Türk dili və ya Türkcə ( Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.
Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür.
Türk dilində ingilis, alman, fransız, ərəb və s. kimi dillərdən fərqli olaraq varlıqlar cinsiyyətinə görə fərqləndirilmir. Cümlə quruluşu əksər hallarda belədir: mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Təyin təyin etdiyi sözün əvvəlində işlənir.
Hal-hazırda 1928-ci ildəki hərf inqlabından sonra latın hərflərindən istifadə olunur.
Türkcə ya da Türk dili qərbdə balkanlardan başlayıb şərqdə Xəzər dənizi sahəsinə qədər danışılan Türk dilləri dil ailəsinə aid daim güncəllənən dildir. Türk dillər Osmanlı türkcəsisinin davamını təşkil edir. Başda Türkiyə olmaqla qədim Osmanlı İmperiyası coğrafiyasında danışılan Türk dili, dünyada ən çox danışılan 15-ci dildir. Türk dilinin daim güncəllənən olması hər hansı bir yenilik üzərindən istənilən qədər yeni sözlər yarada bilmək imkanını verir. Türkiyə türkcəsi bu yönündən dolayı digər Türk dillərilə ortaq ya da ayrı olan onlarca söz mövcuddur.
Türk dili ilə bağlı bir neçə təsdiqini tapmayan iddealar var. Bunlar aşağıdakılardır:
Koreya, yapon, fin, macar dillərinin türk dili ilə qohum olması;
Amerika hindularının türk mənşəli olması və türkcə danışmaları. Fərziyyəyə görə Sibir türkləri Berinq boğazı vasitəsilə Amerikaya gedib çıxmışlar.
Türk dilinin tarixi Son dövrün araşdırmalarına görə, türklər və türk boyları haqqında məlumatlara e.ə. III-II minilliyin qaynaqlarında rast gəlinir. Ancaq bəzi arxeoloji və paleontoloji bilgilərə görə, türklər e.ə. IX-VIII əsrlərdə artıq tarix səhnəsinə çıxmışdılar. Tarixə dəyişik boy, qəbilə, soy adları ilə çıxan, eyni kökə bağlı, dil, din, irq və mədəni birliyini qoruyan bu etnos təbii ki, türk adını da çox qədimdən bəri yaşatmaqdadır. Tam dəqiq olan budur ki, türk adını daşıyan bu etnos V-VIII əsrlərdə müasir Monqolustan ərazisində Göytürk xaqanlığını qurmuşlar. Mərkəzi Monqolustanda olan Göytürk xaqanlığı qərb tərəfdən Orta Asiyanı birləşdirən, sərhədləri Qara dənizə qədər uzanan böyük xaqanlıq olmuşdur.
4000 illik yaşı olan türk dilinin tarixi müxtəlif yönümlərdən təsnif edilsə də, son tədqiqatlarda aşağıdakı kimi bölünür:
1) Altay və ya prototürk dövrü
2) Ana və ya əski türkcə dövrü
3) Orta türkcə dövrü
4) Yeni türk ləhcələri və dilləri dövrü
Türk dilinin əlifbası
Müasir türk əlifbasında 29 hərf var. Bunlardan 8-i sait: a, e, ı, i, o, ö, ü, 21-i isə samitdir: b, c, ç, d, f, g, ğ, h, j, k, l, m, n, p, r, s, ş, t, v, y, z.
Əlifbadakı "e" saitinin və "g", "k", "l" samitlərindən hər birinin iki səsi olduğuna görə türk ədəbi dilində 33 danışıq səsi var.
Bunlardan əlavə, türk yazısında iki işarədən - "^" (uzatma və ya incəltmə) və " ’ " (apostrof) işarələrindən istifadə edilir (Yeni orfoqrafiya qaydalarına görə birinci işarənin işlədilməsi məcburiyyəti yoxdur).
Azərbaycan dilində olan "x" və "ğ" səsləri türk ədəbi dilində yoxdur, lakin Anadolunun bir çox dialektində bu danışıq səsləri də işlədilir.
Bunu da qeyd edək ki, müasir türk dilinin orfoqrafiya prinsiplərinə görə əcnəbi onomastik vahidlər - xüsusi isimlər, millətlərarası firma adları, texniki terminlər və s. əsillərinə uyğun şəkildə yazıldığından, türk yazısındakı hərflərin miqdarı əlifbadakından çoxdur.
Məs.:
New York - Nyu York
Wilhelm Humbolt - Vilhelm Humbolt
Jean Jacgues Rousseau - Jan-Jak Russo
Max Müller - Maks Müller
Coca-Cola - Koka-Kola