9. Sosial transferlər olmasaydı, Azərbaycanda yoxsulluq səviyyəsi daha yüksək olardı. Sosial
transferlərin yoxsullara doğru ünvanlanması onları müvafiq əhali qrupu üçün əsas yaĢayıĢ vasitəsinə
çevirir. Xüsusilə ünvanlı sosial yardımın çox yoxsul və yoxsul əhali qrupunu yaxĢı əhatə etməsi
praktik cəhətdən sübut edilmiĢdir. Belə ki, ÜSY resurslarının 51%-ini alan 49% benefisiar əhalinin
ən aĢağı desilini təmsil edir. ÜSY-nin demək olar ki, 90%-ini alan əksər benefisiarlar (86%) əhalinin
ən aĢağı 40% hissəsinə aiddir. ÜSY səmərəli idarəetmə strukturuna və ölkənin bütün ərazisini əhatə
edən avtomatlaĢdırılmıĢ sistemə malikdir. Belə ki, Azərbaycanda sosial transfer sistemi maliyyə
böhranının təsirinin azaldılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.