Plan:
1.Ərəb dövlətinin yaranması . Alban hökmüdarı Cavanşirin yadellilərə qarşı mübarizəsi.
2.Ərəblərin Azərbaycanı işğal etməsi.
3.Xilafət dövründə Azərbaycanın sosial-iqtisadi vəziyyəti.
4.Xilafət əleyhinə çıxışlar.
5.Babəkin başçılığı altında Azərbaycan xalqının azadlıq mübarizəsi.
6. III – IX əsrlərdə Azərbaycan mədəniyyəti.
Ədəbiyyat.
1.Azərbaycan tarixi ( Uzaq keçmişdən – 1870- ci ilə qədər ) ( S.Əliyarlının redaktorluğu ilə ) B., 1996; 2009.
2.Azərbaycan tarixi. Z.Bünyadovun,T.Vəliyevin və Y.Yusifovun redaktorluğu ilə.İki cilddə. I cild, ( 2005 ); ikinci cild ( 2009 )
3.Az
Rbaycan tarixi. 7 cilddə,B., 2007 – 2008.
4.Azərbaycan tarixinə dair qaynaqlar.B.,1989.
5.Bakıxanov A. Gülüstani- İrəm. B.,2000.
6.Bünyadov Z. Azərbaycan VII – IX əsrlərdə.
7.Əliyev R.Azərbaycan VIII – IX əsrlərdə.
1.Ərəblərin vətəni Ərəbistan yarımadasıdır.Həyat tərzlərinə görə ərəblər oturaq və köçəri həyat sürürdülər.VI əsrin sonu- VII əsrin əvvəllərində qəbilə-tayfa münasibətləri dağılır,feodal münasibətləri yaranmağa başlayır və bu işdə yeni yaranan islam dini müstəsna rol oynayır İslam dininin yaranması Məhəmməd peyğəmbərin adı ilə bağlıdır. İslam sözünün mənası “ itaət “ deməkdir.İslamı qəbul edən insanlara müsəlman deyirlər.610- cu ildən etibarən Məhəmməd peyğəmbər yeni dini yaymağa başlayır. Bu din ərəb tayfalarının birləşdirilməsi və mərkəzləşdirilmiş dövlətin yaranması tədriclə bir ideologiyaya çevrilir.630 –cu ildə Məhəmməd peyğəmbərin başçılığı altında ərəb dövləti yaranır. 632 –ci ildə peyğəmbər vəfat edir.Ondan sonra dövlətin başına gələn adamlar “ xəlifə “ , yəni “ müavin “ adını daşıyırlar.
Bizans və Sasani imperiyalarının ərəb torpaqlarının böyük bir hissəsini zəbt etməsi, ənənəvi ticarət yollarının itirilməsi ərəbləri istilalara keçməyə vadar etdi.Bizans ilə Sasanilər arasında əsrlər boyu davam edən müharibələr onları taqətdən salmışdı.Bu isə ərəb istilaları üçün əlverişli şərait yaradırdı.Xəlifələr Əbu-Bəkr ( 632- 634 ), Ömər ( 634- 644 ), Osman ( 644- 656 ) və Əlinin ( 656- 661 ) hakimiyyətləri dövdündə ərəb istilaları genişləndi.
633- cü ildə ərəb qoşunları Sasani imperiyasının ərazisinə soxuldular.Bu dövrdə sasani hökmüdarı olan III Yezdigərt bütün vassallarına kömək üçün müraciət etdi.Alban hökmüdarı Varaz Qriqor 634- cü ildə oğlu Cavanşirin baççılığı altında 20 minlik alban süvarisini onun köməyinə göndərdi.Cavanşir 636- cı ildə Kadsiyya döyüşündə böyük şücaət göstərdi. Sasani hökmüdarı ona bayraq, gur səsli şeypurlar, iki qızıl cida, qızıl suyuna salınmış iki qalxan, mirvari ilə bəzədilmiş qızıl kəmər, dəstəyi qızıldan olan qılınc, tac və s. bağışladı.
638- ci ildə ərəblər sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldilar.Cavanşir 6 ay Ktesifonun mühasirəsində iştirak etdi.Lakin ərəblər məğlub oldular. Cavanşir ərəblərə qarşı 7 il vuruşdu. O, başa düşdü ki, sasanilər ərəblərin qarşısını ala bilməyəcəklər.640- cı ildə Cavanşir Albaniyaya qayıtdı.Ərəblərə məğlub olan sasani feodalları Albaniya ərazisinə soxulub qarət ilə məşğul olurdular. Onlar Bərdəni tutaraq Cavanşirin anasını və qardaşlarını əsir götürmüşdülər.Cavvanşir sasani feodallarını məğlub edərək anasını və qardaşını əsirlikdən azad etdi.651- 652- ci illərdə Sasani feodalları yenidən Albaniyaya soxulsalar da Cavanşir onları məğlub edib qovmuşdu.Cavanşirin atası ərəblərin gücünü düzgün qiymətləndirir,onların vassallığını qəbul etməyi Cavanşirə məsləhət görürdü.Cavanşir bununla razılaşmır, qalalarını, ailə üzvülərini ərəblərə girov vermək istəmirdi.Ona görə də O. ərəblərə qarşı mübarizəni davam etdirmək üçün Bizans imperatoru II Konstantin ilə görüşmək üçün 654- cü ildə Konstantinopola gedərək müttəfiqlik lə bağlı müqavilə bağlayır.Cavanşirin II Konstantin ilə II görüşü 660- cı ildə olur.
662- ci ildə xəzərlər Bələncər yaxınləğında ərəbləri məğlub etdikdən sonra Albaniyaya soxuldular. Cavanşir Kür çayı sahilində onları məğlub edərək qeri qaytardı. 665- ci ildə xəzərlər daha böyük qüvvə ilə Albaniyaya soxuldular və Araz çayına qədər irəlilədilər. Cavanşir vəziyyəti diplomatik yolla həll etdi.O, Xəzər xaqanına xərac verməyə razılıq verdi, onun qızı ilə evlənərək Albaniyadan qarət olunmuş 120 min baş mal-qaranı, 7 min baş atı cehiz sifəti ilə geri qaytardı.
Hadisələrin sonrakı gedişi Cavanşiri xarici siyasətində dəyişikliklər etməyə vadar etdi.Çünki, Bizans artıq zəif idi və ərəb hücumlarının qarşısını almaqda çətinlik çəkirdi.Digər tərəfdən ərəblər Ermənistanı tutduqdan sonra Bizans ilə Albaniya arasında əlaqələr kəsilmişdi.Buna görə də Cavanşir Xilafətin vassallığını qəbul etmək qərarına gəldi.Cavanşir xəlifə Müaviyə ilə iki dəfə görüşmüşdür.667- ci ildə Cavanşir Dəməşq şəhərinə gəlir.Bu görüşdə məqsəd xilafətin vassallığınğ qəbul etməklə Albaniyanı ərəblərin qarətindən xilas etmək idi. 670- ci ildə xəlifə Cavanşiri ikinci dəfə Dəməşqə dəvət etdi və xilafət ilə bizans arasında danışıqların aparılmasını ona həvalə etdi.Cavanşir bu işin öhdəsindən çox ləyaqətlə gəldi.Danışıqların nəticəsindən razı qalan xəlifə Cavanşirə çoxlu hədiyyələr verməklə yanaşı Albaniyadan alınan xəracı üçdə bir qədər azaltdı və Sünik knyazlığının idarə olunmasını da ona tapşırdı.
Cavanşir öz daxili siyasətində şəhərsalma, abadlaşdırma işlərinə geniş yer versə də, iri feodalların mərkəzdən qaçma halların qarşısının alınmasına xüsusi fikir verirdi. Ona görə də bizanspərəst əhval- ruhiyyəli əyanlar Cavanşirə qarşı sui- qəsd edərək 680 ildə onu öldürdülər.Alban taxtına Cavanşirin qardaşı oğlu Varaz Trdat oturdu.
Albaniyada baş verən hadisələrdən xəbər tutan xəzərlər güya qohumları Cavanşirin intiqamını almaq bəhanəsi ilə Albaniyaya soxulara Uti vilayətini tutdular.Alban katalikosu Yelizar çox çətinliklə xəzərlər ilə sülh bağlamağa nail oldu
Varaz Trıdat xəzərlərlə münasibətləri qaydaya saldıqdan sonra Bizansa bac verməkdən imtina etmək qərarına gəldi.Bu məqsədlə o, danışıqlar aparmaq üçün 699- cu ildə Konstantinopola gəldi.İmperator II Yustinian ondan üz döndərib ərəblərlə yaxınlaşdıqlarına görə Varaz Trıdatı 704- cü ilə qədər Konstantinopolda həbsdə saxladı.Bu müddıtdı Albaniyada hakimiyyətdə Şeroy Azərbaycana ilə əlaqədar xəlifə Ermənistana sərkərdə Məhəmməd ibn Mərvanın başçılığı altında qoşun göndərdi.Ərəb qoşunları Albaniyaya da gəlib çatdı.705- ci ildə knyaz Şeruyyə, 0nun ailə üzvüləri və yaxın adamları Dəməşqə aparılaraq edam olundular. Ölkədə Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu.
Xilafət ordusu Rey və Qəzvini tutduqdan sonra 639- cu ildə sərkərdə Huzayfanın başçılığı altında Cənubi Azərbaycana daxil oldu. Xəlifə Ömərin əmri ilə 643- cü ildə Bukayr ibn Abdullah və Utba ibn Farkad Azərbaycana hücum etdilər.Atropatena mərzbanı İsfəndiyar ibn Fərruxzad Ərdəbil yaxınlığında ərəblərlə döyüşə girdi və məğlub olub əsir düşdü.644- cü ildə İsfəndiyar əhali adından ərəblərlə müqavilə imzaladı.Müqaviləyə əsasən Azərbaycan əhalisi ərəblərə tabe olmalı, 800 min dirhəm illik xərac verməli, hər bir ailə bir ərəb əsgərinin bir günlük xərcini çəkməliidi.Ərəblər isə yerli əhalinin dininə. adət- ənənəsinə toxunmamalı idilər.Ərəblər getdikdən sonra əhali üsyan qaldıraraq şəhərdəki ərəb qarnizonunu qırdılar. 646- cı ildə sərkərdə Valid ibn Ukbanın qoşunu üsyanı yatırdı.
Bukayr ibn Abdullah Cənubi Azərbaycanı tutduqdan sonra Muğanı ələ keçirib Dərbəndə doğru irəlilədi.Xəlifə Bukayrın köməyinə daha bir neçə ordu göndərdi.Dərbəndin hakimi sasanilər tərəfindən təyin olunmuş Şəhriyar adlı şəxs idi.O, müqavimətin mənasız olduğunu başa düşüb təslim olaraq ərəblər ilə müqavilə bağladı.Müqaviləyə görə Dərbənd əhalisi xəzərlərin hücumunun qarşısını almaq şərti ilə vergilərdən azad olunurdu.Bir qədər sonra Əbdürrənman ibn Rəbiənin başçılığı altında gələn ərəb ordusu Dərbənd altında digər qoşunlarla birləşib, bir qədər şimalda yerləşən xəzərlilərin Bələncər şəhərinə doğru hərəkət etdilər. 643- cü ildə Bələncər altında xəzərlər ilə ərəblər arasında I döyüş baş verdi. Ərəblər məğlub oldu Əbdürrəhman öldürüldü.
VII əsrin 40- cı illərinin ortalarında Əbdürrəhmanın qardaşı Salman ibn Rəbiə Naxçıvanı tutaraq , Şəki- Gorus istiqamətində hücuma keçdi.O, beyləqan, Bərdə, Şəmkir, Qəbələ, Şirvanı ələ keçirərək , çətinliklə Dərbəndə yaxınlaşdı.653 – cü ildə Bələncər yaxınliğında ərəblər ilə xəzərlər arasında II döyüş oldu.Xəzərlər qalib gəldi, Salman öldürüldü.Ərəblər yalnız 90 illik mübarizədən sonra Azərbaycanı tuta bildilər.
Ərəblər ilə xəzərlər arasında Azərbaycan uğrunda yüz ilə qədər müharibələr getdi.730- 731 ci illərdə ərəblər Dərbənd və Dəryal keçidi vasitəsi ilə Azərbaycana hücum etdilər.Hücumun qarşısını ala bilməyən ərəblər Ərdəbilə tərəf geri çəkildilər Savalan dağı yaxınlığında bir neçə. gün davam edən döyüşlərdə sərkərdə əl- Cərrah başda olmaqla bütün ərəb qoşunu məhv edildl və Ərdəbil tutuldu.
Xəlifə yeni bir ərəb ordusunu Cənubi Qafqaza göndərdi.Ərəb sərkərdəsi Səid Xilat yaxınlığında xəzərləri məğlub edib, Bərdəyə tərəf irəlilədi.Ərəblər Bərdəni, Beyləqanı, Varsanı, Bərzəndi, Ərdəbili xəzərlərdən azad edərək Şirvana qədər irəlilədilər.Ərəb sərkərdəsi Məsləmənin qoşunları Dərbəndə yaxınlaşanda xəzərlər müqavimətsiz şəhəri tərk etdilər.Sərkərdə Mərvan ibn Məhəmməd Dərbənd müsəlman icmasının başçısı təyin edildi.737- ci ildə Mərvan ibn Məhəmməd xəzərləri qorxutmaq üçün 40 min xəzərlini əsir götürdü.
759- cu ildə Xəlifə xəzərlər ilə münasibətləri sakitləşdirmək üçün canişini Yəzidə məsləhət gördü ki, Xəzər xzqanının qızı ilə evlənsin.Canişin Xəzər xaqanının qızı ilə evləndi. Lakin xaqanın qızının qəfil ölümü xəzərlərdə ərəblərə qarşı inamsızlıq yaratdı.764- cü ildə xəzərlər yenidən ərəblərə qarşı hücuma keçdilər.Xəlifə Harun ər- Rəşidin dövründə (786- 809 ) xəzərlər kürə qədər irəlilədilər.Yalnız VIII əsrin son illərində xəzərlərin Azərbaycana olan yürüşlərinə son qoyuldu.
VII əsrdə ərəblərdə dövlət hələ təzə yarandığı üçün dövlət aparatının yaradılmasında işğal etdikləri ölkələrin idarəetmə sistemindən istifadə olunurdu Onlar ilk vaxtlarda idarəçilikdə yerli məmurlardan istifadə edirdilər.İdarəçiliyi öyrənəndən sonra yerli məmurlar ərəblərlə əvəz olunmağa başlandı.
Ərəblərin yaratdığı dövlət xilafət, onun başçısı isə xəlifə adlanırdı.Dünyavi və dini işlərin başında xəlifə dururdu.Ərəblərdə olan inzibati.bölgü sasanilərdə olan inzibati bölgüyə uyğunlaşdırılmışdı. Beləki, dövlətin ərazisi əmirliklərə bölünmüşdü.Əməvilər dövründə 5 əmirlik var idi və Azərbaycan IV əmirliyə daxil idi.Abbasilərin dövründə isə əmirliklərin sayı 15- ə çatmış, Azərbaycan III cü əmirliyə daxil edilmişdi. Hər bir əmirlik 12 mahala bölünürdü.Hər bir mahal isə 12 məntəqəyə, hər məntəqə də öz növbəsində 12 kəndə bölünürdü İri şəhərlər mahal mərkəzi funksiyasını yerinə yetirirdi.Azərbaycanın Bərzənd, Beyləqan, Şamaxı, Qəbələ, Şəki, Qazaka, Miyanə, Urmiya, Təbriz, Ərdəbil kimi şəhərləri mahal mərkəzləri idi.Ərəblərin dövründə Azərbaycanın .imal sərhəddi Dərbənd, cənub sərhəddi isə Həmədan müəyyən edilmişdi.
Hər bir əmirliyin başıda xəlifə tərəfindən təyin olunmuş canişin- əmir dururdu. Bütün mülkü və hərbi hakimiyyət onun əlidə toplanmışdı..Onun rəhbərliyi altında xüsusi tapşırıqları icra edən ali rütbəli məmurlar təsərrüfatın və idarəçiliyin müxtəlif sahələri üzrə fəaliyyət göstərən divanlara rəhbərlik edirdilər.Belə məmurlardan biri də amil adlanırdı. O, maliyyə işləri ilə məşğul olur, eyni zamanda vergilərin toplanılmasına nəzarət edirdi Əhalidən vergiləri toplayan məmur mütəqəbbil, onlara nəzarət edən müfəttiş isə mütəsərrif adlanırdı.Məhkəmə işləri qazilərin səlahiyyətində idi.Onlar məhkəmə işlərini şəriət normaları əsasında idarə edirdilər.Şəhərlərin idarə olunmasına kələntərlər baxırdı. Şəhərdə asayişin qorunması ilə darğalar məşğul olurdular.Kəndləri isə kəndxudalar idarə edirdi.Xilafətdə rabitə sistemi yüksək səviyyyədə qurulmuşdu.Bu sahəyə rəhbərlik bərid adlanan divan tərəfindən həyata keçirilirdi.Rabitə işində təlim gğrmüş göyərçinlərdən geniş istifadə olunurdu.
Azərbaycan ərazisində xilafətin əsas dayağı ordu və ərəb məmurları idi.Könüllü olaraq xilafət ordusunda xidmət edənlər vergi və mükəlləfiyyətlərdən azad edilirdilər.Mənşəcə ərəb olmayan , islamı könüllü qəbul edən, orduda xidmət edən şəxslər mövlalar,könüllü olaraq ərəb ordusunda xidmət edən xristianlar isə zimmilər adlanırdı.
Ərəblər Azərbaycanda özlərinə etnik dayaq yaratmaq, xəzinənin xərclərini azaltmaq məqsədi ilə Suriyadan, Bəsrədən, Misirdən, Kufədən buraya çoxlu ərəb ailələrini köçürmüşdülər.Bu köçürmələr IX əsrin I yarısına kimi davam etmişdi Xürrəmilər hərəkatı və ərəb xilafətinin dağılması nəticəsində ərəblərin Cənubi Qafqaza köçürülməsi təmamilə dayandırıldı.
Ərəblər Azərbaycanda Sasanilərin vergi sistemini bəzi dəyişikliklər etməklə saxladılar.Fərq onda idi ki, ilk xəlifələr dövründə vergilər yüngül idi və ayrı- ayrı şəxslərdən deyil, bütün ölkədən alınırdı.Xəlifə Əlinin islahatından sonra vergi ancaq əkilib- becərilən yerlərdən alınırdı.Xəlifə Haşimin ( 724- 743 ) dövründə ərəblərdə vergi siyasəti dəyişdirildi.725- 726- cı illər islahatına görə əhali, torpaq, mal- qara və.s. əmlak siyahıya alındı, siyahıya alınmadan sonra tətbiq edilən yeni vergi sisteminə əsasən rahiblərdən də cizyə alınmağa başlandı Əhalinin üzərinə sənətkarlıq məmulatı vergisi, kəbin kaqızı vergisi kimi əlavə vergilər qoyuldu Vergilərin çoxluğu təkcə yoxsulları deyil, həm də feodalların da bir çoxunu müflis vəziyyətə saldı.
750- ci ildə Abbasilər hakimiyyətə gəldikdən sonra, xəlifə əl- Mənsurun dövründə ( 754- 775 ) torpağın əkilib- əkilməməsindən asılı olmayaraq vergi alınmağa başlandı.Xəlifə Mənsur xalq arasında “ Pul atası “ ləqəbini almışdı.
Xəlifə Harun ər- Rəşidin dövründə ( 786- 809 ) Azərbaycan əhalisindən alınan vergilərin miqdarı daha da artırıldı. 15 yaşından yuxarı hər bir kişi vergiyə cəlb olunmuşdu.Əhalidən alınan vergilər içərisində xərac və cizyə əsas vergilər idi.Torpaq vergisi olan xərac torpağı olanlardan alınırdı.Can vergisi olan cizyə isə xristian ıhalidən alınırdı.Bu iki əsas vergidən başqa digər vergilər də var idi; Xüms-daşına bilinən əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, hərbi qənimətlərdən pul və ya natura şəklində toplanılırdı.
Zəkat- ildə bir dəfə mal- qaradan becərilən məhsuldan, meyvədən, qızıl- gümüş məmulatlarından ruhanilərin, yetimlərin, şikəstlərin əlacsızların xeyrinə alınırdı.
Xilafət dövründə Azərbaycanda aşağıdakı torpaq mülkiyyət formaları mövcud olmuşdur: 1.Divan dövlətə məxsus torpaq mülkiyyət formasıdır və bu torpaqlardan əldə olunan gəlirlər dövlətin ehtiyaclarına, dövlət qulluqçularına xərclənir. 2. İqta mənası “ kəsik “ “ ayırmaq “ deməkdir.Bu torpaq mülkiyyət forması xidmət müqabilində ya müvəqqəti, ya da ömürlük verilirdi.Sahiblik hüququndan asılı olaraq iqta torpaqlarının iki forması var idi. a ) bağışlanan iqta- şəxsin tam mülkiyyətinə keçir və irsi səciyyə daşıyırdı Əsasən orduda xidmətə görə verilirdi. B) Müvəqqəti iqta- irsən keçmir, nə bağışlana, nə də stıla bilərdi.Bəzən bütün vilayətlər iqta kimi yüksək rütbəli məmurlara və hərbiçilərə verilirdı. Məsələn, xəlifə Möhtəsim Babək hərəkatını yatıran Afşinə Azərbaycanı, Arranı, Ermənistanı iqta kimi vermişdi. 3.Mülk torpaqları-yerli feodallara məxsus olub irsən keçirdi.Bu torpaqlar satıla, bağışlana bilərdi.Mülk sahibləri hərbi xidmətdə olmurdular, əlavə vergi ödəyirdilər. 4. Vəqf torpaqları – dini idarələrə, müqəddəs yerlərə, məscidlərə, din uğrunda mübarizlərə məxsus idi.Vəqf torpaqlarını satmaq, almaq, bağışlamaq, irsən keçirmək olmazdı. 5. İcma torpaqları – buraya kənd əhalisinə məxsus əkin torpaqları, otlaqlar, örüş yerləri, meşələr, qəbristanlıqlar və. s. daxil idi.
4 Xilafətin işğalçılıq siyasəti, ağır vergilər, ərəb feodallarının özbaşınalıqları, dəhşətli istismar, hüquqsuzluq Azərbaycanda əhalinin bütün təbəqələri arasında ciddi narazılıqlara səbəb olmuşdu.İmperiyanın sərhədləri genişləndikcə əsarət altına alınmış xalqların da yadelli əsarətinə qarşı olan mübarizəsi durmadan artırdı. Bu dövrdə Əməvilərə qarşı olan müxalifət 3 cərəyandan ibarət idi. Birinci cərəyana Əlinin tərəfdarları daxil idi.Onlar belə hesab edirdilər ki,dövlətdə ali hakimiyyət yalnız peyğəmbərin kürəkəni olmuş Xəlifə Əlinin varislərinə məxsus olmalıdır.Bu qurupun nümayəndələri özlərini Şiə ( qurup, partiya ) adlandırırdılar.Onlar deyirlərki, Əli və onun 12 varisi olan imamlar qüsursuzdur.Buna görə də xilafətə bu nəsildən olan insanlar rəhbərlik etməlidirlər.İkinci cərəyan xaricilər adlanırdı.Əməvilər sülaləsinin hakimiyyəti zamanı xaricilər müxalifətə keçərək olara qarşı mübarizəyə başladılar.Onlar Bəsrə və Kufədə Əməvilərə qarşı üsyan da qaldırdılar.Azərbaycanda da bu hərəkatın xeyli tərəfdarı var idi.Onlar xəlifə hakimiyyətinin irsən keçməsi haqqında olan mövcud qaydanı qanunsuz hesab edir, dövlət başçısının peyğəmbərin tərəfdarları tərəfindən deyil,bütün müsəlmanlar tərəfindən seçilməsini tələb edirdilər.Xaricilərin fikrincə xəlifənin siyasəti müsəlmanların əksəriyyətinin mənafeyinə uyğun gəlmədikdə müsəlman icması onu vəzifədən götürə, hətta öldürə bilərdi.
Üçüncü cərəyan tərəfdarları peyğəmbərin əmisi Abbasın varisləri idi.Onlar Əməvilər sülaləsini devirib hakimiyyətə gəlməyə çalışırdılar.Onlar özlərinə tərəfdarlar toplamaq üçün Suriyadan müxtəlif vilayətlərə öz adamlarını göndərdilər.Onlar vəd edirdilər ki, əgər hakimiyyətə gəlsələr xalqın vəziyyətini yaxşılaşdıracaqlar, vergiləri azaldacaqlar.750- ci ildə Abbasilərin nümayəndəsi Əbül Abbas Əs. Səffah ( 750- 754 ) Kufə məscidində xəlifə elan edildi.
748- 752 ci illərdə Cənubi Qafqazda, ocümlədən Azərbaycanda mərkəzi hakimiyyətə qarşı Qəssab müsafirin başçılığı altında üsyan baş verdi.Beyləqanda başlanan üsyan tezlikə ölkənin bir sıra vilayətlərini, xüsusi ilə Ərdəbil vilayətini əhatə etdi.Qəssab Müsafir Üsyançılara kömək etmək üçün Ərdəbilə gəlir.Bu zaman ərəb valisi Beyləqanda olan iki üsyan başçısını həbs etdirir.Bundan xəbər tuta Müsafir yenidən Beyləqana qayıdır və həbs olunanları azad etdirir.Ərəb valisi öz qüvvələri ilə Bərdəyə çəkilir.Böyük qoşun toplayan Müsafir Bərdəni tutur və ərəb əmiri öldürülür. 752- ci ildə Abbasilər üsyanı amansızlıqla yatırırlar.
5..... IX əsrin 30- 40- cı illərində Azərbaycanda ərəb əsarəti və feodal zülmünə qarşı böyük bir xalq hərəkatı – xürrəmilər hərəkatı baş verdi.Bu hərəkata xürrəmilər adının verilməsi müxtəlif cür izah olunur.Orta əsr ərəb müəllifləri bu sözü “şad “, “şən “ mənasında, bəziləri Ərdəbil yaxınlığındakı kəndin adı ilə, digərləri Məzdəkin arvadı Xürrəmənin adı ilə əlaqələndirirlər.Akademik Ziya Bünyadov isə bu sözün kökündə “ xor “( günəş, od, alov ) sözünün durduğunu və gözə görünməyən ilahi od mənasını verdiyini göstərir.Xürrəmilər təlimi Azərbaycanda, İranda, Mərkəzi Asiyada yayılmışdı.Məzdəkilərin ideyası xürrəmilərə təsir göstərmişdi.Onlar yadelli əsarətinə qarşı mübarizə aparmaqla bərabər sosial və əmlak bərabərliyi uğrunda da mübarizə aparırdılar.Onlar yadellilərə qarşı mübarizədə azadlıq rəmzi olan qırmızı bayraq qaldırmış, qırmızı paltar geymişdilər.
Xürrəmilər birinci dəfə xəlifə Mehdinin dövründə ( 775- 785 ) üsyan qaldırmışdılar.İkinci üsyan isə 808- ci ildə xəlifə Harun ər- Rəşidin dövründə baş vermişdi.Onların sayı yüz min nəfərə çatsa da, üsyan yatırılmış,qadın və uşaqlar qul kimi satılmışdı.Bundan sonra xürrəmilərə Cavidan və Əbu İmran başçılıq etmişdi. 816- cı ildə Cavidanın ölümündın sonra xürrəmilər hərəkatına rəhbərlik Babəkə keçir.O, dağınıq xürrəmi dəstələrini vahid komandanlıq altında birləşdirir.Babəkin uşaqlıq həyatı çox ağır keçib.O, çobanlıq edib, sarban kimi dəvə karvanları aparıb,şəhərdə sənətkar yanında şagird olub.Xürrəmi dəstə başçısı Cavidan ilə olan tanışlıq Babəkin həyatında dönüş nöqtəsi olub.816 – cı ildə Cavidanın ölümündın sonra xürrəmiər arasında artıq tanınan Babək hərəkata rəhbərlik etməyə başlayıb
Xilafət azadlıq hərəkatının ilk üç ilində xürrəmilərə qarşı nizami qoşun göndərmir , yalnız yerli qüvvələrdən istifadə edirdi.819- cu ildə xəlifə ilk dəfə olaraq nizami qoşun göndərdi.Babək 819-829 cu illərdə xilafətin bir neçə ordusunu darmadağın etdi.Xəlifə Bəz qalasını tutmaq üçün sərkərdə Məhəmməd ibn Hümeydin başçılığı altında 150 minlik qoşunu Babəkin üzərinə göndərdi. 829- cu ildə xürrəmilərlə ərəblər arsında I Həşdatsər döyüşü baş verdi.Döyüşdə xürrəmilər qalib gəldilər, 30 min ərəb döuüşçüsü məhv edildi.830- cu ildə baş verən I Həmədan döyüşündə də xürrəmilər qalib gəldilər və Həmədan şəhərini tutdular.Nəticədə xilafətin Şərq ölkələri ilə əlaqələri kəsildi, o,əsas ticarət yollarını itirdi.Xürrəmilərin qələbələri xilafəti lərzəyə salmışdı.833-cü ildə xəlifə Məmun vəfat etdi. O, onun yerinə taxta çıxacaq qardaşı Mötəsimə vəsiyyət etmişdi ki,bütün qüvvələrini xürrəmilərə qarşı yönəltsin, onlara qarşı mübarizədə heç nəyi əsirgəməsin və bütün müharibələri dayandırsın.Xəlifə Möhtəsim Babəkə qarşı sərkərdəsi İshaq ibn İbrahimin komandanlığı altında böyük bir ordu göndərdi.833- cü il dekabrın 25- də II Həmədan döyüşü baş verdi.Xürrəmilər ilk dəfə olaraq ağır məğlubiyyətə uğradılar.Bundan sonra xəlifə Bizansa qarşı müharibəni dayandırıb,bütün qüvvələri Babəkə qarşı yönəltdi.Xəlifə 835- ci ildə xürrəmilərə qarşı vuruşmalı olan qoşunlara Afşin Heydər ibn Kavus adlı çox təcrübəli sərkərdəsini göndərdi.Azərbaycana gələn Afşin döyüşə başlamadan əvvəl bir sıra tədbirlər gördü; ordunun döyüş ruhunu qaldırdı, öz qərargahıhı Bəz qalasına yaxın olan Bərzəndə köçürdü, qalaları və yolları bərpa etdirdi. O, terror yolu ilə Babəkin tanınmış sərkərdələri İsma əl Kürdünü, Tərxanı öldürtdürdü, Babəkin tərəfində olan yerli feodalları öz tərəfinə çəkdi, cəsusları vasitəsi ilə Babəkin qüvvələri və qalaları barədə kəşfiyyat məlumatları topladı.Afşinin qorxusundan Babəkin müttəfiqləri olan İbn Bəis, Səhl ibn Sumbat, Əbu Musa və başqaları Babəkdən uzaqlaşdılar.Tədriclə qüvvələr nisbəti Afşinin xeyrinə dəyişdi.
Xəlifə Möhtəsim Afşinin köməyinə Buğa əl- Kəbirin başçılığı altında əlavə qoşun göndərdi.Lakin Buğa Afşini əmrini gözləmədən Həşdatsər dərəsində xürrəmilər üzərinə hücuma keçdi.836- cı ildə olan bu döyüşdə Buğa ağır məğlubiyyətə uğradı,güclə qaçıb canını qurtardı.Xürrəmilərin əlinə böyük qənimət keçdi.Xəlifə Afşinin köməyinə daha iki ordu və 30 milyon dirhəm pul göndərsə də Afşin hücuma keçməyə tələsmədi.Əslində Afşin Babək ilə danışıqlar aparıb Bizansa qarşı müharibədə ondan istifadə etmək və son məqamda da birlikdə xəlifəyə qarşı çıxmaq niyyətində idi.Lakin bu danışıqlar baş tutmadı və xəlifənin şübhələnə biləcəyindən ehtiyatlanan Afşin 837- ci ildə Bəzz qalasına hücum haqqında əmr verdi.Gərgin döyüşlərdən sonra Bəzz qalası 837- ci il avqustun 28-də ərəblər tərəfindən alındı.7600 xürrəmi əsir düşdü. Onların arasında Babəkin bir neçə oğlu və qızı və digər ailə üzvüləri var idi Babək Bəzz qalasından çıxıb qardaşı Abdulla ilə qaça bilmişdi.Abdulla Beyləqana, Babək isə yeni qoşun toplamaq üçün Bizansa getməyi qərara almışdı.Babək Şəki (indi Ermənistan respublikasının ərazisindədir) feodalı Səhl ibn Sumbatın mülkinə daxil olanda onunla rastlaşır.Babək onun ərəblərə satıldığından xəbərsiz idi.Səhl Babəki aldadaraq öz qalasına gətirir və dərhal da Afşinə xəbər göndərir.Ov zamanı iki ərəb sərkərdəsi Babəki həbs edərək Afşinin düşərgəsinə gətirirlər.Afşin Babəkin və qardaşı Abdullanın həbs olunması xəbərini xəlifəyə çatdırır.Hədsiz dərəcədə sevinən xəlifə dərhal bu xəbərin ölkənin hər yerinə çatdırılmasını əmr edir.Babək 838-ci il martın 14- də Samirə şəhərində dəhşətli şəkildə edam olunur. Cəllad onun bədənini hissə- hissə doğrayır.
Xürrəmilər hərəkatının məğlub olmasının əsas səbəbi üsyançıların çox güclü, nizam- intizamlı, sayca cox olan bir dövlətin ordusu ilə vuruşması idi.Üsyançəlar pis silahlanmışdılar, yerli feodallar onlara xəyanət etdilər,digər tərəfdən üyan kortəbii xarakter daşıyırdı.Bu hərəkat məğlub olsa da , xilafəti lərzəyə saldı və onu kökündən sarsıtdı, xilafətin dağılmasını sürətləndirdi.
6.III- VI –cı əsrlərdə Azərbaycanın cənubu və şimalının Sasani imperiyasının tərkibində olması onun etnik, siyasi, iqtisqdi və mədəni birliyinə müəyyən qədər müsbət təsir etmişdi Atropatenada pəhləvi yazısından istifadə edilirdi.Albaniyada isə V əsrdən 52 hərfdən ibarət əlifba yaradılmış, kilsələrin yanında məktəblər açılmışdı.
VII əsrdən başlayaraq Azərbaycanda ərəb əlifbasından istifadə olunmuşdur.VIII- X əsrlərdə xilafət mədəniyyətinin yaradılmasında Azərbaycan xalqının nümayəndələri də yaxından iştirak etmişdi Əsas təhsil müəssisələri məscidlərin yanında fəaliyyət göstərən mədrəsələr idi.Burada Quran, dini elmlərlə yanaşı tarix, coğrafiya, dil, fəlsəfə kimi dünyavi elmlər də tədris olunurdu.
VII- əsrin sonu VIII əsrin əvvəllərində yaşamış Musa Kalankatlı “ Albaniya tarixi “ əsərinin I və II hissələrini yazmışdı.Əsərin I kitabı Bibliya tarixindən VI əsrə qədər, II kitabı VI əsrdən VIII əsrin əvvəllərinə qədər, III kitabı VIII əsrdən X əsrə qədər olan dövrdə baş verən hadisələri əks etdirir.Üçüncü kitab X əsrin sonunda yazılmış və Kalankatlının yazdıqlarına əlavədir.
Budövrdə ədəbiyyat və incəsənət də inkişaf edirdi.Artıq xilafət dövründə “ Kitabi Dədə qorqud “ dastanının formalaşması başa çatmışdı.VII – IX əsrlərdə Dəvdək, Musa Şəhavat, İsmayıl ibn Yasir, onun oğlu Məhəmməd kimi Azərbaycan şairləri yaşamışdılar.
Albaniyada şəhərsalma və memarlıq inkişaf etmişdi.Dərbənd, Qəbələ, Ərdəbil, Marağa, Bərdə və.s. kimi şəhərlərin mövcudluğu şəhərsalma mədəniyyətinin yüksək səviyyədə olduğunun göstəricisidir.Azərbaycanın şimal- şərqində yad tayfaların şimaldan olan hücumlarının qarşısını almaq üçün tikilən sədlər memarlıq abidəsi kimi diqqəti cəlb edir.Bunlardan Beşbarmaqda, Şirvanda,Çıraq qalada və Samur çayı sahilində olan sədləri göstərmək olar.Bunlardan ən əzəmətlisi V əsrdə tikilməyə başlamış və tikintisi bir əsr davam edən Dərbənd səddidir. Bu dövrdə Azərbaycanda bir sıra qalalar, məbədlər, kilsələr də tikilmişdir. Bunlardan Torpaq qalanı,Girdıman qalasını, Govur qalanı, Çrabkert qalasını göstərmək olar Memarlıqda gümbəzli tikililər VIII əsrə qədər yayılmışdır.Tərtərçay üzərində körpü, Qazaxda Əskipara kəndi yaxınlığındakı monastr kompleksi bu dövrdə tikilmişdir.
Azərbaycan xalqının formalaçması prosesi Atropatena və qədim Alban dövlətlərinin yaranması ılə başlamışdır. Tədriclə bu ərazidə yaşayan tayfalar arasında ümumi xüsusiyyətlər meydana çıxmış, nisbətən sabit ərazi, sərhədlər formalaşmışdır.Artıq VIII əsrdə bu ərazidə yaşayan insanlar arasında daxili mənəvi bağlar, ümumi psixoloji düşüncə tərzi, ümumi dil, ümumi adət- ənənə formalaşmışdır. Beləliklə, VIII əsrdə Azərbaycan xalqı formalaşır.Lakin bu proses təkamül yolu ilə inkişafını davam etdirirdi.
Qədim zamanlar və erkən orta əsrlərdə Azərbaycan ərazisinə türk tayfalarının üç dəfə axınları olub.Birinci axın e.ə. VII əsrdə kimmer-iskit- sak tayfalarının, ikinci axın III- V əsrlərdə hunların , heptalların, sabirlərin adları ilə bağlı idisə, üçüncü axın XI ci əsrdə Azərbaycana gəlmiş səlcuqların adı ilə bağlıdır. Məhz XI əsrdə səlcuqların III axını Azərbaycan xalqının formalaşması prosesini tamamlamışdır...
....... .
.
.........
Dostları ilə paylaş: |