41
65
illiyi
Rəna Məmmədova
1950
FEVRAL
Rəna Azər qızı Məmmədova 1950-
ci il fevral ayının 27-də Bakı şəhərində
anadan olmuşdur. 1968-ci ildə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini,
1973-cü ildə isə Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
1978-ci ildən etibarən Azərbaycan
Milli Elmlər Akademiyasının Memar-
lıq və İncəsənət İnstitutunda elmi işci
kimi işə başlayan Rəna xanım 1990-cı
ildə “İncəsənətin qarşılıqlı əlaqələri”
şöbəsini təşkil etmiş və artıq iyirmi beş
il ərzində ona rəhbərlik edir.
1981-ci ildə namizədlik, 1991-ci ildə
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
110-dan artıq elmi əsərin müəllifidir.
O, “Üzeyir Hacıbəyovun yaradıcılı-
ğında sonata forması”, “Azərbaycan
muğamında funksionallıq problemi”,
“Azərbaycan muğamlarının musiqi-
estetik xüsusiyyətləri”, “Azərbaycan mu-
ğamı: təşəkkül və fəaliyyəti mənbələri”
adlı kitabların müəllifidir.
Alimin tədqiqatlarının dairəsi əsasən
türk dünyasının mədəniyyəti ilə bağ-
lı olmuşdur. Rəna Məmmədovanın
elmi yaradıcılığının ən vacib və mü-
hüm mərhələsini musiqi türkologiyası-
nın elmi əsaslarının yaradılması təşkil
edir. Bu ad altında 2003-cü ildə Rəna
Məmmədovanın monoqrafiyası işıq üzü
görmüşdür ki, bu da sənətşünaslıq el-
minin yeni sahəsinin nəzəri-metodoloji
müddəalarının əsasını qoymuşdur.
AMEA-nın müxbir üzvü Rəna
Məmmədovanın elmi fəaliyyətinin
əhəmiyyəti musiqişünaslığın hüdudların-
dan çox-çox kənara çıxmışdır. Onun bir
sıra fundamental işləri və ilk növbədə,
“Musiqi türkologiyası” monoqrafiyası
musiqişünaslığın inkişafında layiqli yer
tutur.
Alimin rəhbərliyi altında 20 namizəd-
lik, 5 doktorluq dissertasiyası müdafiə
edilmişdir.
Rəna Məmmədova Rusiya Pedaqoji
və Sosial Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan Bəstəkarlar İttifaqı-
nın İdarə heyətinin üzvü; Azərbaycan
Rəssamlar İttifaqının üzvü; Azərbaycan
Respublikası Ali Attestasiya Komissiya-
sının Ekspert Şurasının üzvü; “Simurq”
mədəniyyət cəmiyyətinin Rəyasət
heyətinin üzvü; Azərbaycan Zadəganlar
məclisinin üzvü; Bir çox respublika elmi
jurnallarının redaksiya heyətinin üzvü-
dür.
Rəna Məmmədovanın çoxşaxəli ya-
radıcılıq fəaliyyəti Dövlət və ictimai
qurumlar tərəfindən yüksək qiymət-
ləndirilmişdir. O, AMEA-nın Rəyasət
Heyətinin Fəxri fərmanları ilə mükafat-
landırılmış; Azərbaycan kütləvi informa-
siya vasitələrinin Həmkarlar İttifaqının-
“Xalqın nüfuzlu ziyalısı”, “Qızıl qələm”,
“Azərbaycan bayrağı” mükafatları ilə
təltif edilmiş; “Simurq” Azərbaycan
Mədəniyyət Assosiasiyasının diplomunu
almış; “Simurq” Beynəlxalq medalına
layiq görülmüşdür.
Dostları ilə paylaş: