məhkəmə-tibbi təminatı
431
Maddə 120. Qəsdən adam öldürmə
120.1.Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan
məhrum etmə
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
120.2.Qəsdən:
120.2.1.bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam
öldürmə;
120.2.2.xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3.zərəçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai
borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın
qohumlarını öldürmə;
120.2.4.xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam
öldürmə;
120.2.5.tamah məqsədi ilə və ya sifarişlə, habelə zərəçəkmiş
şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə
adam öldürmə;
120.2.6.başqa cinayəti gizlətmə və ya onun törədilməsini
yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli
başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;
120.2.7.iki və ya daha çox şəxsi öldürmə;
120.2.8.təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində
olan qadını öldürmə;
120.2.9.təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə
olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi
ilə bağlı adam öldürmə;
120.2.10.təkrar adam öldürmə;
120.2.11.quldurluq, hədə-qorxu ilə tələb etmə və ya banditizmlə
əlaqədar adam öldürmə;
120.2.12.milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə
adam öldürmə
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və
ya ömürlük azadlından məhrum etmə ilə cəzalandırılır.
|