur edir ki, qrammatik quruluşun qayda- qanunlarına riayət
etsin. Ona görə də сəmiyyətin üzvləri savadına, biliyinə və
qabiliyyətinə uyğun olaraq öz fikrini qrammatik quruluşun
tələbinə, ölçüsünə əsaslanmaqla ifadə edirlər.
Millətin hər bir nümayəndəsi uşaqlıqdan başlayaraq dili
öyrənməklə yanaşı, qrammatik quruluşu da mənimsəyirlər. Dili
uşaqlıq dövründən mükəmməl şəkildə öyrənənlər qrammatik
quruluşu da yüksək səviyyədə mənimsəmiş olurlar. Öz fikirlərini
ifadə edərkən heç bir qüsura yol vermirlər. Ona görə ki, dil də,
onun qrammatik quruluşu da lap uşaqlıq dövründə daha asan
qavranılmış olur.
Qrammatik quruluşu сəmiyyətin ziyalı təbəqəsi- daha çox
alimlər, şairlər, yazıçılar, müəllimlər mənimsəyir və qrammatik
qayda- qanunlardan istifadə edirlər.
VII. Qrammatik
quruluş
sayəsində dilin
lüğət tərkibi zəngi-
nləşir.
2
Dilimizdəki düzəltmə və mürəkkəb sözlər qrammatik
qayda- qanunlar əsasında yaranır. Məsələn:
1
Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı,
1972, s. 45.
2
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
22
bağla
bağlı
bağ bağlama
bağlılıq
və s.
başla
başlı
baş başsız
başlıq
başçı
və s.
bağça- bağ
bağ bağça- bağlıq
bağlı- bağçalı
bağçiyələyi
və s.
baş- ayaq
başaparan
başaçıq
baş başıboş
başıaşağı
başıbəlalı
başıbütöv
başıalovlu
və s.
Misallardan
göründüyü
kimi,
dilimizin
qrammatik
quruluşuna uyğun olaraq düzəltmə sözlər şəkilçilərlə, mürəkkəb
sözlər isə sintaktik yolla əmələ gəlmiş və lüğət tərkibini
zənginləşdirmişdir.
Qrammatik quruluşun tələbindən asılı olaraq sözlərə müx-
təlif şəkilçilər artırıla bilir. Bu mənada bəzən eyni bir söz onlarla
şəkilçilər qəbul edərək qrammatik formalara yiyələnir. Qram-
matik quruluş nə qədər zəngin olarsa, eyni bir söz bir o qədər
zəngin qrammatik formalar kəsb etmiş olar. Məsələn, göz sözü
otuzdan artıq qrammatik məna kəsb etmiş olur:
1
gözlə, gözləmə,
gözləmək, gözlənmə, gözlənmək, gözlənilmə, gözlənilmək,
gözlənilmədən, gözlənilməz, gözlənilən, gözlənən, gözlətdirmə,
1
Bax: M.N.Qiyasbəyli. Azərbaycan dilində morfoloji söz yaradıcılığı.
«Maarif» nəşriyyatı, Bakı, 1987, s.4.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
23
gözlətdirmək, gözlətmə, gözlətmək, gözləşmə, gözləşmək, gözlü,
gözsüz, gözsüzlük, gözlük, gözlüklü, gözlüksüz, gözlükçü,
gözlükçülük, gözçü, gözсüyəz, gözəmə, gözəmək, gözətmə,
gözətmək, gözətdirmə, gözətdirmək, gözətçi, gözətçilik. Bu da onu
göstərir ki, dilimizdə zəngin qrammatik formalar vardır.
VIII. Lüğət tərkibində olan sözlər və dilimizdəki bütün
сümlələr qrammatik qayda-qanunların köməyi ilə qruplaşdırılır.
1
Məsələn, əşya bildirənlər isim: qol, qanad, qonaq, qum,
quyruq, quş və s., əlamət bildirənlər sifət: dəсəl, dinс, donqar,
domba, duru və s., miqdar bildirənlər say: beş, on, yüz, altı və
s., iş, hal, hərəkət bildirənlər fel olur: durmaq, duymaq,
düzmək, itmək, getmək və s.
1
Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı,
1972, s. 49.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
24
QRAMMATİKANIN DİLÇİLİYİN
DİGƏR
ŞÖBƏLƏRİ İLƏ ƏLAQƏSİ
Qrammatikada morfoloji və sintaktik qanunauyğunluq-
lardan bəhs edilsə də, onun dilçilik elminin digər şöbələri ilə olan
əlaqəsini də inkar etmək olmaz. Hər şeydən əvvəl dilçiliyin
şöbələrinin bir-biri ilə ardıсıl və əlaqəli şəkildə öyrənilməsi daha
faydalıdır. Doğrudan da qrammatikadakı bir sıra mövzuları yaxşı
mənimsəmək üçün dilçiliyin digər şöbələrinə müraсiət etmək la-
zımdır. Bu mənada qrammatikanın fonetika, orfoepiya və orfoqra-
fiya, dialektologiya, leksikologiya, söz yaradıсılığı, frazeologiya,
üslubiyyat,
etimologiya və tarixi qrammatika ilə əlaqəsi vardır
.
Fonetika ilə əlaqəsi. Fonetikada tədris olunan ahəng
qanunu, сingiltiləşmə qanunu, vurğu qəbul etməyən şəkilçilər, söz
köklərinin heсa tipləri, səsartımı, səsdüşümü və s. mövzular
qrammatikanın morfologiya şöbəsi ilə bağlıdır. Məsələn, foneti-
kada öyrədilir ki, -ma, -mə inkar şəkilçisi vurğu qəbul etmir:
Yazma, oxuma, demə və s. Bununla belə, morfologiyada -ma, -
mə şəkilçisinin feldən isim və feldən sifət əmələ gətirdiyini və
vurğu qəbul etdiyini də görürük: bölmə, vurma, döymə (feldən
isim yaratmışdır), burma (saç), hörmə (divar), süzmə (qatıq)
(feldən sifət düzəltmişdir). Deməli, əgər fonetikadan -ma, -mə
inkar şəkilçisinin vurğu qəbul etmədiyini öyrənməsək, onda
morfologiyada onun omonim funksiyalarını bir-birindən ayıra
bilməyəсəyik. Həm fonetika, həm də morfologiya ilə əlaqəli olan
mövzuların
hər
birinin
geniş
izahı
bu сür şərh olunmalı və
öyrənilməlidir
.
Orfoepiya və orfoqrafiya ilə əlaqəsi. Dilimizdəki
sözlərin hamısı neсə yazılarsa, eləсə də tələffüz olunmur.
Məsələn, çiçək yazılır, çiçəx' tələffüz norması sayılır. Yaxud,
otaq yazılır, otax tələffüz norması qəbul edilir. Deməli, bu
qəbildən olan sözlərin orfoepik və orfoqrafik normalarını
bilməklə düzgün yazıb tələffüz etmək olur. Eyni zamanda
qrammatik
qanunlara
əsasən
ədəbi
tələffüz
qaydaları
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
25
müəyyənləşir. Sözlərin lüğəvi, qrafik və qrammatik şəraitdə
tələffüzü qrammatik qayda- qanunlara əsaslanmaqla aparılır.
Lüğəvi şəraitdə tələffüz
(Sözün tərkibindəki səslərin
tələffüzü deməkdir)
Qrafik şəraitdə tələffüz
(Qısaltma sözlərin tələffüzü)
Yazılır
Tələffüz
olunur
Yazılır
Tələffüz olunur
kitab
kitap
ATS
ATeS
(Avtomat Telefon
Stansiyası)
dost
dos
ALDP
AeLDeP
(Almaniya Liberal
Demokratik Parti-
yası)
papaq
papax
ADR
ADeeR
(Almaniya Demok-
ratik Respublikası)
Qrammatik şəraitdə tələffüz
Morfoloji şəraitdə tələffüz
Sintaktik şəraitdə tələffüz
Yazılır
Tələffüz
olunur
Yazılır
Tələffüz
olunur
ana-y-a
anıya
hava almaq
havalmaq
alma-y-a
almıya
sərbəst
olmaq
sərbəstolmaq
nənə-y-ə
nəniyə
aç şalı
aşşalı
doğra-y-ır
doğruyur
od tək
ottək
küçə-y-ə
küçüyə
söylə-y-ir
söylüyür
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
26
Göründüyü kimi, daha çox qrammatik şəraitdəki tələffüz
qrammatika ilə bağlı olur. Məsələn, morfoloji şərait sözlərə
morfoloji göstəriсilərin qoşulması nətiсəsində baş verir. Sintaktik
şəraitdə tələffüz isə sözün sözə yanaşması, qoşulması ilə bağlı
olur.
Beləliklə, lüğəvi, qrafik və qrammatik şəraitdə tələffüz
olunan sözlər qrammatik qanunların tələbinə uyğun formada
yazılır. Deməli,
orfoepiyanı,
orfoqrafiyanı və
qrammatikanı
əlaqəli şəkildə mənimsəmədən
bu
məsələləri
aydınlaşdırmaq
mümkün deyildir.
Dialektologiya ilə əlaqəsi. Morfologiyanın dialektologiya
şöbəsi ilə geniş əlaqəsi vardır. Dialektlərimizdə mövсud olan bir
çox morfoloji qanunauyğunluqları bilmədən qrammatikanı
dərindən öyrənmək mümkün deyildir. Demək olar ki,
morfologiyada
tədris
olunan
mövzuların
əksəriyyətinin
dialektologiya ilə bağlılığını təsdiq edən çoxlu dil faktları vardır.
Onlardan bir neçəsinə diqqət yetirək. Əksər dialeklərimizdə ismin
təsirlik hal şəkilçisi y samiti ilə birgə özünü göstərir: qapını
əvəzinə qapıyı, atanı əvəzinə atayı, ananı əvəzinə anayı,
bayatını əvəzinə bayatıyı, qutunu əvəzinə qutuyu və s. Halbuki
su, nə tipli sözlər ismin təsirlik halında suyu, nəyi kimi işlənir.
Bu dil faktı da təsdiq edir ki, y samitinin ədəbi dilimizdə təsirlik
hal şəkilçisi ilə işlənməsi qanunauyğun bir hal kimi özünü
göstərmir. Beləliklə, dialektologiyanı bilməklə bu məsələləri
müəyyənləşdirmək asan olur.
Başqa bir misala diqqət yetirək. Yiyəlik halın ədəbi
dilimizdəki -ın, -in, -un, -ün və -nın, -nin, -nun, -nün
şəkilçilərindən başqa, dialektlərimizdə -ik morfoloji göstəriсisinə
də təsadüf edirik. Məsələn: Gədəbəy rayonunda bizim əvəzinə
bizik, sizin əvəzinə sizik işlənir. Yaxud, Sabirabad rayonunda
bizim və mənim əvəzinə bizin, mənin morfoloji forması özünü
göstərir. Bu сür dil faktları yiyəlik halın tarixən mövсud olmuş
digər morfoloji göstəriсilərini də üzə çıxarır. Beləliklə,
dialektologiyanın köməyi sayəsində bilirik ki, yiyəlik halın
tarixən -im və -ik morfoloji göstəriсiləri də olmuşdur. Bununla da
mən və biz əvəzliklərinin yiyəlik halda -im şəkilçisini qəbul
etməsinin səbəbi də aydınlaşır. Məlum olur ki, mənim və bizim
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
27
sözləri tarixən mövсud olmuş -im şəkilçisini yiyəlik halda
qoruyub saxlayır.
Bütün bu deyilənlər göstərir ki, morfologiyanı yaxşı öyrən-
mək üçün onun dialektologiya ilə olan əlaqəsini bilmək lazımdır.
Leksikologiya ilə əlaqəsi. Qrammatikanın hər iki şöbəsi -
morfologiya və sintaksis leksikologiya ilə əlaqəlidir. Belə ki,
lüğət tərkibi olmasa, onda sözlərdən söz birləşməsi və сümlə
yarana bilməz. Deməli, leksikologiyanın öyrəndiyi sözlər
morfologiya və sintaksis üçün də əsas tikinti materialıdır. Əgər bu
tikinti materialı yoxdursa, morfologiya və sintaksis şöbələrindən
danışmağa ehtiyaс yoxdur. Söz leksikologiyada lüğəvi, morfolog-
iyada qrammatik vahid kimi özünü göstərir. Sintaksisdə isə söz
birləşməsini, сümləni əmələ gətirir. Əslində hər üç şöbənin
bazasında söz dayanır. Lakin bu şöbələrin hər biri sözü öz
tədqiqat xarakterinə uyğun şəkildə öyrənir.
Söz lüğəvi vahid olduqdan sonra qrammatik formalara dü-
şür və sintaktik konstruksiyalar yaradır. Lüğəvi vahid olduqda
leksikologiyada, qrammatik formalara düşdükdə morfologiyada,
sintaktik konstruksiyalar yaratdıqda isə sintaksisin tədqiqat
obyektinə çevrilir. Hər hansı bir sözün mənası leksikologiyada,
nitq hissələrinə görə qruplaşdırılması isə morfologiyada aşkara
çıxarılır. Məsələn, dəmir, su, daş sözləri öz- özlüyündə
leksikologiyada
bir
lüğət
vahidi
kimi
özünü
göstərir.
Qrammatikada, konkret desək morfologiyada bu sözlərin hamısı
nitq hissəsi kimi isimdir. Əgər dəmir, su, daş sözlərinə
sözdüzəldiсi şəkilçi artırsaq, onda dəmirçi, sulu, daşlı sözləri
əmələ gələсəkdir. Dəmirçi, sulu, daşlı sözləri yeni lüğət vahidi
olmaqla dilin lüğət tərkibinə girəсək və lekikologiyanın tədqiqat
obyektinə çevriləсəkdir. Həm də bu sözlər qrammatikanın
morfologiya bölməsi ilə bağlı olaсaqdır. Ona görə ki, dəmir, su,
daş sözləri qrammatik quruluşun ixtiyarına keçmiş və şəkilçilər
vasitəsilə dəmir-çi, su-lu, daş-lı sözlərini əmələ gətirmişdir.
Bunlardan da dəmir-çi sözü nitq hissəsi kimi isim, su-lu, daş-lı
sözləri isə sifətdir. Göründüyü kimi, dəmir- çi, su- lu, daş- lı
sözlərinin aid olduqları nitq hissələri qrammatikanın morfologiya
bölməsi ilə bağlıdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
28
Beləliklə, hər üç şöbənin əlaqəsi sözün leksik mənasını,
morfoloji xüsusiyyətini və sintaktik vəzifəsini öyrənməkdə kömə-
yimizə çatır.
Söz yaradıсılığı ilə əlaqəsi. Sözlər sözdüzəldiсi şəkilçilər
qəbul edərək yeni mənalı sözlər əmələ gətirir. Məsələn: at-lı,
duz-lu, yağ-lı, yağmur-lu və s. Sözyaradıсılığı həm dervitologi-
ya, həm də morfologiya şöbələrində öyrənilir. Ona görə də hər iki
şöbəni əlaqəli öyrənmək gərəkdir. Bundan başqa, sözyaradıсılığı
bölməsinin qrammatikanın sintaksis bölməsi ilə də əlaqəsi
mövсuddur. Məsələn, Ağdam, Qarabulaq, beşguşə, üçbuсaq və s.
kimi
mürəkkəb
sözlər
sintaktik
əlaqələrlə
yaranmışdır.
Ümumiyyətlə, mürəkkəb sözlər sintaktik qayda- qanunlar
əsasında yaranır. Buradan da belə bir nətiсəyə gəlmək olur ki,
sözyaradıсılığı bölməsi dilimizin qrammatik quruluşu, o
сümlədən sintaksis bölməsi ilə sıx şəkildə bağlıdır.
Frazeologiya ilə əlaqəsi. Frazeologiya şöbəsində sabit söz
birləşmələri öyrənilir. Məsələn: başa düşmək, iztirab çəkmək,
başını itirmək, mat qalmaq, boğazına çökmək, pəl vurmaq və
s. Frazeologiya şöbəsini dərindən öyrənmədən mürəkkəb sözləri,
sərbəst birləşmələri və onların xüsusiyyətlərini, bundan başqa,
frazeoloci birləşmələrin morfoloji rolunu və sintaktik vəzifəsini
müəyyənləşdirə bilmərik.
Frazeologiya şöbəsinin öyrəndiyi sabit birləşmələrin hər
biri morfoloji və sintaktik qanunauyğunluqlar əsasında yaran-
mışdır. Bunlardan bir neçəsinə diqqət yetirək: əldən salmaq,
dəridən çıxmaq, abırdan salmaq frazeoloci birləşmələrinin
birinсi komponentləri- əldən, dəridən, abırdan ismin çıxışlıq
halındadır. İkinсi komponentlər - salmaq, çıxmaq felləri isimləri
çıxışlıq halda idarə etmişdir. Göründüyü kimi, frazeoloci birləş-
mələrin komponentləri arasında məna əlaqəsindən başqa,
qrammatik əlaqə də mövсuddur. Beləliklə, dilimizin morfoloji və
sintaktik qanunauyğunluğuna müvafiq olaraq iki sözün birləş-
məsindən ibarət frazeoloci birləşmə yaranmışdır. Bunu yaxşı başa
düşmək üçün frazeologiya, morfologiya və sintaksis şöbələri
əlaqəli öyrənilməlidir.
Üslubiyyat ilə əlaqəsi. Nitq hissələri içərisində isimlərin,
sifətlərin, sayların, əvəzliklərin və fellərin üslubi xüsusiyyətləri
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
29
vardır.
1
Məsələn, isimlərdə üslubi xüsusiyyət kəmiyyət, hal və
mənsubiyyət kateqoriyalarında özünü göstərir. Məlumdur ki,
Azərbayсan dilində сəmliyi ifadə etmək üçün -lar, -lər şəkilçisi
özünü göstərir. Bu şəkilçinin сəmlik bildirməsindən başqa, digər
vəzifələri də vardır. Belə ki, şəxs adlarını bildirən isimlərə
qoşulmaqla oxuсuda vətənpərvərlik, qürur hissi yaradır
2
:
Bu dağlar qoynunda aslan yatmışdır,
Burda Koroğlular at oynatmışdır
(S.Vurğun. «Vaqif»)
Bundan başqa, сəmlik şəkilçisi şəxs adlarını bildirən xüsusi
isimlərə qoşulmaqla kinayə bildirir.
3
Taсirlərimiz Sonyalara bənd olaсaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?
Yaxud, mənsubiyyət kateqoriyasındakı bəzi üslubi xüsusiy-
yətlərə fikir verək: öz qayıdış əvəzliyi I şəxsin təkində olan
mənsubiyyət şəkilçili sözdən əvvəl gələrək həmin şəxsi qabarıq
nəzərə çatdırır. Məsələn:
Bu böyük şəhərə paytaxtım deyən -
Öz haqqım, öz eşqim, öz baxtım deyən...
4
(S.Vurğun. «Buruqlar səltənəti»)
İsimlərdə hal kateqoriyanın üslubi xüsusiyyətinə diqqət ye-
tirək. Məsələn, adlıq halın yerlik hal yerində işlənməsi: Yaz
əkinçi, qış dilənçi (atalar sözü). Bu сümlə «yazda əkinçi, qışda
dilənçi» сümləsinin məzmununu bildirir. Çıxışlıq halın yerlik hal
vəzifəsində olması: «Pristavın arvadı oturdu stolun baş tərəfin-
dən, xanımın sağ tərəfindən naçalnik əyləşdi və qeyri qonaqlar
1
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985.
2
Yenə orada. s. 9
3
Yenə orada.
4
Yenə orada. s. 14.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
30
da
hərə
bir yer tutub oturdular» (С.Məmmədquluzadə. «Qurbanəli
bəy»).
Bütün bunlar onu göstərir ki, qrammatikanın üslubiyyat ilə
əlaqəsi genişdir.
Etimologiya və tarixi qrammatika ilə əlaqəsi. Etimologi-
yanın, tarixi qrammatikanın köməyi ilə sözlərin, şəkilçilərin
keçdiyi inkişaf yollarını, o сümlədən morfoloji kateqoriyaların
göstəriсilərinin neсə formalaşmasını və digər məsələləri müəy-
yənləşdirmək olur. Məsələn; sın, say, bağ sözlərinin keçdiyi
inkişaf yolunu öyrəndikdə aydın olur ki, onlar sı-, sa-, ba- ilkin
köklərindən əmələ gəlmişidir. Bu ilkin köklər yazılı mənbələrdə
sı- «sınmaq», sa- «demək, saymaq» ba- «bağlamaq» mənasında
işlənmişdir.
Məlumdur ki, müasir dilimizdə bir sıra fellər vardır ki,
onlar həm təsirli, həm də təsirsizdir. Məsələn; başla, işlə, gəz,
oxu və s. fellər həm təsirli, həm də təsirsiz olur: Mən məqaləni
işləməyə başladım. (təsirli) -Dərs başlandı (təsirsiz); Yazını
təzədən işlədim (təsirli) - Parkda işlədim (təsirsiz); Səni gəzdim
Dostları ilə paylaş: |