Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
429
93.1.1.bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli
(hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1.2.cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya
onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1.3.cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi
pozuntu vəziyyətində olan şəxslərə;
93.1.4.cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan
müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər.
93.2.Bu Məcəllənin 93.1.193.1.4-cü maddələrində nəzərdə
tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin
edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər
yetirməsi təhlükəsi yaradır.
93.3.Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
93.4.Bu Məcəllənin 93.1.193.1.4-cü maddələrində göstərilən və
öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri
materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların
psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına
verilir.
Dostları ilə paylaş: