Maddə 486. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi
və dəyişdirilməsi
486.1. Şəxsin səhhətinin yaxşılaşması və ya. tam sağalması
nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi
zərurəti aradan qalxdıqda, səhiyyə orqanının həkim komissiyasının
rəyinə əsaslanmış təqdimatı üzrə məhkəmə tibbi xarakterli məcburi
tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.
486.2. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya
dəyişdirilməsi haqqında vəsatəti şəxsin yaxın qohumları, qanuni
nümayəndələri və digər maraqlı şəxslər qaldıra bilərlər.
|