Maddə 94. Tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsinin məqsədi
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu
Məcəllənin 93.1.193.1.4-cü maddələrində göstərilən xəstələrin
müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasında,
habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının
alınmasından ibarətdir.
Maddə 95. Tibbi xarakterli məcburi tədbirlərin növləri
95.0.Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin
edə bilər:
95.0.1.məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2.ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3.ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi
müalicə;
|