216
AV
Q
U
S
T
1
Teatr.Kino
60
illiyi
Fəxrəddin Manafov
1955
AV
Q
U
S
T
Fəxrəddin Manaf oğlu Manafov 1955-
ci il avqust ayının 2-də Xankəndidə ana-
dan olmuşdur.
Orta təhsilini başa vur-
duqdan sonra Nərimanov rayonundakı
12 saylı texniki peşə məktəbinə daxil
olmuş və oranı kino mexanikliyi ixtisa-
sı üzrə bitirmişdir. 1971-1974-cü illərdə
A.M.Şərifzadə adına
Aktyor evində ki-
nomexanik kimi çalışmışdır. İlk dəfə
orada “Yuğ” Teatrının təməlini qoyan
bədii rəhbər, baş rejissor, direktor Vaqif
İbrahimoğlunun köməyi ilə səhnə danı-
şığını, səhnə mədəniyyətini, səhnə plas-
tikasını öyrənmişdir. Hələ “Yuğ” Teatrı
yaranmamışdan, 1976-cı ilin sonu, 1977-
ci illərin əvvəllərində Vaqif müəllimlə
Aktyorlar evində tədris teatrında
bir akt-
yor kimi fəaliyyətə başlamışdır.
1975-1980-ci illərdə M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutun-
da təhsil almış, 1976-1978-ci illərdə
Tədris teatrında aktyor kimi fəaliyyət
göstərmişdir. 1978-ci ildən bu günədək
C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında aktyor kimi filmlərə
çəkilir. İlk dəfə “İşgüzar səfər” adlı
bədii filmə çəkilmiş, 1989-1993-cü
illərdə “Yuğ” Dövlət Teatrında
aktyor
vəzifəsində çalışmışdır.
Tamaşaçıların böyük rəğbətinə səbəb
olan maraqlı, xarakterik obrazlar yarat-
mışdır. “Ölsəm, bağışla”, “Gecə qata-
rında qətl” filmləriylə insanların qəlbini
fəth
etməyi bacaran aktyor, Anarın “Beş-
mərtəbəli evin altıncı mərtəbəsi” roma-
nı əsasında ekranlaşdırılan “Təhminə”
filmində tamaşaçıların yaddaşına Zaur
obrazı ilə həkk olundu.
İfa etdiyi rəngarəng obrazlar bir-bi-
rindən xarakter baxımından tamamilə
fərqlidir: Teymur (“Göz qabağında
şeytan balası”), Şəfibəyov (“İşarəni
dənizdən gözləyin”), İsgəndər (“Qəm
pəncərəsi”), Rüstəm (“Gecə qatarında
qətl”), Marat (“Park”), Eldar (“Köhnə
bərə”), Tahirbəyov (“Özgə ömür”),
Zaur (“Təhminə”), Rza (“Əlvida, cənub
şəhər”) Yusif (“Ölsəm Bağışla”), İbra-
him xan (“Hökmdarın taleyi”), Profes-
sor (“Otel Otağı”), Narkobaron Sadıxov
(“Dronqo” (serial))-, Abbasqulu
ağa Ba-
kıxanov (“Sübhün səfiri”) və s.
F.Manafovun ən maraqlı obrazların-
dan biri Xalq yazıçısı Elçinin eyniadlı
romanı əsasında çəkilmiş, Azərbaycan
və Türkiyə arasında ilk müştərək kino
layihəsi olan “Mahmud və Məryəm”
filmində baş qəhrəman Mahmudun atası
Ziyad xan roludur.
Ziyad xan rolu aktyo-
run tarixi bir filmdə canlandırdığı ilk ob-
raz deyil. Onun 2008-ci ildə “Hökmdarın
taleyi” filmində yaratdığı İbrahimxəlil
xan obrazı da öz milli kaloriti, tarixiliyi
və həyatiliyi ilə seçilir. Hətta aktyor İb-
rahim xan roluna görə “Zirvə” mükafatı
ilə təltif edilmişdir.
Fəxrəddin Manafovun yaradıcılığı
dövlət tərəfindən yüksək qiymətləndi-
rilmiş, o, 1987-ci ildə “Azərbaycan Res-
publikasının Əməkdar artisti”, 2000-ci
ildə isə “Xalq artisti” fəxri adlarına
layiq
görülmüşdür.
Dostları ilə paylaş: