Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub



Yüklə 12,95 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix02.01.2022
ölçüsü12,95 Mb.
#1025
1   2   3   4   5   6   7   8   9   ...   36
5

6


http://www.amu.edu.az

30 noyabr 2015-ci il

2

Əvvəlcə stamatologi-



ya fakültəsinin dekanı, 

professor Zöhrab Qa-

rayevin  “ATU-nun sto-

matologiya fakültəsində 

tədrisin vəziyyəti və gənc 

mütəxəssislərin hazırlan-

masının yaxşılaşdırılması 

işində kollektiv qarşısında 

duran vəzifələr” barədə 

hesabatı dinlənildi. 

U

lu  öndər  Heydər 



Əliyevin  və  onun  la-

yiq li 


davamçısı, 

Azər  baycan 

Respublikası-

nın  Prezidenti  cənab  İlham 

Əliyevin  uğurlu  daxili  və 

xarici  siyasəti  nəticəsində 

ölkəmizin beynəlxalq arenada 

inamla  irəlilədiyi  bir  dövrdə 

ali  təhsil  işçilərinin  üzərinə 

yeni  və  məsul  vəzifələr  düş-

düyünü  vurğulayan  fakültə 

dekanı  bildirdi  ki,  bu  ba-

xımdan  əhalinin  sağlamlığı-

nın  qorunmasını  təmin  edən 

tibb  kadrlarının,  o  cümlədən 

stomatoloqların 

hazırlan-

ması  da  dövlət  əhəmiyyətli 

məsələdir.  Respublikamız-

da  həkim-stomatoloq  ha-

zırlayan  Azərbaycan  Tibb 

Universitetinin 

stomatolo-

giya  fakültəsi  məsuliyyətini 

dərk  edərək,  yüksək  ixtisas-

lı  mütəxəssislər  hazırlamaq 

üçün  öz  fəaliyyətini  norma-

tiv  sənədlərə  əsasən  həyata 

keçirir,    tədris  prosesinin 

keyfiyyətinin yüksəldilməsinə, 

gənc  mütəxəssislərin  peşə 

hazırlığının  yaxşılaşdırılma-

sına,  onların  ümumbəşəri 

və  milli  dəyərlər  əsasında 

tərbiyə edilməsinə çalışır.

Fakültəyə daxil olan 9 ka-

fedrada  çalışan  professor-

müəllim  heyətinin  52%-nin 

elmi  dərəcəsi  olduğunu  xa-

tırladan Z.Qarayev qeyd etdi 

ki, bunlardan 19 nəfəri elm-

lər  doktoru,  professor,  39 

nəfəri dosent, 32 nəfəri baş 

müəllim,  140  nəfəri  isə  as-

sistent və müəllimdir. 

Fakültə dekanı onu da bil-

dirdi  ki,  hazırda  fakültədə 

təhsil  alan  735  tələbənin 

247  nəfəri    xarici  ölkə  və 

488  nəfəri  Azərbaycan 

vətəndaşlarıdır.  Tələbələrin 

557  nəfəri  Azərbaycan,  69 

nəfəri rus, 109 nəfəri isə  in-

gilis  bölməsində  təhsil  alır.

Dekanlığın  işinin  əsasını 

təşkil  edən  tədris  prosesi-

nin  təkmilləşdirilməsi  istiqa-

mətində görülən tədbirlərdən 

danışan  fakültə  dekanı  ixti-

sas kafedralarında tələbələrin 

təcrübi bacarıqlarının və peşə 

hazırlığının  yaxşılaşdırılma-

sına 

yönəldilmiş 



müasir 

müayinə və müalicə metodla-

rının tətbiq olunduğunu dedi. 

O, fakültədə tədrisin səviy-

yə sinin ayrı-ayrı fənnlər üzrə 

tələbələrin  ilkin  mənimsəmə 

və  keyfiyyət  göstəricilərilə 

qiymətləndirildiyini  söyləyə-

rək son dörd tədris ilinin qış 

və  yay  imtahan  sessiyasının 

yekunlarının  təhlili  üzərində 

xüsusi  dayandı:  “Fakültədə 

tədrisin  əsas  göstəriciləri 

ildən-ilə  artmaqda  davam 

edir. Belə ki, qış imtahan ses-

siyasının  nəticələrinə  görə 

fakültə üzrə ilkin mənimsəmə 

göstəricisi  2011/12-ci  ildə 

62,4%,  keyfiyyət  göstəricisi 

16,2%, həmin göstəricilər mü-

vafiq olaraq 2012/13-cü ildə 

64,0% və 28,0%, 2013/14-cü 

ildə 66% və 38,8%, 2014/15-

ci  tədris  ilində  isə  84,3%  və 

52,7% olmuşdur. 

Yay  imtahan  sessiyası-

nın  nəticələrinə  görə  ilkin 

mənimsəmə 

göstəriciləri 

2011/12-ci 

ildə 

50,1%, 


2012/13-cü  ildə  64,7%; 

2013/14-cü  ildə  70,8%, 

2014/15-ci 

ildə 


95,1%,  

keyfiyyət göstəriciləri isə mü-

vafiq  olaraq  20,4%,    22,8%, 

44,6%  və 62,7% olmuşdur. 

Göründüyü  kimi,  yay  im-

tahan 


sessiyasının 

ilkin 


mənimsəmə  və  keyfiyyət 

göstəriciləri qış imtahan ses-

siyasının 

göstəricilərindən 

yuxarıdır.  Ancaq  buna  bax-

mayaraq bu sahəyə,  xüsusilə 

keyfiyyət 

göstəricilərinə 

diqqəti ildən-ilə artırmalıyıq”. 

Dərsə  davamiyyəti  tədrisin 

keyfiyyətinə  təsir  göstərən 

əsas  amillərdən  biri  kimi 

səciyyələndirən 

Z.Qarayev 

he sa bat  müddətində  hər 

tələbəyə  düşən  dərs  burax-

ma  hallarının  20,3  saatdan 

14,8  saata  düşdüyünü,  lakin 

bu səviyyənin  dekanlığı qane 

etmədiyini  də  diqqətə  çat-

dırdı:  “Dərsə  davamiyyət,  ni-

zam-intizamı yaxşılaşdırmaq, 

tələbələrin məsuliyyətini artır-

maq üçün hər həftənin cümə 

günü qrup nümayəndələri ilə 

görüşlər zamanı dərs burax-

ma  hallarının  səbəbləri  təhlil 

edilib  müvafiq  ölçü  götürü-

lür.  Qeyd  etmək  istəyirəm 

ki, üzürsüz dərs buraxmanın 

kəskin  azaldılması  məsələsi 

fakültə kollektivinin qarşısın-

da  duran  vacib  məsələlərdən 

biri olaraq qalır.

Dərsə  davamiyyətin  və 

mənimsəmə  göstəricilərinin 

yaxşılaşdırılmasına 

imta-


han  sessiyasına  artıq  2  ay 

qalmış 


professor-müəllim 

heyəti  və  tələbələrimizin  iş-

tirakı  ilə  keçirilən  istehsalat 

müşavirələrini,  eləcə  də  im-

tahan  qabağı  dövrdə  rek-

torluğun  imtahan  götürən 

müəllimlərlə  apardığı  müşa-

vi rələrin  mühüm  rolu  var-

dır.  Həmin  müşavirələrdə 

tələbələrin arzu və şikayətləri 

dinlənilir,  tədrisin  vəziyyəti 

ciddi  təhlil  edilir  və  qarşıda 

duran  vəzifələr  konkret  ola-

raq müəyyənləşdirilir”. 

Stomatoloji Klinikanın yara-

dılmasını fakültənin həyatında 

ən  uğurlu  hadisə  adlandıran 

Z.Qarayev  tədris  prosesi-

nin  keyfiyyətli  aparılmasın-

da  maddi-texniki  bazanın 

böyük  əhəmiyyət  daşıdığını 

vurğuladı.  Tədris-metodik  və 

elmi  işlər,  TEC-in  fəaliyyəti, 

tərbiyə  işləri  haqqında  da 

ətraflı  söhbət  açan  fakültə 

dekanı  çıxışının  sonunda 

bundan  sonra  da    bütün  bi-

lik  və  bacarıqlarını  mənəvi 

cəhətdən  saf,  milli  dəyərlərə 

və  dövlətçiliyimizə  sədaqətlə 

xidmət  edən  yüksək  ixtisaslı 

həkim-stomatoloqların    ha-

zırlanmasına sərf edəcəklərinə 

əminliyini bildirdi.

Kafedra  müdirləri  Çingiz 

Rəhimov, Arif Əfəndiyev, Rəna 

Əliyeva,  istehsalat  təcürbəsi 

dekanı  Şəfa  Əliyev,  reziden-

tura  şöbəsinin  müdiri  Riz-

van  Məmmədov  çıxışların-

da    fakültənin  uğurları  ilə 

yanaşı  mövcud  problemlərə 

də  toxundular  və  hesabatı 

qənaətbəxş qiymətləndirdilər.  

Akademik 

Ə.Əmiraslanov 

müzakirələrə  yekun  vuraraq 

qeyd etdi ki, universitetdə əsas 

aparıcı  qüvvə  dekanlıqlardır. 

Ona görə də imkan düşdükcə 

ayrı-ayrı  fakültələrin  hesa-

batlarını  dinləmişik.  Bu  gün 

də  Zöhrab  müəllim  stoma-

tologiya fakültəsinin bir neçə 

illik  fəaliyyətinə  dair  dərin 

məzmunlu və hərtərəfli hesa-

bat verdi. 

Stomatologiyanın  dünya-

da  tibbdən  ayrı  bir  sahə  he-

sab olunduğunu və başqa bir 

ixtisas  sahəsi  kimi  götürül-

düyünü  xatırladan  akademik 

bildirdi  ki,  buna  baxmaya-

raq,  əgər  təbabətin  tərkib 

hissəsi  kimi  qəbul  eləsək  ən 

çevik, ən sürətlə inkişaf edən 

bir  sahədir:  “Çünki  hər  gün 

yeni texnologiyalar, yeni ava-

danlıqlar  təcrübəyə  tətbiq 

edilməyə  başlayır  və  müa-

sir  klinikalarda  çalışırlar  ki, 

bu  avadanlıqları  əldə  edərək 

tələbələrə  göstərsinlər.  Mənə 

elə  gəlir  ki,  bu  istiqamətdə 

ATU-nun  Stomatoloji  Klini-

kasının fəaliyyəti  qənaətbəxş 

hesab edilə bilər”.

Ulu Öndərin diqqət və qay-

ğısı  sayəsində  2002-ci  ildə 

yaradılan klinikanın stomato-

logiya fakültəsinin fəaliyyətinə 

müsbət  təsirini  önə  çəkən 

akademik 

Ə.Əmiraslanov 

klini  kada  ən  müasir  tədris 

mərkəzinin  yaradıldığını  da 

vurğuladı. Ancaq böyük vəsait 

hesabına  yaradılan  bu  tədris 

mərkəzinin  gücündən  hələ 

tam istifadə olunmamasından 

təəssüfünü də dilə gətirdi. 

Vaxtilə  problemli  fakültə 

kimi  tanınan  stomatologi-

ya  fakültəsinin  indiki  fəaliy-

yətindən  razı  qaldığını  söy-

ləyən  akademik  fakültədə 

böyük nüfuz qazanan Zöhrab 

Qarayevin təcrübəsini və şəxsi 

keyfiyyətlərini  də  yüksək 

qiymətləndirdi.

Professor-müəllim  heyətini 

“Elmin  İnkişaf  Fondu”nun 

müsa biqələrində  iştirak  et-

mə yə  çağıran  Ə.Əmiraslanov 

dərsliklərin  nəşri,  proqram-

ların  yenilənməsi  və  rezi-

dentlərin  rotasiyası    məsə-

lə lərinə  də  toxunaraq  bəzi 

ka fedralarda 

tələbələrə 

məc  buri  kitab  satışının  yol-

verilməz olduğunu söylədi və 

satış  üçün  nəzərdə  tutulan 

kitabların  universitetin  kitab 

köşkünə verilməsini məsləhət 

gördü.  


Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini  həll  etməklə  öz 

işini yekunlaşdırdı.

 

Arif MƏMMƏDLİ




Yüklə 12,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin