Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan



Yüklə 227,84 Kb.
səhifə1/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
  1   2   3   4   5   6   7   8   9   ...   66
null-23




AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU.
PLAN:

.

1.İbtidai icma quruluşunun yaranması.İlk insanın izləri.



2.Ən qədim insanlar daş dövründə.

3Tunc dövrü və onun mərhələləri

4.Erkən dəmir dövrü,ibtidai icma quruluşunun dağılması.
ƏDƏBİYYAT

1.Azərbaycan tarixi 7-cilddə,Bakı,2007

2.Azərbaycan tarixinə dair qaynaqlar,Bakı,1989

3Bünyadov T.Azərbaycan arxeologiyasının oçerkləri,Bakı,1960

4.Azərbaycan tarixi.i.Z.Bünyadovun,T.Vəliyevin və Y.Yusifovun redaktorluğu ilə iki

Cilddə .Bakı.2005.

5.Qafar cəbiyev,Səttar Allahverdiyev.Azərbaycan tarixi.Bakı,2017
Bu vaxta qədər mövcud olmuş ictimai-iqtisadi formasiyalar içərisində ibtidai-icma quruluşu ən uzun ömürlüsüdür.İlk insnın yaranışı ilə ibtidai icma quruluşu da yaranır. İnsan təbiətin və canlı aləmin üzvü bir hissəsi kimi mövcud olub. Sosial varlıq olan ilk insanlar ilk əmək alətlərini düzəltməklə digər canlılardan-heyvanat aləmindən ayrılıb insan cəmiyyətini yaradıblar. Alimlər Azərbaycan ərazisində bu prosesin 1,5-2 mln. il bundan əvvəl baş verdiyini söyləyirlər.

Azərbaycan ərazisini ən qədim insanların yarandığı ilkin ərazilərdən hesab etmək olarmı?

Təbii ki, olar. Çünki, Azərbaycan ərazisində ən qədim insanların yaşamaları üçün bütün zəruri şərtlər mövcud olub. Bu şərtlər aşağıdakılardır:

-mülayim-isti iqlim

-təbii bitki örtüyünün və heyvanat aləminin zənginliyi.

-şirin su qaynaqlarının və təbii mağaraların bolluğu və.s



İnsan öz mahiyyətinə görə sosial varlıq olduğu üçün onların ilk yaşayış formaları da ibtidai insan sürüsü və ya uli icma adlanır. Təbiət qüvvələrinə və vəhşi heyvanat aləminə qarşı daimi mübarizə onları kollektiv şəkildə yaşamağa məcbur edib. Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Damcılı, Lerikdə Buzeyr, Naxçıvanda Qazma kimi mağaralarda ən qədim insanların həyatları, onların məşğuliyyətləri alimlərimiz tərəfindən öyrənilmişdir. Müəyyən olunmuşdur ki, ən qədim insanların ilk məşğuliyyətləri yığıcılıq və ovçuluq olub və ilk insanlar əmək aləti kimi daşdan və ağacdan istifadə ediblər. Alimlər əmək alətlərinin materialına görə ibtidai icma quruluşunu daş,tunc və erkən dəmir dövrlərinə bölüblər.

DAŞ DÖVRÜ: Bu dövr ən qədim insanların yarandıqları vaxtdan e.ə. İV minilliyin İİ yarısına qədər davam etmişdir. Bu dövr öz növbəsində qədim daş dövrü (paleolit),orta daş dövrü(mezolir),yeni daş dövrü(neolit),daş dövrü ilə tunc dövrü arasında aralıq mərhələ olan mis-daş dövriərinə bölünür. Qədim daş dövrü də öz növbəsində alt, orta və üst mərhələlərinə bölünür. Həmin mərhələlərin hər birinin qısa xarakteristikasını nəzərdən keçirək.

Alt paleolit (1,5mln.-100min il bundan əvvəl). Bu dövrün mədəniyyət nümunələri əsasən Azıx, Tağlar, Damcılı, Qazma mağaraları əsasında öyrənilmişdir. XX əsrin 60-cı illərində arxeoloq M.Hüseynov Azıx mağarasında arxeoloji qazıntılara başlayır və bir neçə il ərzində burada on mədəni təbəqə aşkarlanır.Ən qiymətli tapıntı ən qədim insanın kəllə sümüyünün aşkarlanması oldu. Müəyyən olundu ki, Azıxantrop adlandırılan insan kəlləsinin 350-400 min il yaşı var. Mağarada 700-min il bundan əvvələ aid ocaq yerinin aşkarlanması sübut etdi ki,ən qədim insanlar bu dövrdə təbii oddan istifadə etməyi bacarıblar. Eyni zamanda onlar ibtidai tikinti vərdişlərinə, bəsit dini təsəvvürlərə malik olublar. Yığıcılıq və ovçuluqla məşğul olublar.

Orta paleolit (təqribən 100min il-35 min il) Azıx,Tağlar, Daşsalahlı, Qazma, Buzeyr mağaralarında tapılan nümunələr əsasında öyrənilib. Orta paleolitdə insanlar daha geniş ərazilərə - Cənubi Qafqazın cənub-şərq ətəklərinə, Qarabağa, Naxçıvana, və. s. yayılıblar. Bu dövrdə bəsit dəfn mərasimi, axirət dünyasına inam, cadugərlik, totemizm, şamanizm yaranır. Ovçuluq yığıcılıqdan önə keçir. İnsanlar süni oddan istifadəni öyrənirlər. Yeni insan tipi olan neandertal yaranır. Ulu icma tədriclə sıradan çıxmağa başlayır.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin