Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   38

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
B A L O Ğ L A N   Q U L İ Y E V 
 
Pedaqoji elmlər namizədi, dosent, Azərbaycan Respublikasını 
«Fəxri bədən tərbiyəsi və idman işçisi», SSRİ idman ustası 
 
 
 
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK 
VƏ PRAKTİK İŞLƏRİNİN 
ƏSASLARI 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
 «17» «fevral» «2010»-cu il tarixli «202» saylı əmri ilə  
dərs vəsaiti kimi təsdiq edilmişdir 
 
 
 
 
 
 
 
 
Bakı – “ADPU» nəşriyyatı - 2009 
 

 
2
 
 
Elmi redaktor:  Məmməd Nəsrullayev-professor, pedaqoji elmlər namizədi, ADBTİA-nın «Bədən 
tərbiyəsi nəzəriyyəsi və metodika-sı»  kafedrasının müdiri. 
 
Rəyçilər: Fərrux Rüstəmov–pedaqoji elmlər doktoru, professor, ADPU-nun «İbtidai təhsilin 
pedaqoqikası və metodikası» kafedrasının müdiri.  
 
Rəşid  Əliyev –professor, pedaqoji elmlər namizədi,  əməkdar məşq-çi, ADTU-nun «Bədən tərbiyəsi və 
idman» kafedrasının  müdiri. 
 
Akif Əmiraslanov- pedaqoji elmlər namizədi, dosent, ADPU- nun «İdman fənləri» kafedrasının müdiri.                 
Əli Mehdiyev–pedaqoji elmlər namizədi, dosent, əməkdarməşqçi, ADPU-nun «Bədən tərbiyəsi və 
idman» kafedrasının müdiri. 
 
Quliyev B.SFiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları. Ali pedaqoji məktəblərin 
«İbtidai Təhsilin  Pedaqogikası  və metodikası» ixtisası üçün dərs vəsaiti. Dərs vəsaiti Təhsil Nazirliyi 
tərəfindən təsdiq olunmuş «Fiziki tərbiyə  və onun tədrisi metodikası» fənn proqramı  əsasında               
yazılmış, pedaqoji fakültələrin bakalavr və magistratura pilləsində  təhsil alanlar üçün nəzərdə 
tutulmuşdur. Həmin dərs vəsaitindən  «Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı» ixtisası üzrə 
təhsil alan tələbələr, eləcə  də müəllim-məşqçilər, tədqiqatçılar-dissertantlar və geniş oxucu kütləsi 
faydalana bilər. 
 
 
 
____________ qrifli nəşr 
 
  Müəllifin rəsmi razılığı olmadan kitabın surətinin çıxarılması  q a d a ğ a n d ı r ! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
3
MÜNDƏRİCAT 
 
Oxuculara 
 
BİRİNCİ BÖLMƏ 
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK MƏSƏLƏLƏRİ 
I FƏSİL. FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ 
 
1.1.Fiziki tərbiyənin mövzusu 
1.2.Azərbaycanda bədən tərbiyyəsi və idmanın inkişafı 
2.1.Azərbaycanda bədən tərbiyyəsinin yaranması 
2.2.Azərbaycanda feodalizm dövründə bədən tərbiyyəsi və idmanın  inkişafı 
2.3.Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində bədən  tərbiyəsi və idmanın 
inkişafı 
2.4.Azərbaycanda sovet hakimiyyəti illərində bədən tərbiyəsi və  idmanın inkişafı barədə 
(1920-1991-ci illər) 
2.5.Qədim və müasir Olimpiya oyunları 
2.6.Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı və nailiyyətləri 
1.3.Azərbaycanda  fiziki təybiyə sistemi 
3.1.Azərbaycanda fiziki tərbiyə sisteminin mahiyyəti 
3.2.Azərbaycanda fiziki tərbiyə sisteminin əsasları 
-Ailədə uşaqların fiziki tərbiyəsi 
-Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi 
-Ümumtəhsil məktəblərində fiziki tərbiyə 
-Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə 
-Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə 
-Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə 
1.4.Pedaqoji və bədən tərbiyəsi üzrə əsas spesifik anlayışlar 
4.1.Anlayışlar haqqında pedaqoji fikir tarixindən 
4.2.Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri 
 
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN FİZİKİ 
TƏRBİYƏSİNİN ƏSASLARI 
 
II.1. İbtidai məktəbdə  şagirdlərin fiziki tərbiyəsinin mahiyyəti, məqsədi,      vəzifələri 
və vasitələri 
     1.1.Fiziki tərbiyənin mahiyyəti və məqsədi  
 -Məktəblilərin ictimai-faydalı əməyə hazırlığında fiziki tərbiyənin rolu 
-Məktəblilərin vətənin müdafiəsinə hazırlığında fiziki tərbiyənin əhəmiyyəti 
-Fiziki tərbiyə şagirdlərin zehnini inkişaf etdirən vasitədir 
-Fiziki tərbiyənin mənəvi keyfiyyətlərə təsiri 
-Məktəblilərin estetik hisslərinə fiziki tərbiyənin təsiri -   
-Sağlamlığın möhkəmləndirilməsində fiziki tərbiyənin rolu 
1.2.Fiziki tərbiyənin vəzifələri 
-Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının  təmini 

 
4
-Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi 
-Fiziki keyfiyyətlərin inkişafı 
-Statik vəziyyətdə və hərəkət zamanı düzgün qamət vərdişinin formalaşdırılması 
1.3.Fiziki tərbiyənin vasitələri 
-Fiziki hərəkətlər 
-Təbii amillər 
-Gün rejimi 
-Gigiyenik amillər 
II-2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin səciyyəvi  xüsusiyyətləri 
2.1. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti 
2.2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin vəzifələri 
2.3. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tədris və elmi fənn kimi 
II.3.Kiçik məktəbyaşlı uşaqların yaş xüsusiyyətləri 
3.1.Kiçik məktəbyaşlı uşaqların anatomik-fizioloji xüsusiyyətləri 
3.2.Kiçik məktəbyaşlı uşaqların psixoloji xüsusiyyətləri 
II.4.Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları 
4.1. Fiziki tərbiyənin təliminə təsir göstərən amillərin elmi-nəzəri mahiyyətini öyrənməyin 
əhəmiyyəti 
4.2. Fiziki tərbiyənin təliminə fizioloji amillərin təsiri -  
4.3.Fiziki tərbiyənin təliminə psixoloji amillərin təsiri -  
4.4.Fiziki hərəkətlərin təliminin mahiyyəti 
4.5.Fiziki hərəkətlərin təliminin mərhələləri 
4.6.Təlim prosesində səhvlərin düzəldilməsi 
4.7.Hərəki bacarıq və vərdişlər 
II.5.Fiziki tərbiyənin təlim prinsipləri 
5.1. Ümumpedaqoji təlim prinsipləri 
5.2. Fiziki tərbiyənin spesifik prinsipləri 
II.6.Fiziki tərbiyənin təlim metodları 
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim metodlarından istifadə 
6.2. Fiziki tərbiyənin spesifik təlim metodları 
6,3, Təlim metodlarından qarşılıqlı istifadə 
 
 
III FƏSİL. FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR VƏ TƏDRİS PLANLARI 
3.1. Müxtəlif dövrlərdə tətbiq olunan fiziki tərbiyə proqram və tədris planlarının 
mahiyyəti, vəzifələri və vasitələri 
1.1. Çar Rusiyasında məktəb tədris planlarında fiziki tərbiyənin qoyuluşu 
1.2. Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi proqramları  və tədris planları 
(1920-1991) 
1.3. Müstəqillik dövründə bədən tərbiyəsi proqramları və tədris planları 
   a) Bədən tərbiyəsi proqramı fiziki tərbiyə üzrə əsas sənəddir 
   b) Bədən tərbiyəsi proqramının quruluşu və vəzifələri  
   v) Bədən tərbiyəsi proqramının məzmunu 
1.4.  Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə tədris planı və proqramları 
 

 
5
FİZİKİ TƏRBİYƏ DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ  
KEÇİRİLMƏSİ METODİKASI 
IV FƏSİL. BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ FİZİKİ  TƏRBİYƏ ÜZRƏ 
İŞLƏRİN ƏSAS TƏŞKİLİ  
FORMASIDIR 
IV.1. Bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri, vəzifələri və  tipləri 
1.1. Dərsin əsas xüsusiyyətləri 
1.2. Bədən tərbiyəsi dərslərinin vəzifələri 
1.3. Bədən tərbiyəsi dərsinin tipləri 
IV.2. Bədən tərbiyəsi dərsinin təşkili 
2.1. Bədən tərbiyəsi dərslərinin optimal təşkilinin başlıca şərtləri 
1.2. Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər 
1.3. Proqram tədris materialları üzrə işin təşkili 
2.4. Proqram tədris materialının planlaşdırılması 
2.5. Dərsəqədər təşkilati işlər (dərsin tədris-idman ləvazimatı və avadanlıqla təchizi) 
2.6.Dərsin planlaşdırılması 
2.7. tənəffüs vaxtı uşaqların dərsə hazırlaşdırılması 
IV.3. Bədən tərbiyəsi dərsinin quruluşu, hissələri və təşkili formaları 
3.1. Dərsin quruluşu 
3.2. Bədən tərbiyəsi dərslərinin hissələri 
2.1. Dərsin hazırlıq hissəsi 
2.2. Dərsin əsas hissəsi 
   a) Dərsin əsas hissəsinin mahiyyəti və vəzifələri 
   b) Dərsin əsas hissəsində şagirdlərin fəallığının yüksədilməsi  
2.3. Dərsin tamamlayıcı hissəsi 
2.4. Dərsin hissələri arasında inteqrasiya 
3.3. Dərsin təşkili formaları 
3.4. Dərsin sıxlığı 
3.5. Dərsdə şagirdlərə verilən fiziki yük 
3.6. Bədən tərbiyəsi üzrə ev tapşırıqları 
3.7. Məktəbdə fiziki tərbiyə işlərinə rəhbərlik 
3.8. Fiziki tərbiyəyə həkim nəzarəti 
3.9. Müəllimin vəzifələri, dərsdə yer seçməsi və dərsə hazırlığı  
3.10. Dərsin icmalı və təhlili 
3.11. Fiziki tərbiyə məşğələlərində musiqi 
3.12. Dərsdə mühafizəni təmini və zədələnmələrin qarşısının alınması 
3.13. İlin müxtəlif vaxtlarında bədən tərbiyəsi məşğələlərinin  keçirilməsi metodikası 
3.14. Şagird müvəffəqiyyətinin hesab alınması 
3.15. Şagirdlərin qiymətləndirilməsi 
3.16. Məşğələ yerinin hazırlanması, onun ləvazimat və avadanlıqlarla təchizi 
 
II BÖLMƏ.      XÜSUSİ   METODİKA 
V FƏSİL. PROQRAM TƏDRİS MATERİALI VƏ ONUN  
ÖYRƏDİLMƏSİ     METODİKASI 
V.1. Fiziki tərbiyə üzrə əsas biliklər 

 
6
1.1. Nəzəri biliklərin mənimsənilməsinin pedaqoji-psixoloji məsələləri 
1.2. Nəzəri biliklərin mənimsədilməsi metodları 
1.3. Nəzəri biliklərin şagird şəxsiyyətinə təsiri 
1.4. Fiziki hərəkətlər üzrə xüsusi nəzəri məlumatlar 
1.5. Siniflər üzrə əsas biliklər 
V.2. İlk tibbi yardım göstərmək qaydaları 
V.3. Proqram materialının məzmunu və keçirilməsi 
3.1. Gimnastika dərsinin təşkili və öyrədilməsi üsulları 
1.1. Gimnastika dərslərində zədələnmələrin yaranma səbəbləri  
1.2. Dərs zamanı zədələnmələrin qarşısının alınması 
1.3.Gimnastika hərəkətlərinin öyrədilməsi metodikası 
3.2. Azərbaycan xalq rəqsləri 
2.1. Qızlar üçün rəqs hərəkətləri 
2.2. Oğlanlar üçün rəqs hərəkətləri 
3.3. Mütəhərrik oyunlar 
3.1. Görkəmli pedaqoqlar oyunlar haqqında 
3.2. Oyunların təşkili 
3.3. Mütəhərrik oyunların əhəmiyyəti 
3.4.Mütəhərrik oyunların növləri 
3.5. Mütəhərrik oyunların xarakteristikası 
3.6. Oyunların ictimai-siyasi hadisə kimi meydana gəlməsi 
3.7. Oyun fiziki tərbiyənin mühüm vasitəsi kimi 
3.8. Azərbaycan mütəhərrik oyunları milli mədəniyyətimizin tərkib hissəsi  kimi 
3.9. Milli mütəhərrik oyunların təsnifatı 
3.10. Oyunların seçilməsi 
3.11. Oyun üçün hazırlıq işləri 
3.12. Oyunların keçirilməsi formaları 
3.13. Oyunların məzmununun şərhi 
3.14. Oyun meydançasının düzəldilməsi 
3.15. Oyun meydançasının və idman zalının işarə olunması 
3.16. Oyun ləvazimatlarının hazırlanması 
3.4. Yüngül atletika 
4.1. Yüngül atletika hərəkətlərinin öyrədilməsi 
4.2. Yüngül atletika dərslərinin təşkili 
4.3. Yüngül atletika hərəkətlərinin icraolunma texnikası 
3.5. Kross hazırlığı 
5.1. Kross hazırlığının təlimi 
5.2. Kross məsafəsinin öyrədilməsi metodikası 
    a)Yeriş 
   b) Qaçış 
5.3. IV sinifdə kross hazırlığı üzrə dərslərin məzmunu 
3.6. Üzgüçülüyün öyrədilməsi 
6.1. Üzgüçülük tədris və elmi fəndir 
6.2. Üzgüçülük idman üsulları 
6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri 

 
7
6.4. Üzgüçülüyün əhəmiyyəti 
6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri 
6.6. Üzgüçülüyün öyrədilməsi metodikası 
6.7. Suda hazırlıq hərəkətləri 
6.8. Üzgüçülükdə gigiyenik və təhlükəsizzlik qaydaları  
 
VI FƏSİL. AZKOMPLEKTLİ MƏKTƏBLƏR VƏ XÜSUSİ TİBBİ QRUPLARDA 
FİZİKİ TƏRBİYƏ 
VI.1. Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri  
VI.2. Xüsusi tibbi qruplarda fiziki tərbiyə məşğələlərinin təşkili  
                                                           
III BÖLMƏ 
VII FƏSİL. TƏDRİS GÜN REJİMİNDƏ FİZİKİ TƏRBİYƏ VƏ SAĞLAMLIQ 
TƏDBİRLƏRİ 
VII.1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti 
VII.2.Dərsəqədər səhər gigiyenik gimnastikası 
VII.3. Bədən tərbiyəsi dəqiqələri 
VII.4. Böyük tənəffüslərdə fiziki hərəkətlər və mütəhərrik oyunlar 
VII.5. Günüuzadılmış qruplarda idman «saatı» 
 
 
VIII FƏSİL. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC FİZİKİ TƏRBİYƏ  
VƏ İDMAN MƏŞĞƏLƏLƏRİ 
VIII.1. Sinifdənxarix fiziki tərbiyə və idman məşğələləri 
1.1.Sinifdənxaric məşğələlərin məqsədi 
1.2. Ümumi fiziki hazırlıq 
1.3. İdman bölmələri 
3.1.Yüngül atletika 
3.2.Stol üstü tennis 
3.3.Bədii gimnastika 
3.4.Fərdi məşğələlər 
VIII.2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri 
2.1. Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idman işləri  
2.2. Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində bədən tərbiyəsi və idman tədbirləri 
2.3. İstirahət və mədəniyyət parklarında bədən tərbiyəsi və idman işləri 
2.4. Mənzil-istismar sahəsində və bələdiyyə idarələrində bədən tərbiyəsi 
2.5. Gəzinti, yürüş və ekskursiyalar 
 
IX FƏSİL. AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ 
IX.1. Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələri  
IX.2. Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi   
IX.3. Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi  
IX.4. Ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsi 
IX.5. Ailədə uşaqların səhər gigiyenik gimnastikas 
 

 
8
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ MƏKTƏB, AİLƏ VƏ 
İCTİMAİYYƏTİN ƏLBİR  İŞİ 
X.1. Valideyn konfransı 
X.2. Sinif valideyn iclası 
X.3. Valideynlərlə aparılan əbir iş 
X.4. Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu   
 
 
ƏLAVƏLƏR 
Mütəhərrik oyunlar 
Dərs nümunələri 
İstifadə edilmiş ədəbiyyat 

 
9
OXUCULARA 
 
              Hörmətli oxucu, diqqətinizə təqdim edilən bu dərs vəsaiti, fiziki tərbiyə sahəsində müəllifin 48 
illik pedaqoji fəaliyyətinin nəzəri-metodik və praktik iş  təcrübəsi  əsasında yazılmışdır. Dərs vəsaitində 
müəllifin Bakı  şəhərindəki ümumtəhsil məktəblərində  bədən tərbiyəsi müəllimi, 1971-81-ci illərdə isə 
Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda (indiki Azərbaycan Respublikası Təhsil 
Problemləri institutu) işlədiyi dövrdə, eləcə də 1981-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində 
ixtisas fakültəsində idman fənlərinin tədrisi metodikasından  (gimnastika, atletika, idman və mütəhərrik 
oyunlar, üzgüçülük və s.) oxuduğu mühazirə və praktik dərslər üzrə topladığı təcrübə nəzərə alınmışdır. 
              Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllim olması ilə yanaşı, onun 
dissertasiya, elmi-tədqiqat işinin  fiziki tərbiyə üzrə  nəzəri biliklərin mənimsənilməsinin  şagird 
şəxsiyyətinin formalaşmasına təsirinə  həsr edilməsi, burada nəzəriyyə ilə praktikanın bir-biri ilə  sıx 
surətdə əlaqələndirilməsi, biri o birini tamamlaması da az rol oynamamışdır. Müəllifin uzun illərdən bəri 
Azərbaycan Müəllimlər institutunda, Bakı Pedaqoji Kadrların ixtisasartırma və yenidən hazırlanma 
institutunda kurslarda ixtisaslı mütəxəssislərə və sinif müəllimlərinə, həm də bakalavr təhsil pilləsində və 
magistraturada «Fiziki tərbiyə  və onun tədrisi metodikası» fənn proqramı üzrə  tələbələrə oxunmuş 
mühazirələr, seminar, laborator və praktik məşğələlərin   aparılması zamanı qazanılmış  təcrübə  dərs 
vəsaitinin gündəmə  gəlməsində, müasir məktəb sisteminin tələblərinə cavab verməsində mühüm 
amillərdən sayıla bilər. 
              Açıq etiraf etməliyik ki, müəllifin vaxtı ilə kənd rayon məktəblərində (Füzuli, Cəbrayıl, Zaqatala, 
Şuşa, Xankəndi, Şəki, Qəbələ, Şirvan və i.a.) fiziki tərbiyə dərslərində apardığı müşahidələri, vəziyyəti 
öyrənib təhlil etməsi və müəllimlər arasında sorğular keçirib ümumiləşdirməsinin nəticəsi olaraq dərs 
vəsaiti, metodik işləmələr, habelə ölkə daxilində  və onun hüdudlarından kənarda jurnal məqalələri çap 
etdirməsi, bunların da müvafiq hissəsinin yenidən işlənilib sinif müəllimi hazırlayan pedaqoji fakültələrin 
fənn proqramlarına üyğunlaşdırılaraq dərsliyə daxil edilməsi məqsədyönlü olmuşdur. 
              Bu bir həqiqətdir ki, son illərdə respublikamızda fiziki tərbiyəyə və idmana diqqət artırılmışdır. 
Lakin kiçik məktəbyaşlı  uşaqların fiziki tərbiyəsinin nəzəri və metodiki cəhətləri və s. proqram bölmə 
materiallarına aid konkret ümumiləşdirici tədris-metodiki  ədəbiyyat, çap tədris işləmələri, vəsait və 
dərsliklər demək olar ki, yox dərəcəsindədir. Bu da təbiidir. Çünki, müvafiq təhsil qurumları  həmin 
boşluğu doldurmağa lazımi səy və təşəbbüs göstərməmiş, tələbə və magistrların, ixtisasartırma və yenidən 
hazırlanma kurslarına cəlb olunan dinləyicilərin, ixtisas müəllimlərinin bu sahəyə olan ehtiyacını o qədər 
də diqqət mərkəzində saxlamırlar. Unutmaq olmaz ki, sovetlər birliyində fiziki tərbiyəyə dair zəruri dərs 
vəsaitləri, tövsiyələr hazırlanıb müəllim və tələbələrə çatdırılırdı.   
Artıq son vaxtlarda əlaqələr demək olar ki, kəsilmişdir, Azərbaycan dilində «Məktəbdə  bədən 
tərbiyəsi» məcmuəsinin nəşri dayandırılmışdır. Buna görə  də fiziki tərbiyənin tədrisi üzrə    müəllimlərə 
konkret kömək göstərə biləcək materiallara çox çətinliklə rast gəlmək mümkündür. Azərbaycanda bəhs 
edilən sahəyə aid dərsliklərə, tədris - metodiki vəsaitlərə çox böyük ehtiyacın olduğunu nəzərə alaraq 
indiyə  qədər toplanılmış materialların və  «İbtidai Təhsilin Pedaqogikası  və metodikası» ixtisası alan 
tələbələr üçün oxunmuş mühazirələrin üzərində  işləməklə «Fiziki tərbiyə  və onun tədrisi metodikası» 
fənn proqramının tələblərinə cavab verən dərs vəsaiti tərtib etmək qərarına gəldik.  
              Dərs vəsaiti öz quruluşuna görə 3 bölmədən, 10 fəsildən və əlavələrdən ibarətdir. 
              Birinci bölmədə  fənn proqramına uyğun olaraq fiziki tərbiyə  nəzəriyyəsinin  əsaslarına dair 
bəzi məsələlərin izahı verilir. İlk növbədə, fiziki tərbiyənin mövzusunun mahiyyəti və onun əhatə etdiyi 
məsələlər araşdırılır. Ölkəmizdə  gənclərin bədən tərbiyəsi və idmanının inkişafına xüsusi diqqət 
yetirildiyi nəzərə alınaraq onun tarixi keçmişinə, bu gününə  və  gələcək inkişaf perspektivlərinə  nəzər 
salınır, ictimai quruluşlarda inkişaf göstəriciləri, nailiyyətləri əsasında xronikası yaradılır. Xüsusən, onun 
sinfi xarakter daşıması, ictimai hadisə kimi əmələ gəlməsi, cəmiyyətin maddi şəraitindən və tələbatından 
asılılığı, mövcud cəmiyyətin məqsəd və  vəzifələrinin həyata keçirilməsinə xidmət göstərməsi faktik 
materiallarda qısa da olsa öz əksini tapır. Azərbaycan  ərazisində  ən qədim zamanlardan başlayaraq 
Midiya və Alban dövlətləri, feodalizm, çar Rusiyası, sovet hakimiyyəti və müstəqillik dövründə  bədən 
tərbiyəsi və idmanın inkişaf tarixinə aid araşdırmalar    aparılır. Qədim və müasir Olimpiya oyunları, 
Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurları barədə məlumatlar verilir.  

 10
            Bu  bölmədə  müstəqil Azərbaycan Respublikasının fiziki tərbiyə sisteminin mahiyyəti, 
quruluşu,  əsasları  və başlıca isti-qamətləri  şərh edilir. Xüsusən, bu sistemin əhatə etdiyi ailə  və 
bağçada, orta ümumtəhsil, peşə, orta və ali ixtisas məktəblərində,  şəhər, kənd, fabrik, zavodlarda və 
Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyənin ümumi xarakteristikasından bəhs olunur. Pedaqoji və 
əsas spesifik anlayışlardan danışılarkən XIX-XXI əsrlərdə anlayışlar haqqında mühüm pedaqoji fikir 
tarixi araşdırılır.  
             Təlim, tərbiyə, təhsil anlayışları ilə yanaşı,  «Bədən tərbi-yəsi», «Fiziki tərbiyə», «Fiziki 
inkişaf», «Fiziki hazırlıq», «Fiziki təkmilləşmə», «İdman» anlayışlarının  mahiyyətinə aydınlıq gətir-
ilərkən xarici alimlərin, o cümlədən görkəmli Azərbaycan peda-qoqlarının da düşüncələri diqqətdən 
yayınmamış, onların bu məsələyə daha həssas və diqqətlə yanaşmaları  aşkarlanmışdır (M.Muradxanov, 
N.Kazımov,  Ə.Haşımov, B.Əhmədov, A.Rzayev, Y.Talıbov,  Ə.Ağayev,  Ə.Paşayev, F.Rüstəmov, 
M.Nəsrullayev, H.Qurbanov və s.). 
              Həmin bölmədə  ibtidai məktəbdə  şagirdlərin fiziki tərbiyəsinin elmi, pedaqoji-psixoloji 
əsasları aparıcı yerlərdən birini tutur. İlk növbədə, kiçik məktəbyaşlı  şagirdlərin fiziki tərbiyəsinin 
məqsədi, vəzifələri və vasitələri, eləcə də «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti, 
onun tədris və elmi fənn olması izah edilir. Bundan əlavə, kiçik məktəb yaşlıların anatomik-fizioloji və 
psixoloji inkişaf xüsusiyyətləri, fiziki tərbiyə  təliminin təşkili və keçirilməsinin elmi-nəzəri  əsasları bu 
prosesdə təlim metodlarından və prinsiplərindən səmərəli istifadə yolları, həm də onların nəinki əlaqəli 
surətdə  tətbiqi, hətta qarşılıqlı istifadə imkanları  şərh olunur. Eyni zamanda, qarşıya qoyulmuş  vəzifə, 
tədris - iş  və iqlim şəraitindən, təchizatdan asılı olaraq metodların seçilməsi və  tətbiq olunması 
prinsiplərinə aid nümunələr verilir, öyrədən və öyrənənin münasibətlərinin tənzimlənilməsində aktiv 
metodların rolu, mövqeyi araşdırılır. 
              Məlumdur ki, öz tarixi keçmişini bilmədən gələcəyə  uğurlu addımlar atmaq mümkün deyildir. 
Bu baxımdan orta ümumtəhsil məktəblərimizdə  tətbiq edilmiş fiziki tərbiyədən tədris plan və 
proqramlarının tədqiqi  vacib bilinmişdir.  Əvvəlcə, çar Rusiyası  məktəblərində, sonra Azərbaycanda 
sovet hakimiyyəti və müstəqillik dövründə  tədris plan və proqramlarında fiziki tərbiyənin qoyuluşu, 
mahiyyəti, vəzifələri, məzmunu öyrənilmiş, təhlil edilmiş və ümumiləşdirmələr aparılmış (XIX, XX, XXI 
əsrlərdə), müvafiq qənaətə gəlinmiş,müəllif yeri gəldikcə tərtib etdiyi məktəb, orta ixtisas və ali məktəb 
proqramlarında tədqiqatın nəticələrini müvafiq surətdə nəzərə almışdır. XX əsrin 70-ci illərində bir sıra 
xarici ölkə  məktəblərinin tədris planında fiziki tərbiyə  fənninə ayrılan saatların miqdarı, onun təşkili 
imkanları da araşdırılmışdır (Macarıstan, Bolqarıstan, Kuba, Polşa, Almaniya (ADR) və s.).  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin