Şakir Musayev


Maddə 317. Məhkəmə iclasına gəlməmiş şahid, ekspert və ya



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə458/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   454   455   456   457   458   459   460   461   ...   516
Maddə 317. Məhkəmə iclasına gəlməmiş şahid, ekspert və ya 

mütəxəssisin iştirakı olmadan məhkəmə baxışının davam 

etdirilməsinin mümkünlüyü barədə məsələnin həlli 

317.1. Bu Məcəllənin 226.1—226.3-cü maddələrinin 

müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış  şahid, 

ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına 

gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər 

birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam 

etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. 

Göstərilən  şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə 

bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq 

edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. 

317.2. Məhkəmə bu Məcəllənin 317.1-ci maddəsində 

göstərilmiş  şəxslərin gəlməməsi səbəbindən məhkəmə baxışının 

təxirə salınması  qərarına gəldikdə  məhkəmə iclasına gəlmiş  şahidi, 

eksperti, mütəxəssisi, zərər çəkmiş  şəxsi, mülki iddiaçını, mülki 

cavabdehi və ya onların nümayəndələrini dindirmək hüququna 

malikdir. Belə halda cinayət işinə, məhkəməyədək sadələşdirilmiş 

icraatın materiallarına və ya xüsusi ittiham qaydasında  şikayətə 

həmin məhkəmə  tərkibi tərəfindən onun təxirə salınmasından sonra 

baxılması zamanı dindirilmiş şahid, ekspert və mütəxəssisin təkrarən 

çağırılmasına cinayət prosesi tərəflərinin fikri nəzərə alınmaqla 

zərurət olduqda yol verilir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin