Şakir Musayev
428
Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar
tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
79.1.Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə
görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum
edilmiş qadınlar istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə
qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq
səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
79.2.Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş
qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən
müvafiq dövlət orqanının xəbər-darlığından sonra uşaqdan imtina
etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqla davam
etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında
cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı
çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
79.3.Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş
qadını cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud
məhkum edilmiş qadını cəzanın qalan hissəsini çəkmək üçün müvafiq
müəssisəyə göndərir.
79.4.Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş
qadın yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
Dostları ilə paylaş: |