Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə275/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   271   272   273   274   275   276   277   278   ...   484
Ə d ə b i y y a t
Əsərləri: 10 cilddə 
/Ə.Hacızadə; red. 
M.Mahmudov.-Bakı: 
Nafta-Press, 2004-2005.
Mənim yazıq ürəyim: 
şeirlər /Ə.Hacızadə; tərt. 
ed. R.Sultan.- Bakı: Nafta-
Press, 2007.-145 s.
Sevəcəyəm: şeirlər, 
hekayələr /Ə.Hacızadə.-
Bakı: Diplomat, 2001.- 
170 s.
Təyyarə kölgəsi: ro-
man /Ə.Hacızadə; red. 
Z.Əsgərova.-Bakı: 
Gənclik, 1992.- 304 s.
Vəfalım mənim: ro-
man /Ə.Hacızadə; red. 
Z.Əsgərova.-Bakı: 
Gənclik, 1993.- 368 s. 
Ayrılığın sonu yoxmuş       
//Mədəniyyət.- 2013.- 28 
avqust.- S. 11.
Əhmədova, C. Əlibala 
Hacızadə yolu - sadə, 
zəngin və maraqlı 
/C.Əhmədova //525-ci 
qəzet.-2011.-31 mart.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
28
Yazıçı


214
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
85
illiyi
Toğrul Nərimanbəyov
1930-2013
AV
Q
U
S
T
Toğrul Fərman oğlu Nərimanbəyov 
1930-cu il avqust ayının 7-də Bakı 
şəhərində doğulmuşdur. 1950-ci ildə 
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq 
Məktəbini, 1955-ci ildə isə Litvada Vil-
nüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX 
əsrin 50-ci illərindən etibarən yaradıcılığa 
başlamışdır. 
Hələ Litvada təhsil alarkən Qərbə 
məxsus barokko üslubunun təmtəraq və qo-
tika arxitekturası ilə tanış olmuş, Delakrua 
sənətinə xas olan romantik gözəllik, Cot-
to əsərlərindən süzülüb gələn səmimiyyət, 
Rembranta xas tragik vüsət, Pol Sezanda 
rəssam fikrinin ifadə dəqiqliyi onun dünya-
miqyaslı bir rəssam kimi yetişib formalaş-
masında mühüm rol oynamışdır.
İnsanların daxili aləminin  ən incə 
çalarlarınadək təsvirini verən portretləri öz 
orijinallığı, bədii forma kamilliyi və nova-
torluğu ilə seçilmişdir. Təzad və  şərtiliyi, 
ənənəvilik və müasirlik kimi müxtəlif ya-
naşmaları  əsərlərində harmonik şəkildə 
əks etdirmişdir. Ayrı-ayrı tamaşalara ver-
diyi bədii tərtibatlarla Azərbaycan teatr 
rəssamlığının dəyərli nümunələrini də ya-
ratmışdır. Monumental boyakarlıq və divar 
rəssamlığı janrında işlənmiş tabloları bö-
yük estetik təsir qüvvəsinə malikdir.
Onun “Göyçay bağlarında”, “Ba-
har yarmarkası”, “Narlar və armudlar”, 
“Çiçəklər”, “Köhnə çinar”, “Qız qalası” 
kimi heyranedici natürmort və peyzajla-
rında təbiətin təsviri xüsusilə göz oxşa-
yır. “Xəzər üzərində  şəfəq”, “Baltika ba-
lıqçıları” tablolarında gənc entuziastların 
romantik obrazları  əks olunmuş, “Ema-
latxanada”, “S.Bəhlulzadə”, “Mahnı”, 
“Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” 
kimi lirik lövhələrində  işıqlı  həyati anlar 
əks olunmuşdur.
1952-ci ildən  əsərləri Kubada, Hindis-
tanda, Polşada, Çexiyada, Slovakiyada, 
Almaniyada, Fransada, İtaliyada, Mosk-
vada, ABŞ-da Azərbaycan rəssamlığının 
qiymətli nümunələri kimi mötəbər sərgi 
salonlarında, rəsm qalereyalarında və 
incəsənət muzeylərində uğurla nümayiş et-
dirilir, ayrı-ayrı şəxslərin kolleksiyalarında 
saxlanılır.  1966-cı və 2011-ci illərdə haq-
qında qısametrajlı  sənədli televiziya filmi 
çəkilmiş, bir sıra  filmlərdə “Qobustan” 
(1967), “Əllər və  rənglər” (1974), “Dədə 
Qorqud” (1975), “Rənglərin melodiya-
sı” (1981), “Yeddi gözəl” (1982) rəssam 
kimi çıxış etmiş, onun rəsm əsər-lərindən 
istifadə edilmişdir.
1974-cü ildə F.Əmirovun “Nəsimi haq-
qında poema” baletinin tərtibatına görə 
Azərbaycan SSR Dövlət mükafatı, 1980-ci 
ildə yenidən F.Əmirovun “Min bir gecə” 
baletinin tərtibatına görə SSRİ dövlət mü-
kafatıyla təltif olunmuşdur. 1964-cü ildə 
“Azərbaycanın  Əməkdar rəssamı”, 1967-
ci ildə Azərbaycan SSR-in, 1989-cu ildə 
SSRİ-nin “Xalq rəssamı” fəxri adlarına 
layiq görülmüş, bir sıra orden və medal-
larla - 2000-ci ildə “İstiqlal”, 2010-cu ildə 
“Şərəf” ordenləri ilə təltif olunmuş, 2009-
cu ildən Azərbaycan Respublikası Prezi-
dentinin fərdi təqaüdçüsü olmuşdur.
Toğrul Nərimanbəyov 2013-cü il iyun 
ayının 2-də Parisdə  vəfat etmiş, Parisin 
Passi qəbiristanlığında dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin