37 Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 105 illiyi Rüstəm Mustafayev 1910-1940 FEVRAL Rüstəm Məmmədhənifə oğlu Mus-
tafayev 1910-cu il fevral ayının 25-də
Bakıda doğulmuşdur. 1926-cı ildə
Bakı Ali Rəssamlıq Məktəbini bitir-
mişdir.
1928-ci ildə Moskvada müəyyən
təcrübə keçdikdən sonra Bakıya qa-
yıtmış, bir müddət Bakı Azad Tənqid-
Təbliğ Teatrında (sonrakı adı Türk
İşçi Kəndli Teatrı) tamaşalara səhnə
tərtibatı vermişdir. O, sadəcə illüst-
rasiya çəkməklə kifayətlənməmiş,
bütün səhnələrin qurulmasında fəal
iştirak etməklə rejissor və müəlliflərə
kömək etmişdir.
Repressiyanın hökm sürdü-
yü ağır illərdə Rüstəm Mustafayev
Azərbaycan Dövlət Dram Teatrın-
da baş rəssam işləmişdir. Mirzə
Cəlilin, Cəfər Cabbarlının, Hüseyn
Cavidin, Əbdürrəhim bəy Haqver-
diyevin əsərlərinə verdiyi tərtibatlar
Azərbaycan teatr-dekorasiya sənətinin
orijinal, qiymətli nümunələri sayıl-
mışdır. Rüstəmin tamaşalara verdiyi
tərtibat o qədər diqqət çəkir ki, onu
Azərbaycan Opera və Balet Teatrın-
da da işləməyə dəvət edirlər. “Şah
İsmayıl”, “Leyli və Məcnun”, “Aşıq
Qərib”, “Koroğlu” kimi operalara
verdiyi tərtibat böyük bəstəkarımız
Üzeyir Hacıbəyli tərəfindən yüksək
qiymətləndirilmişdir.
Rüstəm Mustafayevin yaradıcılığı
çoxşaxəli idi. O, bir tərəfdən teatr ta-
maşalarına bədii tərtibat vermiş, digər
tərəfdən də miniatür sənətimizi, mil-
li memarlığımızı dərindən öyrənərək
müxtəlif sərgilərin tərtibatı ilə məşğul
olmuş, elmi tədqiqatlar aparmış, qrafi-
ka sahəsində bir sıra müvəffəqiyyətlər
qazanmışdır. O, neçə-neçə plakat və
kitabların da bədii tərtibatı üzərində
işləmişdir. Səməd Vurğun, Süley-
man Rüstəm, Rəsul Rza və başqa
şairlərin o dövrdə çıxan kitablarının
bədii tərtibatı Rüstəmin ilk qrafika
işlərindən sayılırdı.
Moskvada keçirilən müxtəlif sərgi-
lərdə Azərbaycana məxsus bölümün
tərtibatçısı da məhz Rüstəm Musta-
fayev olmuşdur. Onun son işlərindən
biri 1940-cı ildə Nizami muzeyinin
qurulması ilə bağlı idi. O, bu muzeyin
bədii tərtibatının müəlliflərindən biri
olmuşdur.
1937-ci ildən ömrünün sonu-
na qədər Azərbaycan abidələrini
mühafizə edən Mərkəzi Dövlət
İdarəsinin direktoru vəzifəsində ça-
lışmışdır. Nizami dövrü abidələrinin
və Şəki Xan sarayının elmi bərpası
sahəsində mühüm xidmətləri olmuş-
dur.
O, müxtəlif mükafatlara, fəxri
fərmanlara, eləcə də “Şərəf nişanı”
ordeninə layiq görülmüşdür.
Rüstəm Mustafayev 1940-cı
ildə Bakı şəhərində vəfat etmişdir.
Ölümündən üç il sonra Azərbaycan
Dövlət İncəsənət Muzeyinə bu unu-
dulmaz rəssamın adı verilmişdir.