212 Milli ədəbiyyat 80 illiyi Fikrət Qoca 1935 AV Q U S T Fikrət Göyüş oğlu Qocayev (Fikrət
Qoca) 1935-ci il avqust ayının 25-də
Ağdaş rayonunun Kotanarx kəndində
anadan olmuşdur. Orta təhsilini başa
vurduqdan sonra 1959-1964-cü illərdə
Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil almışdır.
Əsərləri 1956-cı ildən mətbuatda çap
edilir. Azərbaycan Radio və Televizi-
ya Verilişləri Komitəsində, Azərbaycan
Yazıçılar İttifaqında beynəlxalq əlaqələr
üzrə məsul katib, “Azərbaycan gəncləri”
qəzeti redaksiyasında ədəbi işçi olmuş,
“Azərbaycan” jurnalında fəaliyyət
göstərmişdir. 1987-2004-cü illərdə “Qo-
bustan” incəsənət toplusunun baş redak-
toru olmuşdur. 1998-ci ildən Azərbaycan
Yazıçılar İttifaqının katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən
məhəbbəti, vətənpərvərlik duyğuları,
insan və zaman haqqında düşüncələri
öz əksini tapmışdır. Dünyanın bir çox
ölkəsində yaradıcılıq səfərlərində ol-
muş, həmin ölkələrdə gedən milli azad-
lıq hərəkatlarına şeirlər həsr etmiş, o
cümlədən Kubanın azadlıq mübarizi Er-
nesto Çe Gevar (“Ünvansız məktublar”),
Qvineya-Bisaunun azadlıq hərəkatı xa-
dimi Amilkar Kabral (“Amilkar Kab-
ral”), Filippinin milli qəhrəmanı Xose
Risal (“Xose Risal”), vyetnamlı gənc Li
Vi Tom (“Li Vi Tom”) və b. haqqında
poemalar yazmışdır. Əsərləri bir sıra xa-
rici dillərə tərcümə olunmuşdur. 1990-
cı illərdə yazdığı “Oddan keçənlər”,
“İnsan səviyyəsi”, “Adi həqiqətlər” və
s. poemalarında Azərbaycanda gedən
azadlıq mübarizəsindən bəhs olunur.
“Ölüm ayrılıq deyil” (1990), “Hələlik,
- qiyamətədək” (2000) povestlərində
1990-cı ilin 20 Yanvar hadisələri öz
əksini tapmışdır.
M.Lermontov, T.Şevçenko, E.Meje-
laytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-
dan tərcümələri var.
Şairin “Anacan dostum evlənir”,
“Könlüm”, “Günay”, “Gəl ey səhər”,
“Çiçək tapa bilmədim”, “Gecə yaman
uzundur”, “Payız gəldi”, “Bir xumar
baxışla”, “Arazım”, “Qaytar eşqimi”,
“Ey xəyal” və başqa şeirlərinə musi-
qi bəstələnmiş, Azərbaycanın məşhur
müğənnilərinin ifasında səslənmiş və
sevilmişdir.
Gənclərin qəhrəmanlıq və fədakarlı-
ğından bəhs edən “Təkərlər geri fırla-
nır”, “Yaralı çiçəklər” və “Rəssam dü-
şünür” poemalarına görə 1968-cı ildə
Azərbaycan komsomolu mükafatını al-
mışdır. 1998-ci ildə uğurlu yaradıcılıq
fəaliyyətinə görə “Humay” mükafatı la-
ureatı olmuşdur.
Fikrət Qoca 1978-ci ildə “Əməkdar
incəsənət xadimi”, 1999-cu ildə “Xalq
şairi” fəxri adlarına layiq görülmüşdür.
1995-ci ildə Azərbaycan Respublikası-
nın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
2010-cu ildə Azərbaycan Respubli-
kası Prezidenti cənab İlham Əliyevin
sərəncamına
əsasən Azərbaycan
ədəbiyyatının inkişafındakı xidmətlərinə
görə Fikrət Göyüş oğlu Qocayev
“Azərbaycan Respublikası Prezidenti-
nin fəxri diplomu” ilə təltif olunmuşdur.