211
Milli ədəbiyyat
AV
Q
U
S
T
Ə d ə b i y y a t
Seçilmiş əsərləri:
2 cilddə: şeirlər
/B.Vahabzadə; ön söz.
müəl. Ç.Aytmatov; tərt.
ed. və red. A.Bağırov.-
Bakı: Öndər, 2004.-
C.1.- 328 s.; C.2. Poe-
malar.- 2004.- 320 s.
Seçilmiş əsərləri
/B.Vahabzadə; red.
hey.: Ə.Quliyev (baş
red.) və b..-Bakı: Çaşı-
oğlu, 2005.-440 s.
Ağayeva, M. Bəxtiyar
Vahabzadə pyeslərinin
səhnə taleyi: [monoq-
rafiya] /M.Ağayeva;
elmi red. İ.Kərimov;
AMEA, Memarlıq və
İncəsənət İn-tu.- Bakı:
[Xəzər Univeristeti]
2013.- 158 s.
Alməmmədova, S.
Bəxtiyar Vahabzadə
poeziyasının dili:
[monoqrafiya]
/S.Alməmmədova; elmi
red. və ön sözün müəl.
V. Arzumanlı.- Bakı:
Elm, 2010.- 163 s.
Bəxtiyar Vahabzadə -
89 //Ədalət 2014.-16
avqust.- S.16.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
16
Bəxtiyar Vahabzadə
1925-2009
90
illiyi
Akademik
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-
ci il avqust ayının 16-da Şəki şəhərində
anadan olmuşdur. 1934-cü ildə Bakıya köç-
müş, burada
orta məktəbi bitirdikdən sonra,
1942-1947-ci illərdə ADU-nun filologiya
fakültəsində təhsil almışdır.
1951-ci ildə namizədlik, 1964-cü ildə
doktorluq dissertasiyalarını müdafiə etmiş-
dir. 1950-1990-cı illərdə BDU-nun Müasir
Azərbaycan ədəbiyyatı kafedrasının profes-
soru vəzifəsində çalışmışdır. 1980-ci ildə
AEA-nın müxbir üzvü, 2000-ci
ildə həqiqi
üzvü seçilmişdir. 1991-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağ-
saqallar Şurasının üzvü olmuşdur.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və
şəkil” adlı ilk şeiri ilə başlamışdır. 1945-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmuşdur. 1949-cu ildə “Mənim dostlarım”
adlı ilk kitabı çap olunmuşdur. Onun lirik
şeir və poemalarında,
mənzum pyeslərində
müasir dövrün problemləri lirik-fəlsəfi plan-
da, yeni əlvan boyalarla təsvir edilirdi. O,
tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət
göstərmişdir. 100-ə yaxın şeir kitabının,
monoqrafiyanın, yüzlərlə elmi-publisistik
məqalənin, eləcə də tarixi və müasir mövzuda
20-dən artıq irihəcmli poemanın müəllifidir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə
edilmişdir. “Vicdan”, “Yağışdan sonra”,
“Fəryad”, “Hara gedir bu dünya”, “Özü-
müzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar
ağacı”, “Rəqabət” və s. (1960-2003)
pyesləri
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında tamaşaya qoyulmuşdur.
B.Vahabzadə XX əsrin 60-cı illərindən baş-
layan milli azadlıq hərəkatının öncüllərindən
biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” po-
eması ilə iki yerə parçalanmış Azərbaycanın
tarixi faciəsini dilə gətirmiş, rus və fars impe-
riyasının pəncəsi altında
inləyən Azərbaycan
xalqının azadlıq və istiqlal uğrundakı ədalətli
mübarizəsinə qoşulmuşdur. 1962-ci ildə şair
“millətçi” damğası ilə ADU-dan uzaqlaşdı-
rılmış, yalnız iki ildən sonra işə bərpa edil-
mişdir. Sovet rejimində milli varlığı tapda-
nan, hər cür məhrumiyyətlərə məruz qalan
millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi
üsullarla
ifadə etmiş, öz millətinin dərdlərini
dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını
ifşa edən əsərlərini isə Sovet İttifaqı dağılan-
dan sonra “Sandıqdan səslər” başlığı altında
nəşr etdirmişdir.
O, Azərbaycan KP Bakı şəhər Komitəsinə
üzv və bir neçə çağırış Bakı Xalq Deputatları
Sovetinə, X çağırış Azərbaycan Ali Sovetinə,
1995 və 2000-ci illərdə Azərbaycan Milli
Məclisinə deputat seçilmişdir.
Şairin yaradıcılığı və ictimai
fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilmiş,
o, 1974-cü ildə “Azərbaycanın Əməkdar
incəsənət xadimi” fəxri adına, 1976-cı ildə
“Leninlə söhbət” və “Muğam” poemaları-
na görə Respublika, 1984-cü ildə isə “Bir
gəminin yolçusuyuq” şeirlər kitabına görə
SSRİ Dövlət mükafatlarına layiq görül-
müşdür. 1984-cü ildə “Azərbaycanın Xalq
şairi” fəxri adını almışdır. 1988-ci ildə
M.F.Axundov adına ədəbi mükafatın laureatı
olmuşdur. 1995-ci ildə “Qırmızı Əmək Bay-
rağı” və “İstiqlal” ordenləri ilə təltif olun-
muşdur.
Bəxtiyar Vahabzadə 2009-cu
il fevral
ayının 13-də Bakıda vəfat etmişdir.