179
Tarixdə bu gün
Ümumdünya Qaçqınlar Günü
2000
İYUN
Hər il iyun ayının 20-də BMT
Ümumdünya Qaçqınlar Gününü qeyd
etməklə bütün dünyanı qaçqınların və
məcburi köçkünlərin vəziyyətinə diqqət
ayırmağa çağırır. Ümumdünya Qaçqın-
lar Günü 2000-ci il 4 dekabr tarixində
BMT Baş Assambleyası tərəfindən
yekdilliklə qəbul olunmuş qətnamə ilə
müəyyən edilmişdir. 20 iyunda qaçqın-
ların və məcburi köçkünlərin cəsurluğu,
mətanət və iradəsi qeyd olunmaqla on-
lara mənəvi dəstək verilir.
Bu gün BMT QAK 6300 nəfər
heyətlə 120 ölkədə fəaliyyət göstərir.
Heyətin 80 faizdən çoxu dünyanın
müxtəlif yerlərindəki sahə ofislərində,
tez-tez isə ailələrindən ayrı, çətin şərtlər
altında çalışır.
BMT-nin açıqlamasına görə dünyada
15.4 milyon qaçqının beşdə dördü ka-
sıb ölkələrin payına düşür. Qaçqınların
ümumi sayının dördə birindən bir qədər
çox isə 3 ölkəyə - Pakistan, İran və Su-
riyaya aiddir. Bu göstəriciyə Şimali Af-
rika və Yaxın Şərqdə baş verən son ix-
tişaşlardan qaçqın düşən insanlar daxil
edilməmişdir. Onların sayı isə artmaqda
davam edir. Dünya qaçqınları sırasın-
da Azərbaycanın da 20 faiz torpaqları
erməni yaraqlıları tərəfindən işğal edi-
lib. Bu işğal nəticəsində 1 milyondan
artıq azərbaycanlı öz yurd-yuvasından
qaçqın düşüb.
Azərbaycanda BMT QAK-ın 20
nəfərlik heyəti qaçqın və sığınacaq
axtaran şəxslərə zəruri maddi yardı-
mın göstərilməsi və mümkün olduq-
ca fəal şəkildə davamlı həll yollarını
təmin etməkdən ibarətdir. Azərbaycan
hökumətinin 250 mindən çox qaçqının
inteqrasiya edilməsi və yarım milyon-
dan artıq məcburi köçkünün yaşayış
şəraitinin yaxşılaşdırılması BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı və BMT
Baş Katibinin məcburi köçkünlərin
hüquqları üzrə xüsusi nümayəndəsi
tərəfindən təqdirəlayiq hal kimi
qiymətləndirilmişdir. Təşkilat məcburi
köçkünlərin hələ də üzləşdikləri huma-
nitar problemlərin aradan qaldırılmasın-
da və onların hüquqlarının, o cümlədən
Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli nəticəsində öz doğma
yurdlarına qayıtma hüququnun qorun-
ması sahəsində hökumətin səylərinə
fəal şəkildə qoşulmuş və dəstək vermiş-
dir.
20 iyunda biz dünya qaçqınlarını
yada salır, həyata ruhlandırır, onlara
mənəvi dəstək göstəririk. Bu şərəf və
ləyaqətini ən çətin şəraitdə qorumaq
üçün mücadilə edən didərgin və yurd
yuvasından məhrum olmuş insanların
həmrəyliyi günüdür.
Ümumdünya Qaçqınlar gününün
qeyd edilməsində əsas məqsəd dünya
ictimaiyyətinin diqqətini bu insanların
yaşadıqları ağır şəraitə cəlb etməkdir.
Dostları ilə paylaş: