Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə45/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   41   42   43   44   45   46   47   48   ...   484
Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı günü (17.02.1992)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
Azərbaycanın təşəbbüsü ilə BMT martın 21-ni Beynəlxalq Novruz günü 
elan etmişdir (23.02.2010)
Xоcalı sоyqırımı günü (26.02.1992)
Nyu-Yorkda dünyada ilk dəfə olaraq metro işləməyə başlamışdı 
(26.02.1870)
53
55
54
52
56-57


36
1988-ci ilin fevral ayından Ermənistanın Azər-
baycana təcavüzünə, Azərbaycan torpaqlarının qəsbkar 
erməni silahlı qüvvələri tərəfindən işğalına başlan-
mışdır.  Еrmənistan Rеspublikası “Hərbi münaqişələr 
zamanı  mədəni sərvətlərin qоrunması haqqında” Ha-
aqa Kоnvеnsiyasının və “Mədəni sərvətlərin qеyri-
qanuni dövriyyəsi haqqında” Paris Kоnvеnsiyasının 
müddəalarını  kоbudcasına pоzaraq Azərbaycanın 
mədəni sərvətlərini talamaqla məşğuldur.
Ermənistan Respublikasının hərbi təcavüzü nəti-
cəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ 
ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-
mişdir.
Beləliklə, Ermənistan Respublikasının hərbi 
təcavüzü nəticəsində Azərbaycan  ərazilərinin 20 fai-
zi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 
50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 
Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın 
və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın 
azərbaycanlılara qarşı etnik təmizləmə  və soyqırım 
siyasətinin qurbanı olmuş, elementar insan haqlarından 
məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış  məntəqəsi 
talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, 
kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv 
edilmiş, ümumi yaşayış sahəsi 9 mln m
²
-dən artıq olan 
150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni 
obyekt, 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş  ərazilərdə  kənd təsərrüfatı sahəsi, su 
təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və 
kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-
ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-
larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı 
ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 
464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 
6 dövlət teatrı  və konsert studiyası dağıdılmışdır. Ta-
lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya 
və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər 
Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan 
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və 
gümüş zinət  əşyaları, ötən  əsrlərdə toxunmuş xalça-
lar Ermənistana daşınmışdır.  Şuşadakı Tarix Muzeyi-
nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş 
Abidələr Muzeyinin də taleyi belə olmuşdur. Oğur-
lanmış  və  məhv edilmiş bu tarixi-mədəni sərvətlərin 
dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək 
mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının 
Təhlükəsizlik  Şurasının 1993-cü ildə  qəbul edilmiş 
822, 853, 874, 884 saylı  qətnamələrində Azərbaycan 
Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad 
edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-
likası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin