218
Teatr.Kino
60
illiyi
Afaq Bəşirqızı
1955
AV
Q
U
S
T
Afaq Bəşir qızı Səfərova (Afaq
Bəşirqızı) 1955-ci il avqust ayının 15-
də Bakı şəhərində anadan olmuşdur.
1974-1979-cu illərdə İncəsənət Uni-
versitetinin mədəni-maarif fakültəsində
təhsil almışdır.
Aktyorluq fəaliyyətinə 1973-cü ildə
Lənkəran Dövlət Dram Teartında baş-
lamışdır. 1975-ci ildə Sumqayıt Dövlət
Dram Teatrında çalışmış,
burada klassik
və müasir dramaturqların əsərlərində
baş rolları ifa etmişdir. İlk rollarından
özünü istedadlı, işgüzar, səhnəyə bö-
yük məhəbbətlə bağlı, daim axtarışda
olan sənətkar kimi göstərərək, tama-
şaçıların dərin rəğbətini qazanmışdır.
Azərbaycanın teatr və kino səhnəsinin
unudulmaz
aktyoru Bəşir Səfəroğlunun
ailəsində böyüməsi Afaq xanımın bir
aktrisa kimi formalaşmasında mühüm
rol oynamışdır.
Onun “Bəxt üzüyü” tamaşasında
yaratdığı Söylü obrazı öz koloritinə,
tutumuna, yüksək bədii keyfiyyətlərinə
görə klassik nümunədir. Əsasən komik
rolların ifaçısı kimi
daha da püxtələşən
Afaq Bəşirqızı 1989-cu ildə Musi-
qili Komediya Teatrına dəvət almış
və bu illər ərzində “Subaylarınızdan
görəsiniz”də Səməni, “O olmasın, bu
olsun”da Sənəm, “Bankir adaxlı”da
Nisə, “Məhəbbət oyunu”nda Səltənət,
“İtkin ər”də Məleykə, “Məsmə xala
dayımdır”da Məsmə və s. rolları
məharətlə ifa etmişdir.
“Azərbaycanfilm” kinostudiyasının
istehsal etdiyi “Bəxt üzüyü”, “Girov”
filmlərində rol almışdır. Televiziya ta-
maşalarında yaratdığı Zəhra xalaqızı
(“Yaşıl eynəkli adam”), Suğra (“Bala-
başa bəla”), Darçınbəyim (“Evləri
köndələn yar”), Ayka (“Yarımştat”),
Gülya (“Nekroloq”) rolları ilə daha da
məşhurlaşmışdır.
“Afaq gülür-güldürür” adlı komik
səhnəciklər toplusu ilə televiziya ek-
ranlarında çıxış etmiş, atasının xoş
xatirəsini
daim yaddaşlarda yaşatmaq
üçün “Bəşir” teatrını yaratmışdır.
Hazırda Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetində aktyorluq
kursunda dərs deyir.
1989-cu ildə “Azərbaycan Respubli-
kasının Əməkdar artisti”, 1993-cü ildə
“Xalq artisti” adlarına
layiq görülmüş-
dür. Görkəmli aktyor 1993 və 2003-
cü illərdə “Qızıl Dərviş” mükafatına,
2012-ci ildə Prezident mükafatına layiq
görülmüşdür.
Milli teatr sənəti sahəsindəki uğurla-
rına görə 2011-ci ildə “Yaxşıların yax-
şısı” Milli Mükafatına layiq görülmüş-
dür.
2013-cü ildə “Şöhrət”
ordeni ilə təltif
edilmiş, eyni zamanda “Azərbaycan
mədəniyyətinə dəyərli töhfə” nomi-
nasiyası üzrə Azərbaycanın teatr və
kino sənəti sahəsindəki uzunmüddətli
səmərəli fəaliyyətinə görə “Zirvə” mü-
kafatını almışdır.
Dostları ilə paylaş: