İ n t e r n e t d ə www.anl.az www.az.trend.az.new www.az.wikipedia.org www.milli.az Ərazisi: 1154 km² Əhalisi: 175400 İşğal tarixi: 23.07.1993 Bu gün Azərbaycanın Ağdam ra-
yonunun işğalından 22 il keçir.
1993-cü il 23 iyul tarixində bi-
rinci Qarabağ müharibəsinin ən
geniş miqyaslı əməliyyatlarından
biri baş tutmuş, 1993-cü ilin iyun-
iyul aylarında Gəncə və Bakıda baş
verən hadisələr ermənilərə Qarabağ
cəbhəsində hücum əməliyyatlarını
genişləndirmək imkanı vermişdir.
Ağdam üzərinə edilən birinci
hücum nəticəsiz qalmış, ermənilər
qüvvəni Ağdərə istiqamətində
cəmləşdirmiş, iyun ayının 26-da
Ağdərə düşmən əlinə keçmişdir.
Bunun ardınca ermənilərin iki
ordu korpusu Ağdam istiqamətində
əməliyyata başlamışdır. 600 min-
lik erməni ordusuna qarşı əsasən
könüllülərdən ibarət və düşməndən
sayca az olan Azərbaycanın milli
ordusu durmuş, 42 gün davam edən
döyüş Ağdamın işğalı ilə sona çat-
mışdır.
Ərazisi 1154 kvadrat kilometr
olan Ağdamın 882 kvadrat kilomet-
ri, rayon mərkəzi ilə birgə 90 kəndi
işğal olunmuş, işğal nəticəsində 128
min insan məcburi köçkün həyatını
yaşayır. Bunların 17 mini yaşlı
nəslin nümayəndəsidir.
İşğal nəticəsində Ağdam rayo-
nunun 38 kolxozu, 12 sənayеsi, 74
məktəbi, 271 mədəniyyət evi, bütün
dünyada yeganə olan Çörək muze-
yi, 67 idarə və 99 klubu düşmən
əlinə kеçmişdir.
Ağdam uğrunda gedən döyüşlər
zamanı 6 mindən artıq insan
şəhid olmuş, minlərlə insan fiziki
şikəstlik qazanmış, əhali öz doğma
ev-eşiyindən qovularaq məcburi
köçkün kimi Azərbaycanın 59 ra-
yonunun 875 yaşayış məntəqəsində
məskunlaşmışdır.
Ərazisinin 70 faizdən çoxunu
itirən Ağdamın işğalı ilə Azərbaycan
iqtisadiyyatı 3 milyard manat vəsait
itirmişdir. 40 min ha-dan çox əkin
sahəsi olan və ölkənin ən iri aqrar
rayonlarından sayılan Ağdamda
indi 17 min ha sahədə əkin aparılır.
Ermənistan Silahlı Qüvvələri
tərəfindən Azərbaycanın Ağdam ra-
yonunun işğalı nəticəsində ölkəmizə
ümumilikdə 6 milyard 179 milyon
dollar məbləğində ziyan dəymişdir.
Hər bir azərbaycanlı, hər bir ağ-
damlı əmindir ki, onun müqəddəs
ziyarətgahı, dəyişməz qibləgahı
olan, bu gün azan səsinə həsrət qal-
mış məscidimiz, musiqi səslərinə
möhtac qalmış bərli-bərəkətli tor-
paqlarımız, ata-babalarımızın uyu-
duqları məzarıstanlıqlarımız tеzliklə
azad еdiləcək.
O gün uzaqda dеyil.