215
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
75
illiyi
Elturan Avalov
1940
AV
Q
U
S
T
Elturan Vəli oğlu Avalov 1940-cı il
avqust ayının 20-də Bakı şəhərində ana-
dan olmuşdur. 1963-cü ildə
Azərbaycan
Politexnik
İnstitutunun memarlıq
fakültəsini bitirmişdir.
O, rəngarəng yaradıcı maraqlara ma-
lik bir insandır. Hələ uşaqlıqdan rəsmə
böyük həvəs göstərmiş və ilk rəsmlərini
“Molla Nəsrəddin” jurnalının
təsiri ilə
çəkmişdir. Belə ki, jurnalın peşəkar
karikaturistləri O.Şmerlinq və İ.Rotterin
əl işlərindən ilham almışdır.
Elturan Avalov Cüzeppe Verdi-
nin “Aida” və “Karmen” operalarına
rəsmlər, Üzeyir Hacıbəylinin musiqili
komediyalarına,
Bəxtiyar Vahabzadənin
“Muğam” poemasına illüstrasiyalar
çəkmişdir.
Yaradıcılığında portret janrına da
üstünlük vermiş və yaratdığı obraz-
larda bizi əhatə edən müxtəlif insan
talelərini ustalıqla əks etdirmişdir. Onun
“Naməlum adam”, “Qatıqçı”, “Kisəçi”
və s. portretləri bu qəbildəndir.
“Şuşanın memarlığı” (1977), “Eltu-
ran” (1986), “Memarın gözü ilə” adlı
kitabların müəllifidir.
30-dan çox sərginin iştirakçısıdır.
Bakıda (1985, 1994, 2005), Moskvada
(1986), Türkiyədə (1999)
fərdi sərgiləri
keçirilmişdir. 2003-cü ildə ona profes-
sor elmi rütbəsi verilmişdir.
2005-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının, 2006-cı ildən Azərbaycan
“Karikaturaçı Rəssamlar Birliyi”nin,
FECO-nun (Karikaturaçılar Təşkilatının
Beynəlxalq Federasiyası) Azərbaycan
qrupunun üzvüdür.
2011-ci ildə Dünya Turizm Günü ilə
əlaqədar “Şirvanşahlar Sarayı Komp-
leksi” Dövlət Tarixi-Memarlıq Qoruq-
Muzeyində tanınmış rəssam, sənətşünas,
professor Elturan Avalovun əsərlərindən
ibarət sərgi açılmışdı. Sərgidə müəllifin
İçərişəhər, eləcə də Azərbaycan memar-
lıq abidələrini əhatə edən əsərləri nüma-
yiş olunmuşdur.
O, həmçinin bəstəkarlıqla
da məşğul
olmuş, onun musiqi əsərləri həm yerli,
həm də xarici səhnələrdə səslənmişdir.
Skripka və fortepiano üçün yazdığı
“Adacio”, həmçinin görkəmli bəstəkar
Fikrət Əmirovun xatirəsinə həsr etdiyi
“Ekspromt” və “Fantaziya” Türkiyədə
B.Axundov və L.Axundova tərəfindən
ifa edilmiş,
Abdulla Şaiqin sözlərinə
bəstələdiyi “İdman marşı” isə Rusiyada
keçirilən festivalda Sumqayıt Uşaq xoru
tərəfindən səslənmişdir.
Onun yaradıcılığında Qarabağ möv-
zusu geniş yer tutmuşdur.
Onun çəkdiyi
əsərlərdə Azərbaycanın təbiəti, Şuşa
memarlığı, İçərişəhər, Gəncə və Or-
dubad abidələri böyük ustalıqla təsvir
olunmuşdur.
Elturan Avalov 1991-ci ildə
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi” fəxri adına layiq gö-
rülmüşdür.
Dostları ilə paylaş: