40
65
illiyi
Ağaxan Abdullayev
1950
FEVRAL
Ağaxan Minaxan oğlu Abdulla-
yev 1950-ci il fevral ayının 6-da Bakı
şəhərinin Əmircan kəndində anadan ol-
muşdur.
1958-1968-ci illərdə 84 saylı orta
məkəbdə təhsil almış, 1969-1973-cü
illərdə A.Zeynallı adına Orta İxtisas
Musiqi Məktəbində təhsilini davam et-
dirmişdir.
1973-cü
ildə İ.Əbilov adına
Mədə-
niyyət evində muğam ixtisası üzrə mü-
əllim vəzifəsinə dəvət olunmuşdur.
İfaçılıqla bərabər, pedaqoji
fəaliy-
yətlə məşğul olan sənətkar uzun illər
vaxtilə təhsil aldığı Asəf Zeynal-
lı adına musiqi məktəbində gələcək
xanəndələrin
yetişməsində böyük əmək
sərf etmişdir.
Hazırda Bülbül adına musiqi məktə-
bində, gimnaziyada, eləcə də Milli Kon-
servatoriyada, Mədəniyyət və İncəsənət
Universitetində muğamdan dərs deyir.
Xanəndə kimi 1975-ci
ildə Filarmo-
niyanın səhnəsində fəaliyyətə başla-
mışdır. Rusiya, Qazaxıstan, Gürcüstan,
Özbəkistan, ABŞ, Kanada, Almaniya,
Hollandiya, İsveç, Belçika, Avstriya,
Fransa, Avstraliya, Hindistan, İraq,
Tunis, Türkiyə, İran və s. ölkələrdə
konsert proqramları ilə çıxışlar
etmiş-
dir. Dəfələrlə muğam müsabiqələrində
münsiflər heyətinin üzvü olmuşdur.
1992-ci ildə “Azərbaycan Respubli-
kasının Əməkdar artisti”, 1998-ci ildə
“Azərbaycan Respublikasının Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
Prezident təqaüdçüsüdür.
2000-ci
ildə pedaqoji fəaliyyətinə
görə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi Kollegiyasının Fəxri fərmanı,
2001-ci ildə Azərbaycan Respublika-
sı Simurq Milli mükafatı, 2002-ci ildə
“Humay” Milli mükafatı, 2003-cü ildə
“Yaşa Azərbaycan” mükafatı ilə təltif
olunmuşdur.
2010-cu ildə Azərbaycan Respubli-
kasının Prezidenti cənab İlham Əliyev
tərəfindən Azərbaycan
milli musiqisinin
inkişafındakı xidmətlərinə görə Ağaxan
Abdullayev “Şöhrət” ordeni ilə təltif
edilmişdir. Azərbaycan mədəniyyətinin
inkişafına xüsusi diqqət və qayğı
göstərən Heydər Əliyev Fondu Xalq
artisti Ağaxan
Abdullayevin anadan ol-
masının 60 illik yubileyi münasibətilə
xanəndənin musiqi albomunu nəşr et-
mişdir.
Nəşrdəki üç kompakt diskdə
cəmlənmiş musiqi
nümunələri sənət
hesabatı kimi xanəndənin yaradıcılıq
yolunu əks etdirir. Burada xanəndənin
ifasında “Rast” dəsgahı, “Bayatı-kürd”,
“Zabul segah”, “Rahab”, “Bayatı-
Qacar” muğamı, “Humayun” təsnifi və
xalq mahnıları toplanmışdır.
Xanəndənin həyat və yaradıcılı-
ğından bəhs edən kitabda isə ömrü-
nün müxtəlif məqamlarını əks etdirən
şəkillər də yer almışdır.
Dostları ilə paylaş: