Şakir Musayev
420
Maddə 331. Məhkəmə baxışında ekspertiza
331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi
halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək
icraat mərhələsində verdiyi rəy tədqiq edilir.
331.2. Məhkəməyədək icraat zamanı rəy vermiş ekspert
aşağıdakı hüquqlara malikdir:
331.2.1. məhkəmə baxışında və ekspertizanın predmetinə aid
olan sübutların tədqiq edilməsində iştirak etmək;
331.2.2. təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin
dindirilməsində, maddi sübutların müayinəsində və digər istintaq
hərəkətlərinin aparılmasında iştirak etmək.
331.3. Ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət
prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi
tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə
ekspertiza təyin etmək hüququna malikdir.
331.4. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza təyin
edilmədikdə cinayət prosesinin tərəfləri məhkəmə baxışında
ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldıra bilərlər.
331.5. Cinayət prosesinin tərəfi özünün yazılı vəsatətində
aşağıdakıları göstərməlidir:
331.5.1. ekspertin rəy verəcəyi sualları;
331.5.2. hansı halların araşdırılmalı olduğunu;
331.5.3. kimin ekspert qismində cəlb edilməsi məsələsinə dair
təkliflərini.
331.6. Cinayət prosesinin hər bir tərəfi aşağıdakı hüquqlara
malikdir:
331.6.1. ekspertizanın təyin edilməsi haqqında əks tərəfin
vəsatəti ilə tanış olmaq;
331.6.2. bu Məcəllənin 331.5-ci maddəsində nəzərdə tutulmuş
məsələlərə dair öz fikrini bildirmək.
331.7. Bu Məcəllənin 140.0.1 — 140.0.4-cü maddələrində
nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün ibtidai araşdırma
zamanı ekspertiza keçirilməmişdirsə, məhkəmə ekspertizanın
aparılmasını təmin etməlidir. Bu və digər hallarda ekspertiza təyin
|