1. Neft hasilatı



Yüklə 169,6 Kb.
tarix01.01.2022
ölçüsü169,6 Kb.
#50675
Balaxanı-Sabunçu-Ramanı (B-S-R) yatağında İQD3 horizontunun geoloji-mədən təhlili













1.Neft hasilatı. Şuxart nəzarət xəritəsindən gördüyümüz kimi istismarın ilk dövrlərində neft hasilatı optimal sərhədlər arasında olsa da, kəskin artaraq 1933-cü ildə üst sərhəddən çıxmışdır. Bir müddət artıb-azalmalarla müşahidə olunduqdan sonra neft hasilatı 1965-ci ildə yenidən tənzimləmə sərhədləri arasına daxil olmuşdur. O, burada da çox qalmayaraq, 1968-ci ildə alt sərhəddi keçərək bu istiqamətdə davam etmişdir.

Burada Xorta=36,24 Xüst= 41,9 Xalt= 30,58 təşkil etmişdir.





2. Su hasilatı. Burada su hasilatı ilk dövrlərdə optimal sərhədlərdən aşağıda olsa da,sonradan artaraq optimal sərhədlər arasına daxil olmuş, ama orada çox qalmayaraq 1947-ci ildə yenidən alt sərhəddən çıxmışdır. Buna baxmayaraq sonradan su hasilatı kəskin artaraq 1951-cı ildə hətta üst sərhəddi də keçmişdir. Lakin sonradan enməyə məruz qalaraq tənzimləmə sərhədləri arasına daxil olmuşdur. Bundan sonra isə bir neçə dəfə alt və üst sərhəddən çıxsa da, demək olar ki, o sərhədlər arasında qalmışdır.

Burada Xorta= 50,75 Xüst= 72,85 Xalt= 28,65 olmuşdur.





3.İşlək quyuların sayı Nəzarət xəritəsindən gördüyümüz kimi, quyuların sayı istismarın ilk dövrlərində alt sərhəddən aşağıda olsa da, sonradan 1940-cı ildə bu sərhədlər arasına daxil olmuşdur. Bu hasilat 1956 və 1958-ci illərdə iki dəfə üst sərhəddi keçsə də, orada çox qalmayaraq yenidən optimal sərhədlər arasına daxil olmuş və burada davam etmişdir.

Burada Xorta= 46,61 Xüst=60,78 Xalt=32,64 olmuşdur.





  1. 1 Quyuya düşən neft hasilatı . Burada gördüyümüz kimi, ilk dövrlərdə 1 quyuya düşən neft hasilatı üst sərhəddən yuxarıda artıb-azalmalara məruz qalsa da, 1954-cü ildə tənzimləmə sərhədləri arasına daxil olmuşdur. Bir müddət bu istiqamətdə davam etdikdən sonra, 1989-cu ildə alt sərhəddən keçərək aşağı düşmüşdür.

Burada: Xorta=0,58 Xüst=0,87 Xalt=0,29 olmuşdur.


Yüklə 169,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin