Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub



Yüklə 273.34 Kb.
PDF просмотр
səhifə1/3
tarix07.12.2016
ölçüsü273.34 Kb.
  1   2   3

Tibb Universitetində yeni 

əczaçılıq laboratoriyası açılıb

Macarıstanın 

Azərbaycandakı 

səfiri Tibb 

Universitetində 

olub

Türkiyəli 

nümayəndələr 

Tibb 

Universitetinin 

qonağı oldular

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 20 (1616) 30 noyabr 2015 - ci il                           Qiyməti 40 qəpik

ATU-nun xarici 

tələbələri 

Əcnəbi Tələbə-

Gənclərin II 

Ümumrespublika 

Forumunda 

iştirak ediblər

BU  SAYIMIZDA 

3

7

5

STOMATOLOGİYA FAKÜLTƏSİNDƏ TƏDRİSİN VƏZİYYƏTİ 

VƏ  GƏNC MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASININ 

YAXŞILAŞDIRILMASI İŞİNDƏ KOLLEKTİVİN QARŞISINDA DURAN 

VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB

2

ATU - da Azərbaycan Kordiologiya Cəmiyyətinin IV Milli Konqresi 

çərcivəsində “ürəyin anatomiyası” kursu təşkil olunub

DAXİLİ XƏSTƏLİKLƏR ÜZRƏ     VI 

BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

4

 

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib



Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda 

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim 

etdilər.

Azərbaycan  Prezidentini  Belarusun  yüksək  vəzifəli  dövlət  və  hökumət 

nümayəndələri qarşıladılar.

***


Noyabrın  28-də  rəsmi  qarşılanma  mərasimi  başa  çatdıqdan  sonra 

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Luka-

şenkonun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Görüşdə  ikitərəfli  münasibətlər  və  qarşılıqlı  maraq  doğuran  məsələlər 

ətrafında fikir mübadiləsi aparıldı.



5

6

http://www.amu.edu.az

30 noyabr 2015-ci il

2

Əvvəlcə stamatologi-



ya fakültəsinin dekanı, 

professor Zöhrab Qa-

rayevin  “ATU-nun sto-

matologiya fakültəsində 

tədrisin vəziyyəti və gənc 

mütəxəssislərin hazırlan-

masının yaxşılaşdırılması 

işində kollektiv qarşısında 

duran vəzifələr” barədə 

hesabatı dinlənildi. 

U

lu  öndər  Heydər 



Əliyevin  və  onun  la-

yiq li 


davamçısı, 

Azər  baycan 

Respublikası-

nın  Prezidenti  cənab  İlham 

Əliyevin  uğurlu  daxili  və 

xarici  siyasəti  nəticəsində 

ölkəmizin beynəlxalq arenada 

inamla  irəlilədiyi  bir  dövrdə 

ali  təhsil  işçilərinin  üzərinə 

yeni  və  məsul  vəzifələr  düş-

düyünü  vurğulayan  fakültə 

dekanı  bildirdi  ki,  bu  ba-

xımdan  əhalinin  sağlamlığı-

nın  qorunmasını  təmin  edən 

tibb  kadrlarının,  o  cümlədən 

stomatoloqların 

hazırlan-

ması  da  dövlət  əhəmiyyətli 

məsələdir.  Respublikamız-

da  həkim-stomatoloq  ha-

zırlayan  Azərbaycan  Tibb 

Universitetinin 

stomatolo-

giya  fakültəsi  məsuliyyətini 

dərk  edərək,  yüksək  ixtisas-

lı  mütəxəssislər  hazırlamaq 

üçün  öz  fəaliyyətini  norma-

tiv  sənədlərə  əsasən  həyata 

keçirir,    tədris  prosesinin 

keyfiyyətinin yüksəldilməsinə, 

gənc  mütəxəssislərin  peşə 

hazırlığının  yaxşılaşdırılma-

sına,  onların  ümumbəşəri 

və  milli  dəyərlər  əsasında 

tərbiyə edilməsinə çalışır.

Fakültəyə daxil olan 9 ka-

fedrada  çalışan  professor-

müəllim  heyətinin  52%-nin 

elmi  dərəcəsi  olduğunu  xa-

tırladan Z.Qarayev qeyd etdi 

ki, bunlardan 19 nəfəri elm-

lər  doktoru,  professor,  39 

nəfəri dosent, 32 nəfəri baş 

müəllim,  140  nəfəri  isə  as-

sistent və müəllimdir. 

Fakültə dekanı onu da bil-

dirdi  ki,  hazırda  fakültədə 

təhsil  alan  735  tələbənin 

247  nəfəri    xarici  ölkə  və 

488  nəfəri  Azərbaycan 

vətəndaşlarıdır.  Tələbələrin 

557  nəfəri  Azərbaycan,  69 

nəfəri rus, 109 nəfəri isə  in-

gilis  bölməsində  təhsil  alır.

Dekanlığın  işinin  əsasını 

təşkil  edən  tədris  prosesi-

nin  təkmilləşdirilməsi  istiqa-

mətində görülən tədbirlərdən 

danışan  fakültə  dekanı  ixti-

sas kafedralarında tələbələrin 

təcrübi bacarıqlarının və peşə 

hazırlığının  yaxşılaşdırılma-

sına 

yönəldilmiş 



müasir 

müayinə və müalicə metodla-

rının tətbiq olunduğunu dedi. 

O, fakültədə tədrisin səviy-

yə sinin ayrı-ayrı fənnlər üzrə 

tələbələrin  ilkin  mənimsəmə 

və  keyfiyyət  göstəricilərilə 

qiymətləndirildiyini  söyləyə-

rək son dörd tədris ilinin qış 

və  yay  imtahan  sessiyasının 

yekunlarının  təhlili  üzərində 

xüsusi  dayandı:  “Fakültədə 

tədrisin  əsas  göstəriciləri 

ildən-ilə  artmaqda  davam 

edir. Belə ki, qış imtahan ses-

siyasının  nəticələrinə  görə 

fakültə üzrə ilkin mənimsəmə 

göstəricisi  2011/12-ci  ildə 

62,4%,  keyfiyyət  göstəricisi 

16,2%, həmin göstəricilər mü-

vafiq olaraq 2012/13-cü ildə 

64,0% və 28,0%, 2013/14-cü 

ildə 66% və 38,8%, 2014/15-

ci  tədris  ilində  isə  84,3%  və 

52,7% olmuşdur. 

Yay  imtahan  sessiyası-

nın  nəticələrinə  görə  ilkin 

mənimsəmə 

göstəriciləri 

2011/12-ci 

ildə 

50,1%, 


2012/13-cü  ildə  64,7%; 

2013/14-cü  ildə  70,8%, 

2014/15-ci 

ildə 


95,1%,  

keyfiyyət göstəriciləri isə mü-

vafiq  olaraq  20,4%,    22,8%, 

44,6%  və 62,7% olmuşdur. 

Göründüyü  kimi,  yay  im-

tahan 


sessiyasının 

ilkin 


mənimsəmə  və  keyfiyyət 

göstəriciləri qış imtahan ses-

siyasının 

göstəricilərindən 

yuxarıdır.  Ancaq  buna  bax-

mayaraq bu sahəyə,  xüsusilə 

keyfiyyət 

göstəricilərinə 

diqqəti ildən-ilə artırmalıyıq”. 

Dərsə  davamiyyəti  tədrisin 

keyfiyyətinə  təsir  göstərən 

əsas  amillərdən  biri  kimi 

səciyyələndirən 

Z.Qarayev 

he sa bat  müddətində  hər 

tələbəyə  düşən  dərs  burax-

ma  hallarının  20,3  saatdan 

14,8  saata  düşdüyünü,  lakin 

bu səviyyənin  dekanlığı qane 

etmədiyini  də  diqqətə  çat-

dırdı:  “Dərsə  davamiyyət,  ni-

zam-intizamı yaxşılaşdırmaq, 

tələbələrin məsuliyyətini artır-

maq üçün hər həftənin cümə 

günü qrup nümayəndələri ilə 

görüşlər zamanı dərs burax-

ma  hallarının  səbəbləri  təhlil 

edilib  müvafiq  ölçü  götürü-

lür.  Qeyd  etmək  istəyirəm 

ki, üzürsüz dərs buraxmanın 

kəskin  azaldılması  məsələsi 

fakültə kollektivinin qarşısın-

da  duran  vacib  məsələlərdən 

biri olaraq qalır.

Dərsə  davamiyyətin  və 

mənimsəmə  göstəricilərinin 

yaxşılaşdırılmasına 

imta-


han  sessiyasına  artıq  2  ay 

qalmış 


professor-müəllim 

heyəti  və  tələbələrimizin  iş-

tirakı  ilə  keçirilən  istehsalat 

müşavirələrini,  eləcə  də  im-

tahan  qabağı  dövrdə  rek-

torluğun  imtahan  götürən 

müəllimlərlə  apardığı  müşa-

vi rələrin  mühüm  rolu  var-

dır.  Həmin  müşavirələrdə 

tələbələrin arzu və şikayətləri 

dinlənilir,  tədrisin  vəziyyəti 

ciddi  təhlil  edilir  və  qarşıda 

duran  vəzifələr  konkret  ola-

raq müəyyənləşdirilir”. 

Stomatoloji Klinikanın yara-

dılmasını fakültənin həyatında 

ən  uğurlu  hadisə  adlandıran 

Z.Qarayev  tədris  prosesi-

nin  keyfiyyətli  aparılmasın-

da  maddi-texniki  bazanın 

böyük  əhəmiyyət  daşıdığını 

vurğuladı.  Tədris-metodik  və 

elmi  işlər,  TEC-in  fəaliyyəti, 

tərbiyə  işləri  haqqında  da 

ətraflı  söhbət  açan  fakültə 

dekanı  çıxışının  sonunda 

bundan  sonra  da    bütün  bi-

lik  və  bacarıqlarını  mənəvi 

cəhətdən  saf,  milli  dəyərlərə 

və  dövlətçiliyimizə  sədaqətlə 

xidmət  edən  yüksək  ixtisaslı 

həkim-stomatoloqların    ha-

zırlanmasına sərf edəcəklərinə 

əminliyini bildirdi.

Kafedra  müdirləri  Çingiz 

Rəhimov, Arif Əfəndiyev, Rəna 

Əliyeva,  istehsalat  təcürbəsi 

dekanı  Şəfa  Əliyev,  reziden-

tura  şöbəsinin  müdiri  Riz-

van  Məmmədov  çıxışların-

da    fakültənin  uğurları  ilə 

yanaşı  mövcud  problemlərə 

də  toxundular  və  hesabatı 

qənaətbəxş qiymətləndirdilər.  

Akademik 

Ə.Əmiraslanov 

müzakirələrə  yekun  vuraraq 

qeyd etdi ki, universitetdə əsas 

aparıcı  qüvvə  dekanlıqlardır. 

Ona görə də imkan düşdükcə 

ayrı-ayrı  fakültələrin  hesa-

batlarını  dinləmişik.  Bu  gün 

də  Zöhrab  müəllim  stoma-

tologiya fakültəsinin bir neçə 

illik  fəaliyyətinə  dair  dərin 

məzmunlu və hərtərəfli hesa-

bat verdi. 

Stomatologiyanın  dünya-

da  tibbdən  ayrı  bir  sahə  he-

sab olunduğunu və başqa bir 

ixtisas  sahəsi  kimi  götürül-

düyünü  xatırladan  akademik 

bildirdi  ki,  buna  baxmaya-

raq,  əgər  təbabətin  tərkib 

hissəsi  kimi  qəbul  eləsək  ən 

çevik, ən sürətlə inkişaf edən 

bir  sahədir:  “Çünki  hər  gün 

yeni texnologiyalar, yeni ava-

danlıqlar  təcrübəyə  tətbiq 

edilməyə  başlayır  və  müa-

sir  klinikalarda  çalışırlar  ki, 

bu  avadanlıqları  əldə  edərək 

tələbələrə  göstərsinlər.  Mənə 

elə  gəlir  ki,  bu  istiqamətdə 

ATU-nun  Stomatoloji  Klini-

kasının fəaliyyəti  qənaətbəxş 

hesab edilə bilər”.

Ulu Öndərin diqqət və qay-

ğısı  sayəsində  2002-ci  ildə 

yaradılan klinikanın stomato-

logiya fakültəsinin fəaliyyətinə 

müsbət  təsirini  önə  çəkən 

akademik 

Ə.Əmiraslanov 

klini  kada  ən  müasir  tədris 

mərkəzinin  yaradıldığını  da 

vurğuladı. Ancaq böyük vəsait 

hesabına  yaradılan  bu  tədris 

mərkəzinin  gücündən  hələ 

tam istifadə olunmamasından 

təəssüfünü də dilə gətirdi. 

Vaxtilə  problemli  fakültə 

kimi  tanınan  stomatologi-

ya  fakültəsinin  indiki  fəaliy-

yətindən  razı  qaldığını  söy-

ləyən  akademik  fakültədə 

böyük nüfuz qazanan Zöhrab 

Qarayevin təcrübəsini və şəxsi 

keyfiyyətlərini  də  yüksək 

qiymətləndirdi.

Professor-müəllim  heyətini 

“Elmin  İnkişaf  Fondu”nun 

müsa biqələrində  iştirak  et-

mə yə  çağıran  Ə.Əmiraslanov 

dərsliklərin  nəşri,  proqram-

ların  yenilənməsi  və  rezi-

dentlərin  rotasiyası    məsə-

lə lərinə  də  toxunaraq  bəzi 

ka fedralarda 

tələbələrə 

məc  buri  kitab  satışının  yol-

verilməz olduğunu söylədi və 

satış  üçün  nəzərdə  tutulan 

kitabların  universitetin  kitab 

köşkünə verilməsini məsləhət 

gördü.  


Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini  həll  etməklə  öz 

işini yekunlaşdırdı.

 

Arif MƏMMƏDLİ



Fotolar Cənnətalı Çingizindir

“Stomatologiyanın dünyada  tibbdən ayrı bir sahə hesab 

olunduğunu və başqa bir ixtisas sahəsi kimi götürüldüyünü 

xatırladan akademik bildirdi ki, buna baxmayaraq, əgər 

təbabətin tərkib hissəsi kimi qəbul eləsək ən çevik, ən sürətlə 

inkişaf edən bir sahədir”.



BÖYÜK ELMİ ŞURADA

Noyabrın 23-də Böyük Elmi 

Şuranın növbəti yığıncağı oldu.  

Yığıncağı akademik Əhliman 

Əmiraslanov açaraq gündəlikdə 

duran məsələləri diqqətə 

çatdırdı. 

30noyabr 2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Noyabrın  18-də      Azərbaycan 

Tibb  Universitetində  (ATU)  aka-

demik 

Əhliman 

Əmiraslanovla 

Macarıstanın  Azərbaycandakı  föv-

qə ladə  və  səlahiyyətli  səfiri  İmre 

Laslotski  və  müşaviri  Şandor 

Kapitani arasında görüş keçirilib. 

Görüşdə  Əhliman  Əmiras lanov 

ATU-nun  fəaliyyəti  barədə  qonaq-

lara məlumat verdi. Onun sözlərinə 

görə,  bu  ali  təhsil  ocağı  1919–cu 

ildə  Bakı  Dövlət  Universitetinin 

tərkibində  fakültə  kimi  yaradı-

lıb.  1930-cu  ildən  isə  müstəqil  ali 

məktəb  kimi  fəaliyyət  göstərməyə 

başlayb:  “Universitetimiz  bu  il 

müstəqil  universitet  kimi  85  yaşını, 

fakültə  kimi  isə  96-cı  yaşını  qeyd 

edir”.  ATU-nun  professor-müəllim 

heyəti haqqında da məlumat verən 

akademik  Ə.Əmiraslanov  bildir-

di  ki,  6  fakültəsi  olan  bu  ali  təhsil 

ocağında  160-dan  çox  professor, 

320  dosent,  800-ə  yaxın  elmlər 

namizədi və ümumilikdə 1300 nəfər 

akademik personal çalışır: “Hazırda 

universitetdə  7000-dən  çox  tələbə 

və  rezident,  həmçinin  1000-dən 

çox  xarici  ölkə  vətəndaşları  olan 

tələbələr təhsil alırlar.

Akademik  Ə.Əmiraslanov  Azər-

baycanla Macarıstanın 

qardaş  ölkə  olduğunu 

və  təhsil  müəssisələri 

arasında  daha  sıx 

münasibətlərin 

ya-

radılmasının  vacibli-



yini  vurğuladı.  Onun 

sözlərinə  görə,  ali 

məktəblər 

arasın-


da  qarşılıqlı  layihələr 

həyata  keçirilməsinə 

böyük  ehtiyac  var. 

Akademik 

həmçinin 

ötən  tədris  ilində  Ma-

carıstanın Zemvelveys 

Universitetinin  rektoru 

ilə  keçirdiyi  görüşdən 

də söz açdı.

Görüş zamanı cənab səfir Laslots-

ki iki ölkə arasında olan sıx əlaqələr 

haqqında  danışdı.  O,  Azərbaycan 

və  Macarıstanın  səhiyyə  və  təhsil 

sahəsindəki 

münasibətlərindən 

bəhs  edərək,  ikitərəfli  əlaqələrin 

vacibliyindən də söz açdı.

Görüşdə 

həmçinin 

ATU-nun 

beynəlxalq əlaqələr üzrə prorektoru 

Rəhimə Qabulova da iştirak edirdi.

Görüşün  sonunda  iki  ölkənin 

ali  məktəbləri,  o  cümlədən  Tibb 

Universitetləri  arasında  əlaqələrin 

gücləndirilməsi 

üçün 


ortaq 

layihələrin  icrasına  dair  razılığa 

gəlindi.

Noyabrın 23-də   akademik 

Əhliman  Əmiraslanov  Tür-

kiyə nin  Elsevier  və  Gemini 

şirkətinin  nümayəndələrini 

qəbul  edib.  Görüş  zamanı 

akademik 

Ə.Əmiraslanov 

Tibb Universiteti ilə Elsevier 

şirkəti 

arasında 

yüksək 

səviyyəli 

əməkdaşlıqdan 

məmnun  olduğunu  bildirdi.  

O,    Azərbaycan  Tibb  Uni-

ver  sitetinin  səhiyyə  sa hə-

sindəki  yeniliklərlə  daim 

maraqlandığını  və  modern 

texnologiyaların  tətbiqinə  başladığını 

bildirib.  Akademik  Ə.Əmiraslanovun 

sözlərinə  görə,  həkimlərin  bu  cür 

elektron  proqramdan  yararlanması 

onların işinə böyük fayda gətirə bilər. 

Gemini Ltd.-nin nümayəndəsi Eda 

Özdemiroğlu  şirkətin  təqdim  etdiyi 

“ClinicalKey” sistemi ilə bağlı ətraflı 

açıqlama  verərək  artıq  Türkiyənin 

demək  olar  ki,  bütün  klinikalarında 

bu  sistemdən  istifadə  olunduğunu 

bildirdi.

Elsevier  şirkətinin  meneceri  Atilla 

Ikinci  təqdim  olunan  Clinical  Key 

sağlamlıq  araşdırmalarına  yeni  bir 

yanaşmanı  təklif  etdiyini  bildirib. 

Onun  sözlərinə  görə,  təqdim  olu-

nan  axtarış  sistemi  səhiyyənin  və 

cərrahiyyənin  bütün  bölmələrini 

əhatə  edir.  Bu  proqram  həkimlərin 

işini  sürətləndirməsi,  elm  adamla-

rının  daha  dolğun  araşdırma  apar-

masına imkan yaradır. 

Qeyd edək ki, “Clinical Key” proq-

ramından artıq ATU-nun Tədris Te-

rapevtik  Klinikasında  tətbiq  olunur. 

Bu yaxınlarda isə ATU-nun Onkoloji 

klinikasında həmin sistemin təqdim 

olunacağı planlaşdırılır.

Görüşdə  ATU-nun  beynəlxalq 

əlaqələr  üzrə  prorektoru  Rəhimə 

Qabulova  və  beynəlxalq  əlaqələr 

şöbəsinin müdiri Nadir Zeynalov da 

iştirak edirdilər. Qeyd edildi ki, Tibb 

Universitetinin  klinikalarında  artıq 

bu  cür  sistemlər  tətbiq  olunur  və 

belə proqramlar tibb işçilərinin, elm 

adamlarının  elektron  qaynaqlara 

çatmasını daha da asanlaşdırır.

Qeyd  edək  ki,  Elsevier  elm  və 

səhiyyə  sahəsində  informasiya-

texnologiya  həllərini  təqdim  edən 

ən böyük qurumlardan biridir. Clini-

cal  Key  axtarış  sistemi  isə  özündə 

2200  jurnal,  25  min  adda  kitab, 

sorğu  kitabçalarını  birləşdirir.  Ge-

mini  Büro  sistemləri  və  Donatım 

LTD  isə  universitetlər  də  daxil  ol-

maqla  bir  çox  təhsil  və  səhiyyə 

müəssisələrində  elektron  kitabxa-

nalar quraşdırır.

Macarıstanın Azərbaycandakı səfiri Tibb 

Universitetində olub

Türkiyəli nümayəndələr Tibb 

Universitetinin qonağı oldular

Tbilisidə  Avropa  İttifaqının  “Şərq 

tərəfdaşlığı”  proqramına  üzv  ölkələrin 

səhiyyə  nazirlikləri  nümayəndələrinin 

6-cı qeyri-formal görüşü keçirilib.

Tədbirdə Azərbaycanı səhiyyə naziri-

nin müavini Abbas Vəlibəyov və Res-

publika  Epidemiologiya  və  Gigiyena 

Mərkəzinin direktorunun müavini Vaqif 

Abdullayev təmsil ediblər.

Gürcüstanın  səhiyyə,  əmək  və 

əhalinin  sosial  müdafiəsi  naziri  David 

Sergeyenko tədbiri açaraq qloballaşan 

dünyada  səhiyyə  və  tibb  sahəsində 

əməkdaşlığın  vacibliyindən  danışıb. 

Görüşdə  Avropa  İttifaqının  qonşuluq 

siyasəti və genişlənmə üzrə komissa-

rı  İohannes  Han,  Sağlamlıq  və  ərzaq 

təhlükəsizliyi  üzrə  komissar  Vytenis 

Andriukaitis  və  bir  sıra  üzv  ölkələrin 

səhiyyə nazirləri və nazir müavinləri çı-

xış ediblər. Qeyd olunub ki, Avropa İtti-

faqının “Şərq tərəfdaşlığı” proqramı üzv 

ölkələr  arasında  səhiyyə  sahəsində 

əməkdaşlığın  genişlənməsinə,  yeni 

əlaqələrin 

qurulmasına, 

mövcud 


problemlərin  həllinə  geniş  imkanlar 

açır.


KİV  nümayəndələri  üçün  qapa-

lı  davam  edən  toplantıda  siqaret 

əleyhinə  mübarizəyə  dair  memoran-

dumun  layihəsi,  səhiyyə  sahəsində 

beynəlxalq  təhlükəsizlik,  vaksinasiya, 

antibiotiklərdən  düzgün  istifadə,  Dün-

ya  Səhiyyə  Təşkilatının  tövsiyələri  və 

digər məsələlər müzakirə olunub.

Sonda  tədbir  iştirakçıları  mətbuat 

konfransı keçiriblər.

Görüşün “Şərq tərəfdaşlığı” proqramı-

na üzv ölkələr üçün mühüm əhəmiyyət 

kəsb  etdiyini  bildirən  V.Abdullayev 

jurnalistlərə  deyib:  “Burada  müzakirə 

olunan  məsələlər,  xüsusən  də  bak-

teriyalara  qarşı  mübarizə,  vaksina-

siya,  Dünya  Səhiyyə  Təşkilatının 

tövsiyələri,  epidemioloji  xəstəliklərə 

qarşı  mübarizə  hamımız  üçün  vacib-

dir.  Düşünürəm  ki,  birgə  əməkdaşlıq 

öz  bəhrəsini  verəcək.  Azərbaycanda 

bu  məsələlərə  dövlət  səviyyəsində 

çox  böyük  əhəmiyyət  verilir.  Bunun 

nəticəsidir  ki,  ölkəmizdə  epidemioloji 

sabitlik təmin olunub”.

“Şərq tərəfdaşlığı” proqramı səhiyyə 

sahəsində yeni əlaqələrin qurulmasına yol açır

Səhiyyə 

Nazirliyinin 

dəstəyi  ilə  Azərbaycan 

Tibb 

Universitetinin 

(ATU)  Tədris  Cərrahiyyə 

Klinikasında 

aparılan 

koxlear 

implant 

əməliyyatları uğurla başa 

çatıb.

Səhiyyə  naziri  Oqtay 

Şirəliyevin tapşırığı ilə dörd 

xəstə əməliyyat edilib. Se-

vindirici  haldır  ki,  artıq  bu 

proses  dövlət  tərəfindən 

dəstəklənir. 

Belə 


ki, 

əməliyyat  zamanı  taxılan 

cihazlar  Səhiyyə  Nazirliyi  tərəfindən 

təqdim olunub.

“Daxili 

qulağın 


protezləşməsi” 

əməliyyatları sayəsində anadangəlmə, 

eşitmə  qabiliyyəti  heç  olmayan  uşaq-

ların  eşitməsi  bərpa  edilir.  Tədris 

Cərrahiyyə Klinikası bu əməliyyatların 

həyata keçirilməsi üçün hər cür şərait 

və avadanlıqla təchiz olunub.

Klinikanın 

qulaq-burun-boğaz 

şöbəsinin  müdiri  Yusif  Hacıyev  de-

yib  ki,  bu  əməliyyatların  uğurlu 

keçməsi  üçün  xəstələrin  mümkün 

qədər  tez  -  4  yaşa  qədər  müraciət 

etməsi əsas şərtlərdən biridir. “Hazır-

da  əməliyyat  etdiyimiz  uşaq  1  yaş  8 

aylıqdır.  Yəni  biz  artıq  nitq  inkişafının 

başlanğıcında  bu  körpəyə  implant  ci-

hazı  taxmış  olduq.  Bu  uşaq  artıq  öz 

həmyaşıdlarından 

fərqlənməyəcək, 

danışığı  da  gecikməyəcək”,  -  deyə 

Y.Hacıyev bildirib.

Həkim  bütün  uşaqların  vaxtında 

eşitmə  müayinəsindən  keçirilməsinin 

vacib olduğunu vurğulayıb.

Qeyd  edək  ki,  əməliyyat  zamanı 

eşitməyən uşaqların qulağına implant 

daxil  edilir.  Bu  da  körpələrin  rahatlıq-

la  eşitməsinə  və  danışmasına  kömək 

edir. 


Tədris Cərrahiyyə Klinikasında koxlear implant 

əməliyyatları uğurla aparılıb

http://www.amu.edu.az

30 noyabr 2015-ci il

4

siyasət nəticəsində bütün 



sahələrdə olduğu kimi, səhiyyə və 

tibb təhsili sahəsində də böyük 

nailiyyətlər əldə edilib: “Cənab 

Prezident İlham Əliyevin dəstəyi 

nəticəsində Tibb Universitetinin ən 

müasir tibbi avadanlıqlarla təchiz 

edilmiş klinikaları inşa edilərək 

istifadəyə verilib. Bu dövr ərzində 

Tibb Universitetinin beynəlxalq 

əlaqələri daha da genişlənib. 

Xüsusilə, Azərbaycanla qardaş 

Türkiyə və digər xarici ölkələr 

arasında tibbin müxtəlif sahələri 

üzrə elmi və təcrübi əlaqələri 

möhkəmləndirmək, onları yüksək 

səviyyədə inkişaf etdirmək, 

davamlı işbirliyi qurmaq məqsədilə 

mühüm toplantıların keçirilməsi 

bir ənənə halını alıb”. Akademik 

əlavə edib ki, Tibb Universiteti 

dəfələrlə beynəlxalq konfrans-

lara, qurultaylara və elmi-praktik 

seminarlara ev sahibliyi edib. 

“Bu möhtəşəm toplantının işinə 

uğurlar diləyir,  tibb elminin 

inkişafı naminə hər birinizə yeni-

yeni uğurlar arzulayıram” – deyə, 

Ə.Əmiraslanov bildirib.                                                                                          

Sonra Türk Daxili Xəstəliklər 

Uzmanlıq Dərnəyinin İdarə 

Heyətinin sədri prof. dr. Serhat 

Ünal  çıxış edib. Azərbaycanda 

olduğu üçün sevinc hissi keçirdiy-

ini bildirib. Onun sözlərinə görə, 

Türk Daxili Xəstəliklər Uzmanlıq 

Dərnəyinin 1-ci toplantısı 1012-

ci il 16-17 noyabrda Kosovada, 

2-ci toplantısı 2013-cü il 6-8 

dekabrda  Makedoniyada, 3-cü 

toplantı 2014-cü il mayın 23-24-

də Bosniya-Herseqovinada, 4-cü 

toplantısı 2014-cü il 4-6 senty-

abrda Moskvada, 5-ci toplantısı 

isə 2014-cü il 19-21 sentyabr-

da  Belqradda keçirilib: “Dünya 

ölkələri ilə qarşılıqlı əlaqələri 

genişləndirmək məqsədi ilə 6-cı 

toplantını qardaş Azərbaycanda 

ATU ilə birgə gerçəkləşdirməyi 

planlaşdırdıq. Ümüdvarıq ki, 

Bakıda təşkil etdiyimiz bu toplantı 

hər iki ölkənin tibb sahəsindəki 

əməkdaşlığını daha da genişləndi

rəcək.”                                            

Qeyd edək ki, konfrans 3 gün 

davam edib. Toplantı zamanı 

Əlizamin Sadıqov, Turhan Ece

Avtandil Verdiyev, Birol Özer, 

Tamfira Alıyeva, Rüştü Serter, 

Ayşəgül Atmaca, Kərim Gülər 

şəkərli diabet, qastroezofaqial 

reflüks, xroniki obstruktiv ağciyər 

xəstəliyi kimi ən aktual daxili 

xəstəliklər üzrə məruzələr edib və 

fikir mübadiləsi aparıblar.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə