Tərbiyə anlayışı. Bəs, tərbiyə anlayışı və tərbiyə haqqında nə demək olar? Qeyd etməliyik ki, tərbiyənin hər bir tarixi
dövrdə
məqsədi cəmiyyətin
16
Н.Казымов. Мяктяб педагоэикасы. Бакы. «Чашыоьлу» няшриййаты, 2002, сящ.98.
17
Я.Пашайев вя Ф.Рцстямов. Педагоэика. Бакы, «Чашыоьлу» няшриййаты, 2002, сящ.18.
18
Азярбайъан Республикасынын Тящсил Щаггында Гануну. Бакы «Юйрятмян» няшр, 1993, с.9
19
Тящсил щаггында Азярбайъан Республикасынын Гануну. Азярбайъан мцяллими» гязети 11 сентйабр, 2009-ъу ил.
30
iqtisadi, konkret inkişaf səviyyəsi və hakim sinfin yeritdiyi siyasətlə müəyyən edilir. Demək, tərbiyə və
onun məqsədi müxtəlif ictimai-iqtisadi və siyasi formasiyalarda dəyişib mövcud quruluşa uyğun yeni
forma və məzmun kəsb edir. «Tərbiyə» anlayışı da bu baxımdan təşəkkül tapmışdır.
Pedaqoqika yeni insanın tərbiyəsi haqqında elmdir. Təəsüf ki, uzun illərdir ki, pedaqoqika sahəsində bir
sıra dərsliklərldə pedaqoqikanın funksiyası məhdudlaşdırılmış və yalnız gənc nəslin tərbiyəsinə dair elm
kimi qəbul olunmuşdur.
Uzun
müddət istifadə edilmiş «Pedaqogika» dərsliyində bu münasibətlə deyilmişdir: «Sovet
pedaqogikası gənc nəslin kommunist tərbiyəsi, təhsili, təlimi haqqında elmdir»
20
.
B.L.Vulson tərbiyə haqqında elm olan pedaqoqikanın funksiyası barədə iki tərəfli mövqe
tutmuşdur. Yəni o, pedaqoji ensiklopediyada «Pedaqogika» məfhumuna əvvəlcə pedaqogika uşaqların
tərbiyəsi sahəsində nəzəriyyə kimi inkişaf etmişdir
21
. deyirsə, sonra isə yazır ki, pedaqogika təlim-
tərbiyə, yaşlılarla aparılan mədəni-maarif təbliğat-təşviqat işlərini də əhatə edir.
22
Lakin məsələnin
mahiyyətini bir daha dəqiqləşdirməyə təşəbbüs göstərərək o, yenə də əvvəlki fikrinə qayıdır və qeyd edir
ki, pedaqogika anlayışı gənc nəslin … tərbiyəsinə aiddir.
Digər bir «Pedaqogika» dərsliyində də pedaqogika prosesi əvvəlcə düzgün şərh olunaraq göstərilir ki,
pedaqoji proses dedikdə, pedaqogikanın tələblərinə uyğun olaraq bütövlükdə mütəşəkkil təlim-tərbiyə
prosesi, pedaqoq və tərbiyə olunanların, müəllim və şagirdlərin fəaliyyəti nəzərdə tutulur, ikinci halda isə
müəlliflər tərbiyə prosesini sosioloji proseslə eyniləşdirərək yazırlar: İctimai həyatın bütün sahələrində
cərəyan edən insan tərbiyəsi prosesi və habelə, bu prosesin nəticəsi isə şəxsiyyətin sosioloji formalaşma-
sıdır»
23
. Məlumdur ki, insan şəxsiyyəti ictimai-iqtisadi, siyasi, ideoloji və i.a. amillərin təsiri altında
formalaşır.
Tərbiyə də şəxsiyyəti formalaşdıran amillərdən biridir. Bütövlükdə
isə o, şəxsiyyəti formalaşdıran yeganə amil deyildir.
N.M.Kazımov «Pedaqogikanın bəzi tədqiqat hüdudları haqqında» məqaləsində tərbiyə prosesi ilə
sosioloji prosesi eyniləşdirən bir sıra alimlərin əsərlərini
24
təhlil etmiş və belə bir nəticəyə gəlmişdir.
Bəziləri şəxsiyyətin ümumiyyətlə formalaşmasını tərbiyə hesab edir, şəxsiyyətin hər cür, həm
məqsədəuyğun və planlı, həm də plansız formalaşmasını, xarici mühit amillərinin şəxsiyyətə hər cür
təsirini tərbiyə kimi başa düşürlər.
Bəziləri tərbiyəni iki cəhətə: tərbiyəçinin fəaliyyətinə və tərbiyə olunan şəxsin fəaliyyətinə ayırır,
bunların birini digərinə qarşı qoyur: birini (tərbiyəçinin fəaliyyətini) tərbiyənin xarici, digərini (tərbiyə
olunanın fəaliyyətini) isə daxili cəhəti hesab edir. Bu cür şəxslər tərbiyə olunanın fəaliyyətini tərbiyəyə
əsas cəhət
kimi qələmə verir, bəzən də, onu özü hərəkətdə olan özü-özünə irəliləyən proses adlandırır
25
.
N.M.Kazımov daha sonra qeyd edir ki, hər iki halda tərbiyə anlayışı təhrif edilir. Birinci halda tərbiyə
anlayışı həddindən artıq genişləndirilir, sosioloji proseslə eyniləşdirilir. İkinci halda isə tərbiyə anlayışı
xeyli məhdudlaşdırılır, yəni tərbiyənin bir cəhəti nəzərə alınır.
İ.T.Oqorodnikov tərbiyə prosesini bütövlükldə iki qarşılıqlı tərəfə bölür. Həyatı dərk etmək və ona
münasibətin formalaşması. Həyatı dərk etmək təhsilin başlıca funksiyalarıdırsa, ona münasibətin
formalaşdırılması isə tərbiyənin başlıca funksiyasıdır.
N.V.Savin isə qeyd edir ki, tərbiyə anlayışı geniş mənada təhsil və təlim də daxil olmaqla,
böyüməkdə olan gənc nəslin həyata hazırlanması prosesini bütün əhatə edir
26
.
Digər dərs vəsaitində isə tərbiyəyə belə tərif verilir:
20
Б.П.Есипов вя Н.К.Гончаров. Педагогика. М., Учпегдиз,1948, с.13.
21
Педагогическайа енсиклопедийа. М.,1966, с.282.
22
Йеня орда, с.287.
23
Н.И.Болдрйев, Ф.Ф.Королйов, Н.К.Гончаров вя В.Е.Гмурман. Педагогика. М., «Просвешение», 1968, с. 96-97
24
В.А.Волкович. Педагогика елмдир. 1909, с.21-22 В.А.Сухомлински. Коммунист тярбийяси щаггында етцдляр.
Журнал «Народное образование», 1967, № 2.
25
А.П.Медведков. Педагогикадлйа самообразованийа, школы и семйи. Петроград, 1914, с.11-12. Б.Т.Лихачев.
Шяхси мцнасибятляр вя тярбийянин ганунауйьун мясяляляриня даир. Журнал «Советскайа педагогика». 1966,
№10.
26
Н.В.Савин. Педагогика. М., «Просвешенийе», 1942, с.157.
31
Tərbiyə bütövlükdə şəxsiyyətin formalaşması prosesinin məqsədəuyğun və sistematik olaraq
idarə olunması və ya cəmiyyətin tələblərinə uyğun öz üzvlərinin xarakterinin, onun ayrı-ayrı
keyfiyyətlərinin tərbiyələndirilməsidir»
27
.
1968-ci ildə nəşr edilmiş «Pedaqogika» dərs vəsaitində
tərbiyənin iki geniş və dar mənada işlədilməsi qeyd olunur. Tərbiyəyə geniş mənada bunlar daxil edilir:
Bu məqsədəuyğun, mütəşəkkil proses olub, şəxsiyyətin hərtərəfli inkişafını təmin etməklə onu əməyə,
ictimai fəaliyyətə hazırlayır. O, təhsili də, təlimi də və həm də tərbiyəni dar mənada özündə birləşdirir
28
.
Bundan əlavə, müəlliflər düzgün olaraq qeyd edirlər ki, tərbiyə geniş mənada şəxsiyyətin sosial
formalaşması anlayışından fərqlənir. Bu cür formalaşma nəinki bizim bütün təsirlərimizin, həmçinin
şəxsiyyəti əhatə edən təbii və sosial mühitin və xüsusi tərbiyəvi fəaliyyətin nəticəsidir. Bunlar isə
adamların fəal iştirakı zamanı həyata keçirilir.
«Tərbiyə anlayışı dar mənada isə … «tərbiyə işi» anlayışı
ilə eyniyyət təşkil edir və bu prosesdə … inamı, mənəvi davranış normaları, iradə və xarakteri, estetik
zövqü, adamın fiziki keyfiyyətləri formalaşır. Nəhayət, belə qənaətə gəlir ki, əgər tərbiyə geniş mənada
həyatın gerçəkliyi prosesi başa düşülürsə və ona … münasibətlərin formalaşdırılması, tərbiyə dar mənada
isə ancaq münasibətlər və davranış sahəsini əhatə edir.
«Pedaqoqika v şkole» dərs vəsaitində tərbiyə və onun məqsədi aşağıdakı kimi şərh olunur: …
Cəmiyyətin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq şagirdlərin tərbiyəsinə mütəşəkkil, məqsədyönlü
rəhbərlik tərbiyə prosesi adlanır. Onun başlıca məqsədi böyüyən adamın cəmiyyət üçün zəruri və faydalı
şəxsiyyətin, yüksək mənəvi potensiala malik, əməyi arzulayan və əməyə qadir olan ideyaca mətin, estetik
cəhətdən həssas və fiziki cəhətdən inkişaf etmiş insanın formalaşmasıdır».
Göründüyü kimi, İ.M.Oqorodnikov tərbiyənin funksiyasını göstərməklə, onu təhsillə əlaqəli şəkildə
götürür və gənc nəslin tərbiyəsi ilə məhdudlaşdırır. N.V.Savin də tərbiyə məsələsində həmin mövqedə
durur. Tərbiyəni böyüməkdə olan nəslin təlim-tərbiyə prosesini əhatə etdiyini göstərir. Bundan sonrakı
ədəbiyyatda isə tərbiyəyə tamamilə müsbət mənada başqa mövqedən yanaşılır.
Əvvəla, tərbiyə məqsədəuyğun və sistematik idarə olunan şəxsiyyətin formalaşması prosesi kimi şərh
edilir, ikincisi, cəmiyyətin mənafeyinə uyğun onun bütün üzvlərinin xarakter və keyfiyyətlərinin tərbiyə
edilməsi mövqeyindən yanaşılır. «Pedaqoqika» vəsaitində isə tərbiyəyə geniş və dar mənada baxılır.
Onun şəxsiyyətin hərtərəfli inkişaf etməsini təmin etdiyi təhsili, təlimi və tərbiyəni də özündə
birləşdirdiyi qeyd olunur. Həmçinin çox düzgün olaraq tərbiyəni geniş mənada şəxsiyyətin sosial
formalaşmasından fərqləndirir, formalaşmanın təsirlərimizin, şəxsiyyəti əhatə edən təbii və sosial mühitin
və xüsusi tərbiyəvi fəaliyyətin nəticəsi kimi izah edilir. Azərbaycan pedaqoqlarının bir
qrupunun nəşr etdirdikləri «Pedaqogika» kiitabında «Tərbiyə nədir?» sualına cavab olaraq göstərilir ki,
pedaqogikada tərbiyə məfhumu iki mənada – dar və geniş mənada işlədilir. Geniş mənada tərbiyə gənc
nəslin fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, uşaqları bilik, bacarıq və vərdişlərlə silahlandırmaq
və müəyyən dünyagörüşünə, əxlaqi sifətlərə yiyələnməkdən ötrü onlara məqsədə yönəlmiş planlı və
mütəşəkkil surətdə təsir göstərməkdir»
29
.
Bu qənaətə gəlirlər ki, geniş mənada tərbiyəyə uşağa edilən bütün
məqsədəuyğun və mütəşəkkil təsirlər daxildir. Kitabda dar mənada tərbiyə isə uşaqda müxtəlif əxlaqi,
fiziki, bədii və s. keyfiyyətləri inkişaf etdirmək deməkdir (məsələn, vətənpərvərlik tərbiyəsi, bədən
tərbiyəsi və s. dedikdə, tərbiyə konkret və dar mənada işlədilir). «Pedaqogikadan mühazirə konspektləri»
vəsaitində göstərilir ki, «tərbiyə» məfhumu sosial və pedaqoji mənada işlədilir.
Sosial mənada tərbiyə məfhumu ilə «pedaqoji gerçəklik» anlayışı eyni mənada başa düşülməlidir. Sonra
qeyd olunur ki, pedaqoji mənada «tərbiyə» anlayışının özü də iki (geniş və dar) mənaya malikdir.
…Tərbiyənin bütün qolları birlikdə geniş mənada tərbiyə deməkdir. Dar mənada tərbiyə isə pedaqoji
proses kimi iki cəhəti əhatə edir: həyatın dərk olunması və dərk olunanlara münasibəti formalaşdırmaq.
Dar mənada tərbiyə məhz münasibətin formalaşdırılması prosesidir. Həyatı dərk etmək isə təlimin
funksiyasıdır»
30
. B.A.Əhmədov 1979-cu ildə çap olunmuş jurnal məqaləsində isə «tərbiyə» anlayışı
27
Н.Е.Ковалев, Б.А.Райский, Е.А.Сорокина. Введение в педагогику. М., «Просвешенийе», 1975, с.28
28
В.В.Беларусова, И.Н.Решетен. Педагогика.М., «Физкултура и спорт», 1968, с.6.
29
М.А.Мурадхановун редактяси иля Педагогика. Бакы, «Азяр.Дювлят тядрис-педагожи ядябиййат» няшр 1964,с-5-6.
30
Б.А. Ящмядов, А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, с.9.
32
haqqında yazmışdır: «Ümumiyyətlə, sözün geniş mənasında başa düşdüyümüz «tərbiyə» anlayışı
şəxsiyyətin əvvəlcədən tərtib olunmuş proqram layihəsinə pedaqoji proses kimi insanın həyata
hazırlanmasıdır.
Bu da iki uyğun şəkildə formalaşmasına rəhbərlik prosesidir, şəxsiyyətin inkişafının müəyyən məcraya
salınması, məqsədə doğru istiqamətləndirilmiş, inkişaf üçün optimal şəraitin formalaşdırılması
deməkdir»
31
. 1993-cü ildə bir qrup pedaqoqun nəşr etdirdikləri «Pedaqogika» kitabında tərbiyənin üç
mənada işlənilməsini bildirirlər:
a) geniş sosial mənada;
b) geniş pedaqoji mənada;
v) məhdud- dar mənada.
Müəlliflər mənaları iki cəhətdən izah edirlər. Geniş sosial mənada tərbiyə sosial həyatın bütün sahələrini
sosial institutların insan şəxsiyyətinə təsirini əhatə edir. Bura hər bir xalqın bütün milli-sosial həyat tərzi,
hər bir dövlətin və ictimai təşkilatların apardıqları tərbiyə işi daxildir. Geniş pedaqoji mənada tərbiyə
tədris-tərbiyə müəssisələrində həyata keçirilən bütün təlim-tərbiyə işini əhatə edən məqsədyönlü və
mütəşəkkil tərbiyə prosesini nəzərdə tutur. Məhdud mənada tərbiyə şəxsiyyətin hər hansı bir xarakter
əlamətini, mənəvi keyfiyyətinin, əqidəsinin formalaşmasına təsir göstərən xüsusi tərbiyə sahəsini nəzərdə
tutur. Məsələn, fiziki tərbiyə, bədən tərbiyəsi milli iftixar hissi, vətən pərvərlik tərbiyəsi və s.
32
N.M.Kazımovun «Pedaqogikanın bəzi tədqiqat hüdudları haqqında» məqaləsində tərbiyənin mahiyyəti
belə şərh olunur: «Şəxsiyyətin planlı və məqsədə yönəlmiş şəkildə formalaşdırılması tərbiyə üçün
səciyyəvidir»
33
.
Bütün bunlardan aydın olur ki, fikrimizcə ilk ədəbiyyatda (1964) tərbiyə anlayışı müəyyən dərəcədə
məhdudlaşdırılır. Tərbiyə dedikdə yalnız uşaqların və ya gənc nəslin tərbiyə olunması nəzərdə tutulur.
Konkret desək, tərbiyənin müxtəlif təbəqələrdən olan sosial qrupları əhatə etməsi nəzərdən qaçırılır.
İkinci ədəbiyyatda (1983) tərbiyə məfhumuna münasibət konkret və dəqiq surətdə xarakterizə edilir.
Üçüncü ədəbiyyatda (1993) tərbiyənin üç mənada işlədilməsi xüsusən açıq qeyd olunmaqla, həm də onlar
kifayət qədər aydınlaşdırılır.
Dördüncü ədəbiyyatda isə (1974) tərbiyənin nailiyyətləri izah olunmaqla bərabər, tərbiyəyə konkret
qısa və düzgün tərif verilir. Müvafiq pedaqoji ədəbiyyatın təhlilindən sonra belə qənaətə gəldik ki,
«Tərbiyə məhfumu ilə əlaqədar aşağıdakılara da diqqət yetirmək faydalı olardı: «Tərbiyə» anlayışı
dedikdə:
a) əhalinin bütün sosial təbəqələrini əhatə edən;
b) ictimai quruluşun təbəqələrinə və mənafeyinə tam uyğun gələn; v) insanların mənəvi inkişafına müsbət
təsir göstərən, onun həyata və ictimai əməyə hazırlanması prosesi müntəzəm məqsədyönlü idarə olunan;
q) şəxsiyyətin formalaşmasında və s. əsas amillərdən biri kimi başa düşülür. Demək, tərbiyə nəinki,
böyüməkdə olan gənc nəslin, həm də yaşlıların, ümumiyyətlə bütün Azərbaycan vətəndaşlarının milli
.
zəmində mənəvi - fiziki və psixoloji inkişafının sürətlənməsinə təsir göstərən və həyata, ictimai əməyə
hazırlanması prosesinə müntəzəm, planauyğun və məqsədyönlü rəhbərlik göstərilən geniş və dar mənada
mahiyyət kəsb edən prosesdir ki, bu da «tərbiyə» anlayışı üçün səciyyəvidir.
34
XXI əsrin əvvəllərində meydana gəlmiş pedaqoji ədəbiyyatda da həmin anlayışa bir daha aydınlıq gətirilir
və göstərilir ki, … tərbiyə anlayışının mahiyyətini onun məqsədyönlüyündə, planlığında,
mütəşəkkilliyində, şəxsin mənəvi aləminə və davranışına ünvanlanmasında, ətraf mühitlə bağlılığında
axtarmaq lazımdır
35
.
Təlim anlayışı. Təlimin mahiyyəti anlayışı nədir? Bu sualın düzgün cavabını axtarıb tapmaq üç
səbəbdən irəli gəlmişdir: Əvvələn, məktəblilərin tərbiyəsi, təhsili, o cümlədən fiziki tərbiyəsi də əsasən
təlim prosesində həyata keçirilir. İkincisi, fiziki tərbiyə sahəsində əvvəllər və son zamanlar nəşr olunmuş
pedaqoji və
31
Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53.
32
Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53
33
Н.М.Казымов. Педагоэиканын бязи тядгигат щцдудлары щаггында. «Азярбайъан мяктяби» журналы, 1974, №11,
с.56.
34
Мцяллифин фикринъя
35
Н.Казымов. Мяктяб педагоэикасы. Б., «Чашыоьлу» няшриййаты, 2002. сящ.246).
33
metodik ədəbiyyatda «Təlimin mahiyyəti» o qədər də diqqəti cəlb etməmişdir. Üçüncüsü, müxtəlif
didaktik ədəbiyyatda müəlliflər tərəfindən təlimin mahiyyəti müxtəlif mövqedən şərh edilmişdir, buna
görə də müəyyən fikir ayrılığı meydana çıxmışdır.
Təcrübə göstərir ki, təlim-tərbiyə sahəsində işin başlıca nailiyyəti onun cəmiyyətin yeni inkişaf
səviyyəsi və tələblərinə uyğun bir surətdə təşkil edilib həyata keçirilməsindədir.
Həmin baxımdan da təlim-tərbiyə üzrə vaxtı keçmiş bəzi adət-ənənələrdən əl çəkməli, onun
nəzəri əsasları müasir həyatın tələblərinə, həmçinin son elmi məlumatların nəticələrinə istinad etməli
və bu əsasda məktəb təlim-tərbiyə işləri qurulmalıdır.Burada isə başlıca şərtlərdən biri təlimin yeni
mahiyyətinin alimlər tərəfindən işlənməsi və müəllimlərə çatdırılmasındadır. Lakin qeyd
etməliyik ki, vaxtı ilə nəşr olunmuş bəzi pedaqoji ədəbiyyatda təlim prosesinin əsil mahiyyəti o qədər
də diqqət mərkəzində olmamışdır. «Təlim prosesi» kitabında təlimin mahiyyəti üzrə söylənilənləri buna
misal göstərmək olar. Orada deyilir: … Müəllim təlim prosesinin rəhbəri, şagirdlər isə təlim prosesinin
iştirakçılarıdır»
36
.
Həmin tərifdən məlum olur ki, burada təlim prosesinin mahiyyətinə aid olan bütün komponentlər
vəhdət halında öz əksini tapmamışdır. N.M.Kazımov müasir inkişaf üçün «Təlimin mahiyyəti»nin təhlil
edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1973-cü ildə «Azərbaycan məktəbi»
jurnalında
«Təlimin mahiyyəti haqqında» məqaləsi ilə çıxış etmişdir. Məqalədə bəzi müvafiq didaktik ədəbiyyat
təhlil edilmiş və qruplaşdırılmışdır. Burada «Təlimin mahiyyəti» üzrə fikirlərin müxtəlif olduğu qeyd
edilmiş və bunlar üç qrupa ayrılmışdır. Birinci qrupa daxil olan pedaqoqlar təlimdə şagirdlərin
fəaliyyətini ön plana çəkir. Bu fikir hətta 1965-ci ildə çap olunmuş pedaqoqgika proqramında da öz əksini
tapmışdır. Orada qeyd olunur: «Təlim şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, onlarda
kommunist dünyabaxışının formalaşması, idrak fəaliyyətinin inkişaf prosesidir». L.S.Korotkova «Təlim
üsulları məsələsinə dair» adlı məqalədə yazır: «Təlim şagirdlərin müəyyən biliklər sisteminə
yiyələnməsidir ki, bu zaman onlar tədqiqatın ən ümumi və bəsit üsulları … ilə silahlanırlar»
37
.
İ.Y.Lerner və M.N.Skatkin isə təlimdə ancaq müəllimin rolunu göstərirlər. Onlar birgə yazmış
olduqları məqalədə qeyd edirlər ki, «… təlim dünyanın dərk olunması və dəyişdirilməsi üzrə
ümumiləşdirilmiş təcrübənin verilməsi prosesidir».
Göründüyü kimi, hər iki fikirdə müəyyən ümumoxşar cəhətlər mövcuddur. Lakin pedaqoqlar
təlimdə bir tərəfə ya müəllimlərə və yaxud da şagirdlərə üstünlük verir, onların birinin fəaliyyətini nəzərə
almır. Beləliklə, müəllim və şagirdlərin birgə fəaliyyəti olan təlim prosesi iki hissəyə ayrılmışdır.
Müəllim və şagirdlərin ayrılıqda fəaliyyətinə.
Üçüncü qrup pedaqoji ədəbiyyatda isə məsələyə başqa cür münasibət göstərilir, hər iki fəaliyyət,
yəni müəllim və şagirdlərin fəaliyyəti diqqət mərkəzində olmuşdur. Pedaqoji ensiklopediyada «təlimin
mahiyyəti» məfhumu belə izah olunur: «Təlim insanın idrak fəaliyyəti tərzlərinin bilik, bacarıq və
vərdişlərin verilməsi və mənimsənilməsi prosesidir».
P.N.Qruzdev isə «Pedaqogika» dərsliyində təlimə aşağıdakı kimi tərif verir: «Təlim biliklər, bacarıq
və vərdişlər sisteminin
müəllimlər tərəfindən verilməsi və şagirdlər tərəfindən mənimsənilməsi prosesidir».
Bütün bunlardan məlum olur ki, üçüncü qrup ədəbiyyatda istər müəllimin, istərsə də şagirdlərin
fəaliyyətləri nəzərə alınmışdır. Həmin yazının müəllifləri müəllim və şagirdlərin təlimə aid
xüsusiyyətlərini qısa da olsa qeyd etməyə çalışmışdılar. Fikrimizcə, üçüncü qrup yazı müəllifləri birinci
və ikinci qrup müəlliflərə nisbətən düzgün yol seçmişdir. Çünki, onlar hər iki cəhətə müəllim və
şagirdlərin fəaliyyətinə diqqət yetirmişdir.
N.M.Kazımov məntiqi təhlilə əsaslanaraq hansı qrupa daxil olmasından asılı olmayaraq bunların hər
birinin nöqsanlı olduğunu söyləmiş və onları belə qruplaşdırmışdır: «Əvvələn, həm pedaqoqlar təlimdə
müəllimin yalnız bir funksiyasını – bilik və bacarıq vermək funksiyasını qeyd edirlər. İkincisi, şagirdin
36
В.Окон. Просес обученийа. Учпедгиз, М., 1962, с.61.
37
Л.С.Короткова. Тялим цсуллары мясялясиня даир. «Советскайа педагогика», 1966, №9.
34
fəaliyyətində yalnız bir funksiya – verilən bilik və bacarığı mənimsəmək funksiyasını görürlər. Başqa
sözlə demiş olsaq, müəllim və şagirdlərin təlimdə funksiyaları məhdudlaşdırılır. Üçüncüsü, təlimdə
müəllim və şagirdlərin fəaliyyəti vəhdətdə götürülmür. Dördüncüsü, müəllimin bəzi başlıca funksiyaları
təhlil etdiyimiz anlayışlara daxil edilməmişdir. Biz təlimdə şagirdlərin idrak fəaliyyətini təşkil etmək, ona
rəhbərlik və nəzarət etmək, şagirdlərin şəxsiyyətini formalaşdırmaq, onların təfəkkürünü inkişaf etdirmək
kimi funksiyaları nəzərdə tuturuq. Beşincisi, təlim prosesində dialektika mövqeyindən deyil, mexanizm
mövqeyindən yanaşılır. Altıncısı, həmin anlayışlar qabaqcıl məktəblərin və qabaqcıl müəllimlərin iş
təcrübəsini əhatə etmir»
38
.
Təlim prosesinin mahiyyətinin şərhi son rus pedaqoji mənbələrində də diqqəti daim özünə cəlb
edir. «Pedaqogika» kitabının «Təlim və təhsil nəzəriyyəsi (didaktika)» fəslində təlim prosesi ilə əlaqədar
oxuyuruq: … Təlim prosesi–bilik almaq üçün müəllimin rəhbərliyi altında şagirdlərin hərəkətidir»
39
.
«Pedaqogikaya giriş» dərs vəsaitində isə təlimə belə tərif
verilir: «Təlim – bu iki tərəfli proses olub, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi (öyrənmə)
və bu fəaliyyətə müəllimin (tədris) rəhbərlik etməsi daxildir»
40
.
Başqa bir mənbədə təlimə münasibət belədir: «Təlim – bu planauyğun, mütəşəkkil və
məqsədəuyğun proses olub, böyümədə
olan nəslə bilik, bacarıq və vərdişlər verməklə, onların idrak fəaliyyətinə rəhbərlik və dünyagörüşünün
yaranmasıdır. Bilik, bacarıq və vərdişlərə yaradıcı yiyələnmə və mənimsəmə, idrakın inkişafı və yaradıcı
qabiliyyətlərinin prosesidir»
41
.
«Məktəb pedaqogikası» dərs vəsaitinin «Təlim prosesinin mahiyyəti» fəslində isə təlim prosesi
anlayışı bu cür şərh olunur: «Təlim prosesi – müəllimin fəaliyyəti ilə şagirdlərin, həm də ümumi bir
məqsədə – şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaq onları inkişaf etdirib tərbiyələndirmək
məqsədinə doğru yönəldilmiş olan bu fəaliyyətlərin mürəkkəb bir vəhdətidir»
42
.Azərbaycan pedaqoqları
da «Təlim» anlayışına biganə qalmamışlar. Müəlliflər kollektivinin nəşr etdirdikləri «Pedaqogika» dərs
vəsaitində təlimə belə bir tərif verilir: «Təlim müəllimin rəhbərliyi altında planlı və mütəşəkkil surətdə
həyata keçirilən təhsil prosesinə deyilir. Bu prosesdə iki qüvvə müəllim və şagird fəaliyyət göstərir.
Müəllim öyrədir (tədris edir), şagird öyrənir (mənimsəyir)
43
.
İ.R.Hacıyev göstərir ki, hər hansı bir təlimin qarşısında duran vəzifələr təlim verən və təlim alan
şəxslərin (müəllim və şagirdin) birgə səyi ilə həyata keçirilir, başqa sözlə desək, təlim prosesi həm təlim,
həm də şagirdlərin fəaliyyətlərini əhatə edir»
44
.
B.A.Əhmədov, A.Q.Rzayev təlim prosesinin mahiyyətini belə izah edirlər: «Təlim – müəllimin
rəhbərliyi və müvafiq vasitələrin köməyi ilə şagirdin həyatı dərk etməsidir»
45
.
Digər «Pedaqogika» vəsaitində isə gənc nəslin biliklərə
yiyələnməsi məsələsinə toxunularkən qeyd edilir ki, bu iş bilavasitə müəllimin üzərinə düşür»
46
.
N.M.Kazımov təlimin mahiyyətini geniş təhlil edərək ona aşağıdakı kimi tərif verir: «… təlim
şagirdlərin fikri və əməli fəaliyyətinin müəllim tərəfindən təşkili, ona nəzarət və rəhbərlik prosesidir ki,
bu zaman şagirdlər biliklərə, bacarıq və vərdişlərə yiyələnir, inkişaf edir və tərbiyə olunurlar»
47
.
38
Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы, 1973, №3, с.11
39
Н.В.Савун. Педагоэика. М., «Просвешенийе», 1972, с.77
40
Н.Б.Ковалев, Б.Ф.Райский, Н.А.Сорокин. Введение в педагогику. М, «Просвешенийе», 1975, с.28.
41
В.В.Белорусова вя И.Н.Решетенин цмуми редаксийасы иля. Педагоэика. М., «Физкултура и спорт», 1978, с.7.
42
.Г.И.Шукинанын редаксийасы иля «Мяктяб педагоэикасы», Бакы, «Маариф» няшриййаты, 1982, с.261
43
М.А.Мурадхановун рящбярлийи иля, Педагоэика. Бакы, Азярб.Дювлят тядрис педагожи ядябиййат няшриййаты,
1964, с.6.
44
И.Р.Щаъыйев. Тялимин нязяриййя вя тяърцбясиня даир. Бакы. «Маариф» няшриййаты, 1971, с.29.
45
Б.А.Ящмядов, А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы. «Маариф» няшриййаты, 1983, с.114.
46
Й.Р.Талыбов, Я.А.Аьайев вя б. Педагоэика. Бакы. «Маариф» няшриййаты, 1993, с.111.
47
Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы. 1973, с.1-8.
35
4.2. Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri
Şagirdlərin fiziki tərbiyəsinin nəzəri və təcrübi məsələlərinin müsbət həllində mühüm spesifik
anlayışların (bədən tərbiyəsi, fiziki tərbiyə, idman və s.) məzmun və mahiyyətinin daha da
konkretləşdirilməsi az rol oynamır. Xüsusilə, bu iş müharibə şəraitində öz suverenliyini qoruyub
saxlamaq və onu möhkəmlətmək uğrunda çətin və şərəfli mübarizə aparan müstəqil Azərbaycan
Respublikasında daha tez öz həllini tapmalı və tədqiqat obyektinə çevrilməlidir. Həmin baxımdan spesifik
anlayışların mahiyyətinin aydınlaşdırılması zəruriliyini nəzərə alaraq bu sahədəki münasibətləri nəzərdən
keçirməyi məqsədəuyğun sayırıq.
«Bədən tərbiyəsi», « Fiziki tərbiyə» və «İdman» anlayışları barədə müxtəlif mövqedən çıxış edənlərin
sayı çoxdur. Həmin mövqelərin bəziləri üst-üstə düşür, bəziləri bir-birindən müəyyən qədər fərqlənir və
ya bir-birinə uyğun gəlir, bəziləri isə bir-birindən tamamilə fərqlənir. Bu, təbii bir haldır. Çünki açıq etiraf
etməliyik ki, anlayışların arasındakı fərqləri ortaya çıxarmaq çox vacib və maraqlı, həmçinin qəliz
məsələdir.
Anlayışlar arasındakı fərqi necə başa düşməliyik? Olduqca mürəkkəb olan bu sualın cavabını
axtarıb tapmaq məqsədilə tədqiqat işləri 2 istiqamətdə aparılmışdır:
1). Elmi, pedaqoji-metodik ədəbiyyatın öyrənilməsi, təhlili
və ümumiləşdirilməsi;
2). Sorğunun keçirilməsi, təhlili və qruplaşdırılması.
Sorğu bədən tərbiyəsi və idman mütəxəssisləri, pedaqogika,tərbiyə sahəsində çalışan ixtisasçılarla
aparılmışdır. Məlum olmuşdur ki, bu sahədəki fikirlər müxtəlifdir. Həmin fikirləri təxminən aşağıdakı
kimi qruplaşdırmaq mümkündür:
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman arasında heç bir fərq yoxdur. Bunlar eyni olub, bir-biri ilə
sinonimdir.
Bəziləri bədən tərbiyəsinə, bəziləri fiziki tərbiyəyə, bəziləri isə idmana üstünlük verir. Müvafiq
olaraq onlardan birini geniş mənada hesab edir, digərlərini isə onun tərkibində görürlər. Yəni dar mənada
qəbul edirlər;
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman eyni miqyaslı pedaqoji prosesdir. Bunlar arasında fərq yox
dərəcəsindədir;
Bədən tərbiyəsi və ya fiziki tərbiyə pedaqoji proses kimi üstünlük təşkil edir;
Bədən tərbiyəsi pedaqoji anlayış deyildir. O, müəllim və ya məşqçinin rəhbərliyi altında
aparılmaya da bilər;
Fiziki tərbiyə sırf pedaqoji proses olmaqla, bilavasitə müəllimin nəzarəti altında aparılır;
Nəhayət, suala cavab verməkdən çəkinənlər, yəni susanlar da olmuşdur.
Bir cəhəti də qeyd etmək lazımdır ki, sorğuda iştirak edənlərin cavabı bir neçə kəlmə ilə başa
çatır, lakin hər üç anlayışın əsaslandırılmış məntiqi izahı verilmir. Fikrimizcə, bu onunla izah olunur ki,
bəzi mütəxəssislərin, daha doğrusu bizim müsahibədə iştirak edən mütəxəssislərin bu məsələyə dair tam
dolğun təsəvvürə malik deyillər. Belə ki, həmkarlarım kifayət qədər mənə kömək göstərə bilmədilər.
Buna, həm də onların lazımi marağı və həvəsləri də olmadı. Bütün bunları nəzərə alıb, ədəbiyyata
müraciət etməli oldum.
Yaxın xarici ölkələrin pedaqogika və fiziki tərbiyə üzrə elmi, pedaqoji – metodik ədəbiyyatında
bu üç anlayış barədə müəyyən məlumatlara rast gəlmək olur. Lakin rus pedaqoji-metodiki mənbələrində
anlayışların şərhi onun mənasının izahı əsasən bir-birinə yaxın gəlməklə, həm də bir-birindən müəyyən
dərəcədə fərqlənir. Həmin baxımdan ilk növbədə, əldə etmiş olduğumuz bəzi xarakterik ümumpedaqoji
mənbələr ilə tanış olmuş, nəticə etibarı ilə onları təhlil edir və qruplaşdırmağa çalışmış, yaxın tarixi
keçmişimizə nəzər salmışıq.
XX əsrin əvvəllərində sosializm quruculuğunun ilk illərində fiziki tərbiyə termini bədən tərbiyəsi
(fiziçeskaya kulğtura) termini ilə demək olar ki, əvəz olunmuş, bədən tərbiyəsi termini əhali arasında
daha geniş yayılmışdır. Əhali həmin illərdə bədən tərbiyəsi anlayışını daha tez-tez işlətməyə başlamışdır.
36
Bütün bunlara baxmayaraq, yeri gəldikcə «fiziki tərbiyə», «fiziki təhsil» və «fiziki inkişaf» anlayışları da
ara-bir işlənmişdir.
Qeyd etməliyik ki, «fiziki tərbiyə» anlayışı XIX əsrin 2-ci yarısında iki mənada «geniş» və «dar»
mənada işlədilməyə başlamışdır. Fiziki tərbiyə uşaq orqanizminə mütəşəkkil təsir göstərən proses kimi
bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, fiziki qüvvələrin artmasına,
mühitin zərərli təsirlərinin qarşısını almağa, müqavimətin artmasına və sağlamlığın möhkəmləndirilməsi
məqsədinə yönəldilmişdir (P.F.Lesqaft, 1874, 1888; A.N.Filippov, 1900 və b.). Onun nailiyyətləri isə hər
şeydən əvvəl normal gigiyenik şəraitin yaradılmasına, bədənə qulluq edilməsinə və fiziki hərəkətlərin
tətbiqinə xidmət etməli idi. Lakin bəzi müəlliflər axırıncını qəbul etməmiş (V.V.Qorinevski, 1913;
D.A.Dyuperron, 1925), fiziki tərbiyənin bu cür dar mənada anlayışını – «fiziki inkişaf» yönəmi
adlandırmışlar.
Fiziki tərbiyə nisbətən geniş mənada anlayış kimi Qərbi Avropa və ABŞ ölkələrində daha geniş
yayılmış və digər anlayışlara nisbətən xeyli üstünlüyə malik olmuşdur. Göstərmək lazımdır ki, fiziki
tərbiyə sahəsində işləri yaxşılaşdırmaq üçün fiziki inkişafa, sağlamlığın möhkəmləndirilməsinə və
müəyyən hərəkətverici hazırlığa yiyələnmək başlıca şərtlərdən biridir. Eyni zamanda bir sıra görkəmli
alimlər axırıncını psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə sıx əlaqədar olduğunu
göstərmişlər (F.Laqrnaj, 1894; Q.Demeni, 1900, 1905, 1915 və b.).
Tarixə kiçik bir baxışdan göründüyü kimi, «fiziki tərbiyə» anlayışı XIX əsrdən oktyabr sosialist
inqilabından xeyli əvvəl yaranmış və bizə gəlib çatmışdır. 1920-ci ildən isə «fiziçeskaya kultura» anlayışı
ilə əvəz olunmuşdur. Daha doğru desək, «fiziki tərbiyə» anlayışı ədəbiyyatda və danışıqda az-az
işlənməyə başlamış və onun mövqeyi tədricən zəifləmişdir.
Böyük rus anatom və pedaqoqu P.F.Lesqaft «Məktəbyaşlı uşaqların fiziki təhsilinə rəhbərlik»
adlı çox qiymətli əsərində ilk dəfə olaraq «Fiziki təhsil» terminini işlətməklə, həm də fiziki təhsil
nəzəriyyəsini yaratmışdır. O, fiziki təhsili, həqiqi mənada şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə
və həm də hərtərəfli inkişafın şərtləri olan əqli, əxlaqi və bədən tərbiyəsi ilə bağlamışdır. Lesqaftın
fikrincə, fiziki təhsilin son məqsədi tərbiyəli və təhsilli şəxs yetişdirməkdən ibarətdir. Lesqafta görə, fiziki
tərbiyənin məqsədi, ayrı-ayrı hərəkətləri təlim etməyi, onları bir-biri ilə müqayisə və şüurlu idarə etməyi
və i.a. öyrətməkdir.
P.F.Lesqaft məktəbyaşlı uşaqların fiziki tərbiyə sisteminə, xüsusən məktəblilərin harmonik fiziki
inkişafını, sağlamlıqlarının möhkəmləndirilməsini, fiziki gücünün artırılmasını və s. daxil etmişdir.
Lesqaftın fiziki təhsil nəzəriyyəsinin davametdiricisi V.V.Qorinevski (1913) fiziki inkişafı
yaxşılaşdırmaq və hərəki (fiziki) keyfiyyətləri təkmilləşdirmək məqsədi ilə xüsusi olaraq mütəşəkkil
surətdə təşkil edilmiş orqanizmin forma və funksiyalarına təsir göstərilməsini fiziki təhsil ilə
əlaqələndirmişdir. Eyni zamanda bunun müvəffəqiyyətlə həyata keçirilməsini yaxşı hazırlıqlı pedaqoqun
fəaliyyəti ilə bağlamışdır. O, bütün bunlarla bərabər fiziki təhsilə uşaqların öz hərəkətlərinə şüurlu
yanaşması, onların tətbiqi, hərəki vərdişlərə öyrəşmə, həmçinin iradə və xarakterin möhkəmləndirilməsi
kimi baxmışdır.
A.D.Butovski (1913) Lesqaftın ideyalarına istinad edərək yazır ki, fiziki təhsil dedikdə, hərəkət
koordinasiyasının təkmilləşməsi və hər bir adam üçün zəruri olan ümumi fiziki hərəkət vərdişlərinin
qazanılması başa düşülür. Daha sonra qeyd edir ki, bu vaxt fiziki təhsil prosesi, həm də fiziki inkişafın
düzgün getməsinə, fizioloji cəhətdən orqanizm üçün faydalı olmasına kömək göstərməli, insan
psixikasına – əqli inkişafa, möhkəm iradənin və emosiyanın yaranmasına müsbət təsir etməlidir.
Lesqaftın fiziki təhsil irsi ilə müqayisədə onu məhdud və sadə şəkildə qəbul edən ideyalar da
meydana gəlmişdir. Onlar fiziki təhsili hərəki bacarıq və vərdişlərin aşılanmasının müəyyən işlənmə
məcmui və istifadə prosesi kimi qəbul etmişlər (Bax: M.fon-Krit, 1912).
Q.Dyuperron (1925) fiziki təhsili yalnız fiziki tərbiyə prosesində qazanılmış «bədən keyfiyyətləri»nin
şüurlu məqsədəuyğun istifadə edilməsinə yiyələnmək incəsənəti kimi qiymətləndirmişdir. Demək, əgər
P.F.Lesqaft onun arxasınca V.V.Qorinevski və A.D.Butovski fiziki təhsil fikrinə sözün geniş mənasında
fiziki tərbiyənin bütöv bir sistemi kimi baxırlarsa, digər mənada isə onu bu sistemin tərkib hissələrindən
biri hesab edirlər.
Yuxarıda söylədiyimiz kimi, oktyabr sosialist inqilabından sonra bu sahədə yeni anlayışlar
yaranmış, «fiziki tərbiyə» anlayışı sıxışdırılıb aradan çıxarılmışdır.
37
1925-ci il 13 iyunda RKP/b/MK bədən tərbiyəsi haqqında xüsusi qərar qəbul etmişdir. Bu
qərarda deyilir ki, bədən tərbiyəsinə yalnız fiziki tərbiyə, sağlamlıq, təsərrüfat mədəniyyəti və hərbi
hazırlıq nöqteyi-nəzərindən baxılmamalı, ona ümumi siyasi metod, kütlələrin tərbiyə mədəniyyəti, onların
siyasi həyata cəlb olunma vasitəsi kimi baxılması zəruridir. Bununla da ümumi xalq kütlələrini
kommunist tərbiyəsində bədən tərbiyəsinin əhəmiyyəti və yeri müəyyənləşdirilmişdir. Qərarda, həmçinin
göstərilir ki, bədən tərbiyəsi təkcə fiziki hərəkətlərlə məhdudlaşdırılmamalı, təbiətin təbii amilləri, rejim
və digər gigiyenik faktorlardan istifadə olunmaqla ora əmək və məişətin gigiyenası da daxil edilməlidir.
V.E.İqnatyev RKP/b/MK-nın bədən tərbiyəsi barədə 1927-ci il tarixli qərarına əsaslanaraq qeyd
edir ki, bədən tərbiyəsi fiziki hərəkətləri kifayət qədər özündə cəmləşdirə bilmədiyi halda o, gigiyena və
sanitariyanın əsaslarını bir o qədər dərindən həyata keçirir və mənimsədir»
48
.
1920-ci illərin sonuna yaxın fiziki tərbiyə anlayışına münasibət yenidən dəyişilməyə başlamışdır.
Məsələn, A.A.Ziqmund (1926) köhnə terminlərdən istifadə edib, onları tutuşduraraq belə bir qənaətə gəlir
ki, fiziki tərbiyə və fiziki təhsil–yəni bədən tərbiyəsi …»
49
.
1930-cu illərdə isə demək olar ki, «Fiziki tərbiyə» və «Fiziki təhsil» anlayışları tamamilə unudulur.
Tədris-tərbiyə işlərinin təkmilləşdirilməsinə, xüsusən: 1) Gigiyenik vəzifələrin (sağlamlıq) həyata
keçirilməsinə diqqət artırılır; 2) Təhsil vəzifələrinə xüsusi fikir verilir ki, bura isə əsas hərəkətlərə
yiyələnmək, ümumi koordinasiyanın inkişafı, hərəki bacarıq və vərdişlərin formalaşdırılması və hərəki
fəaliyyət üzrə zəruri biliklərin mənimsədilməsi daxildir.
M.N.Skatkin məktəb təhsilinin məzmununun bütöv bir sistem olduğunu şərh edərək göstərir ki, …
bilik, bacarıq və vərdişlərə yiyələnmək məktəblilərin əqli və fiziki qabiliyyətlərinin inkişafını təmin edir.
… dünyagörüşünün və mənəviyyatının əsaslarını, habelə müvafiq davranışları formalaşdırır, onları həyata
və əməyə hazırlayır»
50
.
N.V.Savin «Teoriya i metodika fiziçeskoqo vospitaniya» (T.İ.M., «Fizkultura i sport», 1967)
dərsliyinə istinad edərək yazır ki, fiziki tərbiyə-pedaqoji proses olub, insan orqanizminin morfoloji və
funksional təkmsilləşməsinə, həyat üçün vacib əsas hərəki
bacarıqların, onlarla əlaqədar biliklərin formalaşmasına və yaxşılaşmasına istiqamətləndirilmişdir»
51
.
Bədən tərbiyəsi
52
ümumi mədəniyyətin bir hissəsi olub, əhalinin fiziki cəhətdən təkmilləşməsinin
xüsusi vasitəsi və onlardan istifadə işində cəmiyyətin əlldə etmiş olduğu nailiyyətlərin məcmuidir»
53
.
Fiziki inkişaf – bu proses insan orqanizminin bioloji forma və funksiyalarının qurulması və
dəyişdirilməsində, həyat şəraitinin və tərbiyənin təsiri altında onun təkmilləşdirilməsində vacib olsa da,
lakin o, inkişafda tək amil deyildir»
54
.
V.N.Semenov yazır ki, fiziki tərbiyə – şəxsiyyətin hərtərəfli inkişafının komponenti və kommunist
tərbiyəsinin mühüm vasitəsidir
55
.
Bədən tərbiyəsi institutları üçün dərslikdə göstərilir :
Fiziki tərbiyə dedikdə pedaqoji proses başa düşülür ki, bunun
mahiyyətinə insanın fiziki inkişafının və onun fiziki təhsilinin idarə
olunması daxildir»
56
.
Dərslikdə daha sonra qeyd olunur ki, fiziki tərbiyə ümumpedaqoji prosesin bir hissəsidir. Onun
təyinatı adamları fiziki cəhətdən tərbiyə etməklə yanaşı, yaşlı nəslin bədən tərbiyəsi və idman sahəsində
toplanmış bilik, bacarıq və vərdişlərini gənc nəslə verməkdən ibarətdir»
57
.
48
В.С.Игнатйев. Основы советской системы физической културы. М., Изд-во «Работник просвешенийа», 1927.
49
А.А.Зигмунд. Основы советской системы физкултуры.М., изд-во «Новайа Москва», 1926.
50
М.Н.Скаткин. Основы содержанийа образованийу в советской школе. В кн.: Основы дидактики. Под ред.
Б.П.Есипов, М., изд-во «Просвешенийе», 1967, с.63.
51
Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с. 250.
52
«Физическая култура» анлайышы азярбайъан дилиндя бядян тярбийяси кими
тяръцмя олунуб вя дилимиздя дя бу шякилдя ишлянилир. Щалбуки о, физики мядяниййят кими тяръцмя едилмяли иди.
53
Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с.251.
54
Йеня орада. Сящ.251
55
Г.И.Шукинанын редактяси иля. Педагогика школы. М., «Просвешенийе», 1977, с.138.
56
В.В.Беларусова вя И.Н.Решетенин редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, с.230
57
Йеня орада, с. 230.
38
İ.A.Kryaçko spesifik anlayışlara xüsusi əhəmiyyət verir və «Fiziçeskaya kultura» adlı elmi-
kütləvi kitabında bədən tərbiyəsi nə deməkdir sualına belə cavab verir: «Bədən tərbiyəsi – insanların
sağlamlığında və tərbiyəsində güclü vasitədir»
58
İdmana marağın
daha dərin və daha möhkəm olması heç də başa düşmək çətin deyildir ki, bədən tərbiyəsi haqqında
düzgün təsəvvürə yiyələnmək nəticəsində ola bilər.
Daha sonra o, qeyd edir ki, bəzən onu ayrı-ayrı fiziki hərəkətlərlə, futbol, üzgüçülük və i.a. idman
növləri ilə eyniləşdirir və ya qarışdırırlar. Geniş yayılmış «Mən bədən tərbiyəsi ilə məşğul oluram»
ifadəsinin «Mən futbol, üzgüçülük, gimnastika və i.a. ilə məşğul oluram» ifadəsi ilə əvəz olunması
düzgün olar və yerinə düşərdi. Çünki, aşağıda görəcəyimiz kimi bədən tərbiyəsi ancaq fiziki hərəkətlərlə
tükənmir. Bədən tərbiyəsi ilə «fiziki tərbiyə» anlayışı arasında eynilik nişanı qoymaq olmaz. Birinci
anlayış ikincidən daha genişdir.
59
.
Fiziki tərbiyə – bu mütəşəkkil pedaqoji proses olub, sosialist vətəninin müdafiəsinə və əməyə hazırlıq
məqsədi ilə adamların sağlamlığının möhkəmləndirilməsinə,fiziki inkişafına istiqamətləndirilmişdir.
Bədən tərbiyəsi – mürəkkəb ictimai hadisə olmaqla cəmiyyətin mədəniyyətinin tərkib hissəsidir.
«Fiziki inkişaf» bioloji proses olub, daxili və xarici amillərin
birinci növbədə ictimai mühitin təsiri altında insan orqanizminin artımı və təkmilləşdirilməsidir»
60
.
İ.A.Kryaçko bədən tərbiyəsi anlayışını, onun mahiyyətini daha da konkretləşdirmək məqsədi ilə yazır ki,
sovet dövləti şəraitində bədən tərbiyəsi sosialist mədəniyyəti kimi bütövlükdə öz ölkəsinin maddi rifahı
naminə əmək məhsuldarlığının yüksədilməsi kimi xeyirxah məqsədlər güdür. Bədən tərbiyəsi geniş
mənada insanlara, həm də onların hərtərəfli fiziki inkişafına və mənəvi qabiliyyətlərinə qayğıdır
61
.
«Teoriya fiziçeskoqo vospitaniya» adlı bədən tərbiyəsi institutları üçün dərs vəsaitində fiziki
tərbiyə anlayışı bir qədər də
açıqlanmış və orada göstərilir ki, fiziki tərbiyənin spesifikasını, yəni xüsusiyyətlərini digər tərbiyə
vasitələrindən və ictimai həyat hadisələrindən fərqləndirən cəhətin mahiyyəti bundan ibarətdir: fiziki
tərbiyə mütəşəkkil pedaqoji təsirlər sistemi kimi adamların fiziki inkişaf qabiliyyətlərini, onun
orqanizminin morfoloji və
funksional baxımdan təkmilləşdirilməsinin təsirlər sistemini təmin edir. Başqa sözlə desək, fiziki tərbiyə –
insanın fiziki inkişafının vasitəsi, həmçinin yaşlı nəslin təcrübəsini gənclərə öyrədən vasitədir. Fiziki
tərbiyənin eyni zamanda bir-biri ilə əlaqəli iki tərəfi vardır:
Fiziki tərbiyə dar mənada dedikdə–sağlamlığın möhkəm-ləndirilməsi, fiziki keyfiyyətlərin
qazanılması və təkmilləşdirilməsi məqsədi ilə fiziki inkişafa təsir etmək başa düşülür. Fiziki təhsil tərbiyə
olunanların bilik, bacarıq və vərdişlərlə
silahlanmasıdır».
A.İ.Borisov qeyd edir ki, fiziki tərbiyə – ümumi tərbiyənin
tərkib hissəsidir. O, tarixi xarakter, sinfi cəmiyyətdə isə sinfi xarakter daşıyır. Fiziki tərbiyə – ictimai
hadisə kimi maddi həyat şəraitinin inkişafı ilə əlaqədar yaranır və inkişaf edir, cəmiyyətin tələbatına
uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları əməyə və müdafiə fəaliyyətinə hazırlayır
62
.
Heç də təsadüfi deyildir ki, bədən tərbiyəsinin tarixinə dair dərsliklərdə də bədən tərbiyəsi
anlayışının mahiyyətinin şərhi diqqət mərkəzində olmuş və orada göstərilir ki, onun fənn kimi
öyrədilməsi («Bədən tərbiyəsinin tarixi» fənni nəzərdə tutulur) cəmiyyətin mədəniyyətinin tərkib hissəsi
kimi bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir
63
.
58
И.А.Крйачко. Физическайа култура. М., «Физкултура и спорт», 1958, с.5.
59
Йеня орада, с.6.
60
1. И.А.Крйачко. Физическайа култура. М., «Физкултура и спорт», 1958, с.6.
61
Йеня орада сящ.8.
62
А.И.Борисов. Физическое воспитание важное средство коммунистического
воспиатнийа. Ленинград, 1961, с.6-7.
И
63
Историйа физической културы. М., «Физкултура и спорт», 1964, с.3.
64,В.В.Столбов вя И.Г.Чугунов. Историйа физической културы. М., «Радуга»,
«Физкултура и спорт», 1970, с.3
39
V.V.Stolbov və İ.Q.Çuqunov bədən tərbiyəsinin tarixinə həsr edilmiş dərsliyində bədən tərbiyəsi
anlayışını belə izah edir : Bədən tərbiyəsi – bu ümumi mədəniyyətin bir hissəsi olub, xalqın fiziki
təkmilləşməsinin xüsusi vasitələrinin yaranmasında, cəmiyyətin nailiyyətlərinin məcmuyi kimi ondan
istifadə edir»
64
.
Q.N.Satirov bədən tərbiyəsi dərslərində fiziki təhsil vəzifələrinin həyavta keçirilməsindən
danışarkən qeyd edir ki, hər şeydən əvvəl «Fiziki təhsil» və «fiziki tərbiyə» anlayışları və onların
arasındakı fərqləri aydınlaşdırmalıdır. O, həmin məqsədlə yazır:
- Fiziki tərbiyə məktəbdə pedaqoji proses kimi təlim və sanitariya – gigiyena normalarını gözləmək
məqsədilə uşaq və yeniyetmələrə spesifik təsir göstərməyə, həyat tərzi fəaliyyətinə – fəal hərəki rejimə,
həmçinin etik və estetik normalara cavab verə biləcək gündəlik icra olunan hərəkət və davranışlara
istiqamətləndirilir. Fiziki tərbiyənin bir xüsusiyyəti də onun uşaqların iştirakı ilə (özünü tərbiyə)
kollektiv, pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir.
Fiziki təhsil – bu tədris pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən,
əsasən məktəb dərs formasında həyata keçirilir»
65
.
Görkəmli macar tarixçisi L.Kun bədən tərbiyəsi və idmanın tarixini maraqlı və cəlbedici elm
adlandırır. O yazır ki, tarix bədən tərbiyəsi və idmana bütün insan mədəniyyətinin ayrılmaz tərkib
hissəsi, adamlara tərbiyə və təhsil verən, onları əməyə və hərbi fəaliyyətə hazırlayan vasitə kimi baxır
66
V.A.Kunanyev göstərir ki, bədən tərbiyəsi və idman kommunizm quruculuğunun müasir mərhələsinin
müstəsna dərəcədə mühüm
ictimai-mədəni hadisəsidir. Sovet pedaqogikasında belə bir fikir inkişaf etmişdir ki, bədən tərbiyəsi
məktəbdə tədris fənninə sadəcə olaraq aid edilə bilməz – bu, bizim cəmiyyət üzvlərinin bədən tərbiyəsinin
bütöv mürəkkəb sistemidir
67
.
Azərbaycan pedaqoqları da şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayan fiziki tərbiyəyə və
bu sahədəki anlayışlara mühüm əhəmiyyət vermişlər. Onlar fiziki tərbiyəni pedaqoji prosesin bir hissəsi
kimi qəbul etmiş və müvafiq tədqiqatlar aparmış, faydalı fikirlər irəli sürmüşlər. Məlumdur ki,
azərbaycan dilində müxtəlif illərdə pedaqoji vəsaitlər nəşr edilmiş və fiziki tərbiyənin ümumi
məsələlərinə toxunulmuşdur. Keçən əsrin II yarısında alimlərimiz fiziki tərbiyə üzrə anlayışlara
diqqətlərini daha da artırmış və onların izahını verməyə çalışmışlar.
M.Ə.Muradxanovun rəhbərliyi altında 1964-cü ildə nəşr
olunmuş «Pedaqogika» kitabında fiziki tərbiyəni tərbiyənin tərkib hissəsi kimi şagirdlərin bədəncə
sağlamlığını möhkəmləndirməyə, ahəngdar və normal inkişafına xidmət etməkdən ibarət olduğu qeyd
edilir.
B.A.Əhmədov fiziki tərbiyə üzrə anlayışları dəqiqləşdirmişdir. O, həmin məsələ ilə əlaqədar
müxtəlif vaxtlarda mətbuat vasitəsilə 3 dəfə çıxış etmiş və anlayışların məqsədəuyğun və ətraflı təhlilini
vermişdir.
B.A.Əhmədovun fiziki tərbiyə anlayışlarına dair yazmış olduğu məqalə «Üç anlayış haqqında»
adlanır. Açıq etiraf etməliyik ki, bu kiçik qəzet məqaləsi olmasına baxmayaraq, orada izahı çətin və
dolaşıq olan spesifik anlayışlara aydınlıq gətirilmişdir.
B.A.Əhmədov yazır ki, «Bədən tərbiyəsi», «Fiziki tərbiyə», «İdman» anlayışları arasındakı fərqi
necə başa düşməliyik? Sualına cavab axtarmaq məqsədi ilə sorğu, məsləhətləşmə apardım. Nə qədər
qəribə də olsa, alınan cavabların heç biri digərinə uyğun gəlmədi. Alim cavabları təxminən aşağıdakı kimi
qruplaşdırır:
a) «Fiziki tərbiyə» anlayışı «Bədən tərbiyəsi» anlayışından
onunla fərqlənir ki, birinci geniş, ikinci isə ona nisbətən dar anlayışdır;
b) bu anlayışlar arasında heç bir fərq yoxdur. Hər ikisi bir-
biri ilə sinonimdir;
v) «Bədən tərbiyəsi» anlayışı «Fiziki tərbiyə» anlayışından genişdir;
65
Г.Н.Сатиров. Основнайа задача предмета журн.»Физическайа култра в школе, Н.3,1978,с.13.
66
Л.Кун.
Всеобшайа историйа физической културы и спорта. М., «Радуга», 1982, с.9.
67. В.А.Кунанйев Мяняви зянэинлик, яхлаги сафлыг вя физики камиллик – шяхсиййятин щяртяряфли вя ащянэдар инкишафынын
зярури тяркиб елементидир». «Советскайа педагоэика» журналы, №1, 1976-ъы ил
40
q) Haqqında danışdığımız anlayışların işlənmə yeri müxtəlifdir.
Belə ki, fiziki tərbiyə pedaqoji anlayış olduğu halda, bədən tərbiyəsi pedaqoji anlayışlar sırasına
daxil deyildir və s.
«İdman» anlayışhının mütəxəssislər tərəfindən şərhi də müxtəlif şəkildə olmuşdur.
Deyilənlərdən belə bir nəticə çıxara bilərik ki, qaldırılan məsələ təkcə sual verənlər üçün maraqlı
və çətin olmaqla qalmır, hətta müsahibədə iştirak edən mütəxəssislər də həmin anlayışlar haqqında lazımi
fikir söyləyə bilmir.
«Bədən tərbiyəsi» («Fiziçeskaya kultura») ən geniş anlayış olub, cəmiyyətin ümumi
mədəniyyətinin tərkib hissələrindən biridir. O, cəmiyyətin insanın fiziki kamilliyinə xidmətlə əlaqədar
olaraq tarix boyu əldə etdiyi bütün nəzəri və əməli nailiyyətləri əhatə edir. Məlumdur ki, «mədəniyyət»
sözünün geniş mənası insan əməyi ilə yaradılan bütün şeyləri özünə daxil edə bilir. Məsələn, bitkilər belə
mədəni və yabanı olmaqla növlərə bölünür. Bu mənada fiziki mədəniyyət həm fiziki kamillik, həm fiziki
inkişaf, həm fiziki tərbiyə sahəsində bəşəriyyətin əldə etdiyi ən yaxşı nailiyyətləri özündə əks etdirir.
B.A.Əhmədov bir sıra alimlərin fikrini təhlil etdikdən sonra bu sahədə gəldiyi qəti nəticəni belə şərh edir:
Buradan aydın olur ki, fiziki tərbiyə doğurdan da sırf pedaqoji anlayışdır və müəllimin (tərbiyəçinin)
rəhbərliyi altında şagirdlərin (tələbələrin) fiziki cəhətdən formalaşmasına xidmət edir. Məsələni daha da
aydınlaşdırmaq məqsədi ilə bu məqalədə belə bir müqayisə də aparılaraq göstərilir ki, fizika elmi ilə
fizikanın tədrisi, eləcə də başqa elmlərlə onların məktəbdə öyrədilməsi necə fərqlənirsə, fiziki
mədəniyyətdə (indii deyildiyi kimi, bədən tərbiyəsi ilə) fiziki tərbiyə də eləcə fərqlənir. Elm tədris
fənninə nisbətən genişdir, elm pedaqoji anlayış deyildir və s. Eyni qayda ilə fiziki mədəniyyət fiziki
tərbiyədən geniş anlayışdır. «Fiziki mədəniyyət» anlayışı pedaqoji anlayışlar sırasına daxil deyildir.
Nəticə çıxaraq: bədən tərbiyəsi (fiziçeskaya kultura) anlayışı «fiziki tərbiyə» anlayışından genişdir,
birinci pedaqoji anlayış hesab olunmur, ikinci isə pedaqoji məfhumlar sırasına daxildir.
B.A.Əhmədov daha sonra qeyd edir ki, «idman» hərəki
fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər (rekord göstəriciləri)
əldə etməsinə xidmət göstərir. Burada idmançı idmanın növlərindən biri üzrə, yəni dar sahə ilə
ixtisaslaşmalı, müəyyən məqsədlə keçirilən xüsusi yarışlarda qələbə qazanmaq məqsədi uğrunda
çaışmalıdır.
Bundan əlavə, o göstərir ki, idman fiziki mədəniyyətin tərkibinə daxildir. Fiziki tərbiyənin isə
vasitələrindən biri kimi çıxış edir. Nəticə etibarı ilə idman bədən tərbiyəsinin tərkib hissələrindəndir,
fiziki tərbiyənin isə vasitələrindən biridir
B.A.Əhmədov fiziki tərbiyə sahəsində bədən tərbiyəsi, fiziki tərbiyə, fiziki inkişaf, fiziki kamillik
və idman anlayışlarını bir daha aydınlaşdırmaq üçün «Məktəbdə bədən tərbiyəsi» məcmuəsində
«Şagirdlərin fiziki tərbiyəsi haqqında» adlı məqalə ilə çıxış etmişdir
68
. Həmin yazı eyni ilə
«Pedaqogikadan mühazirə konspektləri» nin dərs vəsaitinə daxil edildiyini nəzərə alıb, axırıncı mənbəyə
istinad edirik.
Bu vəsaitdə şagirdlərin fiziki tərbiyəsinə aid əsas anlayışların izahı konkret və daha elmi şəkildə
verilmişdir. Xüsusilə məsələ pedaqoji- metodiki baxımdan bu sahədəki ilk yazıya nisbətən daha
qənaətbəxş şərh olunmuş, əlavə olaraq «fiziki inkişaf» anlayışının izahı açıqlanmışdır. Bu yazının müsbət
cəhətlərindən biri də odur ki, anlayışların hər birinə aşağıdakı kimi tərif verilmişdir
69
.
Fiziki mədəniyyət – cəmiyyətin ümumi mədəniyyətinin
tərkib hissələrindən biri olub, insanın öz sağlamlığını möhkəmləndirməsi, fiziki qabiliyyətlərini inkişaf
etdirməsi, çevik və gümrah böyüməsi üçün tarix boyu əldə edilmiş nailiyyətlərin məcmuyunu ifadə edir.
Fiziki tərbiyə – müəllimin rəhbərliyi altında şagirdlərin öz
sağlamlığını möhkəmləndirməsi, çevikliyini və gümrahlığını təmin etmək prosesidir. Bu proses fiziki
mədəniyyətin inkişaf səviyyəsinə tam uyğun təşkil edilməli və şagirdlərin fiziki kamilliyinə gətirib
çıxarmalıdır.
Fiziki inkişaf – istər fiziki tərbiyə prosesində, istərsə də kənar təsirlərin sayəsində orqanizmin
morfoloji funksiyasının, fiziki keyfiyyət və qabiliyyətlərin dəyişməsi, formalaşması prosesidir.
68
Б.А.Ящмядов. Шаэирдлярин физики тярбийяси щаггында. МБТ мяъмуяси, №4, 1978-ъи ил.
69
Б.А.Ящмядов вя А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, с.292-293
41
Fiziki
kamillik
– isə şəxsiyyətin fəaliyyətə (əməyə, təlimə və s.) fiziki cəhətdən hazır olması
zəruriliyi ilə şərtləndirilən fiziki inkişaf səviyyəsini əks etdirir. Başqa sözlə desək, fiziki kamillik _
cəmiyyətin konkret tarixi dövrdə əldə etdiyi fiziki mədəniyyətlə şəxsiyyətin həmin mədəniyyətə optimal
yiyələnməsi arasındakı nisbəti ifadə edir.
N.M.Kazımov fiziki tərbiyəni tərbiyənin əsas tərkib hissəsi
hesab edərək yazır ki, onu səciyyələndirən xüsusiyyətlərdən biri də fiziki tərbiyənin ideyallığıdır, ideya-
siyasi tərbiyəyə, əxlaq tərbiyəsinə xidmət etməsidir. Pedaqoji cəhətdən düzgün təşkil edilən fiziki tərbiyə
adamların təkcə sağlamlığını möhkəmləndirmir, onların həm də mənəviyyatına güclü təsir göstərir, iradə
kamilliyinin artırılmasına kömək edir
70
.
N.M.Kazımov elmi-pedaqoji əsərinin başqa bir yerində göstərir ki, fiziki tərbiyə pedaqoji proses
kimi orqanizmin sistemlərinin ahəngdar inkişafına kömək edir. Gənc nəsli ictimai-faydalı və məhsuldar
əməyə, vətənin müdafiəsinə hazırlayır
71
.
Y.R.Talıbov, Ə.A.Ağayev və başqa kollektiv müəlliflərin hazırlamış olduğu dərs vəsaitində
göstərilir ki, fiziki tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil proses olub, gənc nəslin can sağlığını təmin
etməyə, onun fiziki qabiliyyətlərini inkişaf etdirməyə, mütəhərrik vərdişlərin və bacarıqların
formalaşmasına xidmət edir.
Fiziki tərbiyə şagirdlərin bədən quruluşunun mütənasibliyində, qamətin gözəlliyində, hərəki
keyfiyyətlərin (gücün, hərəkət sürətinin, cəldlik və dözümlüyün, elastikliyin) inkişaf və formalaşmasında
təzahür edir. Fiziki tərbiyə şagirdlərdə əməkdə iştirak etmək vərdişləri, iradə, kollektivçilik, əzmkarlıq və
s. keyfiyyətləri inkişaf etdirir, onları vətənin müdafiəsinə hazırlayır
72
. Həmin kitabda sonra bildirilir ki, bu
zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olan bədən tərbiyəsi dərsləri böyük rol oynayır.
73
Bədən
tərbiyəsi dərslərində şagirdlər düzgün yeriməyi, qaçmağı, tullanmağı, maneələri dəf etməyi, idman
alətlərində
çalışmaları, terminləri yerinə yetirməyi öyrənir, öz bədənlərinin sağlamlığına kömək edən
hifzüsəhiyyə qaydalarına yiyələnirlər
74
.
H.N.Məmmədov bədən tərbiyəsi və idman anlayışına aşağıdakı kimi münasibət bildirmişdir:
Mədəniyyətimizin bir hissəsi olan bədən tərbiyəsi və idman ölkəmizdə kütləvi hal almış, zəhmətkeşlərin
məişətinə daxil olmuş və istirahət vasitəsinə çevrilmişdir. İdman sağlamlığı və fiziki inkişafı
möhkəmləndirmək, əmək məhsuldarlığını artırmaqla kifayətlənməyərək, həm də zehni inkişafa və elmi
işlərə böyük təsir göstərir
75
F.İsmayılov isə «Fiziki cəhətdən kamil adam necə adamdır?»- sualına belə cavab verir: Fiziki
kamillik – ilk növbədə fiziki mədəniyyətə malik olmaq deməkdir. Belə adam bədəncə möhkəm, sağlam,
güclü, dözümlü, çevik, cəld olmaqla yanaşı, həm də bir sıra ən vacib bacarıq və vərdişlərə
yiyələnməlidir
76
M.Quliyeva və A.Şükürovun birgə çap etdirdikləri «Şəxsiyyətin fiziki kamilliyi və cəmiyyət» adlı qəzet
məqaləsində yazırlar: Fiziki kamillik dedikdə adamların tarixən şərtlənmiş hərtərəfli fiziki inkişafı,
istehsal, məişət, hərbi müdafiə vəzifələrinə hazırlıq, yüksək qabiliyyət, uzun ömür sürmək üçün bacarıq
nəzərdə tutulur. Məqalədə fiziki tərbiyəyə tərbiyənin zəruri vasitələrindən biri kimi, sinifli cəmiyyətdə isə
idmandan qazanc mənbəyi kimi istifadə edilməsi, bu gözəl tərbiyə vasitəsinin varlıqların mənafeyinə
xidmət etməsi və onların zövqünün ödənilməsinə şərait yaratması kimi baxılır.Y.R.Talıbov və
H.H.Qurbanov anlayışlara öz münasibətlərini belə bildirirlər: Bədən tərbiyəsi və idman tədricən
70
Н.М.Казымов. Тярбийянин елми-педагожи ясаслары. Бакы, «Маариф» няшриййаты, 1983, с.109.
71
Йеня орада, с.104.
72
Й.Р.Талыбов, Я.А.Аьайев вя б. Педагоэика. Бакы, «Маариф» няшриййаты, 1993, с.250.
73
йеня орада, с.250
74
Йеня орада с.250.
75
Щ.Н.Мяммядов, Идман, елм вя инъясянят Азярбайъан мцяллими»гязети», 21 .феврал.1979-ъу ил
76
.Ф.Исмайылов. Физики камиллик:Проблемляр, тяклифляр, «МБТ» мяъмуяси, 1989,№-4,с-10.
42
formalaşan ümumbəşər mədəniyyətinin əsasını təşkil etməklə həmin mədəniyyətin tərkib hissəsinə
çevrilirdi… Fiziki tərbiyə fiziki hərəkətlərin, təbii amillərin köməyi ilə insanın fiziki inkişaf və təlimini
idarəetmə prosesidir. Fiziki tərbiyə prosesi insanın hərəki vərdişlərinin və fiziki keyfiyyətlərinin
məqsədyönlü inkişafını və formalaşmasını təmin edir. Fiziki hazırlıq – fiziki tərbiyənin nəticəsi olub,
insanın işgörmə qabiliyyətində öz ifadəsini tapır. İdman iki mənada: dar və geniş mənalarda işlədilir.
Dar mənada idman dedikdə şəxsi yarış fəaliyyəti nəzərə alınır. Geniş mənada idman həm yarış
fəaliyyətini, həm də yarışa xüsusi hazırlığı, həm də fəaliyyətin əsasında əmələ gələn spesifik
münasibətləri, normaları və nailiyyətləri əhatə edir
77
.
H.H.Qurbanov son dərsliyində isə bir qədər dəqiqləşdirmə apararaq yazır: «Fiziki tərbiyə
ümumbəşər mədəniyyətimizin tərkib hissəsidir. Onun başlıca qayəsi bütövlükdə əhalinin sağlamlığı,
gümrahlığıdır»
78
.
Anlayışlar haqqında göstərilənlərin ümumi cəhətlərini nəzərə alıb onları təxminən aşağıdakı kimi
qruplaşdırmaq olar. Hər hansı bir anlayışa dair söylənilən fikirlər soyadı mötərizədə göstərilən
alimlərin hamısına aid ola və ya olmaya bilər. Lakin onlar hər hansı bir və yaxud irəli sürülmüş bir neçə
fikrin tərəfdarı, eləcə də müəlliflərdən biri ola bilər.
1. Bədən tərbiyəsi anlayışı.
1) Bədən tərbiyəsinə cəmiyyətin mədəniyyətinin tərkib hissəsi, kütlələrin ümumi siyasi metodu
kimi baxmaqla, bura fiziki tərbiyə, sağlamlıq, hərbi hazırlıq, əmək və məişət gigiyenası və s. daxil edilir.
2) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub,
əhalinin fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitəsi və onlardan istifadə də cəmiyyətin tarix boyu
qazanmış olduğu nailiyyətlərin məcmuidir (N.V.Savin, B.A.Əhmədov).
3) «Bədən tərbiyəsi» ilə «Fiziki tərbiyə» arasında eynilik
(bərabərlik) qoymaq olmaz. Birinci anlayış ikincidən genişdir. Bədən tərbiyəsi geniş mənada insanların,
onların hərtərəfli fiziki inkişafı və mənəvi qabiliyyətlərinə qayğıdır (İ.A.Kryaçko, B.A.Əhmədov).
4) Bədən tərbiyəsi – ümumi mədəniyyətin tərkib hissəsi kimi və «bədən tərbiyəsi tarixi» fənni
olaraq öyrədildiyi üçün bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir (A.İ.Borisov).
5) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub, cəmiyyətin nailiyyətləri kimi xalqın
fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitələrinin yaranması və ondan istifadə kimi başa düşülür
(V.V.Stolbov, İ.Q.Çuqunov).
6) Bədən tərbiyəsi – bütün insan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, adamlara təhsil verən,
onları əməyə və hərbi fəaliyyətə hazırlayan vasitədir (L.Kun).
7) Bədən tərbiyəsi – məktəbdə sadəcə olaraq tədris fənninə aid edilə bilməz, bu bizim cəmiyyət
üzvlərinin bədən tərbiyəsinin bütöv mürəkkəb hissəsidir (V.A.Kunanev).
8) Bədən tərbiyəsi anlayışı daha geniş olub, cəmiyyətin əldə etmiş olduğu bütün nailiyyətlərin
vasitə və metodların ümumi məcmuyu olmaqla, insanların fiziki inkişafı və təhsilinə təsir göstərir
(S.V.Yananis).
9) Bədən tərbiyəsi – yəni fiziki mədəniyyət pedaqoji anlayışlar sırasına daxil deyildir (B.A.Əhmədov).
Dostları ilə paylaş: |