202
Akademik
Geologiya.Goğrafiya
65
illiyi
Fəxrəddin Qədirov
1950
İYUL
Fəxrəddin Əbülfət
oğlu Qədirov
1950-ci il iyul ayının 19-da Şəki
şəhərində anadan olmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət Uni-
versitetinin (hazırda Bakı Dövlət Uni-
versiteti) fizika fakültəsinə daxil olmuş
və 1972-ci ildə oranı bitirmişdir.
F.Qədirov əmək və elmi fəaliyyətinə
1975-ci ildə AMEA Geologiya İnsti-
tutunda başlamışdır. O, 1981-1986-cı
illərdə kiçik
elmi işçi, 1986-1988-ci
illərdə böyük elmi işçi, sonralar “Qravi-
metriya” laboratoriyasının rəhbəri, “Ge-
odinamika və Seysmologiya” şöbəsinin
müdiri vəzifələrində çalışmışdır.
O, 1984-cü ildə fizika-riyaziyyat
elmləri namizədi, 2002-ci ildə isə
geologiya-mineralogiya elmləri dokto-
ru alimlik dərəcələrini almışdır.
1998 və 2000-ci illərdə ABŞ-ın
Massaçusets Texnologiya İnstitutunda
GPS tədqiqatları ilə məşğul olan alim
bu texnologiyanı dərindən
mənimsəmiş
və 1998-ci ildə onun təşəbbüsü ilə
Azərbaycan ərazisində ilk dəfə olaraq
GPS müşahidə sistemi qurulmuş və
GPS texnologiyası əsasında Azərbaycan
ərazisinin müasir geodinamikasının
tədqiqinin əsası qoyulmuşdur.
F.Qədirovun rəhbərliyi altında
Azərbaycanda 10 ildən artıq
müddətdə
aparılan GPS monitorinqi nəticəsində
Yer qabığının üfüqi hərəkətləri
öyrənilmiş, zəlzələ təhlükəsini daha
dəqiq dəyərləndirmək üçün deforma-
siya enerjisinin akkumulyasiya qanu-
nauyğunluqları müəyyənləşdirilmiş,
Qafqaz blokunun
saat əqrəbinin əksinə
dönməsi və Azərbaycan ərazisinin geo-
dinamik şəraitinə təsiri tədqiq olunmuş,
Abşeron yarımadasının cənub hissəsinin
şərqə tərəf hərəkət etməsi və intensiv
yer qabığı qısalmalarının sürəti və baş
verdiyi ərazilər
müəyyən edilmiş və bü-
tün bunların seysmik proseslərdəki rolu
aydınlaşdırılmışdır.
Alim ilk dəfə olaraq Azərbaycanın
neftli-qazlı vilayətlərinin çöküntü
təbəqələrindəki qravitasiya tarazlığı
proseslərini nəzəri olaraq öyrənmişdir.
F.Qədirov tərəfindən Qafqaz-
Xəzər
regionunun litosfer quruluşunun 3D
qravitasiya modeli hazırlanmış və qı-
rılmaların səth və dərinlik paylanması
öyrənilmişdir. Onun təcrübi və nəzəri
tədqiqatları nəticəsində Cənubi Xəzər
hövzəsində Moho sərhədi altında sıxlığı
böyük olan təbəqənin olduğu müəyyən
edilmiş və bu təbəqənin regionun geo-
dinamikasındakı rolu öyrənilmişdir.
2007-ci ildə geofizika ixtisası üzrə
AMEA-nın müxbir üzvü, 2014-cü ildə
həqiqi üzvü seçilmişdir.
150-dən çox elmi məqalə və mo-
noqrafiyanın müəllifi olan F.Qədirov
9 beynəlxalq
elmi-tədqiqat layihəsinin
rəhbəri olmuş, ABŞ və Avropada
keçirilən beynəlxalq elmi konfranslarda
dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə
təmsil etmişdir.
Onun elmi rəhbərliyi ilə 10 elmlər
namizədi hazırlanmışdır. Bir çox dokto-
rantın elmi rəhbəridir. F.Qədirov bir sıra
elmi
cəmiyyətlərin, o cümlədən Avropa
Geoloq Alim və Mühəndislər Assosia-
siyasının (EAGE), Amerika Geofiziklər
İttifaqının (təşkilatının) (AGU), Ameri-
ka Neftçi-Geoloqlar İttifaqının (AAPG)
üzvüdür.
Dostları ilə paylaş: