217
Teatr.Kino
100
illiyi
Məmmədrza Şeyxzamanov
1915-1984
AV
Q
U
S
T
Məmmədrza İsa oğlu Şeyxzamanov
1915-ci il avqust ayının 4-də Gəncə
şəhərində anadan olmuşdur. 1934-cü
ildə C.Cabbarlı adına Gəncə Dövlət
Dram Teatrının rejissoru Həbib İsma-
yılovun təşəbbüsü
ilə teatra dəvət edil-
mişdir. Burada aktyor studiyasında oxu-
muş, eyni zamanda yardımçı heyətin
tərkibində teatrın tamaşalarında iştirak
etmişdir. İlk dəfə Ə.Həmidin “Hind
qızı” tamaşasında Brahma adlı kiçik
rolda çıxış etmişdir.
1954-cü ilədək Gəncə teatrında
işləyərək bir sıra maraqlı obrazlar ya-
ratmışdır. Sonra Bakı şəhərinə köçmüş,
Akademik Milli Dram Teatrının aktyor
truppasına daxil olmuşdur. Aydın dik-
siyaya, geniş diapazona
malik sənətkar
olan aktyorun yaradıcılığı üçün milli ori-
jinallıq, yaratdığı xarakterlərin psixoloji
xüsusiyyətlərinə nüfuz
edə bilmək ba-
carığı səciyyəvi idi. Onun səslər içində
seçilən əsl səhnə və kino səsi olmuş,
qəhrəman obrazlarını, komik rolları daha
məharətlə ifa etmişdir. Ümumiyyətlə,
yumşaqlıq, kövrəklik, humanistlik və
sülhsevərlik M.Şeyxzamanova
xas olan
cəhətlər idi.
Teatrda “Göz həkimi”ndə Şahbazov,
“Qış nağılı”nda Poliksen, “Hamlet”də
Poloni, “Fərhad və Şirin”də Xosrov,
“Vaqif”də Qacar, Eldar, “Otello”da
Otello, “Aydın”da Aydın, “Qaçaq
Nəbi”də Qaçaq Nəbi, “Səyavuş”da
Rüstəm, “Xəyyam”da Müfti, “Şeyx
Sənan”da Şeyx Mərvan, “Od gəlini”ndə
Altunbay kimi bir-birindən fərqlənən,
psixoloji, dramatik obrazları yaddaşlara
həkk olunmuşdur.
Aktyorun dramatik rolları C.Cabbar-
lının “Almaz” (Hacı Əhməd), C.Məm-
mədquluzadənin “Ölülər” (Hacı Həsən
ağa), İ.Əfəndiyevin “Mahnı dağlar-
da qaldı” (Həsənalı), komedik rolları
S.Rəhmanın “Küləklər” (İmanqulu),
“Xoşbəxtlər” (Bərbərzadə) və “Yalan”
(Saleh), R.Vivianinin “Çarəsiz dələduz”
və s. alqışlarla qarşılanmışdır.
Aktyor böyük ekrana ilk dəfə 1955-
ci ildə, “Bəxtiyar” filmində Rəcəbov
rolu ilə çıxmışdır. 1963-cü
ildə böyük
sənətkar A.İsgəndərovun S.Rəhmanın
ssenarisi əsasında quruluş verdiyi
“Əhməd haradadır?” adlı musiqili ko-
mediya filmində Şirin kişi rolunda çə-
kilmişdir. 1976-cı ildə o, R.Ocaqovun
İ.Hüseynovun ssenarisi əsasında çək-
diyi “Tütək səsi” filmində İsfəndiyar
kişi rolunda çıxış etmişdir. “Qızmar gü-
nəş altında” (Əmir dayı), “Bir qalanın
sirri” (Həkim baba) və s. filmlərə də
çəkilmişdir.
Aktyorluq sənətindəki nailiyyətlərinə
görə ona 10 iyun 1959-cu ildə “Əməkdar
artist”, 1 iyun 1974-cü ildə isə “Xalq
artisti” fəxri adları verilmiş, H.Cavidin
“İblis” faciəsindəki İxtiyar
roluna görə
1984-cü ildə (ölümündən sonra) Dövlət
mükafatı ilə təltif edilmişdir.
Məmmədrza Şeyxzamanov 1984-cü
il yanvar ayının 21-də Bakıda vəfat et-
mişdir.
Dostları ilə paylaş: