Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə263/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   259   260   261   262   263   264   265   266   ...   484
Ə d ə b i y y a t
Hicrani, Ə.T. Orucun tarixi və mənəvi dəyərləri /Əli Təbrizi 
Hicrani.-[Yersiz]:[Məhdiyar], 2005.-141 s.
Qocayev, Ə. Orucluq bayramı //Qocayev Ə. Bayramlar və tarixi 
günlər.- Bakı: Altun Kitab, 2006.-S. 5-7.
Fitrə //İqtisadiyyat.- 2014.- 25 iyul-7 avqust.- S.15.
18


205
140 
illiyi
Tarixdə bu gün
“Əkinçi”  qəzeti 
1875
İYUL
Azərbaycanın mərkəzi  şəhəri 
kimi Bakının sürətli inkişafı mil-
li mətbuatın yaranması  zərurətini 
doğurmuşdur. Ana dilində  qəzetə 
böyük ehtiyac olduğunu dərk edən 
görkəmli maarifçi Həsən bəy Zərdabi 
qəzet çap etmək üçün hökumətə 
müraciət etmişdir. Xeyli zəhmətdən, 
əzab-əziyyətdən sonra 1875-ci il 
iyul ayının 22-də Bakıda quberna-
tor mətbəəsində Azərbaycan dilində 
“Əkinçi” qəzetinin nəşrinə müvəffəq 
olmuşdur. Bu qəzetin çapı ilə 
Azərbaycan milli mətbuatının  əsası 
qoyulmuşdur.
1875-ci il 22 iyul tarixindən 1877-
ci il 29 sentyabr tarixinə qədər çapını 
davam etdirən “Əkinçi” ayda iki dəfə 
300-400 tirajla nəşr olunmuşdur. Bu 
illər ərzində qəzetin 56 nömrəsi işıq 
üzü görmüşdür.
“Əkinçi” qəzetində dövrün 
görkəmli alim və ziyalılarının - 
Nəcəf bəy Vəzirovun, Moskvadan 
Əsgər ağa Goraninin, Şamaxıdan 
Məhəmmədtağı  Əlizadə  Şirvaninin, 
Dərbənddən  Heydərinin göndərdikləri 
məktublar, Seyid Əzim  Şirvaninin 
şeirləri və Mirzə  Fətəli Axundovun 
“Vəkili-naməlumi millət” imzası ilə 
məqalələri dərc olunmuşdur.
Həsən bəy Zərdabinin yaratdı-
ğı  “Əkinçi” qəzetinin dəsti-xətti 
əsasən bir ideya üzərində qurulmuş-
du. Zərdabi və onunla birlikdə bu 
qəzetdə çalışan bir sıra maarifpərvər, 
demokratik naşirlər  Şərqin geri-
liyini,  ətalət və süstlüyünü həqiqi 
azadlığın olmamasında görürdülər. 
Onlar öz sözlərini dolayı yolla olsa 
belə, bu qəzet vasitəsi ilə xalqa 
çatdıra bilirdilər. O dövrdə xalqın 
başa düşəcəyi sadə dildə yazılan bu 
qəzetdə belə  fikirlərin səslənməsi 
Azərbaycanı  əsarət altında saxlayan 
imperiya məmurlarını ciddi narahat 
edirdi.
İlk mətbu orqan kimi “Əkinçi” 
incəsənət və  ədəbiyyata aid də yeni 
demokratik tələblər irəli sürürdü. 
Azərbaycanın böyük dramaturqu 
Nəcəf bəy Vəzirov köhnə  şeirlərlə 
yanaşı,  şairləri müasir həyatdan 
yazmağa, xalqı cəhalət və qəflət yu-
xusundan oyatmağa, müasir ruhda 
tərbiyə etməyə çağırırdı. Bununla 
Zərdabinin səsinə Azərbaycanın bir 
çox görkəmli, maarifpərvər insanları 
səs verirdi. Təbii ki, bu cür demok-
ratik məqalələrindən sonra çarizmin 
diqtəsi ilə özlərini “ziyalı” sayan 
bəzi üzdəniraq insanlar “Əkinçi”nin 
üzərinə “hucum”a keçdilər. Beləliklə, 
1877-ci il sentyabrın 29-da “Əkinçi” 
öz nəşrini dayandırmağa məcbur oldu. 
Azərbaycan milli mətbuatının ilk qa-
ranquşu olan bu qəzet iki illik ömür 
yaşasa da xalqın milli və müasir ruh-
da tərbiyə olunmasında çox böyük rol 
oynadı. Maarifçi və demokratik ide-
yaların carçısı olan “Əkinçi” realist 
Azərbaycan  ədəbiyyatının inkişafın-
da müstəsna xidmətlər göstərdi. Məhz 
buna görə də, belə tərəqqipərvər qəzet 
mürtəce, işğalçı bir rejimin əsarəti al-
tında çox yaşaya bilmədi.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin