39
Musiqi.Opera.Balet
85
illiyi
Əlibaba Məmmədov
1930
FEVRAL
Əlibaba
Balaəhməd oğlu Məmmə-
dov 1930-cu il fevral ayının 5-də Bakı-
nın Maştağa kəndində anadan olmuşdur.
Əlibaba Məmmədov musiqi təhsilini
1953-1958-ci illərdə Azərbaycan Döv-
lət Musiqi Məktəbində xanəndə Seyid
Şuşinskinin sinfində almışdır.
1945-ci ildən Azərbaycan Dövlət
Filarmoniyasının, 1978-1988-ci
illərdə
“Azkonsert” Birliyinin solisti olmuş-
dur.
1968-ci ildə Azərbaycan Dövlət Fi-
larmoniyasının nəzdində maestro Ni-
yazinin təşəbbüsü ilə “Hümayun” xalq
çalğı alətləri ansamblını yaratmış və bu
günə kimi həmin ansambla rəhbərlik
edir. Xanəndənin
böyük məharətlə ifa
etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”,
“Dəşti” və başqa muğam-dəsgahlarının
səsyazıları AzRT Fondunda saxlanı-
lır. Əlibaba Məmmədov 100-dən artıq
mahnı və təsnifin müəllifidir.
Onun Füzuli, Əliağa Vahid, Mikayıl
Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar
Vahabzadə kimi Azərbaycan şairlərinin
sözlərinə yazılmış “Yaşa məhəbbətim,
yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir
dənəsən” və s. mahnıları AzRT fondun-
da dövrümüzün şöhrətli müğənniləri -
Zeynəb Xanlarova,
Rübabə Muradova
və digər tanınmış xanəndələrin lent ya-
zısında qorunub saxlanılır.
Əlibaba Məmmədov 1963-cü ildən
Bakı Musiqi Kollecində muğamdan
dərs deyir, gənc xanəndələr nəslinin
yetişməsində böyük əmək sərf edir.
Əlibaba
Məmmədov həm də dəfələrlə
muğam müsabiqələrində münsiflər he-
yətinin üzvü olmuşdur.
2008-ci ildə Heydər Əliyev Fon-
du Azərbaycanın Xalq artisti Əlibaba
Məmmədovun həyat və fəaliyyətinə
həsr olunmuş musiqi albomu hazır-
lamışdır. Alboma Azərbaycan və in-
gilis dillərində nəşr
edilmiş kitab və
xanəndənin ifasında xalq mahnıları,
təsniflər və muğamlardan ibarət 4 ədəd
CD daxildir.
Əlibaba Məmmədovun musiqi
mədəniyyətimiz sahəsindəki xidmətləri
dövlət tərəfindən qiymətləndirilmişdir.
O, 1963-cü ildə “Əməkdar artist”,
1989-cu ildə “Xalq artisti” fəxri adı-
na layiq görülmüş, “SSRİ mədəniyyət
əlaçısı” fəxri döş nişanı ilə təltif olun-
muşdur. 1992-ci ildə Əliağa Vahidin
əsərlərinə yazdığı mahnı və təsniflərə
görə “Vahid” adına
mükafata layiq gö-
rülmüşdür.
Ümummilli lider Heydər Əliyevin
4 fevral 2000-ci il tarixli Fərmanı ilə
Əlibaba Məmmədov 70 illik yubileyində
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Xanəndə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsüdür.
Oxuduğu hər bir muğama, xalq
mahnısına öz möhrünü vuran Əlibaba
Məmmədov
milli musiqimizin təbli-
ğində, inkişafında, öyrədilməsində bö-
yük rol oynamışdır.
Dostları ilə paylaş: