Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə274/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   270   271   272   273   274   275   276   277   ...   484
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 6 
cilddə /F.Qoca; red. Y. 
Qoca; burax. məsul. 
A.Qüdrətoğlu.- Bakı: 
Azərnəşr, 2005.-    362 s.
Adi həqiqətlər: şeirlər 
və poemalar /F.Qoca; 
portretin müəl. 
T.Nərimanbəyov; ön 
sözün müəl. Anar; red. 
A.Əmrahoğlu.- Bakı: 
Azərnəşr, 2000.- 220 s. 
Hələlik, qiyamətəcən...: 
[nəsr əsərləri] /F.Qoca; 
rəssam Azər Ələkbərov.-
Bakı: Yurd, 2001.- 392 s.
Pənah, G. Fikrət 
Qocanın yaradıcılıq 
yolu /G.Pənah; red. 
A.Arifqızı.- Bakı: Yurd, 
2006.-352 s.
Yusifli, V. Fikrət Qoca 70 
il /V.Yusifli; red.: Y.Qoca, 
V.Yusifli.-Bakı: Nurlan, 
2005.-192 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kitabxana.net
25
Şair


213
Milli ədəbiyyat 
80 
illiyi
Əlibala Hacızadə
1935-2009
AV
Q
U
S
T
Əlibala Qüdrət oğlu Hacızadə 1935-
ci il avqust ayının 28-də Biləsuvar rayo-
nunun Ağalıkənd kəndində anadan ol-
muşdur. Rayonun Xırmandalı kənd orta 
məktəbində  təhsil alımış, 1953-cü ildə 
ADU-nun şərqşünaslıq fakültəsinə, fars 
şöbəsinə qəbul olunmuşdur.
Əmək fəaliyyətinə 1958-ci ildə 
Azərbaycan EA-nın Yaxın və Orta Şərq 
xalqları İnstitutunda (indiki Şərqşünaslıq 
İnstitutu) kiçik elmi işçi kimi başla-
mışdır. 1964-cü ildə  filologiya elmləri 
namizədi alimlik dərəcəsini almışdır.
1966-1970-ci illərdə  Əfqanıstanda 
mütərcimlik etmişdir. Sonra Bakıya qa-
yıdan yazıçı 1976-cı ildən yenidən Ya-
xın və Orta Şərq xalqları  İnstitutunda 
baş elmi işçi vəzifəsində işləmiş və öm-
rünün sonuna kimi həmin institutun İran 
filologiyası şöbəsində çalışmışdır. 1994-
1996-cı illərdə “Nizami” jurnalının baş 
redaktoru olmuşdur.
Onun “Mənim müəlliməm” adlı ilk 
hekayəsi 1956-cı ildə “Gəncliyin səsi” 
almanaxında dərc olunmuşdur. Bundan 
sonra dövri mətbuatda vaxtaşırı  çıxış 
etmişdir. 1962-ci ildən Yazıçılar Birliyi-
nin üzvü olmuşdur.
XX əsrin 80-ci illərində Ə.Hacızadənin 
qələmə aldığı “Möcüzə” romanı o 
dövrdə baş verən mürəkkəb ictimai 
proseslərə özünəməxsus bir baxışı  əks 
etdirirdi. Yazıçının XX əsr İran poeziya-
sının məşhur nümayəndələrindən olan 
Fərrux Yəzdiyə həsr olunmuş monoqra-
fiyası dünya şərqşünaslığında bu böyük 
şairin həyat və yaradıcılığı haqqında ilk 
geniş tədqiqat olmuşdur. Bundan başqa 
o, müasir İran romanının tipologiyası-
na dair fundamental elmi araşdırmanın 
müəllifidir. O, həmçinin bir sıra orta əsr 
mənbələrini dilimizə tərcümə etmişdir.
Onun Azərbaycan ədəbiyyatına gətir-
diyi yeni mövzulardan biri elmi mühi-
tin təsviridir. Bu, təbii ki, onun yarım 
əsrdən artıq çalışdığı mühitlə  əlaqədar 
olmuşdur. O, romanları ilə elm adam-
larının bir növ qapalı olan həyatını ge-
niş oxucu kütləsinə çatdırmışdır. Onun 
əsərləri oxucular tərəfindən bu gün də 
sevilə-sevilə oxunur. 
Ə.Hacızadə  həm də gözəl novella 
ustası idi. Bu novellalarda kəskin, öldü-
rücü satiradan çox, incə yumor, zarafat 
nəzərə çarpır. Ədibin həyati realist inikas 
bacarığı, təsvir imkanları, konkret, dəqiq 
lövhə  çəkmək məharəti bədii surətlərin 
zahiri görkəmində  və kiçik məişət epi-
zodlarının təsvirində diqqəti cəlb edir.
1993-1994-cü illərdə “İtkin gəlin” ro-
manı əsasında yazdığı ssenarisinə 12 se-
riyalı  bədii televiziya filmi çəkilmişdir. 
Onun sözlərinə  bəstələnmiş mahnılar 
populyar müğənnilərin repertuarında 
özünəməxsus yer tutmuşdur.
Yazıçı Azərbaycan Respublikası Pre-
zidentinin fərdi təqaüdçüsü olmuş, İran-
da “Ölməz şəxsiyyətlər” mükafatına la-
yiq görülmüş, çoxillik elmi fəaliyyətinə 
görə AMEA Rəyasət Heyətinin Fəxri 
fərmanı ilə təltif edilmişdir.
Əlibala Qüdrət oğlu Hacızadə 2009-
cu il oktyabr ayının 9-da Bakıda vəfat 
etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin