CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış xülasəsi
Buraxılış nömrəsi
Dəyişikliyin təsviri
Buraxılış tarixi
01
DCR 38-16
01 mart 2016
Sənədə məsul şəxs
:
V.Novruzov
Funksiya:
Daxili audit
Sənədin administratoru:
Zahra Khanmammadova
Səviyyə:
Səviyyə 1
Buraxılış tarixi:
01 mart 2016
Növbəti baxılma tarixi:
01 mart 2017
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 2 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Mündəricat
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 3 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
1.
Direktorlar Şurasının Bəyanı
CMS əməliyyatlarını apardığı zaman səmimiyyət və prinsipiallığa görə mükəmməl reputasiyaya
malikdir. Öz tərəfdaşlarımızın etibarını qorumaq Şirkətdə olan hər kəsin məsuliyyətinə aiddir.
Bizim Biznes və Etik davranış Kodumuz bizim hər birimizin bu öhdəliyi yerinə yetirməsinə kömək
üçün nəzərdə tutulub.
Bu Kod bizim biznesi hə cür həyata keçirməyimizə dair CMS siyasi yanaşmalarını izah edir.
Direktorlar şurasının hər bir işçisi, rəhbəri və üzvləri bu Kodu anlamalı və onun prinsiplərinə
əməl etməliyik. Biz inanırıq ki, öz etik prinsiplərimizi biznes qərarlarımıza tətbiq edəndə bundan
Şirkət uğur qazanır.
Bizim dəyərlərimiz biznesimizi sosial baxımdan məsuliyyətli və etikaya uyğun tərzdə həyata
keçirmək sahəsində fəaliyyətlərimizi istiqamətləndirir. Bir şirkət və fərdlər olaraq, qanuna
hörmətlə yanaşır, insan hüquqlarını dəstəkləyir, ətraf mühiti mühafizə edir və
əməliyyatlarımızda mükəmməlliyə nail oluruq.
Bu Kod çətin vəziyyətlərin öhdəsindən gəlməkdə bizə kömək üçün nəzərdə tutulmuş
təlimatnamədir.
Biz sizi onu oxumaq, anlamaq və ona əməl etməyi təkidlə xahiş edirik. Bu Kodu pozan hər hansı
amili görsəniz, onu bizə bildirməyinizi xahiş edirik. Şirkət sizin narahat edən məsələləri ciddi
araşdıracaq və sizə münasibətdə qisas əməllərinə qarşı sərt tədbirlər görəcək.
Dərin hörmətlə,
Şura Sədri
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 4 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Bu Kodda siz qanun-qaydalar, başqaları ilə bağlı gözlənti və təlimatlara dair praktiki məsləhətləri
oxuyacaqsınız. Biz bu sənədə öz düzgün mühakimənizdən istifadə etməyinizə kömək üçün əlavə
məlumat mənbələrinə dair göstərişlər də daxil etmişik.
2 MÜQƏDDİMƏ
3
İNSANLAR VƏ TƏHLÜKƏSİZLİK
1.0
Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit və Sosial Fəaliyyət
2.0
Davamlı İnkişaf
3.0
Bərabər İmkanlar
4.0
Zorakılıq
5.0 İnsan Hüquqları
4
RÜŞVƏTXORLUQ ƏMƏLLƏRİ İLƏ MÜBARİZƏ
1.0 Rüşvətxorluq və Korrupsiya
2.0 Dövlət Rəsmiləri ilə İş
3.0 Hədiyyələr və Qonaqpərvərlik
4.0 İcmalarla İş və Onların Hüquq və Ləyaqətinə Lazımi Hörmət
5.0 Maraqlar Toqquşması
6.0 İnsayder Sövdələşməsi
7.0 Çirkli pulların yuyulması
8.0 Siyasi Fəaliyyət
5
MİLLİ VƏ BEYNƏLXALQ TİCARƏT
1.0
Antitrast (Rəqabət) Qanunu
2.0 İxracata Nəzarət və Sanksiyalar
3.0
İdxala Nəzarət və Sanksiyalar
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 5 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
6
MƏLUMAT VƏ AKTİVLƏRİN MÜHAFİZƏSİ
1.0
Aktivlərin Mühafizəsi
2.0 Məlumat Özəlliyi və Mühafizəsi
3.0 Qeydlərin İdarə edilməsi
7
BİLDİRİŞLƏR
1.0
Biznesə dair bildiriş
2.0
İctimaiyyət üçün açıqlama
8
CMS-İN ÜMUMİ BİZNES PRİNSİPLƏRİ
1.0
Bizim Prinsipə uyğun Yaşayış
2.0
Bizim Dəyərlər
3.0
Davamlı İnkişaf
4.0
Məsuliyyətlər
5.0
CMS-in Ümumi Biznes Prinsipləri
9
LÜĞƏT
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 6 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
2. Müqəddimə
Etik biznes davranış prinsipləri Davranış Kodunda əksini tapmışdır. Bu Davranış Kodu CMS-in
sizdən və sizin CMS-dən gözlədiyiniz davranış tərzini təsvir edir. Kodun dili hüquqi dil deyil və
sadəcə qaydalar toplusundan daha geniş məna kəsb edir. Buna görə də Kodu mühüm təlimat
kimi nəzərdən keçirmək lazımdır. Davranış Kodunun əsasında duran dəyərlər aşkar və
universaldır-səmimiyyət, prinsipiallıq və insanlara hörmət. Sizin davranışınız sizin həmin
dəyərlərə uyğun nə cür yaşamağınız, Kodda verilmiş prinsiplərin məram və məqsədinə hansı
səviyyədə uyğun gəlməyinizə əsasən qiymətləndiriləcək.
Bəzi hallarda tələb olunanları tam anlamaq üçün daha geniş təfərrüatları ilə verilmiş məlumatı
oxumaq lazım gəlir. Biz növbəti səhifələrin aşağı tərəfində həmin əlavə materialı tapa
biləcəyiniz yer barədə sizin üçün MƏLUMAT daxil etmişik. Siz həmçinin bu Kodda əksini tapmış
mövzulara dair təlimə şəxsi dəvətnamələri qəbul etməyə görə də məsuliyyət daşıyırsınız.
CMS-İ MƏLUMATLANDIRMAQ
Bu Kodun bir çox hissələrində sizdən "CMS-İ MƏLUMATLANDIRMAQ", sizi narahat edən
məsələləri bildirmək və ya məsləhət aramağın gözlənildiyi müxtəlif vəziyyətlərlə
rastlaşacaqsınız. Siz bunu aşağıda verilmiş şəxslərdən hər hansı birinə bildiriş etmək və ya
deməklə edə bilərsiniz:
öz rəhbər şəxs və ya supervayzeriniz
bunlara dair söhbət etmək, yaxud da email və ya məktub göndərmək üçün özünüzü
rahat hiss edə biləcəyiniz hər hansı rəhbər CMS nümayəndəsi. Məsələn, Hüquqi
Məsuliyyət Rəhbəri, İnsan Qaynaqları və ya SƏTƏM Rəhbəri; yaxud da
CMS Yardım xətti (CMS Hüquqi Məsuliyyət Rəhbərinin telefon nömrəsi) və ya
compliance@caspmarine.com
e-mail ünvanı vasitəsilə.
Yardım xətti və email ünvanı gündə 24 saat, həftədə yeddi gün açıqdır. Yardım xəttinə müraciət
edən fərdlər təşkilatdakı təcrübəli, müstəqil şəxslə rahatlıqla söhbət etmək imkanına
malikdirlər. Onların bildirdikləri narahatlıqlar müvafiq hadisə idarəetmə və təhqiqat
müddəalarına uyğun qeyd edilir və nəzərdən keçirilir.
Bu Kodda biz onun pozuntusunun ciddi nəticələr vermək ehtimalının olduğu xüsusi sahələri
qeyd etmişik. Lakin bütün pozuntular işdən azad edilmə, bəzi hallarda isə, cərimələnmə və həbs
qəti imkan tədbiri kimi ciddi nəticələrə səbəb ola bilər.
BU FƏSİLDƏ VERİLƏNLƏR
Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit (SƏTƏM) və Sosial Fəaliyyət (SF)
Davamlı İnkişaf
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 7 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Bərabər İmkanlar
Zorakılıq
İnsan Hüquqları
3. İNSANLAR VƏ TƏHLÜKƏSİZLİK
CMS insanlara heç bir zərər yetirməmək və ətraf mühiti mühafizə etmək məqsədi daşıyır. Siz
başqa insanlara ədalətli və hörmətlə yanaşmalısınız. CMS mükəmməl bir şirkətdir və orada ayrı-
seçkilik və zorakılıq yolverilməzdir.
1.0 SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT (SƏTƏM) VƏ SOSİAL İŞ (Sİ)
Biz qürur duya biləcəyimiz SƏTƏM və SF qeydinə malik olmaq üçün bu məqsədlərə uyğun olan
xidmətlər göstərməklə yanaşı, insanlara zərər vurmamaq və ətraf mühiti mühafizə etmək
məqsədinə sadiqik. yaxşı qonşu olmaq və davamlı inkişafa töhfə vermək üçün biz öz müştəri,
səhmdarlarımız və cəmiyyətin etibarını qazanmaq məqsədi daşıyırıq.
Bu məqsədlər və digərləri CMS Təhlükəsizlik İdarəetmə Sisteminə (TİS) daxil edilmişdir. Hər bir
CMS şöbəsindən qanunlara riayətetməni təmin etmək və işin davamlı təkmilləşdirilməsini təmin
etmək üçün nəzərdə tutulmuş SƏTƏM və İP idarəetməsinə sistematik yanaşmaya malik olmaq
tələb olunur.
Hər bir CMS şöbəsi SƏTƏM və İP təkmilləşdirilməsi üzrə hədəflər müəyyən etməli, iş icra
səviyyələrini ölçməli, qiymətləndirməli və bildirməlidir. CMS şöbələri həmçinin, CMS əməliyyat
nəzarəti altında olan podratçı və müştərək müəssisələrin TİS-ə uyğun SƏTƏM və İP idarə
etdiklərini də təmin etməlidir.
TİS-də verilmiş məqsədləri dəstəkləmək üçün CMS SƏTƏM və İP bizim əməliyyat və
layihələrimizin cəmiyyət və ətraf mühitə təsirlərinin idarə edilməsinə dair tələblərin yeganə
mənbəyidir.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz SƏTƏM və İP öhdəlikləri və siyasətini anlamalı, CMS Təhlükəsizliyi İdarəetmə Sistemi və BP-
nin Qızıl Qaydalarına riayət etməlisiniz.
2.0 DAVAMLI İNKİŞAF
CMS üçün davamlı inkişaf Azərbaycanın artan Dəniz və Neft-qaz Sənayesinin ehtiyaclarını
iqtisadi, ətraf mühit və sosial baxımdan məsuliyyətli şəkildə təmin edilməsinə kömək etmək
deməkdir. CMS-in davamlı inkişaf öhdəliyi bizdən qısa və uzun müddətli maraqlarını
tarazlaşdırmaq, iqtisadi, sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial məsələlərinin biznes
qərarlarına inteqrə etməyi tələb edir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 8 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Davamlı inkişaf düzgün əməliyyat aparmağa imkan verən vasitədir və CMS davamlı nəticələrə
nail olmaq üçün özünün bütün fəaliyyətləri çərçivəsində davamlı inkişafı daxil edir. Yeni
mənfəət imkanları yaratmaq, öz qonşularımızın ehtiyaclarına hörmət etməklə yanaşı, texniki,
qeyri-texniki və maliyyə risklərini azaltmaq məqsədilə, bu bizdən öz müttəfiq tərəfdaşlarımızla
müntəzəm əməkdaşlıq etmək və rəylərini nəzərə almağı tələb edir.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz CMS-in sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial fəaliyyət tələblərinə əməl etməlisiniz.
Hər bir biznes aşağıdakı məqsədləri daşımalıdır: davamlı sosial mənfəətlər yaratmaq; işçi,
podratçı və qonşuların sağlamlıq və təhlükəsizliklərini qorumaq; icmada pozuntuları
minimallaşdırmaq; təhlükəli emissiyaları azaltmaq; ekosistem və biomüxtəlifliyə təsirləri
minimallaşdırmaq; enerji, su və digər qaynaqlardan səmərəli istifadə etmək.
3.0 BƏRABƏR İMKANLAR
CMS özünün məşğulluqla bağlı qərarlarının müvafiq ixtisas, fərqlənmə, iş və digər işlə bağlı
amillərə əsaslandığını təmin edir. CMS məşğulluqla bağlı qanunsuz ayrı-seçkiliyin qarşısını
qətiyyətlə alır.
SİZİN MƏSULİYYƏTİNİZ
İşlədiyiniz hər bir kəsə hörmət edin və onlara münasibətdə CMS-in mühüm dəyərlərinə uyğun
ədalətli davranın. Siz müxtəlifliyin dəyərini anlamalı və heç zaman ayrı-seçkiliyə yol
verməməlisiniz.
PRİNSİPLƏR
Siz işə götürmə, dəyərləndirmə, vəzifə yüksəlişi, təlim, inkişaf, nizam-intizam,
kompensasiya və xitam vermə qərarlarınızı yalnız ixtisas, fərqlənmə, iş göstəricisi və biznes
məsələlərinə əsasən qəbul etməlisiniz
İrq, dərinin rəngi, dini mənsubiyyət, yaş, cinsi mənsubiyyət, cinsi oriyentasiya, ailə durumu,
əlillik, etnik və ya milli mənsubiyyətə əsasən ayrı-seçkiliyə yol vermək olmaz.
Təsir edə biləcək yerli qanunvericilik və mədəni amillərdən məlumatlı olun
ÖZÜNÜ YOXLAMAQ
Siz ədalətlisinizmi və hörmət edirsinizmi?
Başqa insanların rəylərini nəzərə alırsınızmı?
Sizin şəxsi hiss, əvvəlcədən mühakimə və ya üstünlükləriniz qəbul etdiyiniz qərarlara təsir
edirmi?
Yerli təcrübə və ənənələri bilirsinizmi?
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 9 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
4.0 ZORAKILIQ
CMS zorakılıq, alçaldıcı, təhdidedici və ya düşmənçilik hərəkəti, əməli və ya davranışına qarşı
dözümsüz yanaşır. Siz bir mədəniyyətdə məqbul olduğu halda, digərində məqbul olmayan hər
hansı hərəkət və ya davranışlara qarşı xüsusilə həssas olmalısınız.
SİZİN MƏSULİYYƏTİNİZ
İnsanlara hörmətlə yanaşın və uyğun hesab edilməyən vəziyyətlərə yol verməyin. Əgər
düşmənçilik, təhdidedici və ya alçaldıcı davranışlarla qarşılaşsanız, buna qarşı çıxın. Zorakılıq
nizam-intizam tədbirinin görülməsi və işdən azad olma ilə nəticələnə bilər.
PRİNSİPLƏR
Başqa insanları fiziki və ya şifahi təhdid etməyin və ya alçaltmayın.
Heç zaman qeyri-uyğun zarafat və ya qeydlər etməyin. Əgər hər hansı hərəkətin qeyri-
uyğun olduğundan əmin deyilsinizsə, bunun məhz bu cür olduğunu qəbul edin.
Heç vaxt təhqiredici və ya həqarətli material, o cümlədən şəkillər, paylamayın və ya
nümayiş etdirməyin.
Əgər hər hansı şəxsin hərəkətləri və ya davranış sizi məyus edərsə, həmin şəxsə
sözünüzü deməyə qorxmayın.
5.0 İNSAN HÜQUQLARI
Biz öz fəaliyyətlərimizi BMT-nin Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində əksini tapmış
insan hüquqlarına hörmət edəcək şəkildə həyata keçiririk və Beynəlxalq Əmək Təşkilatının əsas
konvensiyaları bizim əməliyyat lisenziyamızı dəstəkləyir.
CMS-in insan hüquqlarına hörmətlə yanaşması korporativ siyasətlərə sədaqət, tətbiq edilən
qanun-qaydalara riayətetmə, tərəfdaşlarımızla müntəzəm müzakirə və iş birliyi, birbaşa və ya
dolayısı ilə işlədiyimiz icmaların ümumi rifahına yardım etmək də daxil olmaqla, bir neçə
mühüm elementlərdən ibarətdir.
Bizim bu sahədəki öhdəliklərimizə TİS, bu Davranış Kodu və aşağıda verilmiş müxtəlif sahələrdə
tətbiq edilən başqa siyasətlər dəstək verir:
Sosial Fəaliyyət;
İnsan Qaynaqları və əlavə olaraq, Müxtəliflik və Daxiletmə; və
Podrat Müqaviləsinin Bağlanması və Satınalma.
Biz standartlarımıza uyğun standartlara əməl edən biznes tərəfdaş və təchizatçılarla iş birliyi
qurmağa çalışırıq.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 10 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Bütün işçilər işlədikləri yerdə insan hüquqları ilə bağlı məsələləri anlamalı, bu mövzuya dair CMS
öhdəlik, standart və siyasətlərinə əməl etməlidirlər.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz işlədiyiniz yerdə insan hüquqları ilə bağlı məsələləri başa düşməli və CMS öhdəlik, standart
və siyasətlərinə əməl etməlisiniz.
BU FƏSİLDƏ VERİLƏNLƏR
Rüşvətxorluq və Korrupsiya
Dövlət rəsmiləri ilə iş
Hədiyyələr və Qonaqpərvərlik (H və Q)
Maraqlar Toqquşması (MP)
İnsayder Sövdələşməsi
Çirkli Pulların Yuyulması
Siyasi Fəaliyyət və Ödənişlər
KORRUPSİYA ƏMƏLLƏRİ İLƏ MÜBARİZƏ
CMS rüşvətxorluq, insayder sövdələşməsi, bazar möhtəkirliyi, fırıldaqçılıq və ya çirkli pulların
yuyulmasına dözümsüz yanaşır. Asanlaşdırıcı ödənişlər rüşvət hesab edilir və bu cür ödənişlər
edilməməlidir. Siz həmçinin hər hansı real və potensial maraqlar toqquşmasına yol verməməli
(və ya toqquşma görüntüsü yaratmamalı) və heç zaman icazəsiz hədiyyə və ya qonaqlığı təklif
etməməli, yaxud qəbul etməməlisiniz.
Unutmayın, hətta əsassız korrupsiya iddiaları reputasiya və biznesə zərər vura bilər.
4. Korrupsiya Əməlləri ilə Mübarizə
1.0 RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA
Rüşvətxorluq siz biznes nəticəsinə yolverilməz şəkildə təsir etmək məqsədilə ödəniş, hədiyyə və
ya hörmət təklif etdikdə, aldıqda, istədikdə və ya qəbul etdikdə baş verir. Rüşvətxorluq və
korrupsiya, istər dövlət rəsmiləri, istər kommersiya qurumalı və ya istərsə də müştərək
müəssisələri daxil edərsə, agentlər və müştərək müəssisə tərəfdaşları qismində üçüncü tərəflər
vasitəsilə birbaşa və ya dolayısı ilə mümkündür. Bəzi ölkələrdə asanlaşdırıcı ödənişlər qanunla
yol verilsə belə, buraya asanlaşdırıcı ödənişlər də daxildir. Rüşvətxorluq və korrupsiyaya hətta
göz yumulması belə, CMS və şəxsən sizin üçün məsuliyyətlə nəticələnir.
SİZİN MƏSULİYYƏTİNİZ
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 11 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Siz əlverişli münasibət müqabilində və ya biznesdə hər hansı üstünlüyü əldə etmək məqsədilə
ödəniş, hədiyyə və ya hörmət təklif etməməli, ödəməməli, istəməməli və ya qəbul
etməməlisiniz. Siz bizim fəaliyyət göstərdiyimiz ölkələrin hər ikisində bizə tətbiq edilən
rüşvətxorluq və korrupsiya ilə mübarizə haqda qanunlara və həmçinin həmin qanunların tətbiq
edildiyi ölkədən (məsələn, BK və Azərbaycan) kənarda tətbiq edilən qanunlara əməl etməlisiniz.
Əgər rüşvətxorluq və korrupsiya əməllərinə cəlb olsanız, sizə qarşı nizam-intizam tədbiri, işdən
azadolma, hüquqi proseduralar və ola bilsin, həbs qəti-imkan tədbiri görülə bilər.
PRİNSİPLƏR
Biznes nəticəsinə təsir etmək və ya biznesdə hər hansı üstünlük əldə etmək məqsədilə
əlverişli münasibət müqabilində heç zaman şəxsi ödəniş, hədiyyə və ya hörmət təklif
etmək, ödəmək, istəmək və ya qəbul etmək olmaz
Birgə işlədiyiniz insanların rüşvətxorluq və korrupsiya əməllərinin yolverilməz olduğunu
başa düşdüklərindən əmin olun.
CMS və ya CMS-in biznes tərəfdaşı olan hər hansı qurumda (şirkət və ya fərd) korrupsiya
əməllərindən şübhələriniz olarsa və ya dəqiq bilərsinizsə, bu barədə CMS-i
məlumatlandırın.
ÖZÜNÜ YOXLAMAQ
Biznes qərarına təsir etmək məqsədilə pul, hədiyyə və ya hörmət təklif etmisinizmi,
vermisinizmi və ya qəbul etmisinizmi?
İctimaiyyət sizin nələri etmiş olduğunuzu bilərsə, bundan narahat olarsınızmı?
Qanunsuz ödəniş kimi nəzərdən keçirilə bilən ödəniş vermək niyyətində olmusunuzmu
və ya vermisinizmi?
Dostları ilə paylaş: |