222
Milli Qəhrəmanlar
Milli Qəhrəman
45
illiyi
Hidayət Rüstəmov
1970-1991
AV
Q
U
S
T
Hidayət Eldar oğlu Rüstəmov
1970-ci il avqust ayının 19-da Ağdam
rayonunun Xıdırlı kəndində anadan ol-
muşdur.
Burada orta məktəbi bitirən Hidayət
daha sonra Ağdam rayon 50 saylı
texniki-peşə məktəbində təhsilini da-
vam etdirmişdir.
1988-1990-cı illərdə Sovet Ordu-
sunda hərbi xidmətdə olmuşdur.
1991-ci
il Ağdam rayon Daxi-
li İşlər Şöbəsinin post-patrul alayına
daxil olmuşdur. Şərəfli döyüş yolu
keçən Hidəyət bu yolda çox yürüyə
bilməmişdir...
1991-ci il dekabr ayının 23-də
erməni işğalçıları Meşəli
kəndinə hü-
cum edərək ağlasığmaz vəhşiliklər
törədirdilər. Boş evlərin birini özünə
istehkam
seçən cəsur polis çavuşu
Hidayət qəfil sərrast atəşlərlə erməni
quldurlarının xeyli qüvvəsini məhv
etmişdi.
Murdar erməni faşistləri
Hidayətin sığındığı evə od vurmuş-
du. Qorxunun nə olduğunu bilməyən
Azərbaycan
döyüşçüsü son nəfəsinə
qədər vuruşmuş və qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Rüstəmov Hidayət
Eldar oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri
adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Dostları ilə paylaş: